Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2207/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1822/2023 nömrəli qərarından iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək, torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsini xahiş etmişdir.
2. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, N-4-039 nömrəli məktubla bildirilmişdir ki, torpaq sahəsinin ayrılması ilə bağlı ərizəçinin müraciətində qeyd olunan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır.
3. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış N-3-039 saylı, xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin və Azərbaycan Respublika sı Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması Sabunçu rayon İcra Hakimiyyəti başçısının səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona R.Qənbərov küçəsi, 24-34 saylı yaşayış binaları arasında (“Ankara” restoranının sol tərəfi) boş olan sahənin 40.0 kv.m hissəsində vəkil kabineti yaradılması üçün istifadəsinə torpaq sahəsinin ayrılması barədə inzibati akt (sərəncam) qəbul etmək vəzifəsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 7 il Suraxanı rayon İcra Hakimiyyətində, 18 il isə Bakı şəhər İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş, öz xahişi ilə tutduğu vəzifədən azad olunmuş və 2019-cu ildə əvvəlki iş yerinə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilmişdir. Hazırda yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilidir. Lakin 34 nəfər üzvü olan 7 saylı Vəkil Bürosu dövlətə məxsus, olduqca kiçik qeyri-yaşayış sahəsində fəaliyyət göstərir ki, bu da vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməsinə imkan vermir, işdə konfidensiallıq prinsipləri pozulmuş olur. Yaşadığı evə yaxın olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, 8-18 saylı yaşayış binası ilə R.Qənbərov küçəsi, 24-34 saylı yaşayış binaları arasında (“Ankara” restoranının sol tərəfi) boş olan sahənin 40 kv.m hissəsində vəkil kabineti yaradılması üçün Bakı şəhər İcra Hakimiyyətinə və Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin ərizə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, N-44/3-039/2-t/l saylı məktubu ilə rəy bildirilməsi üçün Sabunçu rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Sabunçu rayon İcra Hakimiyyəti heç bir rəy vermədən, xx.xx.2021-ci il tarixli, N165-039 saylı cavab məktubunda bildirmişdir ki, torpaq sahəsinin ayrılması RİH-nin səlahiyyətlərinə aid deyildir. Əvvəlki cavab məktubunda isə bildirilmişdir ki, həmin məqsədlə ƏMDX-nin TDİTÜ Dövlət Agentliyinə müraciət edilməlidir. ƏMDK y anında Dövlət Agentliyi isə müraciətinə cavab olaraq hələ xx.xx.2020-ci il tarixdə bildirmişdir ki, torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməlidir. Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə əsasən, qeyd olunan torpaq sahəsinin ayrılması üçün heç bir tədbir görülməmiş və BŞİHB Aparatının Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin xx.xx.2022-ci il tarixli, N-4-039 saylı cavab məktubunda bildirilmişdir ki, bundan əvvəlki ərizəsinə əsasən məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Sabunçu rayon İcra Hakimiyyəti isə BŞİH-dən daxil olmuş eyni məzmunlu müraciətinə rəy bildirmək əvəzinə, xx.xx.2022-ci il tarixli, N-3- 039 saylı cavab məktubu ilə torpaq sahəsi ayrılmasının onun səlahiyyət ində olmadığını bildirmişdir. Beləliklə də, həm Sabunçu rayon İcra Hakimiyyəti, həm də Bakı şəhər İcra Hakimiyyəti qanuni tələbini təmin etmək əvəzinə, əsassız və qanunsuz olaraq onun müraciətinin təmin olunmasından imtina etmişdir
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, ayrılması tələb olunan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, 8-18 saylı yaşayış binası ilə R.Qənbərov küçəsi, 24-34 saylı yaşayış binalarının ərazi hüdudları daxilində yerləşdiyindən və sakinlərin ümumi istifadəsində olduğundan, sözügedən ərazidə göstərilən məqsədlər üçün torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: X1) 25 yanvar 2023-ci il tarixli, 2-1(112)817/2023 nömrəli q ərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının onun istifadəsinə ayrılmasını istədiyi torpaq sahəsinin ümumi istifadədə (yəni, yaşayış məntəqələrinin torpaqları kateqoriyasından) olan torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaq qanunvericiliyinə görə, ümumi istifadədə olan torpaqlara meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri aid edilir. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətləri isə yaşayış məntəqələrinin mənzil, sənaye, mədəniməişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdı rılmasıdır. İddiaçıya həmin torpaq sahəsinin ayrılması və orada hər hansı tikilinin inşa edilməsi digər sakinlərin azad hərəkət etmək hüququnun məhdudlaşdırılmasına, tikintilərin sıxlığına, mühəndis - nəqliyyat kommunikasiyalarının, yaşıllıqların, piyada yollarının, sanitariya – qoruyucu arakəsmələrin və daşınmaz əmlakın şəhərsalmada nəzərə alınan digər struktur elementlərinin əsas parametrlərinə, əhaliyə xidmət edən sosial-məişət və mədəniyyət obyektlərinin yerləşdirilməsinə, müasir ekzogen geoloji proseslərin yayılma dərəcəsinə və intensivliyinə (fəallığına) təsir etməsi baxımından, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti vəzifələrini həyata keçirən cavabdehin imtinası torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyini n tələblərinə əsasən qanuni və əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı da iddiaçının ona məhz həmin torpaq sahəsinin (R.Qənbərov küçəsi, 24-34 saylı yaşayış binaları arasında (“Ankara” restoranının sol tərəfi) boş olan sahənin 40 kv.m hissəsində) ayrılmasını tələb etməsi üçün heç bir hüquqmüəyyənedici sənədinin olmaması müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsind ə icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) xx.xx.2023-cü il tarixli, 2-1(103)-1822/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdeh tərəfindən təqdim olu nmuş iddiaya yazılı etiraz səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. ƏMDK yanında TDİTÜ Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli cavab məktubunda və digər rəy verən orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda həmin sahənin ayrılmasının rəsmiləşdirilməsinə etiraz edilməmiş, əksinə, məsələnin həlli üçün Bakı şəhər İcra hakimiyyətinə müraciət edilməsi, həmçinin təklif olunan sahənin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin müvafiq məktubu daxil olduqdan sonra rəy verilməsi məsələsinə baxılacağı bildiri lmişdir. Bakı şəhər İcra Hakimiyyəti isə iddiaçının ərizəsi əsasında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə sahənin ayrılmasına rəy verilməsi barədə sorğu məktubu göndərmək əvəzinə, ərizəni baxılması üçün xx.xx.2022-Cİ9 il tarixii,N-4-039 saylı məktubla öz tabeçiliyində olan Sabunçu rayon İcra Hakimiyyətinə göndərmişdir.
15. Şəhər ərazisində aparılmış bütün tikililərin əksəriyyəti ya yol kənarında, ya da ümumi istifadədə olan torpaq sahələrində inşa edilmişdir. Onun tələb etdiyi torpaq sahəsi isə şəhərin mərkəzi rayonlarında deyil, şəhərin mərkəzindən kənarda Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsində yerləşir. Həmin torpaq sahəsi boş və yaşıllıqdan kənar sahə olmaqla dövlət mülkiyyətində saxlanılan torpaqlara aiddir. Həm də yaxınlıqda olan yaşayış binalarının ər azi hüquqlarından kənarda yerləşir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, iddia tələbini rədd edərkən heç bir əsas göstərməmiş, bunun üçün yalnız torpaq qanunvericiliyinin iddia tələbinə aidiyyəti olmayan maddələrini sadalamaqla kifayətlənmiş, cavabdehin əsassız və qanunsuz imtinasına bəraət qazandırmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Torpaq Məcəlləsi Maddə
10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi 10.1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 10.2. Torpaqların hüqu qi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. 10.3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. 10.4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qay daları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 10.5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarında, şəhadətnamələrdə, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Maddə
18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi 18.1-ci maddəsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 18.2-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin torpaqların ın tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri. Maddə
20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə 20.1-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşutəsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. 20.2-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. 20.3-cü maddəsinə əsasən, ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. 20.4-cü maddəsinə əsasən, yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativhüquqi aktlarla müəyyən edilir. Maddə
45. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar 45.1-ci maddəsinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 45.2-ci maddəsinə əsasən, bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. 45.3-cü maddəsinə əsasən, torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə
46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ... 46.4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Maddə
56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları 56.1-c i maddəsinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.... 56.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və kütləvi informasiya vasitələrində hər il hesabat dərc etdirməlidirlər. Maddə
66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir
18. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamə Bənd 4.16. Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində: Bənd 4.16.1. şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək; Bənd 4.16.2. idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək; Bənd 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; Bənd 4.16.4. mü vafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); Bənd 4.16.5. investisiya şərtləri ilə tikinti aparıla biləcək torpaq sahələrinin siyahısını müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək; Bənd 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; Bənd 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək; Bənd 4.16.8. müvafiq ərazidə yeni yaradılmış daşınmaz əmlak obyektlərində sosial təyinatlı obyektlərin yerləşdirilməsi üçün müvafiq sahələrin dövlət mülkiyyətinə alınması barədə aidiyyəti icra hakimiyyəti orqanlarına təkliflər vermək; Bənd 4.16.9. dövlət mülkiyyətində olan əmlakın bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan əmlakın isə dövlət mülkiyyətinə alınması barədə aidiyyəti dövlət orqanlarına təkliflər vermək.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiy yətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsində torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ də işə baxan məhkəmə tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur k i, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən, dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi ha qqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir.
27. İş materiallarından göründüyü kimi, iddiaçının ayrılmasını tələb etdiyi torpaq sahəsinin ümumi istifadədə olan (yəni, yaşayış məntəqələrinin torpaqları kateqoriyasından) torpaq sahəsi olması müəyyən edilmişdir.
28. Həmçinin, Torpaq Məcəlləsinin 20-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müə yyən edir.
29. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir.
30. Beləliklə, ayrılması tələb olunan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, 8-18 saylı yaşayış binası ilə R.Qənbərov küçəsi, 24-34 saylı yaşayış binalarının ərazi hüdudları daxilində yerləşdiyindən və sakinlərin ümumi istifadəsində olduğundan, sözügedən ərazidə göstərilən məqsədlər üçün torpaq sahəsinin ayrılması qanunvericiliyə görə mümkün deyildir.
31. Həmçinin, iddiaçının kassasiya şikayətinin cavabde hin məhkəmə iclaslarında təmsil olunmaması barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında iştirakın məcburi olduğu prosessual qaydalar istisna olmaqla, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi prosessual pozuntu əsası ola bilməz.
32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1822/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.