Məhkəmə qərarları › İş №2-1(102)-2206/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2206/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2206/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, xx.xx.2019-cu il tarixdən təyin olunması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-965/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980 - xx.xx.1982-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.

2. İddiaçının RV 026034 nömrəli diplomunun surətinə əsasən 1982-ci ildən 1987-ci ilə kimi M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda elektrik müh əndisi ixtisasında əyani təhsil almışdır. 3. “Azneft” istehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin iddiaçıya dair 22 fevral 2019-cu il tarixli, PUŞ-02/04 nömrəli arayışına əsasən iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsinin a və b bəndlərinə müvafiq olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən aşağıdakı vəzifələrdə işləmişdir: xx.xx.1987 - xx.xx.1988-ci illərdə Qaz-turbin elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru peşəsində işləyib - 00 il 07 ay 25 gün, xx.xx.1988 xx.xx.1989-cu illərdə Qaz-turbin elektrik stansiyasının q az-turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyib - 00 il 10 ay 24 gün, xx.xx.1989 - xx.xx.2003-cü illərdə İstilik elektrik stansiyasında növbə rəisi vəzifəsində işləyib - 14 il 04 ay 18 gün, xx.xx.2018-ci il tarixdən hal-hazıra qədər İstilik elektrik stansiyasında növbə rəisi vəzifəsində işləyir - 03 il 00 ay 11 gün. İddiaçının Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən elektrik stansiyasının elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində və növbə rəisi vəzifəsində xx.xx.2021-ci ilə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 18 il 11 ay 18 gündür. Qeyd olunur ki, “Neft Daşları” NQÇİ-nin İstilik elektrik stansiyası sahildən 110 km məsafədə dənizdə dəmir dirəklər üzərində yerləşir.

4. Azərbaycan Neft və Sənaye Universitetinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı 1982-ci ildə Energetika fakültəsinin “Elektrik stansiyaları” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur. (Əmr: №012/756, xx.xx.1982-ci il). 1987-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. (Əmr: № 02/945, xx.xx.1987-ci il). Ona PB № 026034 seriyalı diplom verilmişdir.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Elektrik stansiyaları, enerji q atarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndinin (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Azneft” istehsalat Birliyinin “Neft Daşları" Neft və qazçıxarma İdarəsinin iddiaçıya dair 22 fevral 2019-cu il tarixli PUŞ-02/04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Neft Daşları" NQÇİ-nin İstilik elektrik stansiyasında növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan Yeraltı istilik elektrik stansiyaları sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 19 gün) tə şkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

6. Cavabdehin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli imtina məktublarında göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyu n 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamış, xx.xx.1980 - xx.xx.1982-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun əyani şöbəsinə daxil olmuş, xx.xx.1987-ci ildə institutu bitirmişdir. xx.xx.1987-ci ildə “Neft Daşları" NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına elektrik montyoru vəzifəsinə qəbul olunmuş, müxtəlif vəzifələrdə işləmişdir. Hal-hazırda istilik elektrik stansiyasında növbə rəisi vəzifəsində işləyir. Bunu əmək kitabçasında aparılan qeydlər də təsdiq edir. İddiaçı xx.xx.2019-cu ildə 57 yaşı tamam olanda güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün lazımi sənədlərlə cavabdehə müraciət etmiş, Fond ona “əmək stajın çatmadı ğı üçün pensiya düşmür deyərək sənədləri qaytarmışdır.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndinin (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Azneft” istehsalat Birliyinin “Neft Daşları" Neft və qazçıxarma İdarəsinin iddiaçıya dair 22 fevral 2019-cu il tarixli PUŞ-02/04 nömrəli arayı şında xx.xx.1989-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Neft Daşları" NQÇİ-nin İstilik elektrik stansiyasında növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan Yeraltı istilik elektrik stansiyaları sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 19 gün (xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındaki dövr)) təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6577/2022 nömrəli, 9 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, xx.xx.2019-cu il tarixdən təyin olunması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəz ifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi iş stajı “Azneft” istehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin arayışları və PT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 12 il 06 aydan çox və ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-965/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi 22 fevral 2019-cu il tarixli arayışda onun xx.xx.1989 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Neft Daşlan” NQÇİ-nin istilik elektrik stansiyasında növbə rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Halbuki həmin sahə müvafiq siyahıda qeyd olunan yeraltı istilik elektrik stansiyaları ilə eynilik təşkil etmir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) yeraltı istilik elektrik stansiyaları bəndinin (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi vəzifəsi isə nəzərdə tutulmamışdır. Bu əsasla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunu: Maddə 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edil məsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına ça tdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 20 00-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə 67. maddə 3-cü hissə. Həqiqi hərbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) 69. 1-ci hiss ə. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət ə saslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məs ələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd et məyi zəruri hesab edir.

27. Hazırkı işdə iddiaçının hüquqi marağı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

28. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə 21 iyun 2019-cu il və 20 yanvar 2020-ci il tarixli cavab məktubları ilə onun 25 il ümumi stajının mövcud olmaması əsası ilə imtina verilmişdir.

29. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Azneft” istehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin 22 fevral 2019-cu il tarixli PUX-02/04 nömrəli, habelə, hazırkı mərhələdə təqdim edilmiş PUX-02/28 saylı xx.xx.2021-ci il tarixli izahlı arayışlarında təsbit olunur ki, iddiaçı: «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq ed ilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsinin a və b bəndlərinə müvafiq olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən vəzifələrdə işləmişdir: xx.xx.1987-xx.xx.1988-ci illərdə Qaz-turbin elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru - 00 il 07 ay 25 gün, xx.xx.1988 - xx.xx.1989-cu illərdə Qaz-turbin elektrik stansiyasının qaz-turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru - 00 il 10 ay 24 gün, xx.xx.1989 - xx.xx.2003-cü illərdə İstilik elektrik stansiyasında növbə rəisi vəzifəsində işləyib - 14 il 04 ay 18 gün, xx.xx.2018-ci il tarixdən hal-hazıra qədər İstilik elektrik stansiyasında növbə rəisi vəzifəsində işləy ir - 03 il 00 ay 11 gün.

30. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsinin “a” və “b” bəndlərinə əsasən elektrik stansiyasının elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində və növbə rəisi vəzifəsində xx.xx.2021-ci ilə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 18 il 11 ay 18 gün təşkil edir (Qeyd: “Neft Daşları” NQÇİ-nin İstilik elektrik stansiyası sahildən 110 km məsafədə dənizdə dəmir dirəklər üzərində yerləşir.).”

31. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsi nin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 12 il 06 aydan çox və ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.

32. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin iddiaçı tərə findən ödənildiyi və bunun üzərindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bu baxımdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

34. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-965/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar