Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-220/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Kamil oğlu Hüseynov İddiaçı cavabdeh Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə qarşı (üçüncü şəxs: Sumqayıt şəhər Bələdiyyəsi) “torpaq sahəsinin rəsmiləşdirilməsi üçün rəy verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 oktyabr tarixli 2-1(105)-592/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkü nlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdim. Təsviri hissə: X1-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək torpaq sahəsinin rəsmiləşdirilməsi üçün rəy verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 iyul tarixli 2-1(85)-1023/2019 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 oktyabr tarixli 2-1(105)-592/2019 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmamış, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Ona məhkəmə iclasının təyin olunduğu vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2020-ci il 15 yanvar tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri hal da da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya aşağıdakı səbəblərə görə mümkün sayıla bilməz. İPM-in 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, kassasiya və əlavə kass asiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi... əlavə olunur. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və şikayətə vəkilin orderi əlavə olunmamışdır. İddiaçı bu barədə xəbərdar edilməsinə baxmayaraq, ona təqdim edilmiş bildirişdə göstərilən çatışmazlıqların aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən, qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 oktyabr tarixli 2-1(105)-592/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-220/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-220/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver