Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2205/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilməsi və torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Res publikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Maraqlı şəxs) qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilməsi və torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2-1(103)-1543/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya aid sənədlər:
1. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli 755 nömrəli Sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m ibarət torpaq sahəsi ayrılmışdır. 2. 17.02.2002-ci il tarixli 43 nömrəli yerləşmə cizgisinə əsasən Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli 755 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Səbail RİH Badamdar qəsəbəsi nümayəndəsi və Səbail RİH təsərrüfat şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Cizgidə torpaq sahəsinin ölçüsü 230 kv.m göstərilmişdir.
3. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli məktubuna əsasən Səbail RİH-nin xx.xx.1995-ci il tarixli, 755 saylı sərəncamına cizgi əlavə edilməmişdir. Üçüncü şəxsə aid sənədlər:
4. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2478 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağla r” ərazisində yerləşən 200 kv.m olan torpaq sahəsi fərdi evin tikintisi üçün X5 ayrılmış, sərəncama əlavə olaraq torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir.
5. Seriya RX ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində olan 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına dövlət qeydiyyatına alınmışdır. 6. xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X6 həmin torpaq sahəsini üçüncü şəxs Maraqlı şəxs bağışlamışdır.
7. Seriya RX ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahədə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə üçüncü şəxs Maraqlı şəxs adı na dövlət qeydiyyatına alınmışdır.
8. Çıxarışa əlavə olaraq AN 190745 nömrəli, xx.xx.2017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir
9. İddiaçının tələbi, onun qanuni sahibliyində olan torpaq sahəsinin daşınmaz əmlakın reyestrini aparan cavabdeh tərəfindən səhvən Maraqlı şəxs məxsus hüquq müəyyənedici sənədlərə daxil edilməsinə istinad edərək, Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanın “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılması barədədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanın “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs verilmiş çıxarışda torpaq sahəsinin ünvanı düzgün göstərilməmiş, həmin ünvan iddiaçının qanuni istifadəsinə ayrılmış torpaq sahəsinin ünvanı ilə üst-üstə düşmüşdür. Bu səbəbdən iddiaçı Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan üzrə RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizası üzrə məhkəmə ekspertiza mərkəzinin 12 iyun 2018-ci il tarixli, 11291 saylı ekspert rəyinə əsasən, 1-ci sual üzrə Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 755 saylı sərəncamı ilə X1 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi yerində müəyyən edilmiş və naturada həmin torpaq sahəsinin 200 kv.metr olduğu müəyyən edilmişdir; 2-ci sual üzrə Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2478 saylı sərə ncamı ilə X5 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 200 kv.m torpaq sahəsinin sxemi qeyd edilən əraziyə deyil mübahisələndirilən əraziyə işlənmişdir. Hal-hazırda da həmin torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi Maraqlı şəxs plan ölçü sənədinə əsasən yerində müəyyən edilmişdir; 3-cü sual üzrə X5 ayrılmış torpaq sahənin sxemi mübahisələndirilən əraziyə (T.Məmmədov küçəsi 1 ünvanına) işləndiyindən X1 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. 4-cü sual üzrə ilkin olaraq xx.xx.2017-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi, xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış ünvan 2 ünvanlar deyil. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Maraqlı şəxs adına verilmiş RX seriyalı, ******* nömrəli (əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)44/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5506/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən, idd ia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)44/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən Ali Məhkəmənin qərarı ilə izah edilmişdir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Eyni zamanda, Maraqlı şəxs 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin ayrılması barədə Səbail Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002-ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)-3534/2019 nömrəli qərarı ilə iddia təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2-l(103)-606/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 24(102)474/2022 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati K ollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)4167/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin bu qərarında qeyd edilmişdir ki, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.1994-cü il tarixli, 2478 saylı sərəncamla əvvəlcə iddiaçının qardaşı X5 ayrılmışdır. Həmin torpaq Rzayev Salmanın adına xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarış verilmişdir. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan həm həmin torpaq sahəsinin ayrılması barədə sərəncamda, həm həmin torpaq sahəsinə dair Rzayev Salmanın adına ilk dəfə verilmiş çıxarışda, həm də qeyd edilən torpaq sahəsinin iddi açıya bağışlanmasına dair notarial qaydada bağlanmış bağışlama müqaviləsində torpaq sahəsinin ünvanının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi kimi qeyd olunduğu müəyyən edilmişdir. Lakin cəmi 13 gündən sonra bağışlama qaydasında iddiaçıya keçən həmin torpaq sahəsi onun adına qeydiyyata alınarkən və ona verilmiş çıxarışda daşınmaz əmlakın (həmin torpaq sahəsinin) ünvanı kimi ünvan 5 olunmuşdur. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq təqdim olunmuş və iş üzrə materiallara əlavə edilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsi “Köhnə Bağlar” ərazisinə aid deyildir. Eyni zamanda, torpaq sahəsinin yerl əşdiyi ərazidə ünvan dəyişiklikliyinin olmadığı da iş üzrə materiallarla təsdiq olunur. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsinin onun ayrılması barədə ilkin hüquq müəyyənedici sənəddə qeyd edilən ünvanı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin fərqli ünvanlar olduğu nəzərə alındıqda, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz. Ali Məhkəmənin Mülki Kollegiyasının 2-1(102)-5506/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında göstərilən izahları rəhbər tutaraq iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi ünvanında yerləşən, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş Maraqlı şəxs üz ərində hüquqların dövlət qeydiyyatı zamanı ünvan ilə bağlı buraxılan səhvin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, X3 ********** nömrəli xx.xx.2017-ci il tarixli müraciətində qeyd olunan torpaq sahəsinin ünvanı daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı zamanı təqdim olunmuş 2478 nömrəli 28 iyul 1994-cü il tarixli sərəncamı və yerli İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş yerləşmə sxemində uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisi kimi qeyd olunmuşdur. Belə ki, Maraqlı şəxs ********** nömrəli xx.xx.2017-ci il tarixli təkrar müraciətinə əsasən yerləşmə ərazisinə uyğun olaraq torpaq sahəsinə “Azə rbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 6 ünvan rekviziti təyin edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(112)-6837/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(112)-6837/2023 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati iş üzrə üçün cü şəxs Maraqlı şəxs adına verilmiş RX № ******* seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvanın səhv qeyd edilməsi məhkəmə araşdırılması nəticəsində aşkar edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Maraqlı şəxs hazırda mülkiyyətində olan torpaq sahəsi ilk dəfə onun qardaşı X4 adına xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmış, torpaq sahəsinin ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi kimi göstərilmişdir. Həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınarkən həmin torpağın ünvanı ünvan 9 edilmişdir. Qanunvericilik normalarına əsasən, üzərində tikili olm ayan torpaq sahəsinə ünvan təyin edilərkən onun yaxınlığındakı daşınmaz əmlak obyektlərinə verilən ünvanlandırılması nəzərə alınır. Üçüncü şəxs Maraqlı şəxs mülkiyyətində olan torpaq sahəsinin yerləşməsi yeri ilkin torpaq ayrılma sənədi olan icra hakimiyyəti orqanının tərtib etdiyi yerləşmə cizgisi əsasında cavabdeh orqan tərəfindən verilmiş “ Torpaq sahəsinin plan və ölçüsü” sənədində müəyyən edilmiş, daha sonra torpağın ünvanı, onun üçün yaxınlıqda yerləşən obyektlərin ünvanına uyğun ünvan müəyyən edilmişdir. Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 2478 saylı sərəncamına əsasən X5 ayrılmış 200 kv.m torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamına əsasən X1 ayrılmış 600 kv.m torpaq sahəsinin eyni torpaq sahəsi olması ö z təsdiqini tapmamışdır.
16. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2-1(103)-1543/2024 nömrəli qərarı (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və R.Ə.Səmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(112)-6837/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı daşınmaz əmlakın dövlət reyestrində olan məlumatın qeyri-dəqiq və ya səhv olması sübuta yetirilmədiyi üçün Maraqlı şəxs adına RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanının “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılması üçün əsas müəyyən edilmədiyindən, qeyd edilən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da hər hansı bir düzəlişin aparılması qanunvericiliyə zidd hesab edilməlidir.
19. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətin in dəlilləri
20. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mübahisəli torpaq sahələrinin fərqli olması və həmin torpaq sahələrinin fərqli ünvanlar olduğu, eləcə də torpaq sahəsinin yerləşdiyi ərazidə ünvan dəyişikliyinin olmaması işin mübahisəsiz halıdır və işin halları ilə bağlı yuxarı instansiyası məhkəmələri tərəfindən artıq hüquqi qiymət verilmiş və mövqe ondan ibarət olmuşdur ki, əvvəla, iddiaçı Aydın Ağasiyevə ayrılmış torpaq sahəsi ilə Maraqlı şəxs ayrılmış sahələrinin ünvanları fərqli ünvanlardır, yəni “Köhnə Bağlar” ərazisi ilə “T.Məmmədov” eyni ünvanlar deyil, ikincisi, torpaq sahəsinin yerləşdiyi ərazidə ünvan dəyişikliyinin olmadığı da iş üzrə materiallarla təsdiq olunur. Təəssüflər olsun ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəmələri tərəfindən yenidən araşdırma aparılmış, yuxarı instansiya məhkəməsinin qərarına əhəmiyyət verilməmiş, preyudisial prinsip nəzərə alınmadan fərqli mövqe sərgiləyərək qanunsuz qərar qəbul etmişlər. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan həm həmin torpaq sahəsinin ayrılması barədə sərəncamda, həm həmin torpaq sahəsinə dair Rzayev Salmanın adına ilk dəfə verilmiş çıxarışda, həm də qeyd edilən torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair notarial qaydada bağlanmış bağışlama müqaviləsində torpaq sahəsinin ünvanının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi kimi qeyd olunduğu müəyyən edilmişdir. Lakin cəmi 13 gündən sonra bağışlama qaydasında iddiaçıya keçən həmin torpaq sahəsi onun adına qey diyyata alınarkən və ona verilmiş çıxarışda daşınmaz əmlakın (həmin torpaq sahəsinin) ünvanı kimi ünvan 5 olunmuşdur. Halbuki, Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi, torpaq sahəsinin yerləşdiyi ərazidə ünvan dəyişiklikliyinin olmadığı iş üzrə materiallarla təsdiq olunur. Ali Məhkəmənin sözügedən qərarından 3-cü şəxs Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 dekabr 2022-ci il tarixli Qərardadı ilə icraata xitam verilmişdir. Həmin Qərarla 3-cü şəxsin mübahisəli torpaq sahəsinə dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqları mövcud olduğu halda, ərizəçiyə qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq sahəsinin mütənasib qaydada səlahiyyətli dövlət orqanları tərəfindən əvəzləşdirilməsinin tələb edilməsinin mümkünlüyü izah edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
16. Dövlət reyestrində düzəli şlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhk əmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmun unun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə pros es iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən yeni çıxarış verilən zamanı qeyd edilən ünvan məhz üçüncü şəxsə məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə qoşma olaraq vaxtilə verilmiş yerləşmə cizgisinə əsasən qeyd edilmişdir. Hansı ki, işin araşdırılmış hallarından görünür ki, sözügedən sərəncama qoşma olaraq təqdim edilmiş 1994-cü il tarixli yerləşmə cizgisi arxiv sənədi olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublik ası Dövlət Arxivinin Bakı Filialında saxlanılmış, həmçinin həmin cizgini təsdiq edən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2018-ci il tarixli 40 nömrəli məktubda qeyd edilmişdir ki, Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçəsinin kəsişməsində yerləşən 20x10 (200 kv.m) ölçüdə torpaq sahəsi mövcud bağ sahəsi kimi Səbail rayon İcra Hakimiyyəti Başçısının 2478 saylı, 28 iyul 1994-cü il tarixli sərəncamı ilə şəhid ailəsi vətəndaş X5 ayrılmışdır. Göründüyü kimi, arxivdə saxlanılan üçüncü şəxsə məxsus 200 kv.m ölçüdə olan bağ sahəsinin yerləşmə cizgisi əsasında cavabdeh inzibati orqan tərəfindən ünvan məlumatları qeyd edilmişdir.
30. Bundan əlavə, iddiaçı üçüncü şəxsin çıxarışında qeyd edilən ünvanın ona məxsus ünvan oldu ğunu bildirir, lakin iddiaçıya məxsus olan və arxiv məlumatlarında saxlanılan sərəncamda ünvan olaraq Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsinin qeyd edildiyi aşkardır. Üçüncü şəxsə məxsus sərəncamda isə “Köhnə Bağlar” sahəsində yerləşən, həmçinin sərəncama qoşma olaraq verilmiş və arxiv məlumatlarında olan yerləşmə cizgisində Sovet Ordusu küçəsi (T.Məmmədov) ilə 4-cü Badamdar küçəsi kəsişməsində yerləşən 200 kv.m torpaq sahəsindən söhbət gedir.
31. Beləliklə, işin araşdırılmış hallarından, yuxarıda sadalanan sənədlərdən aydın olur ki, cavabdeh inzibati orqan yeni çıxarış verilən və torpaq sahəsinin plan-ölçüsü tərtib edilən zaman məhz üçüncü şəxsin hüquqmüəyyənedici sənədinə qoşma olaraq verilmiş və Milli arxiv İdarəsində saxlanılan, həmçinin vaxtilə tərtib etmiş qurum tərəfindən təsd iqlənən 1994-cü il tarixli yerləşmə cizgisinə istinad etmişdir.
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 21(103)-1543/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.