Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-22/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergilərin hesablanması barədə qərarların ləğv edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, İlqar Hüseynov, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-523/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh “Vergilərin hesablanması barədə” 02 mart 2017-ci il tarixli, **********528400 nömrəli və 14 iyun 2017-ci il tarixli, **********851900 nömrəli qərarlarla 2016-cı il üzrə kameral vergi yoxlaması nəticəsində iddiaçıya mənfəət vergisi üzrə əlavə vergi hesablamışdır
2. İddiaçı «Vergilərin hesablanması barədə» 02 mart 2017-ci il tarixli və 14 iyun 2017-ci il tarixli qərarlarının ləğv edilməsini və müvafiq qərar əsasında iddiaçıya 2016-cı ilin mənfəət vergisi üzrə hesablanmış 3996,92 manat əlavə vergi məbləğinin onun şəxsi hesab vərəqəsin dən silinməsini tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 2 mart 2017-ci il tarixli və 14 iyun 2017-ci il tarixli qərarlarının ləğv edilməsini, müvafiq qərar əsasında “Təmir-İnşaat MMC-yə hesablanmış 3.996.92 manat vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin “Vergilərin hesablanması barədə” **********528400 nömrəli, 02 mart 2017-ci il tarixli qərarı ilə 2016-cı il üzrə kameral yoxlama nəticəsində mənfəət vergisi üzrə 23.883,30 manat əlavə vergi hesablanmışdır. Qərarda göst ərilir ki, bəyannamədə göstərilən məbləğə və müvafiq təsdiqedici sənədlər barədə məlumata görə, baza məlumatlarına əsasən 119416.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirlər çıxılan xərclər müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasının 06 fevral 2018-ci il tarixli, **********917600 nömrəli qərarı ilə İddiaçı MMC-nin kameral vergi yoxlamasının nəticələri barədə 09.01.2018-ci il tarixli və 10.01.2018-ci il tarixli şikayətləri təmin edilməmiş, Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməsi haqqında” 09.06.2017-ci il tarixli, **********781800 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Qərarda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 2016-cı il üzrə “Mənfəət vergisinin bəyannaməsi”nin 221.1-ci “Əmək haqqı və ona bərabər tu tulan ödəmələr” sətrində 1600 manat, 221.1-ci “Sosial sığorta haqları” sətrində 352 manat, 221.13-cü “Bank xidməti üzrə xərclər” sətrində 616 manat, cəmi 2568 manat xərc məbləğləri vergi orqanının baza məlumatlarına əsasən öz təsdiqini tapsa da, 221.4-cü “malın dəyəri” sətrində göstərilmiş 119416,50 manat xərc məbləği vergi orqanlarının baza məlumatları ilə öz təsdiqini tapmamışdır. Bu hal vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmiş və iddiaçıya 01.02.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, tələb olunan sənədlər təqdim edilmədiyi üçün 02.03.2017-ci il tarixli, **********528400 nömrəli “Vergilərin hesablanması haqqında” Qərarla 2016-cı il üzrə mənfəət vergisi üzrə əlavə olaraq 23 966 manat vergi məbləği hesablanmışdır. İddiaçı ilə Azərbaycan Dəmir Yolları QSC arasında 18 yanvar 2016-cı ildə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, satıcı müqaviləyə əlavə edilmiş spesifikasiya və ya protokol spesifikasiyasına uyğun olaraq malı satır, alıcı isə alır. Həmin müqavilələrə dair qayimə-faktiralar tərtib edilmişdir. 2016-cı ilin noyabr ayında Azərbaycan Dəmir Yolları QSC-nin Yükdaşımaları Departamentinə İddiaçı MMC tərəfindən satılmış mal-materiala görə MMC-nin ƏDV sub-uçot hesabına 22.032 manat ƏDV, bank hesabına 122.400 manat malın dəyəri mədaxil olunmuşdur. Vergilər Nazirliyi yanında Audit Departamentinin Topdan Ticarət İdarəsinin əməkdaşları, o cümlədən şöbə rəisi müraciət edərək, ƏDV sub-uşot hesabında olan 22.032 manat ƏDV-ni ödəməyi bildirmişdir. Bund an sonra, Cəmiyyətin ƏDV sub-uçot hesabından digər ƏDV sub- uçot hesabına əməliyyatlar aparılması üçün çıxışı bağlanmışdır. MMC məcburi surətdə həmin müraciət əsasında ƏDV sub-uşot hesabında olan 22.032 manat ƏDV-ni dövlət büdcəsinə ödəmiş, satmış olduğu mal-materiallara bazar alış aktı yazmalı olmuş və həmin aktda alınmış malmaterialların dəyəri öz əksini tapmışdır. İddiaçı MMC-nin 2016-cı il üzrə mənfəət vergisinin bəyannaməsində gəlirlər 122.400 manat, alınmış malların dəyəri 119.416,50 manat və digər xərclər öz əksini tapmışdır. Lakin Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən MMC tərəfindən alınmış mal-materialın dəyəri 119.416,50 manat xərc kimi əsassız olaraq nəzərə alınmamışdır. Cəmiyyət 2016-cı ildə VN yanında Audit Departamentinin Topdan Ticarə t İdarəsində yoxlama qeydiyyatında olmuş, lakin 2017-ci ildən VN yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində yoxlama qeydiyyatına alınmışdır.
5. Birinci instansiya məhkəməsinin 27.12.2019-cu il tarixli, 2-1(82)-109/2019 nömrəli (hakim Rüstəm Kərimli) qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər Lokal Gəlirlər Departamentinin «Vergilərin hesablanması barədə» 02 mart 2017-ci il tarixli, **********528400 nömrəli və 14 iyun 2017-ci il tarixli, **********851900 nömrəli qərarları ləğv edilmiş, həmin qərar əsasında İddiaçı MMC-yə hesablanmış 3996,92 manat əlavə vergi məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42, 71-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 2.0.6, 15.2, 17, 67.1, 67.2-ci maddələrinə, Vergi Məcəlləsinin 67, 104.1, 105.1-ci maddələrinə, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı qərarına əsasən cavabdehin qərarları qanuna ziddir.
7. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21.07.2020-ci il tarixli, 2-1(103)-1032/2020 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Valeh Ağayev) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 21(82)-109/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası təmin edilməmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 16.1, 24.0.1, 36.1, 37.1, 37.3, 37.4, 67.1, 83.9, 105.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 14.1, 32.1-ci maddələrinə, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarına istinad etməklə, belə hesab etmişdir ki, cavabdeh orqan qəbul etdiyi inzibati aktın qəbul edilməsini zəruri edən şərtləri sübuta yetirə bilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
10. Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tari xli, 2-1(102)2048/2020 saylı (hakimlər Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyev ) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2-1(103)-1032/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
11. Kasasiya instansiyası hesab etmişdir ki, iddiaçı cavabdehin 02 mart 2017-ci il tarixli, **********528400 nömrəli «Vergilərin hesablanması barədə» qərarından şikayət verdiyi halda, yuxarıda göstərilmiş şikayət instansiyası cavabdehin 13 aprel 2017-ci il tarixli, **********633700 nömrəli «Vergilərin hesablanması barədə» qərarına dəyişiklik edir və hesablanmış vergi məbləğini azaldır, halbuki cavabdehin sözügedən 13 aprel 2017-ci il tarixli qərarı işdə ümumiyyətlə mövcud olmamaqla yanaşı, şikayət instansiyasının qərarında vergi məbləğinin konkret şəkildə hansı həcmdə (məbləğdə) azaldılması qeyd edilməmiş, yəni, həmin qərar natamam və qeyri-konkret xarakter daşımışdır. Beləliklə, şikayət instansiyasının tarixi «09» iyun 2017-ci il kimi göstərilmiş qərarı natamam və qeyri-konkret xarakter daşımaqdadır. Lakin apelyasiya instansiyası məhkəməsi işin sözügedən hallarını ümumiyyətlə araşdırmamış və bunlara diqqət yetirməmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-523/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Afaq Nuriyeva ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, vergi orqanı iddiaçı şirkətin gəlirdən çıxılan xərclərinin bir hissəsini qəbul edib, o biri hissəsini nəzərə almaya bilməzdi. Xərclərin bir hissəsinin təsdiqedici sənədlərinin olmadığı təqdirdə, bütün xərclərə dair sənədlər təqdim edilməmiş sayılmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda, mənfəətin hesablanması Qaydaları” vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyy ən etmək mümkün olmadığı hallarda, mənfəətin hesablanması qaydalarını müəyyən edir. Lakin cavabdeh həmin qaydaların tələblərini nəzərə almamış və iddiaçıya əsassız vergi borcu hesablamışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərarında ekspert rəyinə istinad edərək, vergilərin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilmədiyini, bundan başqa müəssisənin bir qisim xərc sənədlərinin öz təsdiqini tapmasına baxmayaraq, həmin xərc sənədlərinin iş materiallarında olmadığını bildirmişdir.
16. Etirazda əlavə olaraq qeyd olunur ki, müəssisənin xərc sənədlərinin az bir qisminin (ümumi bəyan edilmiş xərclərin 2,1 faizi) təsdiq olunduğu, iddiaçı da Nazirlər Kabinetinin 55 nömrəli Qərarı əsasında hesablamanın aparılmasını tələb etdiyi, həmçinin vergi orqanı tərəfindən hesablamanın şərti rentabellik əsasında aparıldığı və həmin Qərarın müddəaları xərc sənədlərinin mövcud olmadığı hallarda tətbiq edildiyi üçün, qeyd edilən xərc sənədlərinin iş materiallarında olub-olmaması işin məhkəmə tərəfindən düzgün araşdırılmasına heç bir mənfi təsir göstərmir. Bundan başqa, apelyasiya məhkəməsinin qərarında, Ali Məhkəmənin qərarında da qeyd edilən və apelyasiya məhkəməsinin qərarının əsaslarından biri kimi vergi orqanı tərəfindən müəssisəyə hesablanmış vergilərin əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sair amillərə istinad olunmadan, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2011-ci il tarixli, 55 nömrəli Qərarına əsasən hesablanmasının qanuni olmadığı, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən, əvvəlcə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad edilməklə vergi hesablanmalı olduğu bildirilmişdir.
17. Bununla bağlı etirazda qeyd olunur ki, yoxlanılan müəssisə ilə analoji fəaliyyətlə məşğul olan başqa vergi ödəyicisi mövcud olmadığından həmin məlumatlardan istifadə edilməsi mümkün olmamışdır. Bundan əlavə bildirilir ki, vergi qanunvericiliyinin həmin maddəsi vergitutma obyektinin müəyyən edilməsi qaydalarını təsbit etmiş, lakin metodların t ətbiq edilməsi ilə bağlı hər hansı ardıcıllıq nəzərdə tutmamış, bu metodlardan hansının ilkin və ya sonra tətbiq edilməsini vergi orqanının mülahizəsinə buraxmışdır. Başqa sözlə desək, şərti rentabellik normasını tətbiq etməklə vergini hesablamadan əvvəl analoji ödəyicinin müəyyən edilməsi və onun məlumatlarına əsasən verginin hesablanması vergi orqanının hüququdur, lakin öhdəliyi deyildir. Odur ki, həmin maddədə müəyyən edilmiş heç bir qayda digərlərinə münasibətdə üstünlük daşımadığından məhkəmənin qeyd edilən hala istinad etməsi əsassızdır və bu baxımdan bu əsasla iddiaçıya hesablanmış vergilərin ləğv edilməsinin heç bir məntiqi yoxdur. Vergi Məcəlləsinin 67-ci maddəsinin hissələrinin sıra ardıcıllığı ilə tətbiq edilməsi imperativ göstəriş kimi Məcəllədə müəyyən olunmamışdır. Məhkəmə ko llegiyası isə yanlış təfsir və tətbiqə yol verərək Vergi Məcəlləsinin 67-ci maddəsini (əsassız və qanunsuz ekspert rəyinə əsasən) bəndlərə uyğun olaraq ardıcıl tətbiq edilmə məcburiyyətini qəbul etmiş və nəticədə maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir.
18. Etirazda qeyd olunur ki, iddiaçının təqdim etdiyi bəyannamə üzrə xərclərin bir hissəsi təsdiqini tapmadığından, vergi orqanı Qərarın 6.1.1-ci maddəsinə əsasən şərti rentabellik norması əsasında iddiaçının mənfəətini müəyyən etmişdir. Odur ki, iddiaçının xərci müəyyən edilmədiyindən, vergi orqanı xərcləri bütövlükdə qəbul etmədən, iddiaçının özünün bəyan etdiyi gəlirləri əsasında və məhz iddiaçının özünün də istədiyi kimi mənfəəti müəyyən edərək hesablamışdır. Bu səbəbdən iddiaçının vergi orqanının qərarından na razı qalması anlaşılan deyildir. Məhkəmənin isə işin faktiki hallarını düzgün araşdırmadan belə bir mövqe nümayiş etdirməsi əsassız hesab edilir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-523/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Vergi Məcəlləsi Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər v ə mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi isti sna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə m üraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırm aq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə.67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1 vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, 67.1.2 vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, 67.1.3 vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, 67.1.6 vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cü mlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, 67.1.8 vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, 67.1.9 vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 67.2 Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Maddə 67.3 Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə m əlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 104.1 Rezident müəssisə üçün vergitutma obyekti onu n mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Maddə 105.1 Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassa siya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdir ilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını mahiyyətcə yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisə cavabdehin «Vergilərin hesablanması barədə» 02 mart 2017-ci il tarixli və 14 iyun 2017-ci il tarixli qərarlarının ləğvi və müvafiq qərar əsasında iddiaçıya hesablanmış 3996,92 manat əlavə vergi məbləğinin onun şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlıdır.
28. Yuxarıda istinad olunan normaya görə, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
29. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.
30. Yuxarıda istinad olunan normanın müddəaları baxımından, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanını n qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməlidir.
31. Həmin normanın birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
32. Nəzərə almaq lazımdır ki, vergilərin VM-nin 37.4-cü maddəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq hesablanması ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyəti ödənilməli olan verginin məbləğinin əlaqəli məlumatlardan istifadə etməklə hesablanması ilə bağlıdır. Cavabdehin özünün də kassasiya şikayətində qeyd etdiyi kimi, vergilərin bu qayd ada hesablanması onun öhdəliyi deyil, hüququdur. Lakin bununla bağlı qeyd olunmalıdır ki, inzibati orqan həmin qaydanı tətbiq etməklə verginin hesablanması barədə qərara gəldiyi hallarda, onun həmin hüququ artıq öhdəlik keyfiyyəti əldə edir və inzibati orqanın Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun davranmaq öhdəliyi yaranır. Bu andan etibarən inzibati orqan həmin qaydanın şərtlərinə bağlıdır və bu şərtlərə əməl etməyə borcludur. İnzibati orqan eyni zamanda malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlayhiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə yanaşma diskresion səlahiyyətin mahiyyətindən irəli gəlir.
33. Yuxarıda istinad olunan normaların müddəalarına görə, ver gi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.
34. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.
35. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəy icisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mari 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.
37. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birba şa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 2016-ci ilin mənfəət vergisi üzrə 3.996,92 manat əlavə vergi məbləği hesablanmışdır.
38. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müə yyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur.
39. Hazırkı mübahisəyə münasibətdə iddiaçının təqdim etdiyi 2016-cı ilin mənfəət vergisi üzrə bəyannamədə 122400 manat məbləğində gəlirlər, 119416,50 manat məbləğində alınmış malların dəyəri və digər xərclər əksini tapmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən yalnız alınmış mal-materialların dəyərini təşkil edən 119416,50 manat xərc nəzərə alınmamışdır. Bu zaman iddiaçının mənfəət vergisi üzrə bəyannamədə xərc kimi göstərdiyi məbləğlərə fərqli yanaşmanın (xərclərin bir hissəsinin nəzərə alınması, digər hissəsini n isə nəzərə alınmaması), xərclər barədə sənədlərin mötəbər sayılmamasının səbəbləri cavabdeh tərəfindən açıqlanmamışdır. Qeyd edilməlidir ki, bəyan edilmiş xərclərin 119416.50 manat hissəsinin cavabdehin baza məlumatları ilə təsdiqini tapmaması cavabdeh tərəfindən əlavə vergilərin hesablanması və kameral vergi yoxlamasının keçirilməsi üçün yetərli sayıla bilməz. Nəzərə almaq lazımdır ki, əlavə vergi hesablanması barədə qərar inzibati akt sayılır və belə inzibati aktı qəbul edərkən cavabdehin sadəcə baza məlumatlarına (həmin məlumatların nədə ifadə olunduğunu açıqlamadan) və hətta qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. İnzibati icraat haqqında Qanunun 61-ci maddəsinin və hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tut ulmuş halları və məlumatları açıqlamağa, habelə həmin qərarın qəbulunu zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları, həmin halları təsdiq və ya təkzib edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ aktlar göstərilməlidir.
40. İddiaçının vergilərin hesablanması barədə qərardan şikayətinə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Departamentində baxılmış və 09.06.2017-ci il tarixli, **********781800 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” Qərarla 2016cı il üzrə mənfəət vergisinin 119.416 manat xərc məbləğinin öz təsdiqini tapmaması səbəbindən şərti rentabellik norması əsasında müəyyən edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Azər baycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən 14.06.2017-ci il tarixli, **********851900 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2011-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 2016-ci ilin mənfəət vergisi üzrə 3.996,92 manat əlavə vergi məbləği hesablanmışdır.
41. Beləliklə, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesabla nmışdır. Halbuki Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında vergini hesablamadan əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzər tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır.
42. Bundan başqa, həmçinin qeyd olunmalıdır ki, şikayət instansiyası (yuxarı vergi orqanı) maraqlı şəxs tərəfindən təqdim olunmuş inzibati şikayətə dair “İnzibati icraat haqqında” Qanunun 80.1.2-ci maddəsinə əsasən “İnzibati şikayətin təmin edilməsi haqqında” Qərar qəbul etdikdən sonra, aşağı vergi orqanı yenidən həmin vergi bəyannaməsini kameral qaydada yoxlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı Qərarına istinadən əlavə vergi məbləği hesablamaqda haqlı sayıla bilməz.
43. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir.
44. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qa ydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərar ı).
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus təsərrüfat subyektində mənfəət vergisinin şərti rentabellik əsasında müəyyənləşdirilməsində və bunun üzərindən vergi ödəyicisinə əlavə vergilərin hesablanmasında yuxarıda qeyd olunan səbəblərdən cavabdeh haqlı sayıla bilməz.
46. Odur ki, iddiaçı «Vergilərin hesablanması barədə» 02 mart 2017-ci il tarixli **********528400 nömrəli və 14 iyun 2017-ci il tarixli, **********851900 nömrəli qərarların ləğv edilməsini tələb etməkdə haqlı sayılmalıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin hazırkı mübahisəyə dair iş üzrə gəldiyi nəticə düzgün və əsaslı olmuşdur.
48. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şik ayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-523/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.