Məhkəmə qərarları › İş №2-1(102)-2209/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2209/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2209/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 3-cü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 31.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı “3-cü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 2-1(103)1244/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi X7 tərəfindən 157000 manat məbləğinə İddiaçı satılmışdır.

2. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ümumi sahəsi 73.9 kv.m olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir.

3. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, X8, X9 və X1 rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 46A ünvanında qeydiyyatdadırlar.

4. Sabunç u rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1164 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən, X8, X9 və X3 ünvan 1 ünvanında yaşamırlar.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, ünvan 1 mənzilində X4, X5, X2 istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.

6. İddiaçı 3-cü şəxslərin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 46A ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 073-35729A-3222 saylı xx.xx.2022ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, X8, X9, X3 ona məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati məhkəməsinə müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “3-cü şəxslər X4, X5 və X2 ona məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 46A ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəs i 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlaka alqı-satqı Müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini əldə edib. Bildirir ki, bu evin onun mülkiyyətində olduğunu daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilən çıxarış da təsdiq edir. Qeyd edir ki, evi alarkən orada başqa şəxslər qeydiyyatda qalmışdılar. Alqı-satqı müqaviləsinin 5-ci maddəsinin 13-cü bəndinə əsasən satıcılar 27 may 2022-ci il tarixinədək sözügedən ünvanda qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdülər. Lakin indiyədək həmin şəxslər ünvanda qeydiyyatdan çıxmamışlar. üçüncü şəxslər hazırda həmin ünvan da yaşamırlar. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11677/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim G.A.Sevdimalıyeva) iddianın təmin edilməsi, X4, X5 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, 3-cü şəxslərin həmin ünvanda faktiki olaraq yaşamamasına, iddiaçının ailə üzvü olmamalarına, istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına, cavabdeh qurumun imtinasının iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməsinə istinad edərək iddianın təmin olunması qənaətin ə gəlmişdir.

11. Üçüncü şəxslər X8, X9 və X3 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1244/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 3-cü şəxslər adı çəkilən və iddiaçının xüsusi mülkiyyətində olan evin eyni ünvan göstəricisi altında olan özbaşına tikiliyə qanuni qüvvəyə min miş məhkəmə qətnaməsi əsasında pasport qeydiyyatına düşmüşlər. Odur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslər onun mülkiyyətində olan evdə deyil, eyni ünvan üzrə başqa evdə qeydiyyatda olsalar da, həmin evin də iddiaçının mülkiyyətində olan evin eyni ünvan göstəricisi altında olması faktı həmin şəxslərin qeyd olunan ünvandan qeydiyyatdan çıxarılmasını hazırki vəziyyətdə istisna edir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, bu iş üzrə iddiaçının tələbinin təmin olunması Sabunçu rayon Məhkəməsinin 2-118 2003 saylı xx.xx.2003-cü il tarixli məhkəmə qətnaməsi ilə ziddiyyət təşkil edib, iş üzrə üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər..

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Əsas Qanun olan Konstitusiyanın ona verdiyi hüquqdan istifadə edərək mülkiyyət əldə etmişdir. Qanunun tələbinə görə mülkiyyət toxunulmazdır və mülkiyyət hüquqları dövlət tərəfindən qorunur. Bakı Apellyasiya Məhkəməsi isə mülkiyyətçinin, yəni iş üzrə İddiaçı bilavasitə mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən xx.xx.2023-cü il tarixli, 2-l(103)1244/2023 saylı qərar qəbul etmişdir. İddiaçının mülkiyyəti olan mənzillə heç bir əlaqəsi olmayan özbaşına tikilidə yaşayan üçüncü şəxslərin özlərinə aid ünvanı olmadığından iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan da şınmaz əmlakın yerləşdiyi ünvanda hər hansı qanuni əsas olmadan, əksinə mülkiyyətçinin həmin daşınmaz əmlak üzərində sərbəst şəkildə sərəncam vermək hüquqlarım əsaslı dora cod ə pozmaqla, bugünədək rəsmi pasport qeydiyyatında qalmaları təbii ki, mülkiyyətçinin toxunulmaz və mütləq hüququ olan mülkiyyət hüququnu məhdudlaşdırır və onu mülkiyyət hüquqları ilə əlaqəli digər hüquqlarından da məhrum edir. İş materiallarında olan sənədlərdən və üçüncü şəxslərin etiraf edici izahatlarından konkret olaraq bəlli olur ki, üçüncü şəxslər tamamilə ayrı özbaşına tikilidə yaşayırlar və onların rəsmi pasport qeydiyyatına alındıqları ünvan məhz üçüncü şəxslərin faktiki yaşadıqları ünvan yox, tamamilə onlarla əlaqəsi olmayan, onların yaşadıqları özbaşına tikiliyə aid olmayan və eyni zamanda tamamilə başqa b ir və üçüncü şəxslərlə heç bir hüquqi bağlılığı olmayan iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlakın ünvanıdır. Qeyd edilən xüsusatların təsdiqi iş materialları ilə tam aydın bir şəkildə sübut olunduğu halda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının birinci instansiya məhkəməsi olan Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi qanuni və əsaslı olan qərarını ləğv edərək iddiaçının mülkiyyət hüququnun əsaslı dərəcədə pozulması ilə bağlı qərar qəbul etməsi əsassız və qanuni deyil. Bu səbəbdən də hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarı qanuni və əsaslı olmadığı, o cümlədən iddiaçının fundamental hüquqlarından olan mülkiyyət hüququnun pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddiaçının qanuni və əsaslı olan iddia tələbinin təmin edilməsinə dair yeni məhkəmə qərarı qəbul edilməlidir.

16. İş üzrə keçirilmiş apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş İcra Nümayəndəliyi tərəfindən verilmiş Arayışda da bu hal öz təsdiqini tapır. Mötəbərliliyi aşkar sübut kimi qiymətləndirilən hallara apellyasiya instansiya məhkəməsinin lazımi hüquqi qiymət verməməsi və iş üzrə mövcud olan zəruri sübutları araşdıraraq onları qiymətləndirməməsi məhkəmənin işə qeyri-obyektiv münasibət göstərməsinin bariz nümunəsidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində bax ır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda ol araq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiri lə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “3-cü şəxslər X4, X5 və X2 ona məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 46A ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11677/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, X4, X5 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

23. Həmin qərardan narazı qalan 3-cü şəxslər X8, X9 və X3 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)-1244/2023 nömrəli qərarı ilə 3-cü şəxslər X8, X9 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11677/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

25. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, AN-İ seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi X7 tərəfindən 157000 manat məbləğinə İddiaçı sa tılmışdır.

26. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa görə ümumi sahəsi 73.9 kv.m olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir.

27. Beləliklə sözügedən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olması işin təkzib olunmaz faktıdır.

28. Eyni zamanda iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3 noyabr 2003-cü il tarixli, 2-2118 saylı qətnaməsi ilə ərizəçi X6 ərizəsi təmin edilmiş, ərizəçinin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.Qəmbərov keçəsi, 46 “a” saylı özbaşına tikili olan pasport qeydiyyatına alınması qət edilmişdir. 29. 5205427 saylı, xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X8, X9 və X1 ray onu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 46A ünvanında qeydiyyatdadırlar.

30. Həmçinin iş materiallarından görünür ki, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1164 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən, X8, X9 və X3 ünvan 1 ünvanında yaşamırlar.

31. Bununla yanaşı iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, ünvan 1 mənzilində X4, X5, X2 istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddiası mümk ün sayılmamalıdır.

33. Belə ki, 3-cü şəxslərin yuxarıda göstərilmiş ünvana pasport qeydiyyatına alınması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən (həmin qətnamə hal-hazırda da qüvvədədir) baş vermişdir ki, belə olan təqdirdə iddiaçı Azərbaycan Respublikasının MPMin müəyyən etdiyi müddəalar çərçivəsində sözügedən məhkəmə qətnaməsindən şikayət vermək hüququna malikdir.

34. Digər tərəfdən qeyd edilməlidir ki, məlum olduğu kimi “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 saylı Fərmanı mövcuddur.

35. Həmin qaydaların 1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtis adiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir.

36. Qaydaların 3.3-cü bəndinə müvafiq olaraq daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir.

37. Belə olan halda iddiaçının onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və ya 3-cü şəxslərin ünvanın dəyişdirilməsi barədə ərizə ilə sözügedən Dövlət xidmətinə müraciət etməsi hüququ mövcuddur.

38. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzi bati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-1244/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar