Məhkəmə qərarları › İş №2-1(102)-2206/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2206/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2206/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi orqanının qərarının çatdırılması zamanı VM-nin 49.2-ci maddəsinin tələblərinin tətbiqi, iddianın mümkünlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1791/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərarı ilə iddiaçıya 2018-ci ilin İİ rübü üzrə əlaqəli məlumata əsasən 965290,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməs i barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərarının, qismən - 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-135/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, İddiaçı MMC barəsində tərtib edilmiş “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərar, qismən - 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilmişdir.

4. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməmə si barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1791/2021 nömrəli qərarı (sədrlik edən: C.A.Yusifov, hakimlər: H.Ü.Həmidov və E.E.Nağıyeva) ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-135/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı müəssisə üzrə kameral yoxlama aparılaraq nəticələrinə dair «Vergilərin hesablanması barədə» 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərar qəbul edilmiş və qərar həmin tarixdə tərəflər arasındakı elektron mübadilə haqqında müqavilə şərtlərinə uyğun olaraq iddiaçının elektron poçtuna göndərilmiş və sonuncu tərəf indən 08.09.2018-ci il tarixində oxunmuşdur. İddiaçı cavabdehin onun üçün əlverişsiz inzibati aktını təqdim edilmiş sayılan 11.09.2018ci il tarixindən 30 gün müddətində, yəni 11.10.2018-ci il tarixinə qədər məhkəmədə mübahisələndirə bilərdi. İşdən isə görünür ki, iddiaçı cavabdehin “Vergilərin hesablanması barədə” qərarının ləğvi tələbinə dair iddia ərizəsini məhkəməyə 09.04.2019-cu il tarixində təqdim etmiş, bununla da İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük iddia müddəti 6 aya yaxın (180 gün) ötürülmüşdür.

7. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(103)-1827/2021 saylı qərardadının ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1 (112)-2499/2021 saylı qərarının qüvvədə saxlanılması barədə müva fiq qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarların iddiaçıya təqdim edilməsi barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçıya göndərilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh kassasiya şikayətinə etiraz edərək apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiya TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə v ergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə 70.2. (01 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyası) Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddəti ndə, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq mün asibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

15. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən «Vergilərin hesablanması barədə» 28 avqust 2018ci il tarixli **********469900 saylı qərar qəbul edilmiş və qərar həmin tarixdə tərəflər arasındakı elektron mübadilə haqqında müqaviləyə əsasən iddiaçının elektron poçtuna göndərilmiş və sonuncu tərəfindən 08.09.2018-ci il tarixində oxunmuşdur. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 09.04.2019-cu il tarixində müraciət etmişdir.

16. İşə baxan apellyasiya instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş iddia verilməsi müddətinin ötürülməsi səbəbindən iddianın mümkün sayılmaması ilə bağlı nəticəyə gəlmişdir.

17. Məhkəmə tərkibi qeyd edir k i, yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə haqqında iddiaların qaldırılması iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Başqa sözlə, qeyd olunan müddətin axımı inzibati aktın, konkret mübahisəyə münasibətdə mübahisələndirilən qərarın iddiaçıya təqdim olunduğu vaxtdan başlayır. 18. 01 yanvar 2019-cu il tarixədək Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə təqdim edilmiş sayılır. Ona görə də apelyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 70.2-ci maddəsinə istinad edirsə, həmin maddəni 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş məzmunda deyil, həmin maddədə dəyişiklik edilənədk, yəni 01 yanvar 2019-cu il tarixədək olan məzmunda tətbiq etməli idi. Apelyasiya instansiyası məhkəməsi isə iddianın mümkünsüzlüyü nəticəsinə gələrkən mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmayan hüquq normasına istinad etmişdir.

19. Bununla yanaşı, ve rgi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

20. Göründüyü kimi, 01.01.2019-cu il tarixədək Vergi Məcəlləsində vergi orqanının vergi ödəyicisinə göndərdiy i hər hansı bildiriş və ya digər sənədin elektron qaydada göndərilməsi nəzərdə tutulmamışdır.

21. Beləliklə, həm qanunvericiliyə, həm formalaşmış məhkəmə təcrübəsinə əsasən 01.01.2019-cu il tarixədək vergi ödəyicilərinin şəxsi kabinetinə göndərilən sənədlər inzibati prosessual məcəllənin müddəaları baxımından təqdim edilmiş sayılmır.

22. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, cavabdehin inzibati akt hesab olunan 28 avqust 2018-ci il tarixli qərarının iddiaçıya tərəflər arasında bağlanmış elektron sənəd mübadiləsi haqqında müqavilənin müddəaları çərçivəsində çatdırılmasının apellyasiya məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış və Vergi Məcəlləsinin tələblərinə zidd sayılmalıdır.

23. İddia verilməsi müddətinin axımı inzibati aktın, konkret mübahisəyə münasibətdə mübahi sələndirilən qərarın iddiaçıya təqdim olunduğu vaxtdan başlayır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən inzibati aktın iddiaçıya qanunla müəyyən olunmuş qaydada təqdim olunduğu iş materialları ilə təsdiq olunmur. Bu mənada, təqdimetmənin mövcud olmadığı halda, müddətin ötürülməsi iddia oluna və bunun neqativ nəticələri iddiaçıya aid edilə bilməz.

24. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddia verilməsi müddətinin iddiaçı tərəfindən ötürülməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şik ayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1791/2021 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar