Məhkəmə qərarları › İş №2-1(102)-2206/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2206/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2206/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (ümumi iş stajı və güzəştli iş stajı); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkib də, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli 2-1(103)-1326/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin edilməsindən imtina dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 27 oktyabr 1977-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına və Azərbaycan Milli Elmlər Akademiyasının iddiaçı barədə 24 dekabr 2015-ci il tarixli 6 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.1989xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində “X2 Emalı üzrə Təcrübə İstehsalatının Xüsusi Konstruktor Texnologiya Bürosu”nda aparıcı mühəndis vəzifəsində işləmişdir. Göründüyü kimi, onun işlədiyi sahə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş siyahıda nəzərdə tutulan “Kimya istehsalatı sahəsi”nə uyğun deyildir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda, Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 5 ay 14 gün (xx.xx.1977-xx.xx.1978-ci il, x x.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 09 oktyabr 2023-cü il tarixli, 21(112)-7133/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan əmək kitabçasının və diplomun surətindən göründüyü kimi, iddiaçı 1978-ci il tarixdən 29 iyun 1983-cü il tarixədək “Maşınqayırma texnologiyası metalkəsən dəzgahlar və alətlə r” ixtisası üzrə təhsil almışdır. Diplomda təhsil müddətinin 1978-ci ildən başlaması göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövründə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, məhkəmə iddiaçının təhsil müddətinin xx.xx.1978-xx.xx.1983 dövrü (04 il 09 ay 29 gün) əhatə etdiyi qənaətinə gəlmişdir. Məhkəmə hərbi xidmətdə olduğu müddətlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsini rəhbər tutaraq, iddiaçının razılığı əsasında onun xx.xx.1982 - xx.xx.1983-cü illərdə hərbi xidmətdə olduğu dövrün təhsil müddətini əhatə olunan dövrə təsadüf etdiyini nəzərə alaraq, həmin dövrü kəsintisiz olaraq götürmüş dür. Məhkəmə iddiaçının işlədiyi müddətlə bağlı qeyd etmişdir ki, əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (11 ay 22 gün); xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (02 ay 01 gün); xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək (06 il 03 ay 05 gün); xx.xx.1989-cu il tarixdən xx.xx.2015ci il tarixədək müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur (xx.xx.2006-cı il tarixədək 16 il 20 gün). İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi müddət onun təhsil müddəti ilə üst-üstə düşdüyündən, onun razılığı əsasında həmin müddət nəzərə alınmamışdır. Beləliklə, iddiaçının təhsil müddəti, hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olun muşdur ki, xx.xx.2016-cı il tarixədək ümumi iş stajı 20 ildən (xx.xx.1977- xx.xx.1978; xx.xx.1978 – xx.xx.1983; xx.xx.1983-xx.xx.1989; xx.xx.1989 - xx.xx.2006 = 28 il 1 ay 16 gün) çox təşkil edir. Beləliklə, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajını toplamışdır.

5. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş 24 dekabr 2015-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək tam iş günü Azərbaycan Milli Elmlər Akademiyasının X1 emalı üzrə təcrübə istehsalatlı xüsusi konstruktor texnoloji bürosunda aparıcı mühəndis vəzifə sində işləmiş, işlədiyi müddətdə 1 saylı siyahının kimya istehsalı bölməsinə daxil olan zərərli kimyəvi maddələrlə (1080 AO 10), o cümlədən dietill tellur, tetraetil qurğuşun, tetra etil qalay, qurğuşun, civə, viniltrixlorsilan, benzol, kimi zərərli maddələrlə işləmiş, bunun müqabilində qısaldılmış iş şəraitində çalışmış, gündəlik südlə təmin olunmuş, ona əlavə məzuniyyət verilmiş və 20 % əlavə olaraq əmək haqqı almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” İ nömrəli Siyahının Vİİİ. Kimya istehsalatı bölməsində 1080A00—17541 kod altında nəzərdə tutulan A. tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları yaranır. İşıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, o nların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömür-sulfid; ssintilyasiya materialları; termohəssas rənglər. Eyni zamanda, iddiaçının işlədiyi X1 Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun direktoru, həmçinin direktor müavini (güzəştli arayışı verən səlahiyyətli şəxs) kimya üzrə fəlsəfə doktorlarıdır (bu halı təsdiq edən Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytından çıxarış iş materiallarına əlavə olunur). Həmin şəxslər güzəştli arayışda iddiaçının məhz kimyəvi maddələrlə əmək fəaliyyətini icra etdiyini təsdiq etmişlər. Odur ki, həmin məlumatların mötəbərliyi şübhə doğurmur. Məhkəmənin qənaətinə görə, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək tam iş günü Azərbaycan Milli Elmlər Akademiyasının X1 emalı ü zrə təcrübə istehsalatlı xüsusi-konstruktor texnoloji bürosunda aparıcı mühəndis vəzifəsində işləməsi, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında Vİİİ bölmədə 1080A00 - 17541 kod altında nəzərdə tutulması müvafiq arayışla təsdiq olunduğundan, onun işlədiyi həmin müddət (xx.xx.1989 - xx.xx.2006) güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (16 il 20 gün ) çox təşkil edir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 23 aprel 2024-cü il tarixli, 2- 1(103)-1326/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassa siya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud tə crübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarla rda (o cümlədən, xx.xx.2023-cü il tarixli, 2-1(102)1757/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1969/2024 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2314/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olması ətraflı araşdırılmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar alınmalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzif ə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

14. Hazırkı mübahisəyə münasibətd ə iddiaçıya iş yerindən verilmiş 24 dekabr 2015-ci il tarixli arayışdan göründüyü kimi, o, xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək tam iş günü Azərbaycan Milli Elmlər Akademiyasının X1 emalı üzrə təcrübə istehsalatlı xüsusi-konstruktor texnoloji bürosunda aparıcı mühəndis vəzifələrində işləmiş, işlədiyi müddətdə 1 saylı siyahının kimya istehsal bölməsinə daxil olan zərərli kimyəvi maddələrlə (1080 AO 10) o cümlədən dietill tellur, tetraetil qurğuşun, tetra etil qalay, qurğuşun, civə, viniltrixlorsilan, benzol, kimi zərərli maddələrlə işləmiş, bunun müqabilində qısaldılmış iş şəraitində çalışmış, gündəlik südlə təmin olunmuş, ona əlavə məzuniyyət verilmiş və 20 % əlavə olaraq əmək haqqı almışdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pen siya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahının Vİİİ. Kimya istehsalatı bölməsində 1080A00—17541 kod altında nəzərdə tutulan A. tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları yaranır.

16. Beləliklə, mübahisəli məsələyə münasibə tdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, i şin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 21(103)-1326/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar