Məhkəmə qərarları › İş №2-1(102)-22/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-22/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-22/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Resp ublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyul 2022-ci il tarixli, 2-1(103)-1629/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2014-cü il tarixli, **********749075 nömrəli qərarına əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanu nvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.

2. Yoxlama xx.xx.2014-cü il tarixdə başlamış və xx.xx.2014-cü il tarixdə başa çatdırılmış, yoxlamanın nəticələri xx.xx.2014-cü il tarixli, **********6749940 nömrəli aktla rəsmiləşdirilmişdir.

3. Yoxlamanın nəticəsinə dair vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, **********814318 nömrəli qərarla vergi ödəyicisinə 262208,01 manat vergi borcu hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatının və ya Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışın təqdim edilməməsinə görə 119645,97 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinə 381853,98 manat vəsaitin büdcəyə ödənilməsi barədə **********244700 nömrəli tələbnamə təqdim edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi, həmin idarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, **********814318 saylı qərarın və xx.xx.20 14-cü il tarixli, **********244700 saylı tələbnamənin ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, onun fəaliyyəti Azərbaycan Respublikasında medianın, internet azadlığının, təhsilin və demokratiyanın inkişafına dəstək verməkdən ibarədir. İddiaçı fəaliyyət göstərdiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2014-cü il tarixli, **********749075 saylı qərarı ilə, VM-nin 38.3.5-ci maddəsi ilə əsaslandırılmaqla, iddiaçıda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən tərtib edilən 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı “Səyyar vergi yoxlaması Aktı”na əsasən, sadələşdirilmiş vergi qi smində 6353,14 manat əlavə vergi hesablanmış və həmin məbləğə 50% məbləğində, yəni 3176,57 manat maliyyə sanksiyası tətbiq olunması təklif edilmiş, əlavə olaraq 162,00 manat məbləğində yol vergisi hesablanmış, həmin məbləğin 50%-i miqdarında, yəni 81,00 manat məbləğində maliyyə sanksiyası hesablanmış, əlavə olaraq ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi dövr üzrə ƏDV qismində 255692,87 manat əlavə ƏDV məbləği hesablanmış və həmin məbləğə 127846,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Bunlardan başqa, VM-nin 57.1-ci maddəsi əsas gətirilməklə qeyd edilən vergi hesabatlarının vaxtında təqdim edilməməsi adı altında 1560,00 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. İddiaçı Azərbaycan Respublikasında ABŞ və Azərbaycan Respublikası arasında 11 may 2000-ci il tarixdə bağlanılmış “ABŞ Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında X2 dair Əməkdaşlıq Haqqında” iki tərəfli Saziş əsasında fəaliyyət göstərir. Həmin Saziş Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli, 915-İQ saylı “Azərbaycan Respublikası Hökuməti və X8 Hökuməti arasında X1 dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Qeyd edilən Sazişin “A” bəndinə əsasən, Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar idxal edilmiş, yaxud istifadə olunan mallar, ləvazimatlar, avadanlıqlar, materiallar, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və digər əmlaklar, o cümlədən pul vəsaitləri ölkəyə idxal, yaxud ölkədən ixrac olunarkən, həmçinin ölkə daxilində alınarkən və istifadə ed ilərkən hər cür əlavə dəyər vergisindən, əmlak vergisindən, tariflərdən, gömrük rüsumlarından, idxal vergisindən və Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfındən təyin edilmiş digər bu kimi vergi və haqqlardan azad olunurlar. AKTın 1.8-ci bəndində göstərilir ki, Nümayəndəliyə daxil olmuş vəsaitlərin Ədliyyə Nazirliyində qeydiyyata alınıb-alınmadığını müəyyənləşdirmək məqsədilə xx.xx.2014-cü il tarixli, **********062600 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuş və xx.xx.2014-cü il tarixli, 11/1082 nömrəli cavab məktubu alınmışdır. Cavab məktubuna əlavə edilmiş məlumat cədvəlindən görünür ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) t ərəfindən qrant layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi və ya fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş vəsaitlər isə qeydiyyatdan keçirilməmişdir. 1865975,51 manat vəsait hər hansı qrant müqaviləsində nəzərdə tutulmadığından və Ədliyyə Nazirliyində qeydiyyata alınmadığından, qeyri-rezidentin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində işlərin görülməsinə görə ödəniş kimi qiymətləndirilir və vergi öhdəlikləri yaradır. Qeydiyyata alınmayan qrant layihələri aşağıdakılardır:

1. Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə xx.xx.2010-cu il tarixdə ABŞ-ın X5 (USAİD) arasında “Azərbayca n Respublikasında təhsilə və yeni mediaya dəstək” adlı layihə çərçivəsində “Azərbaycan Yeni Media Proqramı” nın (AYMP) icrası üçün yoxlanılan dövr ərzində (xx.xx.2011-xx.xx.2014) baş ofis tərəfindən nümayəndəliyin ABB-nin “Mərkəzi” filialında yerləşən valyuta hesabına 2348134,00 ABŞ dolları (1832248,96 manat) vəsait köçürülmüşdür. Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə xx.xx.2011-ci il tarixdə ATƏT-in Bakı ofisi (OSCE) arasında “Yeni media təlimləri” adlı treninqin həyata keçirilməsinə görə nümayəndəliyin hesabına baş ofis tərəfindən 33726,55 manat vəsait köçürülmüşdür (başlanma tarixi xx.xx.2011-bitmə tarixi xx.xx.2011). ABŞ-ın X5 (USAİD) tərəfindən maliyyələşən Azərbaycanda Yeni Media Proqramı xx.xx.2010-c u il tarixdən xx.xx.2014-cü ilə kimi olan dövrü əhatə edir. Nümayəndəlik bu proqramda nəzərdə tutulan müxtəlif fəaliyyətlərin əlaqələndirilməsini və icrasını həyata keçirmişdir. Proqramın başladığı tarixdən etibarən bu fəaliyyətlər yerli medianın və jurnalistlərin tələbləri öyrənilərək müntəzəm davam etdirilir. AKT-ın bu hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinə (İREX) daxil olan bütün vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabineti (kurator cənab Həsənov) tərəfindən qeydiyyata alınmış, layihələr Nazirlər Kabinetinin razılığı ilə həyata keçirilmiş, hər il vergidən və digər ödənişlərdən azad olunmaqları barədə AR Nazirlər Kabineti, Maliyyə Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən arayışlar verilmişdir. Layihələrin adlarından, məqsədlərindən də göründüyü kimi ABŞ-ın X4 Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) həyata keçirdiyi layihələr ictimai xarakter daşımış, layihələrin həyata keçirilməsində gəlir əldə etmək məqsədi olmamış və ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikası Nümayəndəliyi (İREX) heç bir gəlir əldə etməmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Ona görə də, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) fəaliyyətində vergitutma obyekti yaranmamışdır. Belə ki, AR Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Göründüyü kimi, qanunvericilik vergitutmanın ilkin elementini vergitutma obyekti kimi müəyyən etmişdir. AR VM-nin 12.3-cü maddəsinə görə, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Bununla bağlı göstərilməlidir ki, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikası Nümayəndəliyi (İREX) VM-nin 12.3-cü maddəsində göstərilən heç bi r fəaliyyət növü ilə məşğul olmamış və fəaliyyətindən heç bir gəlir, mənfəət əldə etməmişdir. Qeyd edilməlidir ki, qrantların qeydiyyata alınmasının fərqli qaydaları vardır, belə ki, ictimai birliklərin aldığı qrantlar Ədliyyə Nazirliyində, kommersiya qurumlarının aldığı qrantlar İqtisadi İnkişaf və Sənaye Nazirliyində, beynəlxalq təşkilatların aldığı qrantlar isə müvafiq olaraq AR Nazirlər Kabinetində, Maliyyə Nazirliyində qeydiyyata alınır. Akt-da isə göstərilir ki, qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Halbuki ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) aldığı qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmalı deyildir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2014-cü il tarixli, **********749075 nömrəli qərarına əsasən ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin fəaliyyəti üzrə vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 2011-ci ilin aprel ayından növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2014-cü il tarixli, **********749940 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yol vergisinin 2011-2013-cü illər üzrə 162 manat, əlavə dəyər vergisinin 2011-2014-cü illər üzrə 255692,871 manat, eləcə də 2011-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş verginin 635 3,14 manat azaldılması aşkar edilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, **********814318 nömrəli qərarı ilə vergi ödəyicisinə 262208,01 manat vergi borcu hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışın təqdim edilməməsinə görə 119645,97 manat maliyyə sanksiyası tətbiq edilmiş, vergi ödəyicisinə büdcəyə ödənilməli olan 381853,98 manat vəsaitin ödənilməsinə dair **********244700 nömrəli tələbnamə təqdim edilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq qeyri-rezident təşkilatların vəsaitləri hesabına rezident fiziki və hüquqi şəxsləri cəlb etməklə müxtəlif təyinatlı layihələrin həyata keçirilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edilməlidir ki, yoxlanılan dövrdə Nümayəndəliyə qeyri-rezident təşkilatlardan 1865975,51 manat vəsait daxil olmuş, lakin həmin vəsaitlər qrant kimi qeydiyyata alınmamışdır. Yoxlama zamanı iddiaçıya daxil olmuş vəsaitlərin qrant kimi qeydiyyata alınıbalınmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 11/1082 nömrəli məktubuna əs asən müəyyən edilmişdir ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) tərəfindən qrant layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi və fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə 7555556,05 ABŞ dolları (589366,07 manat) məbləğində qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş 1865975,51 manat vəsaitlər üzrə qrant müqavilələri isə qeydiyyatdan keçirilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən alınmış vəsaitlər qanunla müəyyən edilmiş qaydada qrant kimi qeydiyyatdan keçmədiyindən, həmin vəsaitlərin rüsumlardan və dövlət büdcəsinə məcburi ödənişlərdən azad edilməsi ilə bağlı “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin iddiaçıya tətbiq edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən alınmış vəsaitlərə dair qeydiyyata alınmayan müqavilələr aşağıdakılardır: Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə xx.xx.2010cu il tarixində ABŞ-ın X5 (USAİD) arasında “Azərbaycan Respublikasında təhsilə və yeni mediaya dəstək” adlı layihə çərçivəsində “Azərbaycanda Yeni Media” Proqramının icrası üçün yoxlanılan dövr ərzində baş ofis tərəfindən nümayəndəliyin Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında yerləşən valyuta hesabına köçürülmüş 2348134,0 ABŞ dolları (1832248,96 manat) məbləğində vəsait üzrə; Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası ilə xx.xx.2011-ci il tarixində ATƏT-in Bakı ofisi (OS CE) arasında “Yeni media təlimləri” adlı treninqin həyata keçirilməsinə görə nümayəndəliyin hesabına baş ofis tərəfindən köçürülmüş 33726,55 manat məbləğində vəsait üzrə. ABŞ-ın X5 (USAİD) tərəfindən maliyyələşən “Azərbaycanda Yeni Media” proqramı xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə etmiş və nümayəndəlik bu proqram çərçivəsində aşağıda qeyd edilən işləri yerinə yetirmişdir: Elektron köşk proqramı - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşma çərçivəsində "xxxx" MMC ilə bağlanmış memoranduma əsasən həyata keçirilmiş və Azərbaycanın 30 rayonunda əhalisi 5 mindən çox olan kəndlərin yerli poçt şöbələrində internet köşklər quraşdırılmışdır; X11 Azərbaycanın 20 rayon və ya şəhər mərkəzində məlumat mərkəzləri qurulmuş, kompüter və digər zəru ri avadanlıqlarla təchiz edilmiş, hə birinə fəaliyyət göstərmələri məqsədi ilə bir nəfər mütəxəssis işə götürülərək texniki xidmət göstərilmiş, həmin dövr ərzində sürətli internetlə təchiz edilmişdir; Media təqaüdü proqramı - proqram çərçivəsində 12 təcrübəli media mütəxəssisi 2013-cü ilin yaz semestri ərzində Bakıda yerləşən altı ali məktəbin jurnalistika fakültəsində yeni media dərslərini tədris etmiş, tədris zamanı müəllimlər “İREX Azərbaycan”ın təşəbbüsü ilə hazırlanan www.az.irexlearning.org websaytında yerləşdirilmiş jurnalistika nəzəriyyəsinə dair materiallardan faydalanmışlar. Layihə çərçivəsində müəllimlərin bir qisminin ABŞ-a səfəri təşkil edilmiş və onlara Cənubi Karolina Universitetinin Jurnalistika Fakültəsi ilə tanışlıq imkanı verilmişdir. Universitetlərdə Wi-Fi-ların quraşdı rılaraq pulsuz internetlə təchiz edilməsi proqramı - proqram çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 8 universitetin kitabxanalarına və digər ictimai yerlərinə pulsuz olaraq internet çəkilişi həyata keçirilmiş, həmin yerlərə eyni vaxtda 300-dən çox insanın qoşularaq sürətli internetdən İstifadə etməsini təmin edən modemlər quraşdırılmışdır; -Kamera sənin səsin kimi proqramı - proqram çərçivəsində Azərbaycanın 14 regionunda 13 - 17 yaşlı məktəbli qızlar arasında təlimlər keçirilmiş, təlim iştirakçılarına video süjet çəkmək və sadə proqramlardan istifadə edərək montaj etmək öyrədilmişdir; Qızlar İKT-də proqramı - proqram çərçivəsində informasiya kommunikasiya lahiyəsində fərqlənən 15-17 yaşlı məktəbli qızlar Bakıya dəvət olunmuş, onların paytaxtdakı media qurumları ilə, İKT sahəsində fə aliyyət göstərən qurumlarla, o cümlədən "xxxx" MMC ilə tanışlığı təmin edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən alınmış 1865975,51 manat vəsait hər hansı qrant müqaviləsində nəzərdə tutulmamış və Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Ona görə də, qeyd edilən vəsait qeyri-rezidentin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) görə ödəniş kimi qiymətləndirilmiş və vergi öhdəliyinin yaranması üçün əsas olmuşdur. İddiaçının fəaliyyəti üzrə aparılmış yoxlama zamanı 2011-ci ilin 2-ci rübü üzrə (aprel, may ayları) nümayəndəlik tərəfindən qrant kimi qeydiyyata alınmayan layihələr üzrə görülmüş işlərin (xidmətlərin) 158828,50 manat dəyərindən Vergi Məcəlləsinin 219.1 və 220-ci maddə lərinə əsasən, 6353,14 manat sadələşdirilmiş vergi hesablanmışdır. Nümayəndəliyin sadələşdirilmiş vergiyə cəlb edilən dövriyyəsi 2011-ci ilin aprel ayında 124837,08 manat, may ayında 33991,43 manat təşkil etdiyindən, Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq vergi ödəyicisinin xx.xx.2011-ci il tarixindən ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyi yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin 30 dekabr 2012-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manatdan artıq olan hüquqi və 90000 manatdan artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd edilənlərə əsasən, yoxlama ilə nümayəndəliyin ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınması öhdəliyinin yarandığı xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövr üzrə ümumilikdə 1676208,88 manat ƏDV-yə cəlb edilən dövriyyə əsasında 255692,87 manat əlavə dəyər vergisinin bəyannamə təqdim edilməməklə yayındırılması müəyyən olunmuşdur. Bundan əlavə, iddiaçının fəaliyyəti üzrə aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi yoxlanılan dövrdə yol vergisinin ödəyicisi olsa da, müvafıq vergi məbləğini öd əməmiş, eyni zamanda müvafiq bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən göründüyü kimi, onun mülkiyyətində mühərrikinin həcmi 2500 kub santimetr və 2700 kub santimetr olan 2 ədəd avtonəqliyyat vasitəsi olmuşdur. Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyri- rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri olan şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından isti fadəyə görə yol vergisinin ödəyiciləridir. Qeyd edilənlərə əsasən, yoxlama ilə iddiaçı tərəfindən yol vergisinin 2011, 2012 və 2012-ci illər üzrə ümumilikdə 162,0 manat azaldılması müəyyən edilmişdir. İddiaçı ərizəsində “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun müxtəlif maddələrinə, o cümlədən “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli, 852-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına və “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanına istinad edərək göstərmişdir ki, qeyd edilən normativ -hüquqi aktlar beynəlxalq təşkilatların ölkədəki nümayəndəlikləri tərəfindən qrant alınması qaydalarını tənzimləmir. İddia ərizəsində qeyd edilən bu halla razılaşmayaraq qeyd edilməlidir ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, donorla münasibətdə qrant alan resipiyent sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri resipiyent ola bilərlər. Vergi Məcəlləsinin 13.2.6.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri qeyri-rezident şəxs hesab edilirlər. İddiaçı ərizəsində, eyni zamanda qrant məbləğinin dövlət qeydiyyatına alınması məcburiliyinin və dövlət qeydiyyatına alınmamış qrant məbləğləri üzrə əməliyyatların qadağan olunmasının “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” 27 dekabr 2013-cü il tarixli Qanunla müəyyən olunduğunu və həmin Qanunun 01 fevral 2014-cü ildən qüvvəyə mindiyini qeyd etmişdir. İddia ərizəsinin bu dəlili əsassız hesab edilməli və qeyd ol unmalıdır ki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 30 aprel 2002-ci il tarixli, 317-İİQD nömrəli Qanuna (02 yanvar 2003-cü ildən qüvvəyə minmişdir) əsasən "Qrant haqqında" Qanunun 4-cü maddəsinin 4-cü və 5-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar bir qayda olaraq keçirilə bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hüquqi və fi ziki şəxsləri tərəfindən verilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində ümumiləşdirilmiş məlumat verməlidir (maddə 5). Bundan əlavə, iddiaçı ərizəsində qrantların qeydiyyata alınmasının fərqli qaydalarının olmasını və beynəlxalq təşkilatların aldığı qrantların Nazirlər Kabinetində və Maliyyə Nazirliyində qeydiyyata alınmasını qeyd etsə də, qeyd edilən halı təsdiq edən normativ hüquqi aktı göstərməmiş, eyni zamanda “Qrant haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərini nəzərə almamışdır. Vergi Məcəlləsinin 70.3cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.

7. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-5/2022 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən alınmış 1865975,51 manat vəsait hər hansı qrant müqaviləsində nəzərdə tutulmamış və Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Ona görə də, qeyd edilən vəsait qeyri-rezidentin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) görə ödəniş kimi qiymətləndirilmiş və vergi öhdəliyinin yaranması üçün əsas olmuşdur.

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edilərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2014cü il tarixli, **********814318 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuş və məhkəmə tərəfindən iddia tələbinin azaldılması barədə ərizə icraata qəbul olunmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyul 2022-ci il tarixli, 21(103)-1629/2022 nömrəli qərarı ilə (hakimlər S.Bəktaşi – sədrlik edən və məruzəçi, A.Hüseyn və A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, B akı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-5/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin olunmuş, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli, **********814318 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən həyata keçirilmiş cinayət təqibi nəticəsində iddiaçının ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) tərəfindən köçürülmüş pul vəsaitlərini təyinatı üzrə (qeyri-kommersiya məqsədləri üçün) istifadə etdiyi və hər hansı vergidən yayınma hallarına yol vermədiyi müəyyən edilmişdir. Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ö dəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri).

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti iddiaya qarşı etirazın dəlillərinə əsaslanır. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi qərarında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2014-cü tarixli Qanuna əsasən, xx.xx.2014-cü il tarixdən etibarən AR-nin ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslərin yol vergisi üzrə öhdəliyinin ləğv olunduğunu göstərmişdir. Buna əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, həmin Qanunun qüvvəyə minməsindən sonra iddiaçı yol vergisi üzrə vergi öhdəliyindən azad edildiyindən, qeyd olunan Qanunun qüvvəsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran və hüquqi məsuliyyətini aradan qaldıran normativ hüquqi akt qismində qüvvəyə minməzdən əvvəlki tarixdə yaranmış münasibətlərə, o cümlədən iddiaçıya 2011-2013-cü illər üzrə hesablanmış yol vergisinə münasibətdə geriyə şamil edilə bilər. Cavabdeh qeyd olunan dəlillə razılaşmayaraq bildirir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar xx.xx.2014-cü il tarixdə qəbul edilmiş, Məcəlləyə dəyişiklik isə xx.xx.2015-cİ il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi, həm vergilərin hesablandığı dövrdə (2011-2013-ü illər), həm də məsuliyyət qərarının qəbul edildiyi dövrdə (2014) iddiaçının yol vergisini ödəmək öhdəliyi Vergi Məcəlləsində öz əksini tapmışdır. Bu səbəbdən də cavabdeh hesab edir ki, məhkəmənin bu mövqeyi tamamilə yanlışdır və yol vergisini əsasız olaraq ləğv etmişdir.

15. Cavabdeh həmçinin qeyd edir ki, əgər gələcəkdə hazırkı məhkəmənin qərarı qüvvədə saxlanılarsa, sözügedən qərarın icrası vergi orqanı tərəfindən mümkün olmayacaqdır. Məhkəmə maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq tətbiq etməli olduğu halda tətbiq etməmiş, yəni işin faktiki hallarına uyğun olmayan istiqamətdə t ətbiq edərək düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırmamış və cavabdeh tərəfindən təqdim edilmiş dəlil və arqumentləri qiymətləndirməmişdir. İş üzrə həqiqətin müəyyən olunması üçün xidməti vəzifəsinə əsasən araşdırma aparmalı olan məhkəmə kollegiyası heç bir əsas tapa bilmədiyi səbəbindən formallığa üstünlük vermiş və iş üzrə həddən artıq formalizm tətbiq edərək cavabdehin məhkəməyə çatım hüququnu pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Vergi Məcəlləsi Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.... Maddə

54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdi r, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yu xarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də cavabdehin iddiaya qarşı etirazının dəlillərini təkrarlayan kassasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 2

4. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Mübahisəyə dair iş materiallarından görünür ki, apellyasiya məhkəməsi Dövlət Vergi Xidməti Aparatının Vergi auditi Baş İdarəsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, **********814318 saylı qərarının qüvvədə olub-olmaması, qərara əsasən hesablanmış vergi və maliyyə sanksiyasının olub-olmaması (vergi borcunun silinib-silinməməsi), həmçinin xx.xx.2014-cü il tarixli, **********814318 saylı məsuliyyət qərarının ləğv edilmədiyi halda, qərarın ləğvi məsələsinə məhkəmədənkənar qaydada baxılıb nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir.

28. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab ol araq təqdim edilmiş 20 may 2022-ci il tarixli, **********752400 nömrəli məktubda bildirilmişdir ki, Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin hesablanması üzrə tələb etmə müddəti bitdiyi üçün “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla hesablanmış 262.208,01 manat vergi borcu və 119.645,97 manat maliyyə sanksiyası nümayəndəliyin şəxsi hesab vərəqəsindən silinmişdir.

29. Lakin nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı sadəcə borcun şəxsi hesab vərəqəsindən silinməsinə deyil, həm də və ən əsası həmin borcun hesablanması üzrə cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, ******* ***814318 saylı qərarın ləğvinə yönəlmişdir. Cavabdeh tərəfindən isə mübahisələndirilən qərarla hesablanmış 262.208,01 manat vergi borcunun və 119.645,97 manat maliyyə sanksiyasının Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin hesablanması üzrə tələb etmə müddəti keçdiyi üçün nümayəndəliyin şəxsi hesab vərəqəsindən silindiyi bildirilmişdir. Başqa sözlə, hesablanmış vergi borcunun qeyd olunan əsasla şəxsi hesab vərəqəsindən silinməsi iddiaçının hüquqi marağına cavab vermir və qanunsuz hesab etdiyi üçün həmin qərarın ləğvini tələb edir. Və iddiaçı həmin tələbində haqlı sayılmalıdır.

30. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən qərarla hesablanmış 262.208,01 manat vergi borcu və 119.645,97 manat maliyyə sanks iyası vergilərin hesablanması üzrə tələb etmə müddəti keçdiyi üçün nümayəndəliyin şəxsi hesab vərəqəsindən silinmişdir.

31. Buna rəğmən mübahisələndirilən qərarın cavabdeh tərəfindən ləğv edildiyi, vergi borcunun nümayəndəliyin şəxsi hesab vərəqəsinə işlənməsinə əsas olmuş həmin qərarın hüquqi qüvvəsini itirdiyi və bu səbəbdən etibarsız olduğu, bunun üzərindən nümayəndəliyin şəxsi hesab vərəqəsindən vergi borcunun silinməsinin hüquqi əsasının aradan qalxdığı iş üzrə materiallardan görünmür.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi yalnız həmin vergi borcunun hesablanması barədə qərarın ləğv olunduğu təqdirdə mümkündür. Həmin qərar cavabdeh tərəfindən xidməti vəzifəsinə görə ləğv edilməli, həmin qərarın qəbulu ilə nəticələnmiş v ergi yoxlaması üzrə icraat “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələnməli, yeni icraat üzrə qərar qəbul olunmalı və həmin qərar əsasında vergi borcu şəxsi hesab vərəqəsindən silinməlidir. Cavabdehin qeyd edilən qaydaya uyğun davrandığı iş üzrə materiallarla təsdiq olunmur.

33. Məhkəmə kollegiyası həmçinin xüsusilə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə Azərbaycan Respublikası Baş Prokurorluğunun iş materiallarına əlavə olunmuş “10 iyul 2020-ci il tarixli cinayət işinə hissəvi xitam verilməsi və əmlakın həbsdən azad edilməsi haqqında” qərarının preyudisial əhəmiyyətə malik olması da nəzərə alınmalıdır. Belə ki, həmin qərarda Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli, 915-İQ nömrəli Qanunu ilə təsdiq edilm iş və hazırda qüvvədə olan “Azərbaycan Respublikası Hökuməti və X8 Hökuməti arasında X1 dair əməkdaşlıq haqqında Saziş”in İ maddəsinin (Azadolmalar və toxunulmazlıqlar) (A), (B), (C) bəndlərinə əsasən, Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar əldə edilmiş, yaxud istifadə olunan mallar, ləvazimatlar, avadanlıqlar, materiallar, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və digər əmlaklar, o cümlədən pul vəsaitləri ölkəyə idxal, yaxud ölkədən ixrac olunarkən, həmçinin ölkə daxilində alınarkən və istifadə edilərkən hər cür əlavə dəyər vergisindən, əmlak vergisindən, tariflərdən, gömrük rüsumlarından, idxal vergisindən və Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfindən təyin edilmiş digər bu kimi vergi və haqlardan azad olunduğunun təsbit ed ildiyi qeyd olunmuş və bu əsasla ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) Azərbaycan Respublikası Nümayəndəliyinin vəzifəli şəxslərinin fəaliyyəti üzrə müəyyən edilmiş qulluq səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuz sahibkarlıqla məşğul olma və vergiləri ödəməkdən yayınma əməllərinə dair Azərbaycan Respublikası CM-nin 192.2.2, 213.2.2, 308.2-ci maddələri ilə cinayət təqibinə qanunvericiliyin müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar mövcud olduğundan cinayət işinə bu hissədə xitam verilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 26 iyul 2014, 03 oktyabr 2014, 08 oktyabr 2014 və 10 oktyabr 2014-cü il tarixli qərarları ilə nümayəndəliyin və müqavilə əsasında nümayəndəliyə xidmət göstərmiş "X9 Services LTD" MM C-nin təsisçisi və rəhbəri X7, fiziki şəxslər X3 və Vəkil1 "X6" ASC-de olan bank hesablarının üzərinə qoyulmuş həbslər ləğv edilmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən vergi məsuliyyətinə cəlbetmə barədə cavabdehin qərarının ləğv olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

35. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəki ldə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

36. Nəticə etibarı ilə, mübahisəyə dair iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunauyğun olduğundan, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyul 2022-ci il tarixli, 21(103)-1629/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar