Məhkəmə qərarları › İş №2-1(102)-2200/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2200/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2200/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarının mübahisələndirilməsi 13.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə və üçüncü şəxs X8 qarşı “24 aprel 2015-ci il tarixli 06 saylı qərarın ləğv edilməsi”tələbinə dair iş üzrə Sumayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-427/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərardadından iddiaç ının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər bələdiyyəsi 7 mart 2009-cu il tarixdə İddiaçı fərdi ev tikintisi üçün Sumqayıt şəhərinin cənubunda “Samur Abşeron” Kanalının şimalında Yeni yaşayış məntəqəsinin Dövlət torpaq və Xəritəçəkmə komitəsi Sumqayıt şəhər şöbəsinin Şəhər Memarlıq və Şəhərsalma idarəsinin razılaşdırdığı baş plana müvafiq, mövqe sxemi əsasında 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsinin ayrılması haqqında qərar qəbul etmişdir.

2. Həmin qərar Sumqayıt bələdiyyəsi tərəfindən 28 iyun 2008-ci il tarixdə ləğv edilmişdir.

3. Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 6 saylı iclas qərarı ilə Sumqayıt bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan “Samur-Abşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsində sahəsi 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsi X8 ayrılmışdır.

4. İddiaçı ilk dəfə 9 avqust 2019-cu il tarixdə Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş, 28 noyabr 2019-cu il tarixdə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2-1(085)1483/2019 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qər ara alınmışdır.

6. İddiaçı 23 sentyabr 2020-ci il tarixdə Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 7 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsinə dair Bələdiyyənin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının və bələdiyyənin “X4 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır. İddiaçı həmin iddia ərizəsində qeyd etmişdir ki, müxtəlif orqanlara müraciətindən sonra bələdiyyə qərarlarını 15 sentyabr 2020-ci il tarixində əldə etmiş və hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-333/2021 nömrəli qərarı ilə Sumqayıt bələdiyyəsinin 7 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsinə dair Bə lədiyyənin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı ləğv edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-333/2021 nömrəli qərardadı ilə isə iddiaçının Sumqayıt bələdiyyəsinin X8 torpaq sahəsinin satılması haqqında 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər bələdiyyəsinin “X4 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci illərdə faktiki istifadəsində olan Sumqayıt şəhəri, “Yaşıldərə” yaş ayış massivi adlandırılan “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində 600 kv.metr torpaq sahəsinin sənədləşdirilməsi üçün 2007-ci ildə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş, onun müraciəti bələdiyyə tərəfindən müsbət qarşılanmış və müvafiq razılaşdırmalardan sonra bələdiyyənin 07 mart 2008-ci il tarixli 07 saylı qərarına əsasən qeyd olunan ərazidə 600 kv.metr olan 362 saylı həyatyanı torpaq sahəsi fərdi ev tikintisi üçün ona ayrılmışdır. Sözügedən torpaq sahəsi həmin vaxtdan bu günə qədər onun faktiki və qanuni istifadəsindədir. Həmin sahəni hasarlayaraq çoxsaylı ağaclar əkmiş, köşk qoymuş, taxta materialları, qum, sement, daş tökmüş, maddi imkanı olmadığı üçün ev tikintisinə başlaya bilməmişdir. Bələdiyyə qərarı ilə ona verilmiş torpaq sahəsinə dai r mülkiyyət hüquqlarının qeydə alınması üçün DƏDRX-ə müraciət edərkən məlum olmuşdur ki, bələdiyyə tərəfindən başqa bir şəxsə, üçüncü şəxs Ayna Amaşovaya ona verilmiş torpaq sahəsinin ayrılmasına dair yeni qərar verilmiş və şəxs həmin qərar əsasında torpağa dair mülkiyyət sənədi almışdır. Bundan sonra o, bələdiyyəyə qarşı ona torpaq sahəsinin ayrılması haqqında qərarın ləğv edilməsi barədə bələdiyyə qərarının və onun faktiki istifadə və sahibliyində olan torpaq sahəsinin X2 dair qərarının ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə onun iddiası təmin edilərək, bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarı iddiaçıya 600 kv.metr torpaq sahəsinin satılması barədə bələdiyyənin 07 mart 2008-ci il tar ixli 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə onun Sumqayıt Bələdiyyəsinə qarşı X8 torpaq sahəsinin satılmasına dair 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının ilkin olaraq mübahisələndirdiyi 27 iyun 2008-ci il tarixli qərarın ləğv edilməsinə dair məhkəmə qərarı qüvvəyə mindikdən sonra, yəni iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları təsdiq edildikdən sonra onun belə bir tələb hüququ yaranmış olacaqdır. Hazırda məhkəmənin 30 aprel 2021-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş, icraya yönəlmiş və Bələdiyyə tərəfindən icra edilmişdir. Qeyd edir ki, belə olan halda ona torpaq sahəsinə dair sahiblik və istifadə hüququ verən qərar bərpa edilmiş və qərarın ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Bələdiyyənin mübahisələndirilən qərarı ləğv edilməlidir. Belə ki, torpaq sahəsi ilkin olaraq ona verilmiş və onun istifadəsində olmuşdur. 27 iyun 2008-ci il tarixli qərarın 2-ci bəndində göstərilmişdir ki, Qanunun 9-cu maddəsinə edilmiş dəyişiklikliyin tətbiq edilməsi qaydaları müəyyən edildikdən sonra hazırkı qərarın 1-ci bəndi ilə ləğv edilmiş bələdiyyə qərarlarına qaydalardan irəli gələn normativ hüquqi aktlara müvafiq olaraq yenidən baxılması təmin edilsin. Bələdiyyənin öz qərarında belə bir müddəa nəzərdə tutulduğu halda, qaydalar dəqiqləşdirildikdən sonra 2000-ci ildən faktiki istifadəsində, 2007-ci ildən isə qanuni istifadəsində olan torpaq sahəsinin yenidən ona ayrılması və satılmas ı barədə ona məlumat verilməli, həmin torpaq sahəsinə dair bələdiyyənin adına hüquqi sənədlər qeydiyyata alınmaqla onunla alqı-satqı müqaviləsi bağlanmalı idi. Lakin, bələdiyyə 2008-ci ildən torpaq sahəsinin ona ayrılması haqqında qərarı ləğv etməsinə baxmayaraq bu barədə ona məlumat verməmiş, 7 il sonra 2015-ci ildə həmin torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərar qəbul etmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(118)-473/2022 nömrəli qərardadı ilə X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) 16 mart 2022-ci il tarixli, 2-1(118)-473/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Sumqayıt şəhər Bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarı ləğv edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt bələdiyyəsinin 7 mart 2008-ci il tarixli 07 saylı qərarı qüvvədə olduğundan, qərarın mötəbərliliyi mübahisələndirilmədiyindən, qərarın ləğvi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, qeyd edilən qərar qüvvədə ola-ola onun predmeti olan torpaq sahəsinin digər şəxsə ayrılması qanunvericiliyin tələblərinə ziddir.

14. X9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmi şdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/ Z.T.Məmmədov və F.Ə.Məmmədov) 2-1(105)427/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-473/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarından ən azı 2019-cu ilin avqust ayından məlumatlı olmuş, 2019-cu ildə həmin qərarın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, sonradan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və bundan 10 aya yaxın müddət keçdikdən sonra təkrarən qeyd edilən qərar ı məhkəmə qaydasında mübahisələndirmişdir. Hazırki iş üzrə iddiaçı qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılıb qanuni qərar qəbul edilməsi üçün yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı bələdiyyə qərarı ilə ona verilmiş torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün Reyestr Xidmətinə müraciət edərkən məlum olmuşdur ki, Bələdiyyə tərəfindən başqa bir şəxsə - üçüncü şəxs A.Amaşovaya ona vemilmiş torpağa dair yeni qərar verilmiş və şəxs həmin qərar əsasında torpağa dair mülkiyyət sənədi almışdır.

20. Bu faktı öyrəndikdən sonra iddiaçı həmin qərarın ləğv edilməsi iddiası ilə məhkəməyə müraciət etmiş, iddiasına dair cavabdeh təşkilatın məhkəməyə təqdim edilmiş etirazı ilə tanışlıqdan sonra məlum olmuşdur ki, iddiaçıya torpaq ayrılması barədə qərar bələdiyyənin digər qərarı ilə ləğv edilib.

21. İddiaçı ona torpaq sahəsi ayrılması barədə qərarın ləğv edilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin qərarını Sumqayıt şəhər Arxivindən və A.Amaşovaya torpaq ayrılması barədə qərarı Sumqayıt şəhər Bələdiyyəsindən rəsmi olaraq əldə etdikdən sonra ona torpaq ayrılması barədə qərarın ləğv edilməsi barədə Bələdiyyə qərarının və bu torpağın digər şəxsə ayrılması barədə qərarın ləğv edilməsi barədə məhkəmədə iddia vermişdir.

22. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.20 21-ci il tarixli qərarına əsasən, iddiaçının iddiası təmin edilərək, Bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarı 600 kv.metr torpaq sahəsinin satılması barədə Bələdiyyənin 07 mart 2008- ci il tarixli 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmişdir.

23. Məhkəmənin həmin tarixli qərardadı ilə iddiaçının Sumqayıt Bələdiyyəsinə qarşı X10ma torpaq sahəsinin satılmasına dair 24 aprel 2015- ci il tarixli 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

24. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının ilkin olaraq mübahisələndirdiyi 27 iyun 2008-ci il tarixli qərarın ləğv edilməsinə dair məhkəmə qərarı qüvvəyə mindikdən sonra, yəni iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları təsdiq edildikdən sonra onun belə bir tələb h üququ yaranmış olacaqdır.

25. Qərardan uzun müddət keçməsinə baxmayaraq həmin qərarın qüvvəyə minibminməməsi və qərarın icrası barədə iddiaçıya məlumat verilmədiyi üçün iddiaçı yeni iddia ilə məhkəməyə müraciət edə bilməmişdir. Ona görə də xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə, eləcə də Sumqayıt şəhər Bələdiyyəsinə bu barədə ərizə ilə müraciət etmişdir.

26. Bələdiyyənin xx.xx.2021-ci il tarixli məktubu ilə məlumat verilərək bildirilmişdir ki, qərar icra edilib, amma qərarın qüvvəyə minib-minməməsi barədə iddiaçı məhkəməyə müraciət etməlidir.

27. İddiaçının həmin ərizəsinə hakim V.Əzizova tərəfindən isə xx.xx.2021-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, həmin qərar qüvvəyə minmiş və Bələdiyyə tərəfindən icra edilmişdir.

28. İddiaçı torpaq sahəsinə olan sahiblik və istifadə hüququnu yaradan qərar bərpa edildiyi barədə məlumat aldıqdan sonra həmin torpağa dair verilmiş qərarın ləğv edilməsini tələb etmək hüququ yarandığını bilmiş və hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

29. Bütün bu hallar iş materiallarında əks olunmasına baxmayaraq məhkəmə kollegiyası bunları nəzərə almamış, yalnız ilk iddiasıyla hazırkı iddia arasında 10 ay keçməsini əsas götürərək, iddia müddətini keçirməsini əsas gətirmiş və qanunsuz olaraq iddianı mümkün hesab etməmişdir. İddiaçı belə hesab edir ki, bu zaman məhkəmə kollegiyasının gəldiyi nəticə işin konkret hallarına və işdə mövcud olan rəsmi sənədlərə və məhkəmə qərarlarına uyğun olmamış və bu qərar AR İPM-nin 38.1. maddəsinə zidd olaraq qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh k assasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “İnzibati icraat haqqında” Qanun: Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə

62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə

72. İnzibati şikayətin verilməsi və geri götürülməsi qaydası 72.1. İnzibat i aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Maddə

73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 32. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 ap rel 2015-ci il tarixli 4 saylı qərarı: 1.1-ci bənd. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.... 1.4-cü bənd. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.... 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

33. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməs i və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (inzibati akt qəbul edilən zaman qüvvədə olan redaksiya). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən iddianın mümkün sayılmaması barədə yekun nəticəyə gəlmişdir.

37. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

38. Hazırkı iş üzrə iddiaçının tələbi Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsindən ibarətdir.

39. Apellyasiya instansiyası məhkəməsi müddətin ötürülməsi səbəbi ilə iddianı mümkün saymamış və bu barədə qərardadında qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən bələdi yyə qərarından ən azı 2019-cu ilin avqust ayından məlumatlı olmuş, 2019-cu ildə həmin qərarın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, sonradan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və bundan 10 aya yaxın müddət keçdikdən sonra təkrarən qeyd edilən qərarı məhkəmə qaydasında mübahisələndirmişdir.

40. Apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 31-ci bəndində istinad olunmuş normanın məzmununa görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Başqa sözlə, məhkəmədə mübahisələndirmə ha qqında iddia qaldırma müddətinin axımı, inzibati aktdan şikayət verilmədiyi hallarda həmin aktın, şikayət verildiyi hallarda isə həmin şikayət üzrə qəbul edilmiş qərarın şəxsə təqdim edildiyi və ya bu barədə ona rəsmi məlumatın verildiyi vaxtdan başlayır.

41. Mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlı mümkünlük şərtinə əməl olunmasının yoxlanılması zamanı, məhkəmə hazırkı qərarın 31-33(a) bəndlərində qeyd olunan hüquq normalarının tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, həmçinin məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırmağa və müəyyən etməyə borcludur. Məhkəmə yalnız bundan sonra iddia müddətinin buraxılması ilə bağlı məsələyə qiymət verməyə haqlı sayıla bilər.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən tələblərə əməl etmədən, inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona rəsmi məlumat verilməsi tarixini, həmçinin məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı obyektiv araşdırma prinsipinin tələblərinə uyğun araşdırmadan iddia müddətinin buraxılması barədə qənaətə gəlmişdir.

43. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarı ilə Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsinin ərazisində sahəsi 600 kv.metr olan 362 saylı torpaq sahəsi iddiaçıya ayrılmışdır. Sonradan bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarı ilə həmin qərar iddiaçıya xəbər verilmədən ləğv edilmişdir. Bundan sonra Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarı ilə sözügedən torpaq sahəsi üçüncü şəxsə ayrılmış və onun həmin torpaq sahəsi üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra X9 2018-ci ildə həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X1 və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

44. İddiaçının 7 mart 2008-ci il tarixli 07 saylı qərarla ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə yazılı müraciətinə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2019-cu il tarixli cavab məktubunda mübahisələ ndirilən torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı barədə məlumat verilmişdir.

45. Bundan sonra iddiaçı 24 aprel 2015-ci il tarixli 06 saylı qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsi ilə tanış olandan sonra ona məlum olmuşdur ki, ona torpaq sahəsinin ayrılması ilə bağlı qərar Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2008-ci il tarixində ləğv edilmişdir.

46. Məhkəmə tərəfindən həmin qərarın ləğv edilmədiyi müddətdə bələdiyyə tərəfindən digər şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı qərarı mübahisələndirməsi üçün subyektiv hüququnun olmadığı ona izah edildikdən sonra iddiaçı xx.xx.2019-cu il tarixdə ərizəsini geri götürmüşdür.

47. İddiaçı qeyd edilən və mübahisə predmeti təşkil edən xx.xx.2015-ci il tarixli bələdiyyə qərarını 15 sentyabr 2020-ci il tarixində əldə etdiyini bildirmiş, bundan sonra 23 sentyabr 2020-ci il tarixində yenidən Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci və xx.xx.2015ci il tarixli qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 48. xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsi xx.xx.2008-ci il tarixli Bələdiyyə qərarını ləğv etmiş və hazırlı işin mübahisə predmetini təşkil edən xx.xx.2015-ci tarixli Bələdiyyə qərarına münasibətdə iddianı mümkün saymamış və iddiaçıya izah olunmuşdur ki, iddiaçının subyektiv hüququ xx.xx.2008-ci il tarixli Bələdiyyə qərarının ləğvinə dair məhkəmə qərarı qüvvəyə minəndən sonra yaranmış olacaqdır. 49. xx.xx.2021-ci il tarixli qərar qüvvəyə mindiyi üçün xx.xx.2021-ci il tarixdə ca vabdeh tərəfindən icra olunmuş və xx.xx.2008-ci il tarixli Bələdiyyə qərarı ləğv olunaraq iddiaçıya münasibətdə əlverişli aktı, yəni xx.xx.2008-ci il tarixli qərarı bərpa edilmişdir.

50. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

51. İşin yuxarıda sadalanmış hallarına apellyasiya instansiyası məhkəməsi obyektiv qiymət vermədən, iddiaçının qeyd edilən iddia ərizəsini geri götürdükdən sonra yenidən məhkəməyə müraciət etdiyi tarixə qədər keçən təxminən 10 aylıq müddətdə mübahisələndirilən bələdiyyə qərarından məlumatlı olmasına əsaslanaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir.

52. Halbuki, iş materiallarından müəyyən olunur ki, iddiaçı əlverişsiz inzibati akt barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq məlumat landırılmamişdir. Həmin qanunun tələblərinə əsasən ilk növbədə, inzibati icraatı aparan inzibati orqan icraatın maraqlı şəxslərini məlumatlandırmalı, rəsmi məlumatlandırmanı inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə həyata keçirilməli idi. Hazırkı iş üzrə Bələdiyyə tərəfindən “İnzibati icraat haqqında” Qanunun 21.1, 62.1-ci maddələrinin tələblərinə riayət etməsi iş üzrə sübutlarla təsdiqlənmədiyi üçün və iddiaçının davranışı məhkəmə tərəfindən ona verilmiş istiqamətə uyğun olduğu üçün iddiaçının iddia müddətinin buraxılması səbəbindən mümkünsüz hesab edilməsi üçün əsas vermir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıda istinad olunan hüquq normaların tələblərinin pozulm ası ilə qəbul edildiyindən, həmin qərardad ləğv olunmalı və iş qeyd edilən normaların tələbləri təmin olunmaqla yenidən baxılması üçün təkrar apellyasiya baxışına göndərilməlidir. İşə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallara, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq qiymət verilməli və ədalətli qərar qəbul edilməlidir.

54. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-427/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar