Məhkəmə qərarları › İş №2-1(102)-2207/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2207/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2207/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı (üçüncü şəxs "xxxx" QSC) iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarına düzgün qiymət verilməməsi; inzibati icraat aparılmadan əlverişsiz inzibati aktın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüsey nov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı (üçüncü şəxs "xxxx" QSC) “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1885/2021 nömrəli, 25.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1968-ci il təvəllüdlü iddiaçıya Bakı 2 saylı Dəmiryol Poliklinikasının göndərişi əsasında 18.05.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə 05 illik müddətə İİ dərəcə əlillik təyin edilmişdir.

2. Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi Sanitar Xidmətinin 15.02.2019-cu il tarixli məktubu ilə iddiaçının xəstəliyinə dair rəsmi sənədlər Səhiyyə Nazirliyinin müvafiq məlumat bazasında aşkar edilmədiyindən (əlilliyin təyin edilməsi üçün əsas olmuş göndəriş tibbi sənədlərlə təsdiq olunmadığından) iddiaçıya təyin edilmiş əlillik etibarsız sayılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 18.05.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsin in cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ddiaçı xx.xx.1968-cı ildə Şərur rayonunda doğulmuşdur. 18.05.2017-ci il tarixdə iddiaçıya ümumı xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni iddiaçı 18.05.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “ÜİX-yı. Stabil gərginlik stenokardıyası f/s İİİ. Urək anevrizması. Aterosklerotik kardioskleroz. Mədəcik ekstrasistoliyası. Hidroperikard. Urək çatımamazlığı İİİ fs” qeyd olunmuşdur. Daha sonra iddiaçı müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan iddiaçıya məlum olmuşdur kı, DSMF-nın Binəqədi rayon Şöbəsi tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, iddiaçının əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası uçun iddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, "xxxx" QSC-nin Tibbi-Sanitar Xidmətinin 15.02.2019-cu il tarixli NVS-46 saylı məktubu ilə iddiaçının xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlillik müayinəsi Nazirliyin “Əlillik” alt sistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlill ik təyin olunması uçun müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə, cavabdeh inzibati orqan iddiaçının əlilliyinin etibarsız hesab edilməsi uçun "xxxx" QSC-nin Tibbi-Sanitar Xidməti tərəfindən göndərişin əsassız olmasını əsas götürsə də, həmin məktubun surətini və ya məzmununu iddiaçıya təqdim etməmişdir. Bundan başqa iddiaçıya məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması barədə Nazirlər Kabinetinin müvafiq qərarında əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamışdı r. Cavabdeh tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti HəkimSanitar Xidməti 2 saylı Bakı Dəmir Yol Poliklinikası tərəfindən iddiaçı təkrar stasionar müalicəyə göndərilmiş, aparılan müayinələr nəticəsində Forma №88-dəki bütün diaqnozlar öz təsdiqini tapmışdır və Poliklinika texniki xətaya yol verildiyini qeyd etmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2017-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan əlillik təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi işçi qrupu tərəfindən araşdırılmışdır. Nəticədə ƏƏSMN-yi tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunaraq, ADY QSC-nin tabeçiliyində olan tibb idarələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 52 nəfərə aparılmış əlilik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması, əsassız rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi və nəticəsi barədə ƏƏSMN-nə məlumat verilməsi xahiş edilmişdir. Müraciətlə bağlı ADY QSC tərəfindən 15.02.2019-cu il tarixli, NVS-46 nömrəli məktub göndərilmişdir. Məktubda qeyd olunmuşdur ki, 52 nəfər şəxsdən 1 nəfərə (X2) Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən tibbi göndərişin verilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Tibbi göndərişlərin tərtib olunduğu digər şəxslərə aidiyyəti tibbi müəssisələri, o cümlədən dövlət və özəl tibb mərkəzləri tərəfind ən verilmiş tibbi rəylərin və epikrizlərin əsaslılığının müəyyən edilməsi məqsədilə həmin qurumlara sorğular edilmiş, qeyd olunan şəxslərdən 39 nəfərin göstərilən tibb müəssisələrində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. Məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan 39 nəfər barəsində Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən verilmiş tibbi göndərişlərin etibarsız hesab edilməsi məsələsinə baxılması məqsədəuyğundur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2. maddəsində qeyd olunur ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq v ə ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ADY QSC-nin 15.02.2019cu il tarixli, NVS-46 nömrəli məktubuna əlavə edilmiş siyahıda 2-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyindən və 39 nəfərin, o cümlədən İddiaçı göstərilən tibb müəssisələrində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən edildiyindən, tədbir görülərək adları siyahıda olan, dövlət büdcəsindən qanunsuz olaraq vəsait ödənməsinə nail olmuş şəxslərin “Əlillik altsistemi”ndə qiymətləndirmələri etibarsız edilmişdir. Famil Kərimovun əlilliyinin etibarsız edilməsi istiqamət ində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-1045/2021 saylı qərarı ilə (hakim: P.Hüseynov) iddia təmin edilərək, iddiaçıya 18.05.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABP0 saylı göndərişi əsasında 18.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə 18.05.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Lakin cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, qərar qəbul edilməmişdir. Cavabdeh iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndərişin səhiyyə müəssisəsi tərəfindən ləğv və ya etibarsız hesab edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC-nin 05.01.2021ci il tarixli məktubundan isə görünür ki, İddiaçı poliklinika tərəfindən təkrar stasionar müalicəyə göndərilmiş, aparılan müayinələr nəticəsində yazdıqları Forma №88-dəki bütün diaqnozlar öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü mübahisələndirsə də, əlilliyi müəyyən edilmiş şəxs, yəni iddiaçı əyani müayinəyə cəlb edilməmiş, müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməmişdir. Həm iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndəriş, həm də iddiaçıya əlilliyin təyini barədə qərar ləğv edilmədiyi halda, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilmişdir. Halbuki qanunvericilikdə əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır və hazırda iddiaçıya əlilliyin təyini barədə qərar qüvvə dədir, cavabdeh həmin qərarın ləğv edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-1045/2021 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1885/2021 nömrəli, 25.08.2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A,Hüseyn, hakimlər: V.Məmmədov və A.Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-1045/2021 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən hər hansı araşdırılma aparılmadığını qeyd etsə də, düzgün nəticəyə gəlməmişdir. Qanunvericiliyə əsasən əlillik müvafiq tibb müəssisəsinin göndərişi əsasında təyin olunur. Hazırki işin araşdırılan hallarından da müəyyən edilir ki, İddiaçı İİ qrup əlillik təyin edilməsi üçün əsas Bakı 2 saylı Dəmiryol Poliklinikasının göndərişi olsa da, bu göndərişin verilməsinə əsas olan hər hansı arxiv sənədi poliklinikada müəyyən olunmamışdır. Ona görə də, əlilliyin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın mövqeyi qanuni və əsaslı olmuşdur. İddiaçı 18.05.2017-ci il tarixdə qiymətləndirilmiş əlilliyin etibarsız hesab edilməsi istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilm əmiş, o cümlədən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

12. İşə baxan apellyasiya instanisya məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, işdəki sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçıya verilən göndəriş TSERAS sistemində qüvvədədir və Azərbaycan Dəmir Yolları QSC tərəfindən etibarsız hesab edilməmişdir. Bundan əlavə, iddiaçı QSC-nin poliklinikasına dəvət edilmiş, orada müayinədən keçmiş və müəyyən edilmişdir ki, ona Forma 88 göndərişində qoyulmuş diaqnozla fakti ki müayinədəki diaqnoz üst-üstə düşür. İddiaçıya dair məlumatlar cavabdeh inzibati orqana göndərilərkən texniki xətaya yol verilmiş və səhvən onu adı siyahıya daxil edilmişdir. Əlavə olaraq, əlilliyin etibarsızlığı qanunvericilikdə nəzərdə tutulmamışdır. TSEK iddiaçının iştirakı olmadan inzibati icraatı aparmış və əlilliyin ləğv edilməsi və ya etibarsız hesab edilməsi bağlı hər hansı qərar qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazın dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibat i aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat v erməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan so nra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan R espublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

16. Azərbaycan Respublikasının İ nzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

20. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan hallarına əsasən iddiaçıya Bakı 2 saylı Dəmiryol Poliklinikasının göndərişi əsasında 18.05.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə 05 illik müddətə İİ dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi Sanitar Xidmətinin 15.02.2019-cu il tarixli məktubu ilə iddiaçının xəstəliyinə dair rəsmi sənədlər Səhiyyə Nazirliyinin müvafiq məlumat bazasında aşkar edilmədiyindən (əlilliyin təyin edilməsi üçün əsas olmuş göndəriş tibbi sənədlərlə təsdiq olunmadığından) iddiaçıya təyin edilmiş əlillik cavabdeh tərəfindən etibarsız sayılmışdır.

21. Əlilliyin etibarsız hesab edilməsini cavabdeh belə əsaslandırmışdır ki, “Tibbi Sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yan var 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Bakı 2 saylı X1 Famil Xeyrulla oğluna aid 4384003AABP0 saylı göndərişi əsasında 18.05.2017-ci il tarixdə qiymətləndirilmiş və “ÜlX-yi. Stabil gərginlik stenokardiyası İİİ fs. Ürək anevrizması. Aterosklerotik kardioskleroz. Mədəcik ekstrasistoliyası. Hidroperikard. Ürək çatmamazlığı İİİ fs.” xəstəliyi ilə “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 2017-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan əlillik təyinatla rı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi işçi qrupu tərəfindən araşdırılmışdır. Nəticədə ƏƏSMN-yi tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunaraq, Azərbaycan Dəmir Yolları QSC-nin tabeçiliyində olan tibb idarələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 52 nəfərə aparılmış əlilik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması, əsassız rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi və nəticəsi barədə ƏƏSMN-nə məlumat verilməsi xahiş edilmişdir. Müraciətlə bağlı aparılan araşdırma zamanı iddiaçının göndərişdə göstərilən tibb müəssisəsində müayinə və müalicə olunmadığı, verilmiş tibbi rəylərin və epikri zlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən olunmuş, beləliklə, “Əlillik altsistemi”ndə əlilliyin qiymətləndirməsi etibarsız edilmişdir.

22. Göründüyü kimi, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən yalnız tibbi göndərişi vermiş müəssisəyə müraciət etmiş, alınan məlumat əsasında isə iddiaçının göndərişdə göstərilən tibb müəssisəsində müayinə və müalicə olunmadığı, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi nəticəsinə gəlmişdir.

23. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.

24. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

25. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız "xxxx" QSC-nin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir.

26. Halbuki, iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti HəkimSanitar Xidməti 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC-nin 05.01.2021-ci il tarixli 05 saylı məktubunda qeyd olunur ki, X3 və İddiaçı 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC tərəfindən verilən Forma №88 etibarsız hesab olunmu şdur. Lakin xəstələr tərəfindən Forma №88-in etibarsız hesab olunmsas ilə bağlı şikayət daxil olduğundan onlar poliklinika tərəfindən təkrar stasionar müalicəyə göndərilmişdir.... İddiaçı 13.02.2020-ci ildən 24.02.2020-ci ilədək Ə.D.Məlikov adına 6 saylı BŞX-da " ÜİX, Gərginlik stenokardiya İİİ fs., infarktan sonrakı kardioskleroz, ÜÇ İİİ fs (NXHA), Şəkərli diabet tip İİ, Arterial hipertenziya İİ dər, diaqnozları ilə müalicə almışdır. Aparılan müayinələr nəticəsində yazdıqları Forma №88-dəki bütün diaqnozlar öz təsdiqini tapmışdır. Bunu nəzərə alaraq texniki xətanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşların müraciətinin çox olması ilə bağlı olaraq yoxlamalar zamanı baş verdiyi ehtimal olunur.

27. Göründüyü kimi, cavabdeh inzibati orqan inzibati icraat zamanı işin halla rını obyektiv araşdırsaydı, iddiaçını təkrar müayinəyə göndərsəydi iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi kimi əsassız nəticəyə gəlməz və iddiaçının hüquqlarını pozmuş olmazdı.

28. Bundan başqa, hazırkı qərarın 15-ci bəndində göstərilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə apar ılmadığından əlilliyin ləğvi də qanunsuz olardı.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

30. Təzələnmiş icraat nətic əsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

31. Hazırkı işin sadalanan hallarından isə məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır.

32. Beləliklə, əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparıldığından, o cümlədən iddiaçıya təyin edilmiş əlillik zamanı qoyulmuş diaqnozlar iş materialları ilə öz təsdiqini tapdığından cavabdehin əlilliyin etibarsızlığı ilə bağlı hərəkəti qanunsuz olmuş, apellyasiya instansiya məhkəməsi isə bu hallara qiymət vermədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarını hərtərəfli araşdırmamış, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq no rmalarının pozuntusuna yol vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.

34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1885/2021 nömrəli, 25.08.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçıya 18.05.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar