Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2208/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; növbədənkənar səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 2-1(103)-1655/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı “Flame Business Services" MMC "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il 4 tarixlərində elektron-qaimə faktura əsasında 146694,00 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixlərində 78967,02 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 93674,01 manat dəyərind ə mal (iş, xidmət) almışdır.
2. Bundan sonra, cavabdeh xx.xx.2022-ci il tarixli, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" uyğunsuzluq məktubu ilə iddiaçıya bildirmişdir ki, araşdırma zamanı müəssisə tərəfindən 2021-ci il ərzində idxal edilmiş malların invoys dəyəri 224880 manat və əldə edilmiş e-qaimə üzrə alışını 888280,16 manat (319335,03 manat əmtəəsiz əməliyyat nəzərə alınmır), 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ilin sonuna mal qalığı 0,0 manat, cəmi xərclərin 793825,13 manat olmasına, baxmayaraq, tərəfindən hesablama, metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində baza, üzrə oxunan cəmi 1306531,59 manat (malın dəyəri, mühafizə, rabitə, nəqliyyat, sığorta, bilavasitə malların təqdim edilməsi işlər in görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər və digər xərclər) ilə bəyannamənin 1N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Hesabat dövrünün sonuna” xanasında, göstərilmiş 0,0 manat məbləğlərin cəmi 1306531,59 manat göstərilməsi nəticəsində 512706,46 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.
3. Bundan sonra cavabdeh iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********08600 nömrəli qərar qəbul edərək iddiaçı barəsində kameral yoxlama nəticəsində 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə ümumilikdə 102541,29 manat ((512706,46)*20%) əlavə vergi məbləği hesablanmışdır.
4. İddiaçı xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mən fəət vergisi bəyannaməsi təqdim etmişdir.
5. İddiaçı təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: Dövr Gəlir Xərc Mənfəət Mənfəət vergisi 1.452.155,0 24.969,19 2021 1.577.000,98 124.845,95 3
6. İddiaçının aşağıdakı vergi ödəyiciləri ilə apardığı əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyat kimi qəbul edilərək xərclərin tərkibindən çıxarılmışdır: Vergi ödəyicisinin adı Mengary MMC ESSYEN MMC CAAB MMC Əməliyyatın tarixi xx.xx.2021 xx.xx.2021xx.xx.2021 xx.xx.2021xx.xx.2021 dəyəri 146.694,0 0 78.967,02 93.674,01 Riskli vergi ödəyicisi barədə tanınma haqqında qərarın tarixi xx.xx.2021 xx.xx.2021 xx.xx.2022
7. Bununla yanaşı iddiaçının bəyan etdiyi 13371 manat hissəsinin təsdiqini tapmadığı üçün xərclərin tərkibindən çıxarılmışdır.
8. Nəticədə cavabdeh tərəfindən həmin dövr üzrə xx.xx.2022-ci il tarixli **********932900 nömrəli yeni qərar qəbul edilərək xx.xx.2022-ci il tarixli **********08600 nömrəli qərar ləğv edilmiş və iddiaçıya kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 66541,29 manat ((319335,03+13371,0)*20%) əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********932900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
10. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə mənfəət vergisi üzrə ona uyğunsuzluq məktubu göndərilmişdir. Həmin məktuba cavab olaraq cavabdeh vergi orqanına tələb edilən sənədlərin hamısı təqdim edilərək dövriyə sənədləri təqdim edilmişdir. Lakin cavabdeh vergi orqanı verilmiş dəqiqləşdirilmiş bəyannaməni və əsaslı cavab məktubunu nəzərə almadan qanunsuz və əsassız qərar etmişdir. Müəssisə xarici ölkələrlə bərabər Azərbaycan daxilindəki müəssisələrlə də aktiv şəkildə əməkdaşlıq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsində sahibkarlıq fəaliyyətinin anlayışı verilmişdir. Həmin anlayışa əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə. həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, m alların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən götürülməsi olan fəaliyyətdir. Yəni sahibkarlıq subyektinin mənfəət (gəlir) əldə etmək hüququ vardır ki, bu da sahibkarlığın əsas məqdəsini təşkil edir. Müəssisə Azərbaycan Respublikası ərazisində fəaliyyətinə qadağa qoyulmayan bütün sahibkarlıq subyektləri ilə əməkdaşlıqda sərbəst olmalıdır. Lakin cavabdeh vergi orqanı müəssisənin bu hüququnu məhdudlaşdırmağa çalışır. Əməkdaşlıq etdikləri müəssisələrlə alqı-satqı həyata keçirərkən həmin müəssisələrin heç birinin fəaliyyətinə cavabdeh orqan tərəfindən məhdudiyyət olmamışdır. İddiaçı həmin müəssislərlə alqı-satqı müqaviləsi bağlayaraq onlardan mal alıb. İddiaçı həmin müəssislərdən pul ödəyib mal alıb və sat ıb. İddiaçını həmin müəssisələrin malın haradan, kimdən alması maraqlandırmır və bu maraqlandırsa belə, qarşı tərəfin kommersiya sirri olduğu üçün bunu bildirməz. Əməkdaşlıq etdiyi müəssisələrin Azərbaycanda malların necə əldə etmələrindən xəbərləri olmayıb. Mübahisəli qərara əsasən müəssisəyə 102.541,29 manat mənfəət vergisi hesablanmışdır. Nəzərə alınmayan 512706,46 manat xərcə görə Nazirlər Kabinetinin 55 saylı qərarı ilə maksimum 17090,21 manat mənfəət hesablanmalıdır. Lakin vergi orqanı aldığı malı satış kimi nəzərə alıb, xərc kimi nəzərə almamışdır. Həmin təqdim edilmiş mallar dəyəri ödənilməklə satın alınmışdır.
11. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli 2**********08600 nömrəli qərarın ləğv edilməsi t ələbi ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən həmin dövr üzrə yeni qərar qəbul edilmişdir, yəni mübahisələndirilən xx.xx.2022-ci il tarixli 2**********08600 nömrəli qərar qüvvədən düşmüş, yeni xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərar qəbul edilərək əlavə vergi hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022- ci il tarixli №**********932900 qərara əsasən (mənfəət vergisi, hesabat dövrü 2021-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 66.541,29 manat əlavə (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 91.510,48 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 24.969,19 manat vergi çıxılmaqla) vergi hesablanmış dır. Cavabdehin etirazları:
12. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda əsasən işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma aradan qaldırılmadığı və vergi ödəyicisi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli **********939700 nömrəli, xx.xx.2022-ci il tarixli **********222900 nömrəli, xx.xx.2022-ci il tarixli **********755700 nömrəli və **********762300 nömrəli izah məktubları üzrə aparılan araşdırma zamanı vergi ödəyici tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 319335,03 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, eyni zamanda müvafiq bəyannamə üzrə baza məlumatlarına əsasən təsdiqini tapmayan xərc məbləğlərindən 13371,0 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 66541,29 manat ((319335,03+13371,0)*20%) əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərar v ergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarian"nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur; 3.1.2-ci bəndinə əsasən vergi Ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mal lara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki İqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya apanlmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi- vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) ris kli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Vergi orqanında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı “Flame Business Services" MMC "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il 4 tarixlərində elektron-qaimə faktura əsasında 146694,00 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixlərində 78967,02 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 93674,01 manat dəyərində mal (iş, xidmət) almışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlə dən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********620500 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********234000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********176600 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC-nin riskli vergi Ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********620500 nömrəli qərarda "xxxx"MMC tərəfindən xx.xx.2021ci il tarixdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********234000 nömrəli qərarda "xxxx" MMC tərəfindən xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********176600 nömrəli qərarda "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə fakturalarda qeyd olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edildiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilənlərə nəzər salındıqda müəyyən olunur ki, riskli hesab edilən vergi ödəyiciləri riskli əməliyyat apardığı tarix aralıqlarında “Flame Business Services" MMC -yə də mal (iş,xidmət) təqdim etmişdir. Adları yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə 319335,03 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin “Flame Business S ervices" MMC-nin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunan hal əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məh kəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinın 27 dekabr 2022-ci il tarixli, e-2-1(112)-12776/2022 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********932900 nömrəli qərarı ləğv edilmişdir.
14. Məhkəmə hesab etmişdi ki, ddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndi rilmişdir. Halbuki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı "xxxx" MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçı "xxxx" MMC-nin üzə rinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 21(103)-1655/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 27 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin onunla əməliyyatlar aparılmamışdan əvvəl riskli vergi ödəyicisi olması faktı iş materialları ilə təsdiq olunmur, bu barədə müvafiq qərar qəbul edilməmişdir.
18. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3, 1.4-cü bəndlərinə, Vergi Məcəlləsinin 3.8, 53.3-cü maddələrinə və “İnzibati icraat haqqında” Qanunun 14.1, 24.1, 24.2, 24.3, 67.1-ci maddələrinə istinad etmişdir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********620500 nömrəli qərarda "xxxx"MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021 -ci il tarixli **********234000 nömrəli qərarda "xxxx" MMC tərəfindən xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022ci il tarixli **********176600 nömrəli qərarda "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021ci il tarixlərdə təqdim edilmiş elektron qaimə fakturalarda qeyd olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdı qları müəyyən edildiyi qeyd olunmuşdur. Vergi orqanında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixlərində elektron-qaimə faktura əsasında 146694,00 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixlərində 78967,02 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə 93674,01 manat dəyərində mal (iş, xidmət) almışdır. Yuxarıda qeyd edilənlərə nəzər salındıqda müəyyən olunur ki, riskli hesab edilən vergi ödəyiciləri riskli əməliyyat apardığı tarix aralıqlarında "xxxx" MMC-yə də mal (iş,xidmət) təqdim etmişdir. Adları yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə 319335,03 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin "xxxx" MMCnin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Bildiririk ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021- ci il tarixli **********620500 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********234000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-cİ il tarixli **********176600 nömrəli qərarlar qəbul edilmişdir.
21. Yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatla rın riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir.
22. Flame Business Services” MMC ilə "xxxx" MMC arasındakı əmtəəsiz əməliyyatlar zamanı EBBB seriyalı 437069 nömrəli e-qaimə, "xxxx" MMC ilə əməliyyatlar zamanı EBBA seriyalı 483445 nömrəli e-qaimə, "xxxx" MMC ilə aparılan əməliyyatlar zamanı EBBO seriyalı 828858, 828942, 935681, 935734, 99140, 828802, 828825, 828879,935588, 935632, 935787, 935920 nömrəli e-qaimələr tərtib edilmişdir. Yuxarıda adları çəkilən qaimələrdəki mallar müəssisələr tərəfindən"xxxx" MMC-yə satılmamışdan əvvəl özündə mövcud olmamışdır (e-qaimədəki malları nə idxal etmiş, nə də ki, istehsalçıdan almışdır).
23. Qeyd olunanlardan göründüyü kimi adları sadalanan "xxxx" MMC, "xxxx" MMC və “CAAB" M MC apardığı əməliyyatlar qeyd olunan meyarlara tam uyğun olduğundan riskli əməliyyatlar hesab edilmişdir. Və məntiqi ardıcıllığa uyğun olaraq bu riskli əməliyyatları aparan vergi ödəyiciləri həmin Meyarların 2-ci bəndində qeyd edilən əsaslara görə riskli vergi ödəyiciləri hesab olunmuşlar. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisələr arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir.
24. Bununla yanaşı kassator qeyd etmişdir ki, müvafiq bəyannamə üzrə baza məlumatlarına əsasən təsdiqini tapmayan xərc məbləğlərindən 13371,0 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir məhkəmə isə buna qiymət verməmiş və nəticədə Vergi Mə cəlləsinin 13.2.69, 13.2.70, 13.2.82, 37.1, 37.2, 83.7-ci maddələrinin, İnzibati Prosessual Məcəllənin 12.1-ci, 58.7-ci, maddələrinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə
37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə
109. Gəlirdən çıxılmayan xərclər... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul t arixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
28. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda ape llyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ver ən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyasınin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
32. Hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərarın ləğvinə yönəlmişdir.
33. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı “Flame Business Services" MMC "xxxx" MMC-dən xx.xx.2021-ci il 4 tarixlərində elektron-qaimə faktura əsasında 146694,00 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixləri ndə 78967,02 manat, "xxxx" MMC-dən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 93674,01 manat dəyərində mal (iş, xidmət) almışdır.
34. Sözügedən müəssisələr barəsində digər əməliyyatlara görə, həmçinin iddiaçı ilə aparılmış yuxarıda qeyd olunan əməliyyatlara görə riskli vergi ödəyicisi olma barədə qərarlar qəbul edilmiş və həmin qərarlarda təqdim edilmiş elektron qaimə fakturalarda əks olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edildiyi qeyd olunmuşdur. Həmin müəssisələr “Flame Business Services" MMC yə də mal (iş,xidmət) təqdim ediyindən, onlarla 319335,03 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin “Flame Business Services" MMC-nin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunan hal həmçinin iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur.
35. Göründüyü kimi, vergi orqanı iddiaçıya mənfəət vergisini Vergi Məcəlləsinin 109.9cu maddəsinə əsasən hesablamışdır.
36. Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə kollegiyası riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir. “Riskli vergi ödəyicisi” konsepsiyası
37. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edil mişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.
38. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəy icisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələri
39. Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat a paran vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.
40. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.
41. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllən in 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
42. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqi
43. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.
44. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki ver gi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.
45. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
46. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.
47. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfind ən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.
48. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.
49. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş i craat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
50. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
51. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bil məz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
52. Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir.
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektr on qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
54. Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Hazırkı iş üzrə mübahisələndirilən qərarın qanuniliyi
55. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunu r ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
56. Bununla yanaşı həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət verg isini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20%-lə mənfəət vergisi hesablamışdır. Sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərlə bağlı
57. İş materiallarından göründüyü kimi, mübahisələndirilən qərarla iddiaçıya 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 66541,29 manat ((319335,03+13371,0)*20%) əlavə vergi məbləği hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı 319335,03 manat məbləği əmtəəsiz dövriyyə kimi qiymətləndirilmiş və məhkəmə kollegiyası tərəfindən bu hal qanunvericiliyin tələbinə uyğun olmaması qənaətinə qəlinmişdir. Lakin məhkəmə dinləmələri zamanı cavabdeh tərəfindən 332.979 manat xərc sənədləri əmtəəsiz dövriyyə kimi qiymətləndirilmişdir, apellyasiya məhkəməsi isə 13371,0 manatın sənədlərlə təsdiqlənməyən gəlirdən çıxılan xərc olduğunu nəzərə almamışdır və bu hissədə də iddianı təmin etmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən 13371,0 manat cavabdeh tərəfindən əmtəəsiz dövriyyə hesab edilən məbləğin tərkibinə daxil edilmədiyindən həmin hissədə cavabdeh kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə iddiaçıya əlavə vergi 2674 manat (13371,0)*20%) məbləği hesablamaqla haqlı olmuşdur.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, cavabdehin xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərarı “2674 manat mənfəət vergisini hesablanması” istisna olmaqla ləğv edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli 21(103)-1655/2023 nömrəli qərarı qismən ləğv edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərarı “2674 manat mənfəət vergisini hesablanması” hissəsi istisna olmaqla ləğv edilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.