Məhkəmə qərarları › İş №2-1(102)-2209/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2209/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2209/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanın qərarın mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X 3 üzrə Baş İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-415/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********185942 saylı qərarı ilə vergi ödəyicisinə 32.875,29 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 16.43 7,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 19 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktını ləğv etməklə, obyektiv, hərtərəfli yoxlamanı təmin etmək öhdəliyinin cavabdehə həvalə edilməsini, həmçinin bu məsələ ilə bağlı təhqiqat-istintaq tədbirlərinin görülməsinin məhkəmə çəkişməsi qurtarana kimi dayandırılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx. 2019-cu il tarixli **********185942 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin göstərişi əsasında Bakıxanov qəsəbəsində küçə ticarətinin yığışdırılması və küçə ticarəti ilə məşğul olanların İddiaçı firmasının mülkiyyətində olan x küçəsi-1 ünvanda yerləşən ərazisinə yerləşdirilməsi səbəbindən, uzun müddət həmin ərazidən yararlana bilməmişlər. Həmin ərazidə “qaçqınlar bazarı” yaradılmış və ağır maddi şəraitdə olan məcburi köçkünlərə və qaçqınlara yardımçı olmuşlar və hazırda da olurlar. Yardım isə ondan ibarətdir ki, icarə predmeti olan qeyri-yaşayış sahələri real bazar qiymətindən aşağı qiymətə icarəyə verilir. Məlum ünvanda yerləşən qeyri-yaşayış sahələrinin oby ektləri uzun müddət icarə predmeti olmamış və firma üçün maliyyə itkilərinə yol açdığına görə, həmçinin boş qalmasın deyə məcburiyyət qarşısında, eyni zamanda iki tərəfli razılıq əsasında məlum obyektlər ucuz qiymətə icarəyə verilmişdir. Fəaliyyəti dövründə nümunəvi vergi ödəyicisi olmuşlar, hesabatların təqdim edilməsində və dövlət büdcəsinə yaranan vergi borclarının ödənilməsində heç vaxt gecikdirmələrə yol verilməmişdir. Tərəflərindən ərazidə fəaliyyət göstərən icarəçilərə vergi qanunvericiliyinə əməl edilməsi, vergilərin vaxtında büdcəyə ödənilməsi sahəsində lazımi köməklik göstərilir və onlara hesabatların təqdim edilməsində yardımçı olurlar. Real şəraiti və obyektin vəziyyətini nəzərə alaraq icarə obyektlərinin bazar qiymətindən aşağı qiymətə icarəyə verilməsinin mümkün olubolmamasın a aydınlıq gətirmək üçün tərəflərindən hələ 2015-ci ildə xx.xx.2015-ci il tarixli **********999400 nömrəli məktubla, cavabdehə müraciət etmişlər. Müraciətə cavab olaraq **********895900 nömrəli xx.xx.2015-ci il tarixli məktubla bildirilmişdir ki, “müraciətdə qeyd olunanlar yoxlama predmetinə aid olduğu üçün aparılan səyyar vergi yoxlaması zamanı cavablandırılacaqdır”. Həmin dövrdə firmalarında keçirilmiş yoxlamanın nəticəsinə dair tərtib olunmuş xx.xx.2016-cı il tarixli **********978333 nömrəli aktda icarə qiymətlərinin düzgün müəyyən olunub-olunmamasına dair heç bir irad tutulmamışdır. Həmçinin, məlum ünvanın yaxınlığında yol kənarı çox saylı obyektlərin inşa edilməsi də onların firmasına mənfi təsir görsətdi, belə ki, mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin bir neçəsi yol kənar ında yerləşir, əsas hissəsi isə ümumi istifadə də olan yoldan (insanların intensiv gediş-gəlişindən uzaq) içəri istiqamətdə yerləşdiyindən, icarə üçün nəzərdə tutulan obyektlərinə tələbat azalmış və uzun müddət istifadəsiz qalmışdır. xx.xx.2018-ci il tarixli **********150447 nömrəli səyyar vergi yoxlamasının nəticəsinə dair akt qəbul olunandan sonra müəyyən olunmuşdur ki, 66.378 manat məbləğində əlavə vergi ödəməlidir ona görə də iddiaçı bunu düzgün hesab etməyərək cavabdehə müraciət etmiş və yenidən düzgün hesablanmasını xahiş etmişdir. Bundan sonra, yeni müfəttiş təyin olundu və səyyar vergi yoxlaması keçirildi və nəticəsinə dair xx.xx.2019-cu il tarixli **********50447 nömrəli akt tərtib olundu və yeni məbləğ 49.312 manat müəyyənləşmişdir. Hazırda dəfələrlə rəsmi qaydada elektron və yaz ılı şəkildə cavabdehə müraciət olunsa da bütün müraciətlər cavabsız və nəticəsiz qalmaqdadır.

5. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəll ənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı ya zılı etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən hüquqi şəxs İddiaçı firmasında xx.xx.2018-ci il tarixli **********148213 nömrəli qərara əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2019cu il tarixli **********150447 nömrəli aktla rəsmiləşdirilmişdir. Akt tanış olması və bir nüsxəsini qəbul etməsi üçün vergi ödəyicisinin rəhbəri X2 təqdim edilmişdir. Yaqub Hüseynov tərəfindən akt imzalanmaqdan imtina olunmuş, lakin bir nüsxəsinin qəbul edilməsi barədə xx.xx.2019-cu il tarixdə qeyd apararaq imzalamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi y oxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Vergi Məcəlləsinin 14-cü və 44-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətlərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə vergi orqanının xx.xx.2018-ci il tarixli **********151051 “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı çıxarılmış, yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Vergi orqanının xx.xx.2018-ci il tarixli **********151051 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdə vergi ödəyicisinin iştirakı ilə ekspertiza keçirilmişdir. Ekspertizanın keçirilməsi xx.xx.2018-ci il tarixli “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə” Protokolla rəsmiləşdirilmiş, vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsi qəbul olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən xx.xx.2018-ci il tarixli ekspert rəyi vergi orqanına təqdim edildikdən sonra rəy tanış olması və bir nüsxəsini qəbul etməsi üçün vergi ödəyicisinin rəhbəri X2 təqdim edilmişdir. Yaqub Hüseynov xx.xx.2019-cu il tarixdə ekspert rəyi ilə tanış olmuş və bir nüsxəsini qəbul etməsi barədə qeyd apararaq rəyi imzalamışdır. Yoxlamanın nəticəsi olaraq tərtib olunmuş xx.xx.2019- cu il tarixli **********150447 saylı “Səyyar vergi yoxlaması” Aktı ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 16.834,95 manat verginin azaldılmasına görə 8.417,0 manat maliyyə sanksiyası, mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli məbləğinə nisbətən 16.040,29 manat məbləğində verginin azaldılmasına görə 8.020,14 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Yoxlama ilə ümumilikdə 32.875,29 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 16.437,66 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olu nmuşdur. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********185942 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 32.875,29 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 16.437,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 21(82)3234/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********185942 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin iddiaçıya əlavə vergi borcunun hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-415/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 1

2. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Müəssisə tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən aparılmışdır. Yoxlamaya təqdim edilmiş icarə müqavilələrində əks olunan qiymətlər həmin ərazi üzrə real icarə haqqından kəskin fərqləndiyindən icarə haqqının bazar qiymətinin müəyyən olunması məqsədilə ekspertiza təyin edilmiş və xx.xx.2018-ci il tarixli ekspert rəyi alınmışd ır. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş icarə müqavilələrinə əsasən icarəyə verilmiş sahələrin 1 m2 üçün icarə haqqı məbləği 2-5 manat arasında dəyişdiyi halda alınmış ekspert rəyinə əsasən həmin ərazi üzrə real icarə haqqı məbləği 710 manat təşkil etmişdir.

14. Əldə edilmiş icarə haqqının real bazar qiymətləri tətbiq edilməklə müəssisənin icarədən əldə etdiyi 17 aylıq dövriyyəsinin 182.414,4 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir. Eyni zamanda, müəssisə tərəfindən bir çox hallarda əsas məbləğin bank hesabı vasitəsilə ödəmədiyi halda 2.017,23 manat ƏDV əvəzləşməsi apardığı müəyyən edilərək ləğv edilmişdir. Nəticədə, iddiaçıya 16.834,95 manat [(182.414,4 × 18%) – (2.590,7 - 2.017,23) - 15.426,10)] ƏDV hesablanmışdır.

15. Səyyar vergi yoxlaması zamanı ekspert tərəfindən müəyyən ed ilmiş icarə haqqının real bazar qiyməti nəzərə alınmaqla müəssisənin 2016-cı il üzrə gəlirinin 88.602,20 manat, 2017-ci il üzrə 125.992,40 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda, 2016-cı il üzrə 650,14 manat məbləğində rabitə, 2.025,0 manat məbləğində təmir xərcləri, 2017-ci il üzrə isə 436,4 manat məbləğində rabitə, 2.054,0 manat məbləğində təmir xərcləri və 2.400,0 manat məbləğində digər xərcləri, cəmi 7.565,54 manat xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən, həmin məbləğlər xərclər siyahısından çıxarılmışdır. Beləliklə, yoxlama ilə iddiaçıya əlavə olaraq 16.040,29 manat mənfəət vergisi (2016, 2017) hesablanmışdır. Qeyd edilənlər vergi orqanı tərəfindən təqdim edilmiş apellyasiya şikayətində ətraflı izah olunsa da, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən göstərilən halları araşdırmamışdır. Belə ki, məhkəmə qərar qəbul edilərkən məhkəməyə daxil olmuş “xxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən MB-13/745 seriya və nömrəli qiymətləndirmə rəyinə yeganə sübut növü kimi istinad etmiş, lakin öz qərarlarında həmin rəyi sübut kimi yoxlamamışdır. Buna görə vergi orqanı həmin rəyi özü yoxlamaq məcburiyyətində qalmış və müəyyən etmişdir ki, rəy tam əsassız tərtib edildiyi üçün sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan rəydə mütəxəssis icarə haqlarının bazar qiymətini müəyyən etsə bunu necə müəyyən etməsi və apardığı araşdırma barədə rəyin tədqiqat hissəsində məlumat əks etdirməli olduğu halda, bunu etməmişdir. Başqa sözlə, mütəxəssisin gəldiyi nəticəni təsdiq edəcək məlumatların heç biri ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində öz əksini tapmamışdır. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında z iddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

16. Bundan əlavə, məhkəmənin sübut qismində qəbul etdiyi ekspert rəyinə məhkəmə iclasında etiraz bildirilsə də, prosessual normaların tələblərinə zidd olaraq işə baxan məhkəmə tərəfindən həmin dəlillərə münasibət bildirilməmişdir. 17. “xxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən MB-13/745 seriya və nömrəli qiymətləndirmə rəyində də Firma tərəfindən icarəyə verilmiş obyektlərin icarə haqlarının real bazar qiymətlərindən kəskin surətdə az olduğu öz əksini tapmışdır.

18. Misal olaraq, iddiaçı tərəfindən sahəsi 460 kv.m olan obyekt (bilyard salonu) 590 manata icarəyə verildiyi, yoxlama ilə icarə haqqının 2.000 manat, məhkəmə zamanı əldə edilmiş qiymətləndirm ə rəyində isə həmin obyektin 1.050 manat olduğu, iddiaçı tərəfindən sahəsi 360 kv.m olan obyekt (Mərasim evi) 590 manata icarəyə verildiyi, yoxlama ilə icarə haqqının 1.200 manat, məhkəmə zamanı əldə edilmiş qiymətləndirmə rəyində isə həmin obyektin 1.000 manat olduğu müəyyən edilmişdir.

19. Ümumiyyətlə, “xxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən müəyyən edilmiş bazar qiymətləri əsasında Firmanın icarə haqqından əldə olunan 17 aylıq dövriyyəsi ƏDV-siz 129.576,27 manat [(8.900,0×15 ay)+(9.700,0×2 ay)/1,18] təşkil etmişdir. Firma isə yoxlanılan 17 aylıq dövrdə icarə haqlarından cəmi 72.548,7 manat ƏDV-yə cəlb edilən dövriyyə bəyan etmişdir. Başqa sözlə, təkcə apellyasiya məhkəməsinin mötəbər sübut qismində qəbul etdiyi “xxxx” Konsaltinq və Qiymətləndirmə Şirkətinin rəyi əsasında iddiaçı tərəfindən icarə haqqı üzrə ƏDV-yə cəlb edilən dövriyyənin 57.027,57 manat az göstərildiyi öz təsdiqini tapır. 20. “xxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən MB-13/745 seriya və nömrəli qiymətləndirmə rəyi ilə də iddiaçı tərəfindən müəyyən edilmiş icarə haqları arasında kəskin qiymət fərqlərinin olduğu müəyyən edilsə də, məhkəmə tərəfindən bu hal nəzərdən qaçırılmışdır. Beləliklə, həm yoxlama zamanı, həm də məhkəmə zamanı əldə edilmiş ekspert-qiymətləndirmə rəylərində iddiaçı tərəfindən vergitutulan dövriyyənin azaldığı tam təsdiqini tapsa da, eləcə də məhkəmə tərəfindən “xxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən MB-13/745 seriya və nömrəli qiymətləndirmə rəyinə istinad etməklə qərar qəbul edilsə də, yuxarıda qeyd edilən məqamlar araşdırılmamışdır.

21. Həmçi nin, yuxarıda da qeyd edildiyi kimi yoxlama ilə əlavə vergilərin hesablanmasının digər əsası vergi orqanında olan uçot baza məlumatlarındakı uyğunsuzluqlar olmuşdur. Belə ki, yoxlama ilə 2016 və 2017-ci illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində göstərilmiş 7.565,54 manat xərclərin (2016-cı il üzrə 221.11-ci sətrində göstərilmiş "rabitə xərcləri" 650,14 manat və 228-d sətirdə göstərilmiş "təmir xərcləri" 2025,0 manat, 2017-ci il üzrə 221.11-ci sətirdə göstərilmiş "rabitə xərcləri" 436,40 manat, 228-ci sətirdə göstərilmiş "təmir xərcləri" 2054,0 manat, və 232-ci sətirdə göstərilmiş "digər xərclər" 2400,0 manat) təsdiqini tapmadığı üçün yoxlama ilə həmin xərclər nəzərə alınmamışdır.

22. Həmçinin, yoxlama ilə Firma tərəfindən aparılmış 2.017,23 manat ƏDV əvəzləşməsi ləğv edilmişdir ki, bunun da səbəbi yuxarıda ətraflı qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən qərar qəbul edilərkən qeyd edilən hallar da nəzərə alınmamış və yoxlamanın bu hissədə nəticəsinin ləğv edilməsinin səbəb və əsasları qərarda əks etdirilməmişdir. Beləliklə, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan iddia tələbini birtərəfli və qərəzli formada araşdırmış, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir.

23. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b. şikayətə qarşı iddiaçının etirazları:

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, məhkəmə araşdırması zamanı sübutetmə yükü cavabdehin üzərinə düşməsinə baxmayaraq, heç bir sübut təqdim etməmiş, yalnız ilkin araşdırma zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsaslanmışdır. Halbuki, rəydə icarə sahələrinin real bazar dəyərlərinin hansı meyarlar əsasında götürülməsi qeyd edilməmiş, çox saylı ziddiyyətli və qeyri-dəqiq məlumatlar əks etdirilmişdir. 25. “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə ilə cavabdeh təşkilat tərəfindən cəlb olunmuş ekspertin verdiyi rəy arasında kəskin fərq olması müşahidə olunmuşdur.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödə yicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

27. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə düşür. Həmin Məcəllənin 94.0.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür.

28. Göstərilənlərə əsasən iddiaçı şikayətin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c. məhkəmə icraatı iştirakçılarının izahatları

29. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

30. İddiaçı işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir.

31. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildir işində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi).

32. Məhkəmə kollegiyası işə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan baxılması barədə qərar qəbul etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

33. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyas iya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5.1. Apellyasi ya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi v ə əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İşin tam, obyektiv və hərtərəfli araşdırılması, eyni zamanda vergi orqanı tərəfindən vergi borcunun hesablanmasına əsas olmuş ekspert rəyində göstərilmiş qiymətlərin reallığı əks etdirib-etdirməməsinin müəyyən edilməsi məqsədilə işin apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə qiymətləndirmə ekspertizaları təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş “xxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən MB-13/745 seriya və nömrəli, ünvan 3 ünvanında yerləşən q eyri-yaşayış sahəsinin icarə bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyində qeyd edilmiş illər üzrə qeyri-yaşayış obyektlərinin icarə haqqı qiymətləri ilə cavabdeh orqan tərəfindən əsas götürülmüş ekspert rəyində əks olunmuş icarə haqqı qiymətləri arasında kəskin fərqlər olduğu müəyyən edilmişdir....cavabdehin ekspert qismində cəlb etdiyi şəxsin iş üzrə verdiyi rəyində əksini tapmış qiymətlərin hansı meyarlarla hesablanması və real orta bazar qiymətini əks etdirməsi də iş üzrə müəyyən edilmir....sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin iddiaçıya əlavə vergi borcunun hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.”.

38. Məhkəmə kollegiyası apellyasiya instan siya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPMin 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı əldə etdiyi qiymətləndirmə rəyinə istinad edərək həmin rəydə qeyd edilmiş illər üzrə qeyri-yaşayış obyektlərinin icarə haqqı qiymətləri ilə cavabdeh orqan tərəfindən əsas götürülmüş ekspert rəyində əks olunmuş icarə haqqı qiymətləri arasında kəskin fərqlərin olduğunun müəyyən edildiyini qeyd etsə də, həmin fərqlərin nədən ibarət olduğunu, hansı səbəbdən (və ya səbəblərdən) məhz həmin rəydəki məlumatların mötəbərliyinə üstünlük verdiyini qərarında göstərməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır.

39. Bundan başqa, cavabdeh apellyasiya şikayətində mənfəət vergisi və əlavə dəyər vergisi üzrə vergilərin hesablanmasına dair dəlillərini göstərsə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmamış, onlara hər hansı münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında iş üzrə sübutetmə yükünün cavabdeh inzibati orqana aid olduğuna əsaslanırsa, onun təqdim etdiyi sübutları da tədqiq etməli, onları işdə olan digər sübutlarla birlikdə qiymətləndirməlidir. Hazırkı işdə bu, baş verməmişdir.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblə rinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-415/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar