Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2201/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Cəbrayılova Sevil Bəşir qızı, X2) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2-1(103)-464/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 6/290 nömrəli qərarına əsasən X5ndə 204 nömrəli BTK nəzdində 0,12 ha olan “120b” saylı bağ sahəsi iddiaçıya ayrılmış və bu barədə X7 204 BTK tərəfindən 32 nömrəli order verilmişdir.
2. İddiaçı ərizə ilə Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək, 0,12 ha olan “120b” saylı bağ sahəsinin Cəbrayılova Sevil Bəşir qızının adına keçirilməsini xahiş etmişdir.
3. Eyni zamanda Cəbrayılova Sevil Bəşir qızı Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək iddiaçının adına olan X7ndə ola n 204 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsinin tikintisi ilə birlikdə 120b saylı sahənin onun adına keçirilməsini xahiş etmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı ilə Mərdəkan BTK 204, nömrəsi 120b olan bağ sahəsi Cəbrayılova Sevil Bəşir qızının istifadəsinə ayrılmış və həmin sərəncam əsas götürülərək X5ndə 204 nömrəli BTK nəzdində 0,12 ha olan “120b” saylı bağ sahəsinin Cəbrayılova Sevil Bəşir qızına ayrılması barədə X5 204 BTK tərəfindən 26 nömrəli order verilmişdir.
5. Cəbrayılova Sevil Bəşir qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-1627/2022 nömrəli 25 avqust 2022-ci il tarixli qərarı ilə onun iddiası təmin edilərək 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının Cəbrayılova Sevil Bəşir qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)997/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəsini almışdır.
6. Həmçinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə qarşı Cəbrayılova Sevil Bəşir qızının adına olan qərarın və orderin etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzi bati Məhkəməsinin 2-1(112)7070/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X6 Massivində yerləşən sahəsi 0,12 ha olan bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh “İddiaçı adına olan order İdarənin arxivində aşkar edilməmişdir” əsası ilə tələbinin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X6 Massivində yerləşən sahəsi 0,12 ha olan bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/290 nömrəli Sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan bu günə qədər də iddiaçı bağ sahəsindən mütəmadi istifadə edir. Lakin bağ sahəsi bu günə qədər özəlləşdirilməmişdir. Bağ sahəsinin Orderi itirilmişdir. Müxtəlif orqana müraciət etsə də həmin sənədlərin surəti id diaçıya təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən iddiaçıya verilən cavab məktubunda həmin bağ sahəsinin ona verilməsinə dair məlumatın olduğu, lakin həmin sənədlərin surətinin iddiaçıya verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, istifadədə olan bağ sahəsi onun mülkiyyətidir və həmin bağ sahəsinə dair çıxarışın da verilməsi qanunvericiliyin tələblərinə tam uyğundur.
10. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(112)-6120/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti “120b” nömrəli bağ sahəsinin ona ayrılmasına dair orderə istinad etsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “120b” saylı bağ sahəsi arxivdə saxlanılan 32 nömrəli (iddiaçının məhkəməyə təqdim etdiyi order isə 26 nömrəlidir) order əsasında İddiaçı ayrılmış, daha sonra İddiaçı ərizə ilə Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək, 0,12 ha olan “120b” saylı bağ sahəsinin Cəbrayılova Sevil Bəşir qızının adına keçirilməsini xahiş etmişdir. Eyni məzmunlu ərizə Cəbrayılova Sevil Bəşir qızı tərəfindən də yazılmışdır. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 nömrəli sərəncamı və onun əsasında verilmiş 26 nömrəli order ilə həmin bağ sahəsi Cəbrayılova Sevil Bəşir qızına ayrılmışdır. Həmçinin o da qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1627/2022 saylı qərarı ilə, yuxarıda i stinad olunan order əsasında Cəbrayılova Sevil Bəşir qızının həmin “120b” nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2-1(103)-464/2024 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı dəyiş dirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki halda iddiaçı adına verilmiş orderlə ona ayrılmış torpaq sahəsini başqa şəxsin –Sevil Cəbrayılovanın adına keçirilməsinə razılıq verdiyindən və həmin razılıq ərizəsi nəzərə alınmaqla torpaq sahəsinin (120b saylı bağın) Sevil Cəbrayılovaya ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı mövcud olduğundan, həmin inzibati aktın da mübahisələndirilməsinə dair iddiaçının iddiasının qeyri-mümkün sayılıb, bu barədə məhkəmə qərardadı hazırda qüvvədə olduğundan, bununla yanaşı Sevil Cəbrayılovanın mübahisəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınıb bu barədə çıxarışın verilməsi tələbinin təmin olunması ilə bağlı qəbul edilmiş məhkəmə qərarı da qanuni qüvvəsini aldığından sadalanan hallar iddiaçının hazırkı iddia tələbinin əsassız olub, onun təmin edilməməsi üçün rəvac verir.
16. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 2.3, 2.4, 4.1, 8, 10.2.1, 12.1-ci maddələrinə istinad etmişdir.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mübahisələndirilən bağ sahəsi X1 faktiki sahibliyindədir. 30 ildən çoxdur bağ sahəsinə sahibliyi həyata keçirir. Hazırki iş üzrə 3-cü şəxs kimi də cəlb edilmişdir. Bundan əlavə İd diaçı adına olan orderlərin heç biri ləğv olunmamışdır.
19. Kassator hesab etmişdir ki, apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsini düzgün tətbiq etməmiş, eləcə də İPM-in 58.7, 68.2, 73.1, 82-ci maddələrinin tələblərini pozmuşdur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Üçüncü şəxs Cəbrayılova Sevil Bəşir qızı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2023-cü il tarixli, 21(103)-464/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - h üquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında q anunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi akt Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququ n yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tə ləbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şika yət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir.
30. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddia olunan bağ-torpaq sahəsi başqa şəxsin - hazırda üçüncü şəxs olan Sevil Cəbrayılovanın adına iddiaçının öz razılığı ilə rəsmiləşdirilmiş, yəni bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı qəbul etmiş və həmin sərəncam əsasında üçüncü şəxsə X3 204 BTK tərəfindən 32 nömrəli order təqdim edilmişdir.
31. Eyni zamanda iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, hazırkı tərəflərin iştirakı ilə mübahisələndirilən bağ sahəsi ilə bağlı bir neçə məhkəmə icraatı olmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə qarşı Cəbrayılova Sevil Bəşir qızının adına olan qərarın və orderin etibarsız sayılması tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7070/2022 saylı xx.xx.2022ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
32. Bundan əlavə Cəbrayılova Sevil Bəşir qızı cavabdeh Daşınmaz Əmlakın Dö vlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 21(112)-1627/2022 nömrəli 25 avqust 2022-ci il tarixli qərarı ilə onun iddiası təmin edilərək 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının Cəbrayılova Sevil Bəşir qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-997/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəsini almışdır.
33. Belə o lan halda, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı adına verilmiş orderlə ona ayrılmış torpaq sahəsini başqa şəxsin adına keçirilməsinə razılıq verdiyindən və həmin razılıq ərizəsi nəzərə alınmaqla torpaq sahəsinin (120b saylı bağın) Sevil Cəbrayılovaya ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı mövcud olduğundan, həmin inzibati aktın da mübahisələndirilməsinə dair iddiaçının iddiasının qeyri-mümkün sayılıb, bu barədə məhkəmə qərardadı hazırda qüvvədə olduğundan, bununla yanaşı Sevil Cəbrayılovanın mübahisəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınıb bu barədə çıxarışın verilməsi tələbinin təmin olunması ilə bağlı qəbul edilmiş məhkəmə qərarı da qanuni qüvvəsini aldığından sadalanan h allar iddiaçının hazırkı iddia tələbinin əsassız olub, onun təmin edilməməsi üçün rəvac verir.
34. Beləliklə, apellyasiya məhkəməsinin qərarı hazırkı qərarın 21-22a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2023-cü il tarixli, 21(103)-464/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.