Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2204/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faiz borcunun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “faiz borcunun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-1392/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (VÖEN: **********) xx.xx.2013-cü il tarixdə vergi orqanında dövlət qeydiyyatına alınmış, nizamnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarətdir.
2. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə xx.xx.2018-xx.xx.2019-cu il dövrü əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və həmin yoxlama nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən iddiaçya 3393196,97 manat əlavə vergi hesablanmış və 365669,99 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 3. xx.xx.2021-ci il tarixinə iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 94011 7,6 manat artıq ödəmə nəzərə alınmaqla iddiaçının dövlət büdcəsinə vergi borcu 2818749,4 manat təşkil etmişdir.
4. İddiaçı tərəfindən vergi borcu yaranmamışdan əvvəl Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinə əsasən yaranmış borcun hissəhissə ödənilməsinə möhlət verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edilmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********475800 nömrəli və xx.xx.2021-ci il tarixli, **********890500 nömrəli məktublarla borcun ödənilməsinə möhlət verilmiş, iddiaçının bank hesabları və ƏDV depozit hesabı üzərinə qoyulmuş sərəncamlar götürülmüşdür.
5. Müəyyən olunmuş ödəniş qrafikinə əsasən, iddiaçı tərəfindən may ayı ərzində 400000, iyun ayı ərzində 956230,61, iyul ayı ərzində 300000 manat, avqust ayı ərzində 300000 m anat, sentyabr ayı ərzində 300000 manat, oktyabr ayı ərzində 300000 manat, dekabr ayı ərzində 262498,79 manat məbləğində ödəniş edilməklə qrafikdə bu aylar üçün nəzərdə tutulmuş 2818749,4 manat vergi borcu dövlət büdcəsinə ödənilmişdir.
6. Cavabdeh tərəfindən 2818749,4 manat vergi borcuna görə iddiaçıya 513559,16 manat faiz borcu hesablanmışdır.
7. İddiaçı həmin faiz borcunun silinməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə iddiaçının cavabdehə etdiyi müraciətlərinin heç birinin həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.9-cu maddəsinin tələblərinə cavab vermədiyindən cavabdeh tərəfindən bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərarın qəbul edilmədiyi əsas gətirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, faiz borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən iddiaçıya hesablanmış faiz borcu əsassızdır. Belə ki, iddiaçı tərəfindən vergi borcu yaranmamışdan əvvəl cavabdeh vergi orqanına müraciət olunmuş və cavabdeh Vergi Məcəlləsinin 85.6.2ci maddəsinə əsasən filiala 9 ay möhlət vermişdir. Filial tərəfindən qrafikdə nəzərdə tutulandan artıq məbləğdə vergilər dövlət büdcəsinə ödənilmişdir. Vergi Məcəlləsinin 85.10-cu maddəsinə əsasən, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmışdırsa, həmin müdd ət ərzində vergi ödəyicisinə faizlər hesablanmır. Vergi Məcəlləsində başqa heç bir maddədə vergi öhdəliklərinin icrasına möhlət verilməsi nəzərdə tutulmamışdır. Cavabdehə faizlərin silinməsi ilə bağlı müraciət olunsa da, bunun nəticəsi olmamışdır. İddiaçı qeyd edir ki, onun vergi borcunun ödənilməsinin uzadılmasında cavabdeh inzibati orqan öz iradə ifadəsini nümayiş etdirmiş, bununla da iddiaçıya faiz borcunun hesablanmacağına dair təminat vermişdir.
10. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya münasibətdə keçirilmiş xx.xx.2018-xx.xx.2019-cu il dövrü əhatə edən səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən 3393196,97 manat vergi borcu və 365669,99 manat maliyyə sanksiyası hesablanmışdır. Hazırkı tarixə şəxsi hesab vərəqəsinə əsasən iddiaçının dövlət büdcəsinə 2574369,03 manat əsas borc, 365809,99 manat maliyyə sanksiyası və 1489344,25 manat faiz borcu mövcuddur. Mübahisələndirilən 513559,16 manat faiz məbləğinin irəli gəldiyi əsas borca möhlət verilməsi barədə iddia tələbi ilə bağlı bildirilir ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ilə bağlı müddəalar Vergi Məcəlləsinin 85ci maddəsi ilə tənzimlənir və həmin maddənin tələblərinin tam ödənildiyi təqdirdə tətbiq edilir. Hazırkı iş üzrə borcun ödənilmə müddətinin qanunla müəyyən edilmiş müddətlərədək uzadılması barədə əsaslandırılmış müvafiq qərar mövcud deyildir. Qanunla müəyyən edilmiş əsaslar olmadığına g örə belə bir qərar qəbul edilməmişdir. İddiaçıya faiz hesablanmayacağı barədə heç bir təminat verilmədiyi və müvafiq qərar qəbul edilmədiyi halda borcun hissə-hissə ödənilməsi barədə müraciətinin nəzərə alınmasının vergi orqanının üzərinə belə bir öhdəlik qoyulması ilə nəticələnməsi qanunda nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən iddiaçının borclarının hissə-hissə ödənilməsi barədə müraciətləri nəzərə alınmaqla, faizlərin hesablanmayacağı barədə heç bir təminat verilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə 2021-ci ildə cavabdehə edilmiş müraciətlərin heç biri, həmçinin, xx.xx.2021-ci il tarixli müraciət həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.9-cu maddəsinin tələblərinə cavab vermədiyindən vergi orqanı tər əfindən bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar qəbul edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-11474/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq baxılmaqla ödənilməsinə möhlət verilmiş 2818749,4 manat vergi borcuna görə hesablanmış 513559,16 manat faiz borcunun silinməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 25 may 2023cü il tarixli, 2-1(103)-1392/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.9-cu və 85.10-cu maddələrinə görə, vergi orqanı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda faizin hesablanması nəzərdə tutulmadığından, hazırkı mübahisənin həllində vergi orqanı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə inzibati aktın mövcud olub-olmamasının müəyyən edilməsi zərurid ir. Cavabdeh apellyasiya şikayətində vergi ödəyicisinə faiz hesablanmayacağı barədə heç bir qərar qəbul edilmədiyini iddia edir. Lakin iş materiallarından görünür ki, iddiaçının vergi borcunun ödənilməsinə möhlət verilməsi və bank hesablarına sərəncam qoyulmaması ilə bağlı eyni məzmunlu müraciətlərinə cavabdeh tərəfindən müsbət cavablar verilmişdir. Belə ki, iş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********890500 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının yaranmış maliyyə çətinliyi ilə bağlı may ayı üzrə dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinə möhlət verilməsi və bank hesablarına sərəncam qoyulmaması ilə bağlı müraciətlərinə baxılmış, səyyar vergi yoxlaması nəticəsində dövlət büdcəsinə yaranmış borclara münasibətdə müraciətdə qeyd o lunanlar nəzərə alınmışdır. Həmçinin cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********475800 nömrəli məktubunda iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun qrafikə uyğun ödənilməsi ilə bağlı müraciətində qeyd olunanların nəzərə alındığı əks olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasını ayrıca qərar şəklində qəbul etməsə də, bununla bağlı razılığını iddiaçıya müvafiq məktub ilə bildirmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qərarın qəbul edilməməsi, onun vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasında göstərdiyi razılıq mövqeyini təkzib etmir. Çünki, cavabdeh razılıq mövqeyini qərar şəkilində deyil də, məhz məktub formasında iddiaç ıya bildirmişdir ki, bu da, həmin məktubun iddiaçıya hüquqi nəticələr yaratdığının göstəricisi olmaqla yanaşı, həmçinin məktubun inzibati akt kimi qəbul edilməsinin əsası qismində çıxış edir. Hazırkı işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub (vergi borcunun ödənilməsinə möhlət verilməsi barədə) inzibati aktın daşıdığı əlamətlərə malik olmaqla, iddiaçıya müəyyən hüquqi nəticələr yaratmışdır ki, bunun zənnində iddiaçı vergi borcunun ödənilməsi ilə bağlı əlavə vaxt qazanmışdır. Belə olan halda, kollegiya hesab edir ki, vergi borcunun ödənilməsinin uzadılması barədə məktub hüquqi nəticələr yaratdığından, inzibati akt hesab olunur. Odur ki, tərəflər arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.10-cu maddəsinin (xx.xx.2021-c i il tarixədək olan redaksiyası) normalarına əsasən vergi borcuna görə iddiaçıya hesablanmış faizlər əsassızdır. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, vergi borcunun ödənilməsinin uzadılmasının qərar formasında deyil də, məktub formasında cavablandırılması vəziyyəti iddiaçının ziyanına dəyişmir və ona əlavə məsuliyyət yaratmır.
16. Cavabdeh apellyasiya şikayətində Vergi Məcəlləsinin (2022-ci il 1 yanvar tarixinədək qüvvədə olan) 85.9-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciət mövcud olmamış, nə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışı, nə də vergi ödəyicisinin maliyyə vəziyyətini əks etdirən sənədlər vergi orqanına təqdim edilməmişdir. Göstərilən dəlillə bağlı apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinin uzadılması ilə bağlı müraciətlərinə baxmış cavabdeh inzibati orqan vergi ödəyicisinə borcun hissə-hissə ödənilməsinə möhlət vermiş, bununla da vergi ödəyicisi vergi orqanına etimad göstərmişdir. Başqa sözlə, cavabdeh inzibati orqan iddiaçıya məktub (inzibati akt) ünvanlayaraq onun dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinə möhlət verdiyindən, iddiaçı da bu müddət ərzində ona faiz hesablanmayacağına ümüd etdiyindən, yəni dövlət orqanına etimad göstərdiyindən, məhkəmə kollegiyası cavabdehin sözügedən dəlilini əsassız hesab edir.
17. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasını n Vergi Məcəlləsinin 85.9-cu və 85.10-cu maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci, 2.0.2-ci maddələrinə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 13 avqust 20 20-ci il tarixli qərardadına istinad etmişdir.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti onun imtina məktubunun, iddia tələbinə qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun tərtib olunmuş və qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 23.1.6cı, 85-ci maddələrinin, İnzibati Prosessual Məcəllənin 74-cü, 87.8-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhk əməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (hazırda qüvvədə olan redaksiyada) Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.18. Faizlər - borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə..... Maddə
59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.... Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər.... 85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən vergi növü (növləri) üzrə vergi orqanına yazılı müra ciət təqdim edilməlidir. Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2000 manatdan 20000 manatadək, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20000 manatdan 100000 manatadək və iri sahibkarlıq subyektinin borcu 100000 manatdan 300000 manatadək olduqda, vergi ödəyicisi tərəfindən müraciətə aşağıda göstərilən məlumatları əks etdirən sənədlər əlavə edilir: 85.9.1. bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulan hər bir hala münasibətdə müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların VÖEN-i göstərilməklə adı və borcun məbləği, habelə son bir il ərzində bank hesabları üzrə aparılmış əməliyyatlar barədə arayışlar; 85.9.2. bu Məcəllənin 85.6.1 -ci maddəsində nəzərdə tutulan hala münasibətdə hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları.
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (iddiaçı ilə cavabdeh arasında hazırkı mübahisənin yarandığı dövrdə (03 dekabr 2021-ci il tarixədək) qüvvədə olan redaksiyada) Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciətini vergi orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq qərar qəbul edir. Müraciət vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövrü üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir. 85.10. Bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq aşağıdakı qaydada uzadıla bilər: Həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır. 23. “İnzibati icraat haqqında” Azərbayca n Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə q ərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı 26. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarı
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-c i ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 13 avqust 2020-ci il tarixli qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materialların ı və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Məhkəmə kollegiyası xü susilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymət ləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
36. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı tərəfindən vergi borcu yaranmamışdan əvvəl Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinə əsasən yaranmış borcun hissəhissə ödənilməsinə möhlət verilməsi ilə bağlı xx.xx.2021-ci il tarix də cavabdehə müraciət edilmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********475800 nömrəli və xx.xx.2021-ci il tarixli, **********890500 nömrəli məktublarla borcun ödənilməsinə möhlət verilmiş, iddiaçının bank hesabları və ƏDV depozit hesabı üzərinə qoyulmuş sərəncamlar götürülmüşdür. Müəyyən olunmuş ödəniş qrafikinə əsasən, iddiaçı tərəfindən may ayı ərzində 400000, iyun ayı ərzində 956230,61, iyul ayı ərzində 300000 manat, avqust ayı ərzində 300000 manat, sentyabr ayı ərzində 300000 manat, oktyabr ayı ərzində 300000 manat, dekabr ayı ərzində 262498,79 manat məbləğində ödəniş edilməklə qrafikdə bu aylar üçün nəzərdə tutulmuş 2818749,4 manat vergi borcu dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh tərəfindən möhlət verilməsinə baxmayaraq, 2818749,4 manat vergi borcuna görə id diaçıya 513559,16 manat faiz borcu hesablanmışdır.
37. Cavabdehin kassasiya şikayətinin təkrar edən əsas dəlili ondan ibarətdir ki, vergi ödəyicisinə faiz hesablanmayacağı barədə heç bir təminat verilməmiş və iddiaçının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müvafiq qərar qəbul edilməmişdir.
38. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.9-cu və 85.10-cu maddələrinə görə, vergi orqanı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda faizin hesablanması nəzərdə tutulmadığından, hazırkı mübahisənin həllində vergi orqanı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə inzibati aktın mövcud olu b-olmamasının müəyyən edilməsi zəruridir.
39. Cavabdeh iddiaçının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə heç bir qərar qəbul edilmədiyini iddia edir. Lakin iş materiallarından görünür ki, iddiaçının vergi borcunun ödənilməsinə möhlət verilməsi və bank hesablarına sərəncam qoyulmaması ilə bağlı eyni məzmunlu müraciətlərinə cavabdeh tərəfindən müsbət cavablar verilmişdir.
40. Belə ki, iş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********890500 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının yaranmış maliyyə çətinliyi ilə bağlı may ayı üzrə dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinə möhlət verilməsi və bank hesablarına sərəncam qoyulmaması ilə bağlı müraciətlərinə baxılmış, səyyar vergi yoxlaması nəticəsində dövlət büd cəsinə yaranmış borclara münasibətdə müraciətdə qeyd olunanlar nəzərə alınmışdır.
41. Həmçinin cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********475800 nömrəli məktubunda iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun qrafikə uyğun ödənilməsi ilə bağlı müraciətində qeyd olunanların nəzərə alındığı əks olunmuşdur.
42. Göründüyü kimi, cavabdeh inzibati orqan vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasını ayrıca qərar şəklində qəbul etməsə də, bununla bağlı razılığını iddiaçıya müvafiq məktub ilə və iddiaçının bank hesabları və ƏDV depozit hesabı üzərinə qoyulmuş sərəncamları götürməklə öz hərəkətləri ilə bildirmişdir. İddiaçı da göstərilən razılığa əsaslanaraq qrafikə uyğun vergi borcunu tam olaraq ödəmişdir. 43. “İnzibati icraat haqqında” Azərbaycan Respublika sının Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür.
44. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür.
45. Eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki: “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır.”
46. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanv ar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 13 avqust 2020-ci il tarixli qərardadına əsasən: “26-cı bənd. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. 29-cu bənd. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qa nunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. 30-cu bənd. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçiril ən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. 31-ci bənd. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsu si və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konk ret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir.”
47. Hazırkı işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub (vergi borcunun ödənilməsinə möhlət verilməsi barədə) inzibati aktın daşıdığı əlamətlərə malik olmaqla, iddiaçıya müəyyən hüquqi nəticələr yaratmışdır ki, bunun zənnində iddiaçı vergi borcunun ödənilməsi ilə bağlı əlavə vaxt qazanmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, vergi borcunun ödənilməsinin uzadılması barədə məktub hüquqi nəticələr yaratdığından, inzibati akt hesab olunur. Odur ki, tərəflər arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.10-cu maddəsinin (xx.xx.2021-ci il tarixədək olan redaksiyası) normalarına əsasən vergi borcuna görə iddi açıya hesablanmış faizlər əsassızdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, vergi borcunun ödənilməsinin uzadılmasının qərar formasında deyil də, məktub formasında cavablandırılması vəziyyəti iddiaçının ziyanına dəyişmir və ona əlavə məsuliyyət yaratmır.
48. Cavabdeh həmçinin Vergi Məcəlləsinin (2022-ci il 1 yanvar tarixinədək qüvvədə olan) 85.9-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciət mövcud olmamış, nə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışı, nə də vergi ödəyicisinin maliyyə vəziyyətini əks etdirən sənədlər vergi orqanına təqdim edilməmişdir.
49. Göstərilən dəlillə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət büdcəsinə yaran mış vergi borcunun ödənilməsinin uzadılması ilə bağlı müraciətlərinə baxmış cavabdeh inzibati orqan vergi ödəyicisinə borcun hissə-hissə ödənilməsinə möhlət vermiş, bununla da vergi ödəyicisi vergi orqanına etimad göstərmişdir. Başqa sözlə, cavabdeh inzibati orqan iddiaçıya məktub (inzibati akt) ünvanlayaraq onun dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinə möhlət verdiyindən, iddiaçı da bu müddət ərzində ona faiz hesablanmayacağına ümüd etdiyindən, yəni dövlət orqanına etimad göstərdiyindən, məhkəmə kollegiyası cavabdehin sözügedən dəlilini əsassız hesab edir.
50. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə əsaslı nəticəyə gəlmişdir.
51. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasi ya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
52. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-1392/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.