Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-220/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxslər Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər filialı və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borcların dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxslər Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər filialı və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borcların dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(106)-122/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" MMC xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı tərəfindən 2016, 2017-ci illərin 4 rübü (1-4 rüblər) və 2018-ci ilin 1-ci rübü üçün təqdim olunmuş ilkin hesabatlar əsasında xx.xx.2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 239727,69 manat borc məbləği hesablanmışdır. 3. 2016 və 2017-ci illərin 4 (1-4) rübləri, həmçinin 2018-ci ilin 1-ci rübü üçün təqdim olunmuş hesabatlarda yanlışlığa yol verilməsi əsası ilə iddiaçı həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatları xx.xx.2018-ci il tarixli məktubla Dövlət Sosial Müdafiə Fonduna göndərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət ed ərək, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi ilə əvəz olunmasını xahiş etmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(086)-2546/2018 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə İdarəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lənkəra n şəhər şöbəsi ilə əvəz edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən iddiaçıya əsassız olaraq məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2018-ci il tarixə 239727,69 manat borc məbləği hesablanmışdır. Halbuki, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün iddiaçı tərəfindən əvvəlcə ilkin hesabatlar təqdim edilmiş, lakin həmin hesabatlarda yanlışlığa yol verildiyindən, xx.xx.2018-ci il tarixdə həmin dövrlər üçün dəqiqləşmiş hesabatları təqdim edilmişdir. Buna baxmayaraq, həmin hesabatlar nəzərə alınmamış və ilkin hesabat əsasında yuxarıda qeyd edilən borc yaranmışdır. İlkin hesabatlar, təqdim edilmiş hesablamalarda səhvə yol verildiyindən həqiqəti əks etdirmir və buna g örə də iddiaçıya məcburi dövlət sosial sığorta haqları həmin rəqəmlər əsasında deyil, dəqiqləşmiş hesabatlar əsasında hesablanmalıdır.
7. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və cəmiyyətin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması ilə bağlı göstərilən şərtlərin mövcudluğu və əsaslılığı təsdiq olunmamışdır.
8. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.B.Nuriyev) 27 dekabr 2018-ci il tarixli, 2-1(086)-2546/2018 nömrəli qərarı ilə iddia təmin edil miş, iddiaçı tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və iddiaçının 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, cavabdehin əsl cavabdeh olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli məhkəmə baxışı iclasının protokol qərarı ilə vəsatət təmin edilmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər İ.Q.Əsədov /sədrlik edən və məruzəçi/, Z.A.Zeynalov və M.K.Həsənov) 25 aprel 2019-cu il tarixli 2-1(106)-210/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçı tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və iddiaçının 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiql əşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmuşdur.
12. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər S.Hüseynova /sədrlik edən və məruzəçi/, İ.Dadaşov və K.Bədəlov) 06 noyabr 2019-cu il tarixli 2-1(102)-2606/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər T.S.Kərimov /sədrlik edən və məruzəçi/, T.X.Heydərov və F.N.Abbasov) 09 yanvar 2020-ci il tarixli, 2-1(106)-100/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi qərarı ləğv edilmiş, inzibati iş materialları qərarın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, iddianın mümkünlük şərtinin ödənilib-ödənilməməsinin yoxlanılması istiqamətində məhkəmə araşdırması aparılması, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. d) birinci instansiya məhkəməsində ikinci icraat
15. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2-1(120)-619/2020 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fond unun Lənkəran şəhər filialı, 18 mart 2021-ci il tarixli 2-1(120)-8/2021 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
16. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və hal-hazırda iddia etdiyi dəqiqləşdirilmiş hesabatlar arasında həm hesablanmış əmək haqqı, həm də işçi sayı baxımından böyük fərqlər mövcuddur. Eyni zamanda, iddia olunan dəqiqləşdirilmiş hesabatlar düzgün formada təqdim edilməmişdir. Belə ki, sığortaedən tərəfindən iddia olunan 2017 və 2018-ci illər üzrə dəqiqləşdirilmiş hesabatlar həmin dövr üçün qü vvədən düşmüş blanklarda tərtib edilmişdir. Digər tərəfdən, iddia olunan dəqiqləşdirilmiş hesabatlarda (9 rüb üçün) yalnız Forma B1 təqdim edilmiş, paralel olaraq Forma B3 əlavə edilməmişdir. Hesabatlar arasındakı məbləğ fərqi bilavasitə işçi sayının azalması səbəbindən yarandığına görə, həmin dövrlər üçün dəqiqləşdirilmiş hesabat verilərsə, Forma B3 hesabatı, yəni həmin dövrlərdə Cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumatlar mütləq olaraq təqdim olunmalıdır. Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlardan sonra həmin dövrdə Cəmiyyətdə çalışmış işçilərin bir qisminin məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər alması üçün sığortaedən tərəfindən həmin müavinətlərlə bağlı sənədlər “X1 Sistemi”nin “Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin em alı” alt sisteminə daxil edilmişdir. DSMF tərəfindən həmin müavinət sənədləri qanunvericiliyə uyğun olaraq emal edilərək təsdiq olunmuş və ödənişə göndərilmişdir. Əlavə olaraq, qəbul edilmiş ilkin hesabatlarda göstərilən sığortaolunanlar arasında pensiyaya çıxmış şəxslərin mövcud olması ehtimalını da nəzərə almaq lazımdır ki, bu halda həmin şəxslərə əsassız olaraq yüksək məbləğdə pensiya təyin edilməsi, yəni DSMF büdcəsindən əsassız məbləğlərin çıxması nəticəsinə gətirib çıxarır. Qeyd olunan məsələlərin ciddi araşdırılmasını və bu məqsədlə məhkəmədən hesabatlarda göstərilən sığortaolunanların həmin dövrlərdə həqiqətən cəmiyyətdə çalışmasının dəqiqləşdirilməsi, əmək müqavilələrinin qüvvədə olub-olmamasının öyrənilməsi üçün X2, 2016-cı ildən bəri həmin müəssisənin işçiləri sırasından pensiya ya çıxan və digər sosial müavinətlər alan əməkdaşlar barədə isə DSMF-yə sorğu verilməsi zəruridir. Məhkəmə tərəfindən iddianın təmin ediləcəyi halda isə mövcud qanunvericiliyə uyğun olaraq artıq ödənilmiş müavinətlər Filiala, artıq hesablanaraq ödənilmiş pensiya məbləğləri və digər sosial müavinətlər isə DSMF-yə geri qaytarılmalıdır.
17. Şirvan İnzibati Məhkəməsinin (hakim S.F.Həsənov) 18 may 2021-ci il tarixli, 21(120)-8/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
18. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
19. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Allahyarov /sədrlik edən və m əruzəçi/, N.F.Mirzəyev və R.M.Cəfərov) 03 avqust 2021ci il tarixli, 2-1(106)-401/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. ə) birinci instansiya məhkəməsində üçüncü icraat
20. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 14 iyun 2022-ci il tarixli, 21(120)-319/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən 2016-cı ilin 4 (dörd) rübü, 2017-ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və iddiaçının 2016-cı ilin 4 (dörd) rübü, 2017ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəq iqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
21. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün dəqiqləşdirilmiş hesabatlar DSMF-nin Lənkəran şəhər şöbəsinə göndərilmiş, lakin dəqiqləşdirilmiş hesabatlar üzrə DSMF orqanı tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə cavabdehin cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və hal-hazırda iddia etdiyi dəqiqləşmiş hesabatlar arasında işçi sayı baxımından böyük fərqlərin mövcudluğu barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iş həcminin azalması ilə əlaqədar xx.xx.2016-cı il tarixdən etibarən iddiaçıda müvafiq qaydada ştat ixtisarı həyata keçirilmiş, həmçinin 2016-cı ilin 1-ci rübündən s onra müəssisənin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq işçi sayı 320 nəfərdən 10 nəfərə düşmüşdür.
22. Cavabdeh və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişlər. f) apellyasiya instansiya məhkəməsində dördüncü icraat
23. İşin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın 13 oktyabr 2022ci il tarixli məktubla bildirmişdir ki, vergi ödəyicisi olan iddiaçı tərəfindən 2016-ci ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə dəqiqləşdirilmiş hesabatlar 6 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmədiyindən, “Bəyannamələrin, hesabatların və ara yışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 8.20-ci bəndində nəzərdə tutulmuş qaydada hər hansı bir araşdırma, o cümlədən inzibati icraat aparılmamışdır.
24. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, P.T.Əhmədov və C.F.İmanov) 23 yanvar 2023cü il tarixli, 2-1(106)-6/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələb etdiyi qaydada zəruri inzibati icraat aparmamış, bununla da “İnzibati icraat haqqında” Qanunun, həm də “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydala r”ın tələblərini ciddi surətdə pozmuşdur. Bu baxımdan, cavabdehin dəqiqləşdirilmiş hesabatların qəbul etməməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanmasından imtina etməsinə dair faktiki xarakterli hərəkətləri formal-hüquqi baxımdan qanunsuzdur.
26. Cavabdeh və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişlər. g) kassasiya instansiya məhkəməsində ikinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.K.Hüseynov) 07 sentyabr 2023-cü il tarixli 2-1(102)- 1087/2023 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayətləri qalan hissədə təmin olunmamışdır.
28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Belə ki, işin müəyyən edilən hallarına əsasən, hazırkı mübahisə iddiaçının işçi sayının hesabatlarda səhv göstərilməsi nəticəsində yaranmış, iddiaçı təqdim edilən ilkin hesabatlarda işçi sayını n səhv göstərildiyini iddia edərək dəqiqləşdirilmiş hesabatlar vermişdir. İlkin və dəqiqləşdirilmiş hesabatların müqayisəli təhlilindən görünür ki, iddiaçı dəqiqləşdirilmiş hesabatlarda işçi sayını 2016-cı ilin 2-ci rübü üzrə 322-dən 12-yə, 2016-cı ilin 3-cü rübü üzrə 289-dan 9-a, 2016-cı ilin 4-cü rübü üzrə 191-dən 6-ya, 2017-ci ilin 1-ci rübü üzrə 175-dən 7-yə, 2017-ci ilin 2-ci rübü üzrə 150-dən 5-ə, 2017-ci ilin 3-cü rübü üzrə 144-dən 4-ə, 2017-ci ilin 4-cü rübü üzrə 135-dən 4-ə, 2018-ci ilin 1-ci rübü üzrə 116-dan 4ə azaltmışdır. Lakin iddiaçı tərəfindən işçi sayının azaldılması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, birinci və apellyasiya instansiyası məhkəmələri də bununla bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Nəzərə almaq lazımdır ki, işçi sayı nın azaldılması sadəcə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə təsir etmir, eyni zamanda ödəmə mənbəyindən tutulan vergilərə və işçilərə ödənilmiş əmək haqqının məbləğinə də təsir edir. Ona görə də, hazırkı iddia tələbinin mahiyyəti üzrə həllinə daha kompleks yanaşma tətbiq edilməlidir. İddiaçının mübahisələndirdiyi dövr üzrə təqdim etdiyi dəqiqləşmiş hesabatlardakı işçi sayı ilə ilkin hesabatlardakı işçi sayının kəskin şəkildə fərqlənməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu halı tam və hərtərəfli araşdırmamış, işçi sayının azalması ilə bağlı mötəbər sübutların əldə edilməsi üçün müvafiq araşdırma aparmamışdır. Kassasiya şikayətlərinin dəlillərində də qeyd olunduğu kimi, iddiaçı dəqiqləşdirilmiş hesabatlarına cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumat ların əks olunduğu Forma B3 əlavə etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslarının müəyyən edilməsi üçün əvvəllər cəmiyyətdə çalışmış, mübahisələndirilən dövrdə isə işləmədiyi iddia olunan işçilərin əmək müqaviləsinin müddətinin bitməsi və ya əmək müqaviləsinə xitam verilməsi, yaxud da hər hansı digər səbəbdən işdən çıxması ilə bağlı mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş hesabatlarda hər rüb üzrə ən azı 100-dən çox işçi sayının fərqləndirilməsinin sadəcə, texniki səhv olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Belə ki, məhkəmə istinad etdiyi sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməli, eləcə də, mübahisənin dü zgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunu etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, işə təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar - mübahisələndirilən dövrlər üzrə iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş hesabatlarda işçi sayının ilkin hesabatlarla müqayisədə əhəmiyyətli dərəcə azalmasının səbəbləri tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, cəmiyyətdə çalışmış işçilərin mübahisələndirilən dövrlərdə işdən çıxmasına dair mötəbər sübutlar əldə edilməli, yalnız bundan sonra iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. ğ) apellyasiya instansiya məhkəməsində beşinci icraat
29. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlə r: S.İ.Mayılov /sədrlik edən və məruzəçi/, F.C.Hüseynov və H.X.Bəhmənov) 21 avqust 2024-cü il tarixli, 2-1(106)-122/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: 30.1. İşin müəyyən edilən hallarına əsasən, hazırkı mübahisə iddiaçının işçi sayının hesabatlarda səhv göstərilməsi nəticəsində yaranmış, iddiaçı təqdim edilən ilkin hesabatlarda işçi sayının səhv göstərildiyini iddia edərək dəqiqləşdirilmiş hesabatlar vermişdir. İlkin və dəqiqləşdirilmiş hesabatların müqayisəli təhlilindən görünür ki, iddiaçı dəqiqləşdirilmiş hesabatlarda işçi sayını 2016-cı ilin 2-ci rübü üzrə 322-dən 12-yə, 2016-cı ilin 3-cü rübü üzrə 289-dan 9-a, 2016-cı ilin 4-cü r übü üzrə 191-dən 6-ya, 2017-ci ilin 1-ci rübü üzrə 175-dən 7-yə, 2017-ci ilin 2-ci rübü üzrə 150-dən 5-ə, 2017-ci ilin İİİ rübü üzrə 144-dən 4-ə, 2017-ci ilin İV rübü üzrə 135-dən 4-ə, 2018-ci ilin İ rübü üzrə 116-dan 4-ə azaltmışdır. Hazırda iddia tələbinin təmin edilməsi üçün iddiaçı tərəfindən işçi sayının azaldılması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməli olsa da, o, bunu etməmişdir. İddiaçının mübahisələndirdiyi dövr üzrə təqdim etdiyi dəqiqləşdirilmiş hesabatlardakı işçi sayı ilə ilkin hesabatlardakı işçi sayının kəskin şəkildə fərqlənməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu halı tam və hərtərəfli araşdırmamış, işçi sayının azalması ilə bağlı mötəbər sübutların əldə edilməsi ilə bağlı müvafiq araşdırma aparmamışdır. 30.2. Bundan başqa, iş materiallarından gö rünür ki, iddiaçı dəqiqləşdirilmiş hesabatlarına cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumatların əks olunduğu Forma B3 əlavə etməmişdir. 30.3.Eyni zamanda, iddia tələbinin əsaslarının müəyyən edilməsi ilə bağlı əvvəllər cəmiyyətdə çalışmış, mübahisələndirilən dövrdə isə işləmədiyi iddia olunan işçilərin əmək müqaviləsinin müddətinin bitməsi və ya əmək müqaviləsinə xitam verilməsi, yaxud da hər hansı digər səbəbdən işdən çıxması ilə bağlı mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən də təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya 30 dekabr 2023-cü il, 09 fevral 2024-cü il, 29 aprel 2024cü il və 30 aprel 2024-cü il tarixli sorğular verilmiş, iddiaçıdan qeyd olunan hesabat dövrlərində cəmiyyətdə çalışan sığortaolunanl ar barədə məlumatların əks olunduğu Forma B3 sənədinin, həmçinin əvvəllər cəmiyyətdə çalışmış, mübahisələndirilən dövrdə isə işləmədiyi iddia olunan işçilərin əmək müqaviləsinin müddətinin bitməsi və ya əmək müqaviləsinə xitam verilməsi, yaxud da hər hansı digər səbəbdən işdən çıxması ilə bağlı mötəbər sübutların ən qısa müddət ərzində Şirvan Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş edilmişdir. İddiaçının vəkili Nümayəndə3 06 fevral 2024-cü ildə və 01 iyul 2024-cü ildə ərizə verərək bildirmişdir ki, hazırda müəssisənin fəaliyyətinin dayanması səbəbindən tələb olunan sənədlərin qısa zamanda təqdim edilməsi imkan xaricindədir və əgər iş üzrə audit təyin edilərsə, həmin sənədləri çalışıb auditə təqdim edəcəklər. 30.4. Göründüyü kimi, iddiaçı sübutların təqdim olunmasına dair məhkəmənin s orğularını icra etməmiş, sənədləri təqdim etməyin müəssisənin imkanı xaricində olduğunu, buna baxmayaraq, audit təyin edilərsə, həmin sənədləri təqdim edə biləcəklərini bildirmişdir. Bu isə onu göstərir ki, iddiaçı tələb olunan sənədləri məhkəmədən gizlətməyə çalışır. 30.5. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə mübahisələndirilən hesabat dövrlərində iddiaçı müəssisənin neçə işçisinin olması və həmin vaxt qüvvədə olan əmək müqavilələrinin sayı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə sorğu ünvanlamış, sorğuya 24 iyul 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək və məşğulluq” altsistemində 2016-cı ilin İİ rübü ərzində 367 nəfər, İİİ rübü ərzində 327 nəfər, İV rübü ərzində 213 nəfər, 2017-ci ilin İ rübü ə rzində 186 nəfər, İİ rübü ərzində 172 nəfər, İİİ rübü ərzində 158 nəfər, İV rübü ərzində 142 nəfər, 2018-ci il ərzində isə 128 nəfər qüvvədə olan əmək müqaviləsi bildirişləri mövcud olmuşdur. Məktuba həm də iddiaçı tərəfindən müvafiq dövrlər ərzində “Əmək və məşğulluq” altsisteminə daxil olunmuş əmək müqaviləsi bildirişləri barədə məlumatları əks etdirən CD-disk əlavə olunmuşdur. Cavab məktubundan aydın olur ki, mübahisələndirilən dövrlər üzrə nəinki dəqiqləşdirilmiş hesabatlarda, hətta ilkin hesabatlarda da göstərilmiş işçi sayı iddiaçıda çalışan və əmək müqaviləsinin qüvvədə olduğu işçilərin həqiqi sayından az göstərilmişdir. Belə ki, iddiaçı 2016-cı ilin İİ rübü üzrə ilkin hesabatda işçi sayını 322 göstərsə də, əslində 367 nəfər işçisi olmuş, 2016-cı İİİ rübü üzrə ilkin hesabatda işçi s ayını 289 göstərsə də, əslində 327 nəfər işçisi olmuş, 2016-cı ilin İV rübü üzrə ilkin hesabatda işçi sayını 191 göstərsə də, əslində 213 nəfər işçisi olmuş, 2017-ci ilin İ rübü üzrə işçini sayını 175 göstərsə də, əslində 186 nəfər işçisi olmuş, 2017ci ilin İİ rübü üzrə işçi sayını 150 göstərsə də, əslində 172 nəfər işçisi olmuş, 2017-ci ilin İİİ rübü üzrə işçi sayını 144 göstərsə də, əslində 158 nəfər işçisi olmuş, 2017-ci ilin İV rübü üzrə işçi sayını 135 göstərsə də, əslində 142 nəfər işçisi olmuş, 2018-ci ilin İ rübü üzrə işçi sayını 116 göstərsə də, əslində 128 nəfər işçisi olmuş və onların hər birinin qüvvədə olan əmək müqaviləsi bildirişi mövcud olmuşdur. Bunlar isə onu göstərir ki, nəinki dəqiqləşdirilmiş hesabatlar, eləcə də ilkin hesabatlar həqiqətə uyğun olmamış, iddiaçı işçi sa yında yanlışlığa yol verərək, işçi sayını olduğundan daha az göstərməyə çalışmışdır. 30.6. Mübahisələndirilən dövrlərdə qüvvədə olan əmək müqaviləsi bildirişlərinin sayı onu göstərir ki, iddiaçının təqdim etmiş olduğu dəqiqləşdirilmiş hesabatlar həqiqəti əks etdirmir. Ona görə də həmin hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiaçının tələbi əsaslı hesab edilə bilməz. 30.7. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbini təsdiq edən sübutları təqdim etməkdən yayındığından və hər hansı mötəbər sübut təqdim etmədiyindən, məhkəmə tərəfindən ünvanlanmış sorğuları icra etmədiyindən, X3 Xidmətindən əldə olunmuş mübahisələndirilən dövrlərdə iddiaçı müəssisədə çalışan işçilərin və qüvvədə olan əmək müqaviləsi bildirişlərinin sayı nəinki dəqiqləşdirilmiş hesabatlardakı işçilərin sayından, hətta ilkin hesabatlardakı işçilərin sayından da çox olduğundan, iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia rədd edilməlidir.
31. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
32. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə qərarında Azərbaycan Respublikası Vergilər Naz irliyinin kollegiyasının 08 may 2019-cu il tarixli, **********008600 qeydiyyat nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”a istinad olunmuşdur ki, qeyd olunan qərar hesabatlar təqdim edildikdən sonra qəbul edilmişdir. Ona görə də hazırkı, mübahisəyə tətbiq edilə bilməz. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, sığortaedənlər tərəfindən həmin dövr üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. İşin müəyyən olunan hallarından görünür ki, cəmiyyət tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün dəqiqləşdirilmiş hesabatlar DSMFnin Lənkəran şəhər şöbəsinə göndərilmiş, lakin dəqi qləşdirilmiş hesabatlar üzrə DSMF orqanı tərəfindən heç bir tədbir görülməmişdir. Həmçinin, cəmiyyətdə müvafiq qaydada ştat ixtisarı həyata keçirilmiş, 2016-cı ilin 1-ci rübündən sonra müəssisənin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq işçi sayı 320 nəfərdən 10 nəfərə düşmüşdür. Cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində iddia edilən dəlillər üzrə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Onlar ilk əvvəl ümumiyyətlə iddiaçının dəqiqləşmiş hesabatlarla müraciət etmədiyini qeyd edərək, müraciəti gizlədərək iddianın mümkünsüzlüyünə çalışırdılar. Hazırda isə əsassız şikayətlər verməklə iddiaçıya təzyiq edirlər. Belə ki, bank hesablarında sərəncam olduğundan işin uzanması iddiaçıya böyük məbləğdə ziyanın dəyməsi ilə nəticələnir. İddiaçının iqtisadi fəaliyyəti iflic vəziyyətə düşür. İş üzrə verilmiş hesabatların həqiqiliyinin yoxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin sonuncu qərarındakı göstərişlərin icra edilməsi üçün iddiaçı tərəfindən iş üzrə audit təyin edilməsi barədə verilən vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Əgər iş üzrə audit təyin edilsəydi, bu zaman hesabatların dəqiq və qanunauyğun verildiyi aydın olacaqdı. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyasının 08 may 2019cu il tarixli, **********008600 qeydiyyat nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydalar ı: Bənd
8. Vergi növləri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqları üzrə AVİS-dən kənar kameral vergi yoxlamaları... 8.20. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlar və arayışlar 8.20.1. Hesabatlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə müvafiq olaraq sığortaedən tərəfindən təqdim edilir. 8.20.2. Hesabatlar hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir. 8.20.3. Sığortaedən hesabat dövründə fəaliyyət göstərmədiyi halda vergi orqanına hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olma ması barədə arayış təqdim edir. 80.20.4. Məcburi dövlət sosial sığorta haqqı ödənişləri muzdlu işdən əldə edilən gəlirlərdən və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən ibarət olmaqla 2 hissəyə ayrılır və həmin gəlirlər üzrə sığorta haqqı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş dərəcələrlə ödənilir. 8.20.5. Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabat 2 bölmədən ibarətdir: 8.20.5.1. “Sığortaedən haqqında məlumatlar” bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki sığortaedənin uçot nömrəsi (SUN), Sosial sığorta nömrəsi (SSN), məcburi dövlət sosial sığorta haqqı üçün fəaliyyət növünün kodu, hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur; 8.20.5.2. “Məcburi dövlət sosial sığortası üzrə məlumat” böl məsində hesabat dövrünün əvvəlinə borc, işçilərin sayı, əmək haqqı və gəlirlər, hesablanmış və ödənilmiş sığorta haqları, DSMF-dən alınmış məlumatlar, hesabat dövründə qanunvericiliklə silinmiş borc, hesabat dövrünün sonuna borc, məcburi dövlət sosial sığorta haqqı üzrə bölüşdürüləcək borc, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər və ya ailə kəndli təsərrüfatı haqqında məlumat və digər məlumatlar əks olunur. 8.20.6. İşsizlikdən sığorta haqqı üzrə rüblük hesabat 3 bölmədən ibarətdir: 8.20.6.1. “Sığortaedən haqqında məlumatlar” bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki uçot nömrəsi (SUN), hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur; 8.20.6.2. “İşsizlikdən sığorta üzrə məlumat” bölməsində işsizlikdən sığorta haqqında cəlb olunan əməyin ödənişi fo ndu, hesabat dövrünün əvvəlinə qalıq, hesablanmış, ödənilmiş, geri alınmış, silinmiş və dondurulmuş sığorta haqları və digər məlumatlar əks olunur; 8.20.6.3. “İşsizlikdən sığorta haqqı üzrə bölüşdürüləcək məbləğ və sığortaolunanlar barədə məlumat” bölməsində işsizlikdən sığortaya cəlb olunan gəlirlər, ödənilmiş işsizlikdən sığorta haqqı, işçilərin sayı və digər məlumatlar əks olunur. 8.20.7. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqının düzgün hesablanmasına nəzarəti vergi orqanları həyata keçirirlər. Vergi orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. 8.20.8. Sığortaedənlər tərəfindən təqdim olunmuş hesabatlar AVİS tərəfindən elektron qaydada uyğu nsuzluqdan keçirilir. 8.20.9. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır: 8.20.9.1. Vergi ödəyicisi üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablama aparıldıqda, yaxud işçi sayı, əmək haqqı məbləğləri ilə bağlı mənbəyi bəlli məlumatlar, eləcə də digər bəyannamələr ilə çarpaz təhlillər zamanı kənarlaşma aşkar edildikdə sığortaedənə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə də sığorta haqları hesablanması; 8.20.9.2. Vergi ödəyicilərinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə güzəşt hüququnun əldə edib-etməməsinin ara şdırılması məqsədilə onların Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq neft-qaz, dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərib-göstərməməsinin araşdırılması; 8.20.9.3. Vergi ödəyicilərinin fəaliyyət xüsusiyyətinə müvafiq olaraq güzəşt hüququ əldə etmək hüququnun olmadığı müəyyən edildiyi təqdirdə vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesablamaların aparılması; 8.20.9.4. Dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış sığorta haqlarına azalmalar vermiş sığortaedənlər üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi; 8.20.9.5. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlar ilə yoxlanılan hesabatlar göstəricilərinin müqayisəli təhlili; 8.20.9.6. Dövriyyəsi olub işçi sayı və əmək haqqı məbləği göstə rməyən sığortaedənlərin araşdırılması; 8.20.9.7. Hesabata əlavə olunmalı sənədlərin sığortaedən tərəfindən təqdim edilibedilməməsinin araşdırılması; 8.20.9.8. Sığortaedənin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə sığorta haqlarına təsir edən aşağıdakı məlumatların araşdırılması: 8.20.9.8.1. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatların təhlili; 8.20.9.8.2. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatların təhlili; 8.20.9.8.3. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatların təhlili; 8.20.9.8.4. Digər səlahiyyətli orqanlardan alınan məlumatların təhlili; 8.20.9.8.5. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar....
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəl ləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmi ş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddianın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfin dən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisənin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı işçi sayını əvvəlki hesabatlarda səhv göstərilməsini əsas gətirərək dəqiqləşdirilmiş hesabat təqdim etmiş, lakin həmin hesabat cavabdeh inzibati orqan tərəfindən qəbul edilməmişdir. İlkin və dəqiqləşdirilmiş hesabatların müqayisəli təhlilindən görünür ki, iddiaçı dəqiqləşdirilmiş hesabatlarda işçi sayını 2016-cı ilin 2-ci rübü üzrə 322-dən 12-yə, 2016-cı ilin 3-cü rübü üzrə 289 -dan 9-a, 2016-cı ilin 4-cü rübü üzrə 191-dən 6-ya, 2017-ci ilin 1-ci rübü üzrə 175-dən 7-yə, 2017-ci ilin 2-ci rübü üzrə 150-dən 5-ə, 2017-ci ilin 3-cü rübü üzrə 144-dən 4-ə, 2017-ci ilin 4-cü rübü üzrə 135-dən 4-ə, 2018-ci ilin 1-ci rübü üzrə 116-dan 4ə azaltmışdır.
42. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, ilk öncə, iddiaçı tərəfindən işçi sayının azaldılması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə tərəfindən qeyd olunan halı təsdiq edən sübutlar iddiaçıdan tələb edilsə də, iddiaçı cavab məktubunda əsassız səbəbdən (müəssisənin fəaliyyətinin dayanması səbəbindən sənədlərin qısa zamanda təqdim edilməsinin imkan xaricində olması) sənədləri təqdim etməmiş və əgər iş üzrə audit təyin edilərsə, həmin sə nədləri çalışıb auditə təqdim edəcəklərini bildirmişdir. Halbuki, tələb edilən sənədlər işə baxan məhkəmələr tərəfindən araşdırılır və qiymət verilir, hansı ki, həmin sənədlər hazırkı iddianın mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər əhəmiyyətli sübutlardır. Təqdim edilmiş sübutların araşdırılması zamanı lazım gələrsə, məhkəmələr xüsusi biliyə malik olan mütəxəssis, ekspert, tərcüməçi və s. rəyi alınması üçün müraciət edə bilər. Hazırkı işdə apelyasiya baxışı zamanı audit rəyinin alınmasına zəruriyyət olmamışdır.
43. Buna baxmayaraq, işin tam və hərtərəfli araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hesabat dövrlərində iddiaçı müəssisənin neçə işçisinin olması və həmin vaxt qüvvədə olan əmək müqavilələrinin sayı barəsində Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə sorğu ünvanlamış, X3 Xidməti 24 iyul 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd etmişdir ki, “Əmək və məşğulluq” altsistemində 2016-cı ilin 2-ci rübü ərzində 367 nəfər, 3-cü rübü ərzində 327 nəfər, 4-cü rübü ərzində 213 nəfər, 2017-ci ilin 1ci rübü ərzində 186 nəfər, 2-ci rübü ərzində 172 nəfər, 3-cü rübü ərzində 158 nəfər, 4-cü rübü ərzində 142 nəfər, 2018-ci il ərzində isə 128 nəfər qüvvədə olan əmək müqaviləsi bildirişləri mövcud olmuşdur. Həmçinin, iddiaçı tərəfindən müvafiq dövrlər ərzində “Əmək və məşğulluq” altsisteminə daxil olunmuş əmək müqaviləsi bildirişləri barədə məlumatları əks etdirən CD-disk məktuba əlavə olunmuşdur.
44. Göründüyü kimi, mübahisələndirilən dövrlər üzrə nəinki dəqiqləşdirilmiş hesabatlarda, hətt a ilkin hesabatlarda da göstərilmiş işçi sayı iddiaçıda çalışan və əmək müqaviləsinin qüvvədə olduğu işçilərin həqiqi sayından az göstərilmişdir. Belə ki, iddiaçı 2016-cı ilin 2-ci rübü üzrə ilkin hesabatda işçi sayını 322 göstərsə də, əslində 367 nəfər, 2016-cı 3-cü rübü üzrə ilkin hesabatda 289 göstərsə də, əslində 327 nəfər, 2016-cı ilin 4cü rübü üzrə ilkin hesabatda 191 göstərsə də, əslində 213 nəfər, 2017-ci ilin 1-ci rübü üzrə 175 göstərsə də, əslində 186 nəfər, 2017-ci ilin 2-ci rübü üzrə 150 göstərsə də, əslində 172 nəfər, 2017-ci ilin 3-cü rübü üzrə 144 göstərsə də, əslində 158 nəfər, 2017-ci ilin 4-cü rübü üzrə 135 göstərsə də, əslində 142 nəfər, 2018-ci ilin 1-ci rübü üzrə 116 göstərsə də, əslində 128 nəfər işçisi olmuş və onların hər birinin qüvvədə olan əmək müqaviləsi bildiri şi mövcud olmuşdur. Belə olan halda, nəinki dəqiqləşdirilmiş hesabatlar, həm də ilkin hesabatlar həqiqətə uyğun olmamış, iddiaçı işçi sayında yanlışlığa yol verərək, işçi sayını olduğundan daha az göstərməyə çalışmışdır.
45. Mübahisələndirilən dövrlərdə qüvvədə olan əmək müqaviləsi bildirişlərinin sayı onu təsdiq edir ki, iddiaçının təqdim etmiş olduğu dəqiqləşdirilmiş hesabatlar həqiqəti əks etdirmir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, həmin hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borcların dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanmasından imtina barədə cavabdeh inzibati orqanın hərəkəti qanuni olmuşdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəm əsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(106)-122/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.