Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-220/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “təqdimatların aidiyyəti üzrə göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2 281/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən İddiaçı müraciətinə baxılması nəticəsində verilmiş 26 dekabr 2020-ci il tarixli cavabda göstərilmişdir ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarındakı fəaliyyəti nəzərə alınmış və o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 6 may 2 005-ci il tarixli 803 nömrəli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı məhkəməyə müraciət edərək onun “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi məqsədilə tərtib olunmuş təqdimatların aidiyyatı üzrə Daxili İşlər Nazirliyi vasitəsilə Prezident Aparatına göndərilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandımışdır ki, 1-ci Qarabağ Müharibəsi zamanı döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqları nəzərə alaraq Daxili Qoşunların o vaxtkı rəhbərliyi tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməyi məqsədilə bir neçə təqdimat yazılmış, lakin həmin təqimatlar naməlum səbəblər üz ündən aidiyyəti üzrə göndərilməmişdir. Qanunvericiliyin tələblərinə görə cavabdeh həmin təqdimatları tapmağa və aidiyyəti üzrə göndərməyə borcludur.
4. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2-1(112)-3814/2021 saylı qərarı (hakim – Ş.A.Həsənova) ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi baxımından iddiaçının qaldırdığı məsələ müstəqil inzibati icraatın predmeti ola bilməz. Çünki aidiyyəti hərbi qulluqçuların təltif edilməsi ilə bağlı təşəbbüs göstərilməsi, vəsatət irəli sürülməsi cavabdeh inzibati orqanın hüququdur və bununla bağlı onun üzərində öhdəlik qoyula bilməz. 6.İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə yenidən baxı lması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli 21(103)-2281/2021 saylı qərardadı ilə (sədrlik edən və məruzəçi hakim - S.Bəktaşi, hakimlər H.Həmidov və A.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2-1(112)-3814/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür. Məhkəmə həmçinin hazırkı məzmunda öhdəliyin cavabdehin üzərinə qoyulmasının mümkün olmadığını bildirmiş və iddiaçının bu mənada, subyektiv hüququn sahibi olmadığı nəticəsinə gəlmişdir.
9. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kasasiya şikayətinin dəlillərinə görə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə baxarkən onun barəsində tərtib olunmuş və “Azərbaycan Milli Qəhrəmanı adı”nın verilməsinə dair tərtib olunmuş təqdimatların əsillərini cavabdehdən tələb etməmişdir. “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 146-cı maddəsinə əsasən, əsgəri borcunu yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə döyüş və ictimai-siyasi hazırlıqda əla göstəricilərə, yeni və mürəkkəb hərbi texnikanı əla mənimsədiyinə, qoşunlara nümunəvi rəhbərlik etdiyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısındakı digər görkəmli xidmətlərinə görə hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edilə bilərlər. 11.Qanunvericiliyin tələblərindən göründüyü kimi, döyüş əməliyyatları zamanı göstərdiyi qəhrəmanlıqlara görə onun Azərbaycan Respublikasının dövlət mükafatlarına, fəxri adlara layiq görülmək hüququ vardır. Müvafiq komandir və rəislər də onun “Milli Qəhrəman” adına layiq görülməyi üçün də bir neçə təqdimat yazmışlar, lakin cavabdeh or qan həmin təqdimatları gizlətmiş, məhkəmə isə onların əsillərini tələb etməmiş və özünün qanunsuz qərardadında buna hüquqi don geyindirməyə çalışmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, ehtiyatda olan mayor İddiaçı xidmətləri nəzərə alınmaqla, 08.02.2005-ci il tarixdə daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı tərəfindən onun dövlət mükafatı ilə təltif olunması barədə nazir qarşısında vəsatət qaldırılmış və daxili işlər nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koma ndanının 06 may 2005-ci il tarixli 803 nömrəli Sərəncamı ilə ehtiyatda olan mayor İddiaçı “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Dövlət mükafatı 16 dekabr 2006-cı il tarixdə mayor İddiaçı təqdim edilmişdir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında istifadə olunan sənədlərin saxlanılma yeri və müddətləri haqqında Siyahi”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Q40-001-16 nömrəli 28.09.2016-cı il tarixli Qərarının 9.2.1-ci maddəsinə əsasən Milli qəhrəman, dövlət mükafatları və başqa fəxri adlar verilməsinə və təltif edilməyə dair sənədlər, qaytarılmış (rədd edilmiş) təqdimatlar 3 il saxlanıldıqdan sonra məhv edilir. Odur ki, iddiaçı M.Qasimovun adına tərtib olunmuş təqdimatlar saxlanılma müddəti bitdiyi üçün məhv olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə 146-cı bəndi: “Əsgəri borcunu yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə döyüş və ictimai-siyasi hazırlıqda əla göstəricilərə, yeni və mürəkkəb hərbi texnikanı əla mənimsədiyinə, qoşunlara nümunəvi rəhbərlik etdiyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısındakı digər görkəmli xidmətlərinə görə hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edilə bilərlər”. 15. “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin 1 və 2-ci bəndləri: 1. “Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqəsi naminə xalq qarşısında müstəsna xid mətlərə və rəşadətə görə verilir. 2. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli 05 saylı qərarı: “2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdı rlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır”. 17.İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdə liklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddiaçının subyektiv hüququnun mövcudluğu və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş mad di-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tər əflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
22. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğunun müəyyən edilmədiyinə dair apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının tələbi onun “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi məqsədilə tərtib olunmuş təqdimatların aidiyyəti üzrə göndərilməsindən ibarətdir. İddiaçı özünün bu tələbini Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi ilə bağlı döyüş əməliyyatlarında göstərdiyi igidlik və şücaətlə əsaslandırır.
23. Bu qərarın 14 və 15-ci bəndlərində sadalanmış maddi hüquq normalarının tələblərinə görə hərbi qulluqçular göstərdikləri igidlik, şücaət və digər görkəmli xidmətlərinə görə dövlət mükafatlarına, o cümlədən “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsinə təqdim edilə bilərlər. Həmin normaların tələblərindən həmçinin görünür ki, bu qaydada təqdimat verilməsi müvafiq inzibati orqanların diskresion səlahiyyətlərinə aid məsələdir. Diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Beləliklə, dövlət mükafatları ilə təltif edilmək üçün təqdimat vermək səlahiyyəti inzibati orqanın diskresion səlahiyyətinə aiddir. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh inzibati orqan iddiaçının barəsində özünün malik olduğu diskresion səlahiyyətini qiymətləndirmə azadlığına uyğun olaraq həyata keçirmiş, müvafiq təqdimat verilməklə iddiaçı Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İgidliyə görə” med alı ilə təltif edilmişdir. Cavabdehin diskresion səlahiyyətlərinə və qiymətləndirmə azadlığına aid məsələ olduğundan iddiaçının hazırkı məzmunda tələbinə subyektiv hüququ yaranmır.
24. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 21(103)-2281/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.