Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2209/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının mövcudluğu ilə bağlı hərtərəfli araşdırmanın aparılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1961) cavabdeh Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-897/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasına əsasən müəyyən olunur ki, o, xx.xx.1979-xx.xx.1979, xx.xx.1979-xx.xx.1981 (hərbi xidmət), xx.xx.1982-xx.xx.1982, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1989- xx.xx.1990, xx.xx.1990-xx.xx. 1991, xx.xx.1991-xx.xx.1991, xx.xx.1991xx.xx.1994, xx.xx.1997-ci ildən xx.xx.2021-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2. “Azneft” İB tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli SOCAR**********10210033B00498 nömrəli məktuba əsasən iddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft mədənində xx.xx.1997-ci il tarixdən xx.xx.1997ci il tarixədək və 2 №-li neft mədənində xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, 2 №-li neft və qazçıxarma sexində xx.xx.2001-ci il tarixdən 05.11 2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əmtəə operatoru, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində x x.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əmtəə operatoru, Elmi-tədqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2018ci il tarixədək lay təzyiqinin saxlanması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. Onun H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (03 il 06 ay 06 gün) işlədiyi quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa, görə əmək pensiyası hüququ verən iste hsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində qeyd edilmiş «quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar» peşəsi ilə, xx.xx.2001-ci il tarixdən 05.11,2002-ci il tarixədək (01 il 06 ay 06 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi həmin yarımbölmədə qeyd edilmiş «quyuların yeraltı təmiri üzrə operatorlar» peşəsi ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək (01 il 06 ay 25 gün) işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi həmin yarımbölmədə qeyd edilmiş «laylarda təzyiqin saxlanması üzrə operatorlar» peşəsi ilə eynilik təşkil edir.
3. İddiaçı ərizə ilə cav abdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini inzibati orqandan xahiş etmişdir.
4. Cavabdeh 5 yanvar 2023-cü il tarixli, **********7 nömrəli imtina məktubunda göstərmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 7 ay 5 gün (xx.xx.1997xx.xx.2002-ci il, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. O, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1997-cı il tarixindən xx.xx.1997-ci il tarixədək H.Z.Tağıyev adına Neft Qazçıxarma İdarəsinin 3 N-li neft mədənində, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 2 N-li neft mədənində quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, 2 N-li neft qazçıxarma sexində xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək əmtəə operatoru, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılma və nəqli xidmət sahəsində xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək əmtəə operatoru, Elmi-Təhqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək lay təzyiqinin saxlanılması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmtəə operatoru peşəsində işləmişdir. Socardan aldığı SOCAR**********10210033B00498 saylı arayışda yalnız onun xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək işlədiyi quyuların əsaslı təmiri üzrə operator peşəsi, xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək işlədiyi quyuların yeraltı təmiri üzrə operator p eşəsi və xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi zərərli iş hesab edilib. İşlədiyi əmtəə operatoru peşəsini Socar şirkəti zərərli iş hesab etməyib. Bugünə kimi zərərli işlərdə işlədiyi iş stajı 26 gün, 3 ay, 26 il təşkil edir. 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli il tarixli **********7 nömrəli mə ktubu ilə onun xahişindən imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, güzəştli pensiya hüququ verən 12 il 6 ay güzəştli iş stajı yoxdur və guya ki, onun cəmi 6 il 7 ay 5 gün güzəştli iş stajı var. Halbuki, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixindən bugünə kimi işlədiyi əmtəə operatoru peşəsi zərərli iş sayılır. Bu peşənin zərərli iş olması səbəbi ilə ona hər ay əlavə ödənişlər olunur. Bildirir ki, “əmtəə operatoru” peşəsi zərərli işdir. Həmin işdə o, yerdən çıxan nefti digər kimyəvi maddələrdən ayrılması ilə məşğul olur. İlk xam və çirkli nefti o, qarşılayıb ayırır. “Əmtəə operatoru” peşəsi birmənalı olaraq zərərli işdir. Halhazırda da, həmin vəzifədə çalışır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdehin ona ver ilən cavabını, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmamasını haqsızlıq hesab edir. Müraciətinə verilən cavablar tam əsassızdır. Bütün yuxarıda qeyd etdiklərini, işlədiyi əmək şəraitinin xüsusilə ağır olmasını, 25 ildən artıq əmək stajının olmasını və həmin illərin hamısının zərərli işlərdə işlədiyini nəzərə alaraq düşünür ki, cavabdehin müraciətini imtina cavabı ilə cavablandırması ona qarşı haqsızlıqdır və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmaması qanunsuzluqdur və onun hüquqlarını pozur.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
8. Məhkəmə sorğusuna əsasən “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş 14-21/2-1159/2023 nömrəli 16 iyun 2023-cü il tarixli cavab məktubu na əsasən, SOCARın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli SOCAR**********80020123X00340 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft mədənində xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və 2 №-li neft mədənində xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, 2 №-li neft və qazçıxarma sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əmtəə operatoru, Elmi- tədqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək lay təzyiqinin saxlanması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (03 il 06 ay 07 gün) işlədiyi quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz konde nsatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a— 15866 kodu ilə qeyd edilmiş “quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar” peşəsi ilə, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (01 il 06 ay 05 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi həmin yarımbölmədə 2130200a—15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək (01 il 06 ay 25 gün) işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi həmin yarımbölmədə 2130200a—15868 kodu ilə qeyd edilmiş «laylarda təzyiqin saxlanması üzrə operatorlar» peşəsi ilə eynilik təşkil edir (2 №-li siyahıni n 12.2-ci yarimbölməsində nəzərdə tutulan peşələr üzrə ümumi iş stajı 06 il 07 ay 05 gün). İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (14 il 01 ay 22 gün) işlədiyi əmtəə operatoru peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Laki n Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 12.3-cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı" yarımbölməsində nəzərdə tutulmuş “istehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xar ic edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltma-doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrin in müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-ixtisas Sorğu kitabçasının “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan əmək haqqı cədvəllərinə əsasən İddiaçı əmtəə operatoru peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 4 (dörd) faiz əlavə haqq ödənilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6246/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya 60 yaşından, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsini mövqeyinə əsasən, iddiaçının xx.xx.2021-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, eləcə də, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qayda da onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-897/2024 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə /sədrlik edən və məruzəçi/, G.Abbasova, R. Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda, eləcə də apellyasiya instansiya məhk əməsində Dövlət Neft Şirkətinin “Socar” X1 sorğuya cavab məktubunda iddiaçının işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, vəzifə təlimatları ətraflı şəkildə izah edilməklə müvafiq icra hakimiyyəti orqanının qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” vəzifə kodları dəqiq şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi SOCAR “Azneft” İB tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) k assasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş həddinə 60 yaşına xx.xx.2021-ci ildə çatmışdır. Bu səbəbdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası şamil edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən: axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müva fiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan qanunvericilik normasının tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtlərindən biri də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təmin atına imkan verməsidir. Nə birinci instansiya məhkəməsinin qərarında, nə də apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının malik olduğu fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə, eyni zamanda həmin kapitalın güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya kapitalına uyqun olub-olmaması barədə qeyd öz əksini tapmamış, bununla bağlı məhkəmələr tərəfindən hər hansı araşdırılma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiya: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu... Maddə 2.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir....
19. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instans iyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırı lmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin q ərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına qaytarılmasına dair verilmiş kassasiya şikayəti əsaslıdır, işin halları İPM-in 12 və 82-ci maddələrinin tələbləri pozulmaqla mübahisə üzrə yekun qərar qəbul etməyə yetəcək həcmdə və qaydada araşdırılmadığı üçün İPM-in 96.5.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
25. İlk öncə qeyd edilməlidir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş həddinə 60 yaşına xx.xx.2021-ci ildə çatmışdır. Bu səbəbdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası şamil edilməlidir.
26. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən: axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıq da, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
27. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan qanunvericilik normasının tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtlərindən biri də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir.
28. İşdən görünən odur ki, nə birinci instansiya məhkəməsinin qərarında, nə də apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının malik olduğu fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə, eyni zamanda həmin kapitalın güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya kapitalına uyqun olub-olmaması barədə qeyd öz əksini tapmamış, bununla bağlı məhkəmələr tərəfindən hər hansı araşdırılma aparılmamışdır.
29. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşaraq bildirir ki, pensiya qanunvericiliyi bilavasitə dövlətin Konstitusiyada təsbit olunmuş məqsədlərinin icrasına xidmət etdiyindən bu qəbildən olan işlər daha spesifik qanun normaları ilə tənzimlənir. Bu normalar isə özlüyündə bir sıra məhdudiyyətlər və zərurətlər gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göründüyü kimi, Qanunda sözügedən dəyişikliyin xx.xx.2022ci il tarixdən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsinə münasibətdə tətbiq edilməsi yolverilməz hesab edilmiş, qanunverici öz mövqeyini bu yöndə müəyyənləşdirərək pensiya qanunvericiliyində retrospektivləşməyə müəyyən məhdudiyyətlər gətirmişdir.
30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iddiaçın ın pensiya kapitalına münasibətdə gəldiyi nəticə kifayət qədər qanuni və əsaslı deyildir.
31. Bütün bunları nəzərə alaraq apellyasiya məhkəməsinin maddi hüquq normasını bu şəkildə tətbiq etməsi özlüyündə pozuntu təşkil etdiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla pensiya kapitalının müəyyən olunması ilə bağlı hissədə hərtərəfli araşdırma aparılmalı, bundan sonra iş üzrə yekun qərar qəbul etməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli 21(103 )-897/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 sentyabr 2024-cü il tarixli, 2-1(102)-2209/2024 nömrəli iş üzrə hakim Zakir Quliyevin Xüsusi rəyi Məlum olduğu kimi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6246/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşından, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-897/2024 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 sentyabr 2024-cü il tarixli, 21(102)-2209/2024 nömrəli qərarı il ə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli 2-1(103)-897/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qeyd edilən həmin qərarla razı deyiləm və aşağıda göstərilən səbəblərdən xüsusi rəydə qalıram. Hesab edirəm ki, cavabdeh kassasiya şikayətində nə imtina məktubunda, nə iddiaya qarşı etirazında, nə də apellyasiya şikayətində qeyd etmədiyi, iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan tamamilə yeni dəlillər irəli sürərək yeni mübahisə açmışdır. Belə ki, cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək olan redaksiyasına istinad edərək iddiaçının malik olduğu fərdi hesabın sığ orta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət olub-olmaması barədə dəlil irəli sürmüşdür. Cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə, xüsusən də kassasiya icraatında tamamilə yeni dəlilə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilibedi lməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. Cavabdeh imtinanın predmetini təşkil etməyən yeni dəlillərə yalnız obyektiv səbəblərin mövcud olduğu hallarda və iş üzrə kassasiya icraatına qədər olan mərhələdə istinad etməyə haqlıdır. Bu səbəbdən hesab edirəm ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli 2-1(103)897/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı idi. Hakim Zakir Quliyev