Məhkəmə qərarları › İş №2-1(102)-220/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-220/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-220/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş müavinətin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulan məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2563/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2015-ci il tarixli, 1236 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən yaşa görə 167,53 manat əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə onun əmək pensiyasının məbləği yenidən hesablanaraq 320,21 manat müəyyən edilmişdir.

2. İddiaçı l qrup əlil arvadı X2 qulluğa görə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

3. Cavabdeh tərəfindən aparılmış audit yoxlaması zamanı Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan X2 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra 283,87 manat və İ qrup əlilə qulluğa görə İddiaçı 141,94 manat, ümumilikdə 425,81 manat məbləğində vəsaitin xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq ödənildiyi müəyyən edilmişdir.

4. Artıq ödənişin geri qaytarılmasını təmin etmək üçün mərhum X1 ölümündən sonra kart hesabında qalan 100,00 manat məbləğində vəsait Filialın sosial müavinət və təqaüd hesabına qaytarılmış, qalıq borc qismində qalan 325.81 manat aktiv əmək pensiyaçısı kimi İddiaçı əmək pensiyasına yönəldilmiş və bu barədə ona rəsmi qaydada xx.xx.2022-ci il tarixli məktubla məlumat verilmişdir.

5. İddiaçı əmək pensiyasından tutulmalarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, aidiyyəti üzrə göndərilmiş müraciətə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən baxılmış və bildirilmişdir ki, ona (Suraxanı rayonu, iş № 923403) xx.xx.2019-cu il tarixindən bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü alan X1 (Suraxanı rayonu, iş № 923403) xx.xx.2020-ci il tarixində vəfat etməsi səbəbindən, xx.xx.2020-xx.xx.2 020-ci il tarixinədək olan dövr üzrə 183,87 manat və ona xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək olan dövr üzrə 141,94 manat məbləğ, ümumilikdə 325,81 manat məbləğ artıqalma yaranmışdır. Yaranan 325,81 manat artıqalma ona təyin edilən yaşa görə əmək pensiyasından (Suraxanı rayonu, iş № 323987) 2022-ci ilin avqust ayından tutularaq bərpa edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ədalətsiz qərarın ləğv edilməsi və pensiyasından tutulmuş bütün məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, pensiyaçıdır. Arvadı 1-ci qrup əlil X3 05 may 2020-ci il tarixdə vəfat etmiş və bununla bağlı AZ-İİ №103123 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Vəfatla əlaqədar pensiyanın kəsilməsi üçün məlumat tərəfindən DSMF-yə sənəd təqdim etməklə və əlavə olaraq onlayn qaydada müraciət formasında vaxtında verilmişdir. Lakin hansısa əməkdaşın səhlənkarlığı səbəbindən iyun və iyul 2020- ci il üçün ödənişlər edilmişdir. Sonra artıq ödənilmiş vəsait ona dəfn üçün müavinət verildiyi zaman nəzərə alınmış və müvafiq olaraq az ödənilmişdir. Yəni bununla Fond artıq ödədiyi vəsaiti müavinətdən tutaraq əvəzləmişdir. O, tələb olunan bütün sənədləri və məlumatları Fonda və digər la zımi yerlərə vaxtında və dəqiq çatdırmışdır. Buna baxmayaraq DSMF 2 (iki) ildən artıq vaxt keçdikdən sonra ona heç bir şifahi və ya yazılı xəbərdarlıq etmədən 2022-ci ilin avqust ayı üçün pensiyasından öz istəklərinə uyğun 55 (əlli beş) manat məbləğdə pul tutmuşdur. Tutulmanın səbəbini bilmədiyi üçün o, xx.xx.2022-ci il tarixdə “DOST” xidmətinə müraciət ünvanlamış və 05 sentyabr 2022-ci il tarixdə cavab almışdır. Cavabda göstərilmişdir ki, arvadının pensiyası artıq ödənildiyi üçün onun tutulması iddiaçının pensiyasına yönəldilmişdir. Artıq ödəməni müəyyənləşdirmək üçün onlara iki il vaxt tələb olunmuş, müvafiq olaraq bu tutulma növbəti aylar üzrə də aparılmış və 2023-cü il ərzində də məbləğ bitənədək aparılması nəzərdə tutulmuşdur. O, özü də 2-ci qrup əlildir.

8. Daha sonra iddiaçı iddianı n dəyişdirilməsi barədə ərizə təqdim edərək, Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının onun pensiyasından tutulma aparmasından ibarət hərəkətinin qanunsuz hesab edilməsi və tutulmuş 325,81 manat pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13921/2022 saylı, 21 dekabr 2022-ci il tarixli protokol qərardadı ilə iddiaçının iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirmişdir ki, iddia tələbi əsassızdır və cavabdeh orqanın müvafiq qərarı qanuna uyğun olmuşdur. Belə ki, aparılmış araşdırmalar nəticəsində iddiaçıya X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsi səbəbindən xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 183.87 manat və xx.xx.2020-ci il tarixədək ümumilikdə 325,81 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən yaranmış 325,81 manat artıqalma iddiaçıya təyin edilən yaşa görə əmək pensiyasından 2022-ci ilin avqust ayından tutularaq bərpa edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından 325,8 1 manat məbləğin tutulmasından ibarət hərəkəti qanunsuz hesab edilmiş, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutulmuş 325.81 manat pensiya məbləğinin İddiaçı geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, artıq ödənilmiş təqaüdün tutulması ilə bağlı qanunvericiliklə hər hansı bir əlavə qayda müəyyən edilmədiyindən cavabdeh məbləğin tutulması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun Vİ fəslində nəzərdə tutulmuş qaydada icraat aparmalı, həmin icraat nəticəsində artıq ödənilmiş vəsaitin kim tərəfindən qəbul olunduğu müəyyən edilməli və bu icraat çərçivəs ində müəyyən etdiyi borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul etməli və aktın icrasını Qanunun 82-ci maddəsinə uyğun təmin etməli idi. Lakin işdən görünür ki, cavabdeh qanunun istinad edilən normalarına əməl etməmiş, hər hansı icraat aparmadan, Venera Məmmədovanın kart hesabına ödənilən vəsaitin kim tərəfindən qəbul edildiyini müəyyənləşdirmədən, inzibati akt qəbul etmədən həmin məbləğin iddiaçıya təyin edilmiş əmək pensiyasından tutulmasını həyata keçirmişdir. Cavabdehin inzibati icraat üzrə qanunvericiliyin tələblərini pozmasını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasından tutma aparmasından ibarət cavabdehin bu hərəkəti qanunsuzdur, iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur.

13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2563/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər X7 / məruzəçi/, X5 və X8) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kas sasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin əsasını apelyasiya şikayətində göstərilənlər təşkil edir. Eyni zamanda şikayət müəllifi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 63.1 və 82.3-cü maddələrinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin mövqeyinin qanunsuz olduğunu bilmişdir.

18. Şikayətdə qeyd edilir ki, qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibat akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibatı icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıd ır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 21. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə

12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırı lmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər nö v hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludu r. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

24. İşin hallarının obyekti v araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzər də tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiy ası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olara q yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası mə hkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla belə məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şikayətin mahiyyətindən görünür ki, kassator bu növ iddianın ümumiyyətlə məhkəmədə baxılmasını qanunsuz və əsassız hesab edir. Bildirilir ki, artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı olan qərar “İnzibatı icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, istər Konstitusiyaya, istər beynəlxalq qanunvericiliyə, istərsə də digər normativ aktlara görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Yəni hər bir şəxsin qanunvericilikdə nəzərdə tut ulan hallar istisna olmaqla, maraqlarına toxunan istənilən inzibati aktı məhkəmədə mübahisələndirə bilər. Odur ki, iddiaçının hazırki inzibati aktın qanunsuz olaraq məhkəmədə mübahisələndirilməsi ilə bağlı cavabdehin mövqeyi qanunsuzdur.

31. Digər tərəfdən qeyd edilməlidir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbinə görə müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilm iş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

32. Göründüyü kimi qanun cavabdehə artıq ödənilmiş məbləğin qaytarılması üçün konkret prosedur müəyyən etmişdir. Həmin prosedura əsasən inzibati orqan artıq ödəmə ilə bağlı hal aşkar etdiyi təqdirdə bu barədə şəxsi məlumatlandırmalı, artıq ödənilmiş məbləğin geri tutulması ilə bağlı müavinət alan şəxsin razılığı olmadığı təqdirdə, məhkəmədə iddia qaldırılmalıdır.

33. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati icraatın tələblərini pozmuş, iddiaçının razılığı olmadan artıq ödənişlərin geri qaytarılması ilə bağlı konkret addımlar atmışdır.

34. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə tam razılaşaraq bildirir ki, Filial artıq ödənişlərin geri qaytarılmas ı məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi.

35. Beləliklə, yuxarıda qeyd olunanlardan aydın olur ki, cavabdeh artıq ödənilmiş məbləği geri tutarkən qanunvericiliyin normalarını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

37. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellya siya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2563/2023 saylı iş üzrə 18 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar