Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-220/2019 16.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-220/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 16 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)-1442/2018 nömrəli qərarından cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İşin materiallarına görə, iddiaçıya 2008-ci il 28 yanvar tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəb əlaqəsi kimi “xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi göstərilmiş, ona ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2017-ci il 23 oktyabr tarixdə, sonuncu müayinə zamanı iddiaçıya ikinci dərəcəli əlillik verilmiş, əlilliyin səbəb əlaqəsi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” qeyd edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 1 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmi şdir ki, 2013-cü il 1 sentyabr tarixdən iddiaçının təminat xərcliyi 481,30 manat təşkil edir. Ona İİ qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyə görə təminat xərcliyinin 80 faizi, yəni 385,04 manat məbləğində pensiya düzgün hesablanaraq ödənilir. Həmin məbləğ ona 2017-ci il 1 noyabr tarixdən hesablanaraq ödənilir. İddiaçı 2018-ci il 25 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əliliyə görə 2008-ci il 28 yanvar tarixdən indiyə qədər olan dövr üçün almadığı təqaüdün 80% faizinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 2017-c i il 23 oktyabr tarixdən təyin edilmiş (səbəb Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar) əlilliyə görə pensiyanın son üç ilinin hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ona 2008-ci ildə İİ qrup əlillik dərəcəsi verilmiş, əlilliyin səbəbi isə hərbi xidmət dövrü ilə əlaqədar kimi göstərilmişdir. Lakin, onun əlilliyinin səbəbi səhv göstərildiyindən o, yenidən bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti Xüsusi həkim Ekspertiza Komissiyasına müraciət etmişdir. Müraciətindən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti Xüsusi həkim Ekspertiza Komissiyasının 37/00258 saylı, 2017-ci il 16 iyun tarixli Qərarına əsasən ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin qərarda da göstərilmişdir ki, o, həqiqətən 2007-ci il 18 iyun tarixdə xidməti vəzifəsini yetirən yetirərkən travma almışdır. Buna görə ona 2008-ci ildən 2017-ci ilə qədər 80% əvəzinə 55% təqaüd hesablanıb verilmişdir. Halbuki, ona 2008-ci ildə bu günə qədər aldığı İİ qrup əlilliyə görə 80% təqaüd hesablanıb verilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə görə “xidmət vəzifələri yerinə yetirməklə bağlı olmayan İİ qrup əlillərə müvafiq təminat xərcliyinin 55% miqdarında pensiya təyin edilmişdir. İddiaçı növb əti dəfə 2017-ci il 1 noyabr tarixdə “hərbi xidmət vəzifələrini yerinə yetirərkən” əlillik səbəbi ilə Tibbi Sosial Ekspert Komissiyasından keçərək iddiaçıya müayinə tarixindən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən, “xidmət vəzifələrini yetirərkən əlil olanlara”, müvafiq təminat xərcliyinin 80% miqdarında pensiya yenidən hesablanaraq, hüququ yarandığı gündən, yəni Tibbi Sosial Ekspert Komissiyasının müayinə etdiyi tarixdən (İİ qrup, əlilliyin səbəbixidməti vəzifəni yerinə yetirərkən alınmışdır) etibarən iddiaçının pensiyası yenidən hesablanaraq təminat xərcliyinin 55 faizindən 80 faizinə qaldırılmışdır. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmil əşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.3-cü bəndinə əsasən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri bilavasitə TSEK-də rəsmi qaydada qəbul edilir və kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən qeydiyyatdan keçirilir. Əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətəndaşa əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi “Tibbi Sosial Ekspert Komissiyasının Müayinə aktından çıxarış”da qeyd edilir və həmin çıxarışda “ilkin (təkrar) müayinədən keçən əlillər üçün” pensiya təyinatı aparan orqana göndərilir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 36-cı maddəsinə əsasən, təminat x ərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 13 fevral tarixli 2-1(81)815/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2017-ci il 23 oktyabr tarixdən təyin edilmiş (səbəb Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar) əlilliyə görə pensiyanın son üç ilinin hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2017-ci il 23 oktyabr tarixli qərarına əsasən iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” kimi göstərildiyindən, iddia əsaslıdır. Ca vabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)-1442/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 5 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 29 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tə ləbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddəti ndə verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv olunması hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri hazırkı işdə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçı x1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının 2017-ci il 16 iyun tarixli, 37/00258 saylı qərarı ilə “xəstəlik hərbi xidmət dövründə alınmışdır” səbəbdən İİ qrup əlillik təyin edilsə də, sonradan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 2017-cı il 23 oktyabr tarixli qərarına əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbli əlaqə ilə dəyişdirilmişd ir....1-ci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı x1 əlilliyə görə təyin olunan pensiyanın əlillik səbəbinin dəyişməsilə əlaqədar ona təyin edilmiş pensiyasının son üç ilinin yenidən hesablanmasını və yaranacaq fərqin ona ödənilməsini tələb etməkdə haqlıdır.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıya əlilliyin təyin edildiyi vaxtda qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüs urlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdu dluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır.Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilli yin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hakimiyyətlərin bölünməsi prinsipinə zidd olaraq icra hakimiyyətinə mənsub olan inzibati orqanın səlahiyyətlərinə müdaxilə edərək həmin orqanın iştirakı (qərarı və ya rəyi) olmadan və onun əvəzinə iddiaçının ona “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliy”in təyin edildiyi 2017-ci il 23 oktyabr tarixdən əvvəl eyni səbəb əlaqəsi ilə əlil olduğuna dair nəticəyə gəlmiş və bu nəticədən çıxış edərək cavabdehin üzərinə yuxarıda göstərilən məzmunda öhdəlik qoymuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimi yyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya əlillik onun xidmət etdiyi dövrdə deyil, bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, trav ma, kontuziya), xəstəlik nəticəsində üz verdiyinə görə təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin xəsarət (yaralanma, travma, kontuziya) alması özü-özlüyündə, həm də xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alındığı vaxtdan dərhal sonra əlil olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin tibbi göstəriş (element) onun yaratdığı (onunla səbəbli əlaqədə olan, ondan doğan) sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə qiymətləndirildikdən sonra şəxs əlil hesab edilə bilər (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 2-ci maddəsi). Yuxarıda qeyd edilən norma ların tələbləri nəzərə alındıqda, iddiaçının əlilliyinin onun hərbi travma aldığı vaxtda (xidmət etdiyi dövrdə), yaxud bundan sonra baş verdiyinin müəyyən edilməsi üçün (o cümlədən, məhkəmə icraatı çərçivəsində) tibbi-sosial sahədə xüsusi bilik tələb olunduğundan, əlilliyin başvermə vaxtı (iddiaçının əlilliyinin səbəb əlaqəsi və dərəcəsi mübahisələndirilmir) məhz həmin bilik sahəsinə aid səlahiyyətli şəxs(lər) (tibbisosial ekspertlər) tərəfindən müəyyən edilə bilər. Hazırkı işdə bu, baş verməmiş, apellyasiya instansiyası məhkəməsi iddiaçının ona “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliy”in təyin edildiyi 2017-ci il 23 oktyabr tarixdən əvvəl eyni səbəb əlaqəsi ilə əlil olduğuna (həmin səbəb əlaqəsi ilə əlilliyin 2017-ci il 23 oktyabr tarixdən əvvəl mövcud olduğuna/yarandığ ına) dair gəldiyi nəticəni əsaslandırmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi inzibati icraat materiallarının surətlərini işə əlavə etsə də, həmin materialları İPM-in 58.7-ci maddəsinin tələblərinə uyğun tam və hərtərəfli araşdırmamış, onlara qiymət verməmişdir. Belə ki, həmin materiallardakı məlumatlardan aşkar görünür ki, iddiaçıya 2017-ci il 23 oktyabr tarixdən əvvəlki (həm də bir neçə dəfə təkrarlanan) əlillik (hərbi xidmət dövrü ilə əlaqədar əlillik) və 2017-ci il 23 oktyabr tarixdən təyin edilən əlilik (hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik) tamamilə fərqli diaqnozlar və onların yaratdığı sosial nəticələr əsasında təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə q əbul edildiyindən qərar ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)-1442/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-220/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-220/2019
16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver