Məhkəmə qərarları › İş №2-1(102)-22/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-22/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-22/2021 26.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı MTK-nın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: İPM-in 72-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərar ın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-849/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 37 nömrəli sərəncamı ilə Ünvan1 0,4924 ha torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmiş, qeyd olunan ünvanda iddiaçı tərəfindən yaşayış binasının tikintisinə başlanmış, binanın tikintisi ilə əlaqədar 2018-ci ilin 2-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş, bəyannamədə binanın sahəsi 13.455,3 kv.m. qeyd olunmuşdur.

2. Cavabdeh binanın sahəsinin 14.721,55 kv.m oluğuna istinad edərək qeyd olunan halı vergidən yayınma kimi qiymətləndirmiş və Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə xx.xx.2019-cu il tarixli **********077200 nömrəli qərarla iddiaçıya 2018-ci ilin 2-ci rübü dövrünə bina tikintisi faəliyyəti ilə məşğul olan şəxslərin sadələşdirlmiş vergi üzrə 159.895,35 manat məbləğdə əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehin vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********077200 nömrəli qərarının ləğv edilərək kameral qaydada əlavə hesablanmı ş vergilərin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı" MTK ünvan 1 ünvanda payçıların ödədikləri vəsaitlər hesabına çoxmənzilli və çoxmərtəbəli yaşayış binasının 3-cü və 4-cü bloklarının tikintisini həyata keçirir. Həmin blokların tikintisindən "İddiaçı" MTK-ya əsassız və qanunsuz olaraq artıq vergilər hesablanmışdır. 3-cü blok üzrə: iddiaçının tikdiyi binanın 3-cü blokunun 11.476,98 kv.m ümumi sahəsi üçün 793.167,20 manat vergi hesablanmışdır. Binanın 3-cü bloku üçün də vergi hesablanması üçün bəyannamə verilərkən və 11.476,98 kv.m ümumi sahə əsas götürülərkən əsassız və qanunsuz olaraq liftlərin, pilləkənlərin, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi və divarların altında qalan 1889 kv.m. sahə nəzərə alınmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna əvəzsiz olaraq kömək məqsədilə ayrılmış 2 üç otaqlı mənzilin 234,10 kv.m sahəsi də nəzərə alınmamışdır. Buna görə də 3-cü blok üçün 11.476,98 kv.m ümumi sahədən liftlərin, pilləkənlərin, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi 1889 kv.m kv.m sahə və Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna ayrılmış 2 üçotaqlı mənzilin 234,10 kv.m sahəsi, cəmi 2123,1 kv.m sahə çıxılmaqla 9353,88 kv.m sahə üçün vergi hesablanmalıdır. 4-cü blok üzrə: 2018-ci il 2-ci rübü üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim edilmiş bəyannamədə göstərilən vergi məbləğinə xx.xx.2018-ci il tarixli **********8849200 saylı vergilərin hesablanması haqqında qərara əsasən BTFSV üzrə kameral olaraq 96.406,87 m anat əlavə vergi hesablanmışdır. Həmin qərarda göstərilmişdir ki, 2018-ci il 2-ci rübü üzrə təqdim edilmiş bəyannamədə binanın sahəsi azaldılaraq 14721,55 kv.m əvəzinə 13455,30 kv.m göstərilmişdir. Əslində 4-cü blokun ümumi sahəsi 14721,55 kv.m yox, 13455,30 kv.m təşkil edir. Bakı şəhəri Lokal Gəlirlər Departamenti vergi ödənilməsi üçün binanın 4-cü bloku üçün ümumi sahə əsas götürülərkən əsassız və qanunsuz olaraq liftlərin, pilləkənlərin, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi 2166 kv.m sahə nəzərə alınmamışdır. Cavabdeh isə qeyd olunan sahələrə görə iddiaçının heç bir gəlir əldə etmədiyini nəzərə almamışdır. İddiaçı xx.xx.2017-ci il tarixli məktubla kameral qaydada əlavə hesablanmış 96406,87 manat verginin azaldılmasını xahiş etsə də, cavabdeh artıq ödənilmiş məblə ği geri qaytarmamış, əlavə hesablanmış 96406,87 manat verginin azaltmamış, guya həmin məsələyə baxıldığını bildirmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)1177/2019 nömrəli qərarı ilə (hakim – X.X.İmanov) iddianın təmin edilməsi, **********077200 nömrəli xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.

6. Məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı 2018-ci ilin 2-cü rübü üçün təqdim edilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannamə məlumatı ilə tikilmiş binanın ümumi sahəsində kəskin fərqin olmasını və buna uyğun olaraq əlavə vergi hesablanmasını sübut edə bilməmişdir. Bina tikintisini həyata keçirən mənzil-tikinti kooperativi tərəfindən tikiləcək binanın yalnız yaşayış, qeyri-yaş ayış və köməkçi sahələri alqı-satqı predmeti olduğuna, digər hissələr isə binanın ümumi təyinatına uyğun istifadə edildiyinə və həmin hissələr alqı-satqı predmeti olmamaqla, satışının həyata keçirilməklə hər hansı formada qazanc əldə edilməsi qeyri-mümkün olduğuna görə, binanın ümumi strukturuna xidmət edən digər sahələrinin də vergitutma obyektinə aid edilməsi barədə vergi orqanının mövqeyi əsassızdır.

7. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-849/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) ilə cavabdehin ape llyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-1177/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliklə kameral vergi yoxlamasının vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilməsi, bu müddət başa çatdıqdan sonra isə həmin bəyannamə və hətta bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilə bilməməsi imperativ qaydada tənzimlənmişdir. Lakin cavabdehin mübahisəli qərarından məlum olur ki, sonuncu, 2018-ci ilin 2-ci rübünə dair bin a tikintisi faəliyyəti ilə məşğul olan şəxslərin sadələşdirlmiş vergi üzrə kameral qaydada 2019-cu ilin noyabr ayında əlavə vergi hesablamışdır ki, bu da vergi orqanı tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətin pozulması deməkdir.

10. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

11. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-849/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə ve rgi orqanı Vergi Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş 30 iş günlük prosessual müddəti ötürməmişdir və bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, kameral vergi yoxlaması üzrə müəyyən edilən 30 iş günü müddəti hər bəyannamə üzrə onun təqdim olunduğu vaxtdan hesablanır. Odur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixində təqdim olunan bəyannamə ilə bağlı xx.xx.2019-cu il tarixində (22 iş günün müddətində) mübahisələndirilən kameral qərar qəbul edildiyindən prosessual müddətin ötürülməsi ilə bağlı mövqe öz təsdiqini tapmır.

13. Məhkəmə vergi orqanının xx.xx.2019-cu il tarixli qərarında hesablamanın səbəbləri kimi yalnızca binanın ümumi sahəsinin 14721,55 kv.m. şəklində göstərməsinin qanunvericiliyin sözügedən normadan güddüyü məqsə dlərə cavab vermədiyini vurğulamışdır. Kameral vergi yoxlamaları üzrə hesablamanın səbəbləri vergi ödəyicisinə ünvanlanmış uyğunsuzluq məktublarında öz əksini tapdığından, qeyd edilən halların qərarda əks olunmamasına istinad etmək əsassızdır. Belə ki, təşəkkül tapmış inzibati praktikaya əsasən kameral vergi yoxlamaları ilə bağlı vergi ödəyicisinə ünvanlanmış uyğunsuzluq məktubları qərar üzrə hesablamanın əsaslarını özündə əks etdirdiyindən uyğunsuzluq məktubları kameral qərarların əsaslandırılması hesab olunur.

14. Bundan başqa, məhkəmənin binanın ümumi sahəsinin hesablanması zamanı şəhərsalma və tikinti qanunvericiliyinə müraciət olunması ilə bağlı mövqeyi ilə bağlı qeyd edilmişdir ki, vergitutma məqsədilə tikilən binanın ümumi sahəsinin hesablanması vergi qanunvericiliyi ilə tənzimləmən in predmetini təşkil edir. Belə ki, Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

15. Vergi Məcəlləsinin 219.3-cü maddəsinin tələbindən də aydın olduğu kimi, vergi qanunvericiliyi binanın yalnız dövlətə ayrılan hissəsini istisna edərək digər hissələrinin vergiyə cəlb olunmasını birbaşa müəyyən etmişdir. Binanın dövlətə ayrılan hissəsindən başqa hər hansı digər hissəsinin vergiyə cəlb edilməkdən azad edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmadığından və ya binanın hər mərtəbəsinin sahəsinin hesablanması ilə bağlı m üvafiq qanunvericilik aktlarına istinad mövcud olmadığından məhkəmənin yuxarıda qeyd edilən mövqeyi əsassızdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh xx.xx.2019-cu il tarixli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməli, cavabdehin təqdim etdiyi ölçülərin mötəbər sübut kimi qiymətləndirilməli olduğunu bildirsə də, cavabdeh ölçmələrdə iştirak etməsi üçün öz səlahiyyətli nümayəndəsini göndərməmiş, təkrar və ya əlavə ekspertiza keçirilməsi barədə vəsatət verməmiş, ekspert rəyinin mötəbərliyini təkzib edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh tikilən yaşayış sahəsini hesablayarkən qeyd olunan hüquq normalarının tələblərini, eyni zamanda, kameral uyğunsuzluğun iddiaçının Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna əvəzsiz ayırdığı mənzillərin sahəsinin, habelə liftlərin, pilləkənlərin, bayır və ara divarların, habelə mühəccərlərin yerləşdiyi, sahələrin binanın hər mərtəbəsinin ümumi sahəsinə daxil edilməsinə görə yarandığını nəzərə almamışdır. c. İcraata xitam verilməsi barədə cavabdehin vəsatətinin dəlilləri

17. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, hazırkı mübahisə predmetini təşkil edən qərar xx.xx.2020-ci il tarixli **********923000 saylı qərarın qəbul edilməsi ilə qüvvədən düşmüşdür. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixində yenidən dəqiqləşdirilmiş BTFSV bəyannaməsi təqdim edildiyindən, qeyd edilən xx.xx.2020-ci il tarixli **** ******923000 saylı qərar da ləğv edilərək, müvafiq dövr üzrə xx.xx.2020-ci il tarixli **********986100 saylı qərar qəbul edilmişdir.

18. Həmçinin, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Yəni, vergi qanunvericiliyi ilə müəyyən edilən kameral vergi yoxlamasının həyata keçirilməsi müddəti başa çatmadığından və eyni dövr üzrə yeni qərar qəbul edilmədiyindən, həmin vaxt mübahisələndirilən qərarın qüvvədə olması səbəbindən apellyasiya instansiyası məhkəməsinin qərarı ndan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən qərar hal-hazırda qüvvədə deyildir. Odur ki, mübahisə predmetini təşkil edən qərar ləğv edildiyindən, iş üzrə mübahisə predmeti artıq mövcud deyildir. ç. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 izahat verərək vəsatətin təmin olunması, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 mübahisə ilə bağlı məhkəmə icraatının davam etdirilməsi haqqında vəsatət verərək qeyd etmişdir ki, iş kassasiya instansiyası məhkəməsində olarkən sonuncu dəfə kameral qaydada vergi hesablandıqdan sonra da, xx.xx.2021-ci il tarixi ndə cavabdeh iddiaçıya **********8 saylı bildiriş göndərərək əlavə olaraq 320832,07 manat vergi və 62159,75 manat faiz borcu, cəmi 382832,07 manat ödənilməsini tələb etmişdir. Cavabdeh hər dəfə yeni qərar qəbul etsə də, binanın sahəsini olduğu kimi saxlaması və vergini həmin sahəni əsas göstərməklə hesablaması belə nəticəyə gəlməyə əsas verir ki, qeyd olunan məsələ ilə bağlı əvvəlki qərarlar cavabdeh tərəfindən ləğv olunmuş kimi yox, dəyişdirilmiş kimi qəbul edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (müb ahisələndirmə haqqında iddia).

22. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.

23. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

24. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır.

25. Həmin Məcəllənin 72-ci maddəsinə görə inzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir.

26. Həmin Məcəllənin 96.5-ci maddəsinə görə mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etm əyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilən səbəbələrə görə cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellya siya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. Belə ki, hazırkı qərarın 25-ci bəndində göstərilən normadan görünür ki, müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

31. Lakin işin hallarından müəyyən olunur ki, iddiaçının vəsatətində göstərdiyi kimi, cavabdeh tərəfindən görülmüş yeni tədbirlər iddiaçının tələbini təmin etmir. Belə olan halda, hazırkı qərarın 24-cü bəndində göstərilən prosessual hüquq normasının tələblərinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-849/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar