Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2203/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzil növbəsinə dair sərəncamın dəyişdirilməsi öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “2022-ci il 3 avqust tarixli, 221 saylı sərəncamın dəyişdirilməsi və iddiaçının ailə tərkibinin (6 nəfər) mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-1(103)-1059/2023 saylı qər arından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Biçənək kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə1 ilə X15 arasında 1989-cu il 25 iyul tarixində nikah bağlanmışdır.Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, İddiaçı Forma 88-ə əsasən 2019-cu il 18 aprel tarixində qiymətləndirilmiş və ona insulindən asılı şəkərli diabet. Diabetik retionpatiya. Görmə funksiyasının pozğunluğu. Mədə xorası. VİSOD=0.04k/etmir. VİSOS barmaq sayı diqanozları ilə ümumi xəstəlik gözdən əlil səbəbilə müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 2022-ci il 8 iyul tarixli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid 2022-ci il 8 iyul tarixinədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri Nümayəndə1 (xx.xx.1964), qızı X8 (xx.xx.1989), oğlu X9 (xx.xx.1992).
4. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 1992-ci il 25 mart tarixində doğulmuşdur. 5. “AZEMİS” elektron məhk əmə sistemi vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi X4 2019-cu il 21 dekabr tarixində Asan-Sumqayıt tərəfindən verilmiş, yaşayış yeri Sumqayıt şəhəri qeyd edilmişdir.
6. Şahbuz rayon Biçənək kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş 2016-cı il tarixli 21 oktyabr tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X12 arasında 2016-cı il 21 oktyabr tarixində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Şahbabalı, arvada Şahbabalı soyadı verilmişdir. 7. “AZEMİS” elektron məhkəmə sistemi vasitəsi ilə edilmiş çıxarışdan görünür ki, şəxsiyyət vəsiqəsi X5 2020-ci il 28 yanvar tarixində Asan-Sumqayıt tərəfindən verilmiş, yaşayış yeri Sumqayıt şəhəri qeyd edilmişdir.
8. Sumqayıt “AS AN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 2020-ci il 20 fevral tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X10 olan X13 2019-cu il 22 noyabr tarixində Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin fevral ayının 20-də 1219 № ilə qeyd edilmişdir.
9. Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 2021-ci il 29 oktyabr tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X10 olan X14 2021-ci il 14 oktyabr tarixində Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin oktyabr ayının 29-da 5418 № ilə qeyd edilmişdir.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 2 nömrəli M ənzil-İstismar sahəsinin ailə tərkibi haqqında 2022-ci il 23 iyun tarixli arayışından görünür ki, Sitalçay 1 hərbi şəhərcik, ev 13, mənzil 10 ünvanında yaşayan İddiaçı ailə üzvləri həyat yoldaşı Nümayəndə1 (1964), oğlu X9 (1992), gəlini X10 (1998), nəvələri X13 (2019) X7r (2021).
11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 2022-ci il 7 iyul tarixli arayışından görünür ki, İddiaçı, Nümayəndə1 2019-cu il 15 mart tarixindən ünvan 1 ünvanında qeydiyyatdadırlar.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2013-cü il 21 may tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X2 xüsusi mülkiyyətindədir.
13. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2020-ci il 9 yanvar tarixli ərizədə iddiaçı yazaraq bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ev ona məxsus deyil. Əlilliyinin müəyyən olunması ilə bağlı o ünvana qeydiyyata düşmüşdür. Yaşamaq üçün mənzili yoxdur. Birinci qrup gözdən əlilliyini və mənzilsiz olmağını nəzərə alaraq onun mənzillə təmin olunmağı barədə göstəriş verilməsini xahiş edir. Qeyd olunan ərizəyə tibbi-sosial ekspertiza müayinəsindən çıxarış, şəxsiyyət vəsiqələrinin surətləri, nikah haqqında şəhadətnamənin surəti, ailə üzvü haqqında arayış, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, dövlət reyestrindən çıxarış, Azərbaycan Kredit Birosundan çıxarış, etibarnamənin surəti əlavə edilmişdir.
14. Bakı şəhəri Cavabdeh baş çısının 2020-ci il 14 yanvar tarixli,“İ dərəcə gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi barədə” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19B nömrəli evin 77 №-li mənzilində qeydiyyatda olan İ dərəcə gözdən əlil İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı həqiqətən İ dərəcə gözdən əlildir. (Tibbi-Sosial Ekspertiza müayinəsindən 2019-cu il 18 aprel tarixli çıxarışın surəti əlavə olunur). Vətəndaş İddiaçı halhazırda 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) Nəsimi rayonu, 20 Yanvar küçəsi 19 b №-li evin 77 №-li mənzilində qeydiyyatdadır. Mənzil şəxsidir. X1r. Vətəndaşın müraciətinə, Mən zil Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31-ci maddəsinə əsasən İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə götürülməsinə sərəncam verilmişdir.
15. Bakı şəhəri Cavabdeh başçısının 2022-ci il 3 avqust tarixli “Cavabdeh başçısının 2020-ci il 14 yanvar tarixli sərəncamına düzəliş edilməsi barədə” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh başçısının 2020-ci il 14 yanvar tarixli sərəncamı ilə Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19B nömrəli evin 77 №-li mənzilində qeydiyyatda olan İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülmüşdür. Sərəncamın İ bəndində “həyat yoldaşı” əvəzinə səhvən “oğlu” yazıldığını nəzərə alaraq, Cavabdeh başçısının 2020-ci il 14 yanvar tarixli sərəncamında düzəliş edilərək sərəncamın İ bəndi “İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülsün” oxunulmasına sərəncam verilmişdir.
16. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2022-ci il 25 may tarixli (2022-ci il 20 iyun tarixində qeydiyyata alınıb) mənzil növbəsinə adi sərəncamın dəyişdirilməsi tələbinə dair ərizəsinin surətindən görünür ki, Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin olunmağına aid müvafiq qərar qəbul edilmişdir. Sosial Xidmətlər Agentliyi qərar qəbul edərkən Cavabdeh mənzil növbəsinə alınmasına adi sərəncamı əsas götürərək 1 otaqlı mənzillə təmin olunmasını nəzərdə tutmuşdur. Nəzərlərinə çatdırmaq istəyir ki, onunla bərabər 6 nəfər ailə üzvü vardır. Bu f akt aidiyyatı orqan tərəfindən verilən elektron arayış vasitəsi ilə təsdiq olunmuşdur. Yuxarıda göstərilən faktiki halları nəzərə alaraq mənzillə təmin olunmağına aid sərəncamın 6 nəfər ailə tərkibinə uyğun şəkildə hazırlanmasına göstəriş verilməsini xahiş edir.
17. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2022-ci il 4 iyul tarixli məktubun surətindən görünür ki, onun Cavabdehndə olan mənzil növbəsində ailə tərkibində dəyişiklik edərək Xızı rayonunda qeydiyyatda olan oğlunun və ailə üzvlərinin də növbəsinə əlavə edilməsinə köməklik göstərilməsi barədə daxil olmuş ərizəsinə baxılmışdır. Nəzərinə çatdırılır ki, oğlunun və ailə üzvlərinin Nəsimi rayonunda qeydiyyatı olmadığından xahişini təmin etmək mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində i craat
18. İddiaçı(bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) Cavabdehnə(bundan sonra-“cavabdeh” və ya “Nəsimi RİH”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Nəsimi RİH-nin mənzil növbəsinə aid sərəncamının dəyişdirilərək ailə üzvləri ilə birlikdə qeyd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Nəsimi RİH-nin 2020-ci il 14 yanvar tarixli, 08 saylı mənzil növbəsinə dair sərəncamının(bundan sonra-“2020-ci il 14 yanvar tarixli sərəncam”) dəyişdirilərək ailə üzvləri ilə birlikdə qeyd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
20. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Nəsimi RİH-nin 2022-ci il 3 avqust tarixli, 221 saylı sərəncamının(bundan sonra-“2022-ci il 3 avqust tarixli sərəncam”) dəyişdirilərək İddiaçı ailə tərkibinin (6 nəfər) – İddiaçı özü, əri Nümayəndə1, oğlu X9, gəlini X10 və nəvələri X13, X6(bundan sonra-“iddiaçının əri, oğlu, gəlini və nəvələri”), mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə gözdən əlil olmuş şəxslərin mənzillə təmin olunmasına Sosial Xidmətlər Agentliyi tərəfindən başlanmışdır. İddiaçı Nəsimi RİH tərəfindən mənzil növbəsinə götürülmüşdür. Mənzil növbəsinə qey də alınarkən ailə tərkibi haqqında arayış nəzərə alınmamışdır. Belə ki, iddiaçının oğlu, gəlini və 2 nəvəsi Sumqayıt şəhərində qeydiyyatda olduğundan mənzil növbəsi sənədlərində ailə tərkibi kimi qeyd edilməmişdir. Nəsimi RİH-nə təqdim edilən hüquqi sənədlər nəzərə alınmamış, sərəncamın dəqiqləşdirilməsindən imtina edilmişdir. Ailə üzvlərinin qeyd edilməməsi səbəbindən mənzil sahəsinin qanunamüvafiq qaydada müəyyən edilməsində çətinlik yaratmışdır.
22. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Nəsimi RİH-nə 2020-ci il 9 yanvar qeydiyyat tarixli ərizə ilə müraciət edərək, 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə uçotuna götürülməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Nəs imi RİH başçısının 2020-ci il 14 yanvar tarixli “l dərəcəli gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi barədə” Sərəncam vermişdir. Lakin sərəncamın 1.1-ci bəndində texniki səhv buraxaraq ailə tərkibi (özü, həyat yoldaşı) əvəzinə (özü, oğlu) qeyd olunmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Nəsimi RİH-nə email vasitəsi ilə 2022-ci il 20 iyun qeydiyyat tarixli ərizə ilə müraciət edərək, 6 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, gəlini və 2 nəvəsi) mənzil növbəsinə uçotuna götürülməsi barədə sərəncamında düzəliş edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş hüquq müəyyənedici sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı oğlu ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında qeydiyyatdadır və Nəsimi rayon sakini deyil. Nəsimi RİH-nin 2022-ci il 4 iyul tarixli məktubu ilə ə rizəçiyə cavab olaraq məlumat verilmişdir ki, oğlu və onun ailə üzvləri Nəsimi rayonunda qeydiyyatı olmadığından xahişini təmin etmək mümkün deyildir. Nəsimi RİH başçısı 2022-ci il 3 avqust tarixli “Nəsimi RİH başçısının 2020-ci il 14 yanvar tarixli sərəncamına düzəliş edilməsi barədə” sərəncam vermişdir. İddiaçını cavab məktubu və sərəncam qane etmədiyindən o, məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
23. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli, 2-1(112)-10593/2022 nömrəli qərarı (hakim-Ş.Həsənova) ilə iddiaçının cavabdeh Nəsimi RİH-in 2022-ci il 3 avqust tarixli, 221 saylı sərəncamının dəyişdirilərək İddiaçı ailə tərkibinin (6 nəfər) – İddiaçı özü, əri, oğlu, gəlini və 2 nəvə sinin mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2019-cu il 18 aprel tarixindən gözdən əlil səbəbilə müddətsiz birinci dərəcəli əlillidir. İddiaçı və onun əri ünvan 1 ünvanında 2019-cu il 15 mart tarixindən yaşayış yeri üzrə qeydiyyatda olsalar da fakitiki olaraq Sitalçay 1 hərbi şəhərcik, ev 13, mənzil 10 ünvanında yaşayırlar. İddiaçı 2020-ci il 9 yanvar tarixində cavabdehə müraciət edərək ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin evin ona məxsus olmamasını, əlilliyinin müəyyən olunması ilə bağlı o ünvana qeydiyyata düşdüyünü, yaşamaq üçün mənzili olmadığını bildirərək İ qrup gözdən əlilliyini və mənzilsiz olmağını nəzərə alaraq onun mənzillə təmin olunması barədə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılaraq İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə götürülməsinə dair 2020-ci il 14 yanvar tarixli sərəncam verilmişdir. Daha sonra 2022ci il 3 avqust tarixli sərəncamla həmin sərəncama düzəliş edilərək “İ dərəcə gözdən əlil İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülsün” oxunulmasına dair sərəncam verilmişdir. Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçının mənzillə təmin olunmasına qərar qəbul edilərkən Nəsimi RİH-nin mənzil növbəsinə alınmasına aid sərəncamı əsas götürərək 1 otaqlı mənzillə təmin olunması nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçı cavabdeh inzibati orqana müraciət edərək mənzillə təmin olunmağına aid sərəncamın 6 nəfər ailə tərkibinə (özü, əri, oğlu, gəlini, 2 nəfər nəvəsi) uyğun şəkildə hazırlanmasını xahiş etmiş, cavabdeh oğlunun və ailə üzvlərinin Nəsimi rayonunda qeydiyyatı olmamasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir.
25. Qanunvericiliyin tələblərinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqan tərəfindən həyata keçirilir. Mənzil uçotuna güzəştli şərtlərlə ancaq ər və ya arvad, yetkinlik yaşına çatmayan övladlar, habelə özünə ailə qurmayan yetkinlik yaşına çatan övladlar qəbul edilirlər.
26. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının çatmaq istədiyi hüquqi marağı Sosial Xidmətlər Agentliyi tərəfindən İ dərəcəli gözdən əlil kimi ona veriləcək mənzilin sahəsinin 6 nəfər ailə üzvü nəzərə alınma qla hesablanmasından ibarətdir.
27. Hazırki mübahisə üzrə məhkəmə qeyd edir ki, iddiaçı və əri yaşayış yeri üzrə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 2019-cu il 15 mart tarixindən qeydiyyatda olduqlarından cavabdeh inzibati orqan tərəfindən iddiaçı əri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində 2020-ci il 14 yanvar tarixindən uçota alınmışdır. İddiaçının ailə üzvü kimi qeyd etdiyi oğlu yektinlik yaşına çatmaqla ailə qurduğu arvadı və 2 uşağı ilə birlikdə Nəsimi rayonu ərazisində deyil, Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmçinin həmin şəxslər faktiki olaraq iddiaçı ilə birlikdə Sitalçay 1 hərbi şəhərcik, ev 13, mənzil 10 ünvanında yaşayırlar.
28. Belə olan halda iddiaçının ailə üzvü kimi qeyd etdiyi yetkinlik yaşına çatmış oğlunun, gəlinin və 2 nəvəsinin yaş ayış yeri cavabdehin ərazisində olmadığından həmin şəxslərin iddiaçı ilə birlikdə mənzil növbəsinə qəbul edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
29. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. B) apellyasiya instansiyası məhkəməsində icraat
30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-1(103)1059/2023 saylı qərarı ilə (hakimlər-İ.Şirinov/sədrlik edən, E.Kazımov və N.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli, 21(112)-10593/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
31. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə tam ra zılaşmış və qərarını birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına istinad etməklə əsaslandırmışdır.
32. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri
33. Bakı şəhəri Nəsimi İcra Hakimiyyətinin xx.xx.2022-ci il 3 avqust tarixli sərəncamı qəbul edilərkən, İddiaçı ailə tərkibinin (6 nəfər)-özü,əri oğlu, gəlini, 2 nəvəsindən ibarət ailə tərkibi olmasına, ailə tərkibinin həmin üzvlərdən ibarət olması və həmin ailə üzvlərinin İddiaçı ilə birlikdə yaşamaları aidiyyəti orqanlar tərəfindən verilmiş arayış və digər sənətlərlə təsdiq olunmasına baxmayaraq nəzərə a lınmaması Bakı Apellyasiya məhkəməsinin inzibati kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-1(103)-1059/2023 saylı qərarında nəzərə almamış, iş üzrə sübutlara obyektiv, hərtərəfli və düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qa nun: Maddə 27.0 Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: Maddə 27.0.1 Əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; Maddə 27.0.2 Əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; Maddə
31. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
38. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
51. Yaşayış sahəsinə e htiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.... 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların q anuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.... 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
39. Qüvvədə olan XX çağırış Bakı şəhər X20 4-cü sesiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”: Həmin Qaydaların 7.8-ci bəndinin 2-ci abzasına əsasən bu yarımbənddə göstərilən şəxslərlə birlikdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna güzəştli şərtlərlə ancaq ər və ya arvad, yetkinlik yaşına çatmayan övladlar, habelə özünə ailə qurmayan yetkinlik yaşına çatan övladlar qəbul e dilirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqan tərəfindən həyata keçirilir. Mənzil uçotuna güzəştli şərtlərlə ancaq ər və ya arvad, yetkinlik yaşına çatmayan övladlar, habelə özünə ailə qurmayan yetkinlik yaşına çatan övladlar qəbul edilirlər. 40. “İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur....” Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasın da yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkə məsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
42. X26 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir k i, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur
44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları( bax yuxarı §§ 37-39) baxımından iddiaçının digər 5 ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblə rini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı həqiqətən İ dərəcəli gözdən əlildir və o Nəsimi rayonu 20 yanvar küçəsi ev 19 b, mənzil 77-də qeydiyyatda olmaqla Cavabdehnə müraciət edərək 2 nəfər ailə tər kibi ilə( özü və həyat yoldaşı) mənzil növbəsinə götürülməsini barədə sərəncam verilməsini xahiş etmişdir.Nəsimi RİH başçısının 2020-ci il 14 yanvar tarixli sərəncamı ilə iddiaçı və oğlu mənzil növbəsinə götürülmüşlər.Daha sonra Nəsimi RİH başçısının 2022-ci il 3 avqust tarixli sərəncamı ilə 2020-ci il 14 yanvar tarixli sərəncama düzəliş edilmiş ailə tərkibində “oğul” əvəzinə “həyat yoldaşı” qeyd edilərək iddiaçı özü və həyat yoldaşı mənzil növbəsinə götürülmüşdür.
48. Göründüyü kimi Nəsimi RİH qanunun tələblərinə riayət etməklə iddiaçı və onun həyat yoldaşını maneəsiz mənzil növbəsinə götürmüşdür.
49. Lakin sonradan iddiaçı digər ailə üzvləri ilə birlikdə (oğul, gəlin və 2 nəvə) mənzil növbəsinə götürülməsini xahiş etmiş, Nəsimi RİH-nin 2022-ci il 4 iyul tarixli məktubu ilə iddiaçıya cava b olaraq məlumat verilmişdir ki, oğlu və onun ailə üzvləri Nəsimi rayonunda qeydiyyatı olmadığından, bu rayonda yaşamadıqlarından və işləmədiklərindən xahişini təmin etmək mümkün deyildir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqan tərəfindən həyata keçirilir. Mənzil uçotuna güzəştli şərtlərlə ancaq ər və ya arvad, yetkinlik yaşına çatmayan övladlar, habelə özünə ailə qurmayan yetkinlik yaşına çatan övladlar qəbul edilirlər.
51. Hazırkı işdə isə həm iddiaçının oğlunun yetkinlik yaşına çataraq ailə həyatı qurması, həm də Nəsimi rayonu ərazisində deyil, Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyatda olması halları mövcud olduğundan iddia çının oğlunun və ailəsinin onunla birlikdə mənzil növbəsinə götürülməməsi düzgün və ədalətli olmuşdur.
52. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 aprel tarixli 2-1(103)1059/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.