Məhkəmə qərarları › İş №2-1(102)-2207/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2207/2019

24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2207/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hidayətov X4 şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 24.07.2019 Dadaşov İlqar Ağababaş oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər İcra Hakimiyyətinə (X9 üçüncü şəxs olmaqla) qarşı Mingəçevir Şəhər icra Hakimiyyətinin Başçısının 114 saylı, 02.09.2013-cü il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-273/2019 nömrəli, 30 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 24 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı (bundan sonra - iddiaçı) və X9 (bundan sonra- üçüncü şəxs) ilə 04.08.2009-cu il tarixində nikaha daxıl olmuş, onların birgə nikahından 30.04.2010-cu il təvəllüdlü X11 doğulmuş, Mingəçevir Şəhər Məhkəməsinin 22.08.2012-cı il tarixli, 2(051)-1132/2012 saylı qətnaməsi ilə nikah pozulmuş və X7 anası X1 yanında qalması müəyyən edilmişdir. Nikah pozulduqdan sonra X2 müraciəti əsasında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 02.09.2013-cü il tarixli 114 nömrəli Sərəncamı əsasında Mingəçevir şəhər qeydiyyat şöbəsində icra edilmiş 18.05.2010-cu il tarixli 589 saylı doğum akt qeydində dəyişiklik edilərək, 30.04.2010-cu il təvəllüdlü X7 “xxx ” soyadı əvəzinə "xxx ”, "xxx " adı əvəzinə "xxx ” yazılmasına icazə verilməsi qərara alınmışdır. Mingəçevir şəhər Məhkəməsinin 24.09.2014-cü il tarixli, 2(051)-1808/2014 nömrəli qətnaməsi ilə X2 İddiaçı qarşı azyaşlı Hidayətova xxx (xxx xxx ) Üzeyir qızının saxlanması ilə aliment tələbi qismən təmin edilərək 100 manat məbləğində aliment təyin edilmiş, həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və Şəki Apelyasıya Məhkəməsinin 18.12.2014-cü il tarixli 2(107)-1081/2014 nömrəli qətnaməsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 24.09.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı Mingə çevir Şəhər İcra Hakimiyyətinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir Şəhər icra Hakimiyyətinin Başçısının 114 saylı, 02.09.2013-cü il tarixli sərəncamının ləğv olunmasını xahiş etmişdir. İddiaçının verdiyi şikayətə qarşı cavabdeh 15 yanvar 2019-cu il tarixdə 58 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, üçüncü şəxs X.xxx nın şəhər İcra Hakimiyyətinə uşağın adının və soyadının dəyişdirilməsi ilə bağlı müraciəti əsasında uşağın atası, onlardan ayrı yaşayan İddiaçı olduğu yerin müəyyənləşdirilməsi üçün Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tədbirlər görülmüş, atanın olduğu yeri müəyyənləşdirmək mümkün olmadığı üçün qonşuların iştirakı ilə akt tərtib edilmişdir. Toplanmış sənədlər əsasında ərizəyə Qəyyumlu q və Himayəçilik komissiyasında baxılmış, uşağın adının “xxx ” əvəzinə xxx yazılması, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinin uşağın mənafeyinə zidd olmadığı müəyyən edilmiş edilmiş və müvafiq rəy verilmişdir. Bundan əlavə, iddianın uşağın adının və soyadının dəyişdirilməsindən beş ildən artıq vaxt keçdikdən sonra verilməsi də bir daha sübut edir ki, uşağın atası - İddiaçı övladı ilə əlaqəsi olmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-262/2019 nömrəli, 26 fevral 2019-cu il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısının 114 saylı, 02.09.2013-cü il tarixli sərəncamı ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisə edilən sərəncamı qəbul etməsi üçün heç bir səlahiyyəti mövcud deyil dir. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs tərəfindən apelyasiya şikayətləri verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-273/2019 nömrəli, 30 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: M.R.Hüseynov, hakimlər: R.R.Rəfiyev və G.Q.Abbasov) apelyasiya şikayətləri təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-262/2019 nömrəli, 26 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “Mingəçevir Şəhər icra Hakimiyyətinin Başçısının 114 saylı 02.09.2013-cu il tarixli sərəncamının ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin sərəncamından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə biləcəyi hald a həmin qərarı vaxtında mübahisələndirməmiş və bununla da şikayət vermə müddətini ötürmüşdür. Apelyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlı ğının tanınması haqqında iddia kimi qəbul olunmasını istisna edir. Lakin apelyasiya məhkəməsi iddianın mümkünsüz sayılması mövqeyindən yanaşarkən müddətin ötürülməsini bildirmişdir. Lakin iş materiallarından aydın görünür ki, iddiaçının həmin sərəncamdan 2018-ci ilin noyabrında məlumatı olmuş və dərhal həmin sərəncamın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan əlavə, cavabdehin qeyd edilən sərəncamın qəbul edilməsi üçün heç bir səlahiyyəti olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının digər iştirakçıları (cavabdeh və üçüncü şəxs) məhkəmə kollegiyasın ın iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) v erilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən iddia vermə müddəti ötürülməməsinə baxmayaraq apelyasiya məhkəməsi əsassız olaraq onun iddia mümkün saymamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətində mübahisə edilən məsələ ilə əlaqədar olaraq qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə üçüncü şəxs 14.08.2009-cu il tarixdə rəsmi nikaha daxıl olmuş, onların birgə nikahlarından 30.04.2010-cu il təvəllüdlü xxx adlı qızları anadan olmuş. Mingəçevir şəhər məhkəməsinin 22.08.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, azyaşlı uşaq anasının yanında saxlanılmışdır. Üçüncü şəxsin (uşağın anası) müraciəti əsasında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 02.09.2013-cü ıl tarixli 114 nömrəli sərəncamı ilə iddiaçı v ə üçüncü şəxsin birgə nikahlarından anadan olmuş X8 adı və soyadının X10 ad və soyadına dəyişdirilməsinə icazə verilmiş, həmin sərəncam müvafiq qaydada icra edilmiş, xxx xxx ya 12.01 2016-cı il tarixdə 12792436 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. xxx xxx hazırda Mingəçevir şəhər 8 saylı tam orta məktəbin İİİ “d” sinfində təhsil alır. Eyni zamanda, qeyd edilən iddiaçı və üçüncü şəxs arasında azyaşlı xxx xxx nın saxlanması ilə bağlı aliment tələbinə dair iddialar məhkəmə araşdırması predmeti olmuşdur. Belə ki, Mingəçevir şəhər məhkəməsinin 24.09.2014-cü il tarixli, 2(051)1808/2014 nömrəli qətnaməsi ilə X2 X3 qarşı azyaşlı Hidayətova xxx (xxx xxx ) Üzeyir qızının saxlanması barədə aliment tələbi qismən təmin edilərək 100 manat məbləğində aliment təyin edilmiş, həmin qətnamədən narazı qala n Üzeyir Hıdayətov apelyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin 18.12.2014-cü il tarixli 2(107)1081/2014 nömrəli qətnaməsi ilə Mingəçevir şəhər Məhkəməsinin 24.09.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmçinin, iddiaçı tərəfindən alimentın hazırkı vaxta kimi ödənildiyi və iddiaçının aliment borcunun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı məhkəmə qətnamələri ilə iddiaçı azyaşlı uşağın adının və soyadının dəyişdirilməsindən ən azı Mingəçevir şəhər məhkəməsinin 24.09.2014-cü il tarixli, 2(051)-1808/2014 nömrəli qətnaməsi qəbul edilən vaxtdan məlumatı olmuşdur. Həmin vaxtdan iddiaçının azyaşlı uşağı olan xxx xxx üçün aliment ödəməsi, tərəflərin ailə münasibətlərinin davam etməməsi şəraitində iddiaçının bundan xəbərsiz olması inandığıcı hesab edilə bilməz. Belə ki, qeyd edilən qətnamədə azyaşlı uşağın adı və soyadı “X10” göstərilmiş, həmçinin həmin qətnamədən apelyasiya şikayəti verən və apelyasiya məhkəməsinin iclasında iştirak edən hazırkı iddiaçı azyaşlı uşağın adının və soyadının dəyişdirilməsi ilə bağlı məlumatlı olmuş, ən azı hansı uşaq üçün alimentın tələb edildiyi ona elan edilmişdir. "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Alı Məhkəməsinin İnzıbatiİqtisadı Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 28.12.2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyən ləşdirilmişdir. İşə baxan məhkəmə İnzibatı Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir, inzibatı məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirılməsındən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibatı aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndırmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qayd ada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür, iddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələn dirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı ış üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərim həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhk əmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Başqa bir işdə, Avropa İnsan Hüquqları Məhkəməsi Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “İnzibatı məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 10 aprel 2015-ci ıl tarixli, 5 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibatı mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddı-hüquqı tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bır iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qərarın 9-cu bəndində məhkəmələrin izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə i nzibatı orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı və üçüncü şəxsin birgə nikahından anadan olmuş X5 adının və soyadının dəyişdirilməsi Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02.09.2013-cu ıl tarixli 114 nömrəli sərəncamı əsasında dəyişdirilsə də, iddiaçının bu faktın mövcud olmasından üçüncü şəxsin iddiaçıya qarşı aliment tələbinə dair iddiası üzrə qəbul edilmiş məhkəmə aktlarından məlumatlı olması müəyyən edilir. Mübahisə predmeti olan sərəncamın ona 03.11.2018-ci il tarixdə təqdim edilməsi iddiaçının qeyd edilən sərəncamın mövcudluğundan həmin vaxtdan məlumatlı olması anlaxxx gəlməyə əsas vermir. Belə ki, burada qa nunvericiliyin tələbinə görə mühüm olan uşağın hüquqları və mənafeyidir. Bu fakt azyaşlı uşağın mənafeyi ilə bağlı məsələ olduğundan istənilən vaxt mübahisələndirilə bilməz, iddiaçıya azyaşlı uşağının adının və soyadının dəyişdirilməsi ilə bağlı məlumat ona ən azı Mingəçevir şəhər Məhkəməsinin 24.09.2014-cü il tarixli, 2(051)1808/2014 nömrəli qətnaməsi ilə elan olunmuşdur və iddiaçı bu faktın mövcudluğundan məlumatlı olmalı idi. Ona görə də hazırkı hallar iddiaçının mübahisələndirilən inzibati aktın qəbul edilməsindən xəbəri olmamasını istisna edir və bütün bunlar iddiaçının hazırkı tələb üzrə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş iddia vermə müddətini ötürməsi anlaxxx gəlməyə əsas verir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apel yasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-273/2019 nömrəli, 30 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar