Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2204/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-283/2021 saylı, 25 avqust 2021-ci il tarix li qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 11.01.1994-cü il tarixdə Ağdaş RHK tərəfindən Milli Ordu sıralarına göndərilmiş, Biləcəri toplanış məntəqəsindən N nömrəli komandaya təhvil verilmişdir.
2. İddiaçıya məxsus ******* nömrəli hərbi biletə əsasən iddiaçının 888, N və N nömrəli hərbi hissələrdə müvafiq olaraq 13.01.1994-16.04.1994, 17.04.1994-07.11.1994 və 24.11.1994-06.11.1997-ci illərdə hərbi xidmətdə olması, biletin 7-ci səhifəsində onun 24.11.1994-cü il tarixdən 06.11.1997-ci il tarixədək Goranboy rayonunda döyüş bölgəsində xidmət aparması, biletin 3-cü səhifəsində 06.11.1997-ci il tarixdə 26.09.1997-ci il tarixli 160 n ömrəli əmrlə ordudan tərxis olunmasına dair qeydlər aparılmışdır.
3. N nömrəli hərbi hissənin MN Tibb Baş İdarəsinin rəisinə ünvanladığı 29.12.2017-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının 1995-ci il ərzində N nömrəli hərbi hissədə müalicə olması ilə bağlı qeydiyyat yoxdur. İddiaçı 19.04.1996-cı il tarixdə N nömrəli hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyasında (protokol № 88, 19.04.1996) şəhadətləndirilmişdir.
4. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 01.03.2018-ci il tarixli məktubda qeyd edilir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 28.02.2018-ci il tarixli iclasında baxılmış və ba rəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 21.02.2018-ci il tarixli arayışına əsasən N nömrəli hərbi hissədə iddiaçının xidməti təsdiqlənmədiyindən və yaralanması şəraiti barədə hərbi hissə tərəfindən arayış olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.
5. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 27.03.2018-ci il tarixli məktubunda qeyd edilir ki, Ağdaş RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü iddiaçı N №-li hərbi hissə komandirinin 13.01.1994-cü il tarixli 11 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 20, sıra 26) “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş çavuş İddia çı Zahid oğlunun N №-li hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli 93 NQ-İİ nizami hissə üzrə əmrində (əsas: § 5, sıra 9, əmrdə atasının adı Zahid yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 18.04.1994-cü il tarixli 91 №-li nizami hissə üzrə əmrində (əsas: səh 27, § 2) N №-li hərbi hissədən ezamiyyətə göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin qazan təminatına daxil edilməsi barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin 23.12.1994-cü il tarixli 357 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 20, § 1, sıra 11) sıravi iddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə nazir inin 26.09.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün iddiaçı N №-li hərbi hissə komandirinin 07.11.1997-ci il tarixli 311 №-li nizami hissə üzrə əmrilə (əsas: səh § 7, sıra 1) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək qeydiyyata düşmək üçün Ağdaş RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti və N №-li hərbi hissə komandirinin mart 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində yaralanması barədə məlumat aşkar edilməmişdir.
6. Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin Nazirliyin nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın katibinə ünvanladığı 21.05.2018-ci il tarixli məktubda qeyd olunur ki, N nömrəli hərbi hissənin aprel-iyun 1994cü il tarixli şəxsi heyətinin pul təminatının ödənilməsi cədvəllərində iddiaçının pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir.
7. SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 15.10.2020-ci il tarixli, 1103 nömrəli məktubuna əlavə edilmiş iddiaçının xidməti kartasının təsdiq edilmiş surətində onun N və N nömrəli hərbi hissələrdə müvafiq olaraq 17.04.1994- 07.11.1994 və 24.11.199406.11.1997-ci illərdə hərbi xidmətdə olması, 24.11.1994-cü il tarixdən 06.11.1997-ci il tarixədək Goranboy rayonunda döyüş bölgəsində xidmət aparması, 06.11.1997-ci il tarixdə 26.09.1997-ci il tarixli 160 nömrəli əmrlə ordudan tərxis olunmasına dair qeydlər aparılmışdır. Məktubuna əlavə edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalın ın 05.09.2018-ci il tarixli, 5116 nömrəli məktubunun təsdiq edilmiş surətində qeyd edilir ki, 056 nömrəli hərbi hospitalın (223 nömrəli hərbi hissənin) 1996-cı ilə məxsus tibbi sənədləri saxlanılması üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təhvil verilmədiyinə görə iddiaçının stasionar müayinə və müalicədə olması barədə məlumatın verilməsi mümkün olmamışdır.
8. MHHK-nın 26.10.2020-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçıya aid 1996-cı il üçün xəstəlik haqqında şəhadətnamə yoxdur və qeydiyyat jurnallarından keçmir.
9. Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın Nazirliyin Hüquq İdarəsinə ünvanladığı 21.04.2020-ci il tarixli məktubunda qeyd edilir ki, N nömrəli hərbi hissə 19.07.1992-ci il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında işti rak etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı 14.09.2019-cu ildə cavabdehə qarşı ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdaş RHK tərəfindən hərbi xidmətə çağırılmış, 17.04.1994-cü il tarixdən 07.11.1994-cü il tarixədək N nömrəli hərbi hissənin, 24.11.1994-cü il tarixdən 06.11.1997-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, müraciəti təmin edilməmişdir.
12. Cavabdeh id diaya qarşı etirazını belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədəki xidməti təsdiq olunmadığından və yaralanmağının şəraiti məlum olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Mərkəzi Arxivin 27.03.2018-ci il tarixli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti və N nömrəli hərbi hissə komandirinin mart 1995-ci il tarixli əmrlərində yaralanması barədə məlumat aşkar edilməmişdir. “Müharibə vete ranı” adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Qanuna və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsa snamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmçinin iddiaçı iddia müddətinin vaxtını qat-qat ötürmüşdür. Belə ki, imtina 2018-ci ildə olduğu halda o, məh kəməyə 2020ci ilin sentyabrında müraciət etmişdir.
13. Cavabdehin məhkəməyə ünvanladığı 24.02.2021-ci il tarixli məktubuna əmrlərdən çıxarışlar əlavə edilmişdir: - N nömrəli hərbi hissə komandirinin 13.01.1994-cü il tarixli, 11 nömrəli əmrindən müəyyən edilir ki, iddiaçı 13.01.1994-cü il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin ümumi siyahısına alınmış, bütün təchizatlarla təmin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli, 93 nömrəli əmrindən müəyyən edilir ki, iddiaçı 1-ci motoatıcı taborun əsgərləri ilə birlikdə 16.04.1994-cü il tarixdən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Əmrdə qeyd edilir ki, həqiqi hərbi xidmətdə olan əsgərlər 17.04.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılıb təchizatlardan məhrum edilməli, lazımi sənədlərlə təmin edilməli və bir günlük quru ərzaqla təmin edilməlidir. - N saylı hərbi hissə komandirinin 18.04.1994-cü il tarixli, 91 nömrəli əmrilə N saylı hərbi hissədən N saylı hərbi hissəyə gəlmiş ezamiyyətə qazan təminatına qoyulmuşlar. - N nömrəli hərbi hissə komandirinin 23.12.1994-cü il tarixli, 357 nömrəli əmri ilə Pirəkəşkül qəsəbəsindən hərbi xidmətə göndərilmiş iddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. - N nömrəli hərbi hissə komandirinin 07.11.1997-ci il tarixli, 311 nömrəli əmri ilə iddiaçı Müdafiə Nazirinin 160 saylı 26.09.1997-ci il tarixli əmrinə əsasən 08.11.1997-ci il tarixdən bütün növ təminatlardan silinmiş, şəxsi heyətin siyahısından çıxarılmış, ordudan tərxis edilmiş və hərbi qeydiyyata düşmək üçün müvafiq hərbi komissarlığa g öndərilmişdir.
14. Şəki İnzibati Məhkəməsinin (hakim X2, 2-1(116)-225/2021 saylı iş) 13 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya veteran adının verilməsi üçün hüquqi və faktiki əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X4 və X1, 2-1(107)-283/2021 saylı iş) 25 avqust 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci insta nsiya məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
18. Cavabdeh 14 sentyabr 2021-ci il tarixdə qərarın surətini almış, 5 oktyabr 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
19. İddiaçının N nömrəli hərbi hissədə xidməti mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, N nömrəli hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli 93 nömrəli əmrində göstərilmişdir ki, 1-ci motoatıcı taborun əsgərləri N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsinlər (iddiaçının adı da orada göstərilmişdir). Lakin iddiaçının N nömrəli hərbi hissəyə gedib çatması heç bir əmrl ə təsdiq olunmur.
20. N nömrəli hərbi hissə komandirinin 18.04.1994-cü il tarixli 91 nömrəli əmrində (N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş şəxsi heyətin qazan təminatına qoyulmasına dair) iddiaçının adı qeyd olunmamışdır. Qeyd: 18.04.94-cü il tarixli 91 nömrəli əmr məhkəmə iş materiallarında mövcud olduğundan, orada qeyd olunan yazıları şərh etmək ehtiyacı qalmır.
21. İş materiallarında olan arxiv arayışlarına əsasən iddiaçı N nömrəli hərbi hissədə xidmət keçməyib: N nömrəli hərbi hissə komandirinin aprel-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, pul paylama cədvəllərində iddiaçının adı, xidməti barədə məlumat aşkar edilməmişdir.
22. İddiaçının N nömrəli hərbi hissədə xidmət etməməsi N nömrəli hərbi hissənin 23.12.1994-cü il tarixli 357 nömrəli əmrindən də görmək olar. Belə ki, həmin əmrə əsasən iddiaçı N nömrəli hərbi hissəyə Pereküşkül qəsəbəsindən şəxsi heyətin qəbul məntəqəsindən daxil olmuşdur, (əgər iddiaçı N nömrəli hərbi hissədə xidmət etsəydi, ŞHQM-dən deyil N nömrəli hərbi hissədən gəlmiş olardı).
23. Hərbi biletdəki qeydlər iş materiallarında olan arxiv arayışları ilə təsdiq olunmadığından mötəbər sayıla bilməzdi. (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 №-li Qərarı).
24. Kassasiya şikayətinin maddi hüquqi əsasları ilə iddiaya qarşı verilmiş etirazın maddi hüquqi əsasları eyni olmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 26. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 27. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yeri ni özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
28. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyy atları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərb aycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun d ublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümləd ən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
29. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə a raşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. M addə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
30. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
31. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfində n işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İddiaçı 17.04.1994-cü il tarixdən 07.11.1994-cü il tarixədək N nömrəli hərbi hissənin, 24.11.1994-cü il tarixdən 06.11.1997-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.
34. Cavabdehin şikayətinin dəlillərinə görə məhkəmə qərar qəbul edərkən iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində xidməti barədə məlu matın olmamasını nəzərə almamışdır. İddiaçının N nömrəli hərbi hissədə xidmət etməsi hər hansı rəsmi sənədlə təsdiq olunmadığından, N nömrəli hərbi hissədə xidmət edən zaman həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak etmədiyindən iddiaçının tələbi əsaslı sayıla bilməz.
35. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
36. N №-li hərbi hissə komandirinin 23.12.1994-cü il tarixli 357 №-li nizami hissə üzrə əmrilə iddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmiş, Müdafiə nazirinin 26.09.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin 07.11.1997-ci il tarixli 311 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ t əminatlardan azad edilərək qeydiyyata düşmək üçün Ağdaş rayon Hərbi Komissarlığına göndərilmişdir.
37. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 27.02.2021-ci il tarixli, 1/A-5025 nömrəli məktubunda qeyd edilir ki, N nömrəli hərbi hissə 05.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir.
38. N nömrəli hərbi hissə üzrə əmrlərdən görünür ki, hərbi hissə 05.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir, iddiaçı isə bu dövrdən sonra, yəni 23 dekabr 1994-cü il tarixdən başlayaraq N nömrəli hərbi hissədə xidmət keçmişdir. Yəni iddiaçı N nömrəli hərbi hissədə xidmət edən dövrdə hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.
39. Odur ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət edən zaman döyüş əməliy yatlarında iştirak etməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
40. Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın Nazirliyin Hüquq İdarəsinə ünvanladığı 21.04.2020-ci il tarixli, 1/9-6227 nömrəli məktubda qeyd edilir ki, N nömrəli hərbi hissə 19.07.1992-ci il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir (səh.87).
41. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı və vəsiqəsi döyü ş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)...əmrlərdən çıxarışlar...əsasında verilir.
42. İddiaçının hərbi biletinin beşinci səhifəsində olan məlumata görə 17 aprel 1994-cü il tarixdən 7 noyabr 1994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir (səh.44).
43. N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən zaman iddiaçının həmin hərbi hissədə xidmət etməsi hərbi biletdə olan məlumatla yanaşı iddiaçının əvvəllər xidmət etmiş olduğu N nömrəli hərbi hissənin, daha sonra isə dolayısı ilə N nömrəli hərbi hissənin əmrləri ilə təsdiq olunur.
44. Belə ki, Müdafiə Nazirliyinin Mərkəz i Arxivinin 27.03.2018-ci il tarixli, 9/24761 nömrəli məktubunda qeyd edilir ki, Ağdaş RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü iddiaçı N №-li hərbi hissə komandirinin 13.01.1994-cü il tarixli 11 №-li nizami hissə üzrə əmrilə “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş iddiaçının N №-li hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli 93 NQ-İİ nizami hissə üzrə əmrində şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 18.04.1994-cü il tarixli 91 №-li nizami hissə üzrə əmrində N №-li hərbi hissədən ezamiyyətə göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin qazan təminatına daxil edilməsi barəd ə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir.
45. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan əmrlərə görə N nömrəli hərbi hissədə xidmət edən iddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, bununla bağlı N nömrəli hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin 18.04.1994-cü il tarixli əmrində N nömrəli hərbi hissədən ezamiyyətə göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin qazan təminatına daxil edilməsi qeyd edilmişdir.
46. N nömrəli hərbi hissənin N aprel 1994-cü il tarixli əmrində konkret adlar, o cümlədən iddiaçının adı qeyd edilməsə də, həmin əmrdə N nömrəli hərbi hissədən göndərilən şəxslərin qazan təminatına daxil ed ilməsi əksini tapmış, iddiaçı da N nömrəli hərbi hissədən göndərilən şəxslərdən sırasında olmuşdur. N nömrəli hərbi hissənin N aprel 1994-cü il tarixli əmrində iddiaçının həmin hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılması səbəbi onun N nömrəli hərbi hissəyə ezam olunması ilə bağlı olmuşdur.
47. İddiaçının N aprel 1994-cü ildə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmasından sonra onun N nömrəli hərbi hissəyə getməməsi, hərbi hissəni özbaşına tərk etməsi, yaxud fərarilik etməsi barədə hər hansı sübut mövcud olmamışdır.
48. İşdə olan sənədlərdə iddiaçının sonradan 23 dekabr 1994-cü il tarixli əmrlə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və 7 noyabr 1997-ci il tarixli əmrlə ehtiyata buraxılması təsdiq olunur. Bununla belə iddiaçının nə vaxt N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat olmamışdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi hərbi bileti və hərbi hissənin nizami hissə üzrə əmrləri ilə təsdiq olunduğundan və iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə iddiaçı tələbində haqlı olmuşdur.
50. İddiaçıya müharib ə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilən tələblər mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
51. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayət i təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-283/2021 saylı 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.