Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-221/2017 17.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı İKF-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-221/2017) Bakı şəhəri 17 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, İddiaçı İKF-nin nümayəndəsi X10, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinin nümayəndəsi X3, vəkili Vəkil iştirakı ilə, İddiaçı İKF-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya düzgün olmayaraq hesablanmış 26.663,13 manat məcburi dövlət sosial sığorta haqlarının ləğv edilməsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1448/2016 saylı, 09 avqust 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 04 mart 1998-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazir liyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış və əsas fəaliyyət növləri kommersiya, komisyon və firma mağazalarının təşkili, istifadəsi, vasitəçilik, barter, turizm, kirayə və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növlərinin, xidmətlərinin həyata keçirilməsidir. İddiaçıya Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Kommersiya Hüquqi şəxsinin X5 şəhadətnamə verilmişdir. İddiaçının fəaliyyətinin dayandırılması haqqında bildirişdə göstərilmişdir ki, vergi orqanına təqdim edilən ərizəyə əsasən fəaliyyəti müvəqqəti olaraq 16 iyun 2015-ci il tarixdən 01 sentyabr 2015-ci il tarixədək dayandırılmışdır. Ərizədə qeyd edilən son tarixdən fəaliyyəti bərpa olunacaq və iddiaçının vergi orqanına bəyannamə təqdim etmək öhd əliyi yaranacaqdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 27 aprel 2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, kameral yoxlama zamanı vergi orqanından daxil olmuş məlumata əsasən sığortaedənin 2014-cü ilin cəmi əmək haqqı fondu 198.437,52 manat göstərildiyi aşkar edilmişdir. Lakin DSMF-yə təqdim olunmuş B1 formalı hesabatda həmin il üçün cəmi əmək haqqı fondu 126.091,14 manat əks olunmuşdur. Nəticədə 73.346,38 manat fərq yaranmışdır. Göstərilənlərin nəzərə alınaraq 5 iş günü ərzində uyğunsuzluqların aradan qaldırılması və dürüstləşdirilmiş hesabatın təqdim olunması iddiaçıya təklif edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 01 may 2015-ci il tarixli məktubda cavabdehin 27 aprel 2015-ci il tarixli məktubuna cavab olaraq bildirilir ki, DSMF-nin 2015 ilin kvartal və illik B1 formalı hesabatlarında, eyni zamanda vergi orqanlarının hesabatlarında muzdlu işlə əlaqədar illik ödəmə mənbəyində tutulan vergi bəyannaməsində və illik mənfəət bəyannaməsində eyni məbləğ göstərilmiş, cəmi məbləğ 126.091,14 manat təşkil etmişdir. Firma 2015-ci ili əhatə edən yuxarıda adı çəkilən idarələrə təqdim edilmiş əmək haqqı fondunun hesabatlarında fərq aşkar etməmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 26 may 2015-ci il tarixli məktubda bildirilmişdir ki, DSMF-nin 2014-cü ilin rüblük B1 və illik B3 formalı hesabatlarında, eyni zamanda vergi orqanlarının hesabatlarında muzdlu işlə əlaqədar illik ödəmə mənbəyində tutulan vergi bəyannaməsində və illik mənfəət bəyannaməsində eyni məbləğ göstərilmişdir, cəmiməbləğ 126.091,14 manat təşkil etmişdir. Göstərilən məbləğ firmanın hesa blanmış əmək haqqı cədvəlindən yaranıb və 2014-cü ilin “B3 formalı statistik hesabatında öz əksini tapmışdır. 2015-ci il üzrə sifarişçilər ilə müqavilələr olmadığı üçün firmanın işçilərinin sayı və öhdəliklərində dəyişikliklər olmuşdur. İşçilərin sayı 2015-ci il üzrə 17 nəfərə enib və bununla əlaqədar vergi orqanlarına firma tərəfindən sənədlər təqdim edilmişdir. Vergi orqanı tərəfindən də bu hal qəbul edilmişdir. Göstərilənlərin nəzərə alınaraq, kameral qaydada firmaya düzgün olmayaraq hesablanmış əlavə pul məbləğlərinin ləğv edilməsi və firmanın hesabına qoyulmuş sərəncamların geri qaytarılması xahiş edilmişdir. Cavabdehin 03 iyun 2015-ci il tarixli iddiaçının müraciətini təmin etməkdən imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə Vergilər Nazirliyi arasında məlumat mübadiləsinin aparılması barədə razılaşma var və bu məlumat mübadiləsi sığortaedənlər (vergi ödəyiciləri) tərəfindən hər iki dövlət orqanına təqdim edilmiş hesabatlarda yaranmış uyğunsuzluqların aradan qaldırılmasına xidmət edir. Hər bir orqanın verdiyi məlumatı yalnız həmin orqan təkzib edə bilər. Vergi orqanından daxil olmuş 10 aprel 2015-ci il tarixli təsdiqedici sənəddə firmanın vergi orqanlarında 2014cü il üçün muzdlu işlə əlaqədar gəlir məbləği 198.437,52 manat göstərilmişdir ki, bu da DSMF-yə təqdim olunmuş B1 formalı hesabatda göstərilən 126.091,14 manat əmək haqqı fondu ilə 73.346,38 manat fərq yaradır. İddiaçı 22 iyun 2015-ci il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərəkiddiaçıya düzgün olmayar aq hesablanmış 26.663,13 manat məcburi dövlət sosial sığorta haqlarının ləğv edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş 2014-cü ilin rüblük B1 və illik B3 formalı hesabatlarında muzdlu işlə əlaqədar gəlir məbləği, həmçinin, vergi orqanına təqdim olunmuş muzdlu işlə əlaqədar illik ödəmə mənbəyində tutulan vergi bəyannaməsində və illik mənfəət vergisi bəyannaməsində də eyni məbləğ, yəni cəmi 126.091,14 manat göstərilmişdir. Göstərilən məbləğ firmanın hesablanmış əmək haqqı cədvəli üzrə tərtib olunub və 2014-cü ilin “B3 formalı statistik hesabatında da öz əksini tapmışdır. Firmanın iş həcmi aşağı düşdüyündən və sifarişçilər ilə müqavilələr olmadığı üçün firmanın işçilərinin sayında və öhdəliklərində dəyişikliklər olmuşdur. Bununla bağlı vergi orqanına müvafiq sənədlər təqdim edilmiş və vergi orqanı tərəfindən də bu hal qəbul edilmişdir. Lakin cavabdeh yuxarıda qeyd olunanları nəzərə almamış və firmaya qanunsuz olaraq əlavə pul məbləği hesablamış və firmanın hesabına sərəncam qoymuşdur. Belə ki, cavabdeh 03 iyun 2015-ci il tarixli məktubunda ona əsaslanmışdır ki, vergi orqanından daxil olmuş 10.04.2015-ci il tarixli təsdiqedici sənəddə firmanın vergi orqanlarında 2014-cü il üçün muzdlu işlə əlaqədar gəlir məbləği 198.437,52 manat göstərilmişdir ki, bu da cavabdehə təqdim olunmuş B1 formalı hesabatda göstərilən 126.091,14 manat əmək haqqı fondu ilə 72.346,38 manat fərq yaradır. Cavabdeh tərəfindən cəmiyyətə hesablanmış əlavə məcburi dövlət sosial sığorta haqla rı məbləğləri əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Cavabdehə ünvanladıqları 26.05.2015-ci il tarixli məktubda, həmçinin nümayəndələrinin cavabdehə orqana gedərək orda verdiyi şifahi izahatlarında yaranan fərqin səbəblərini cavabdehə rəsmi qaydada bildirsələr də bunun heç bir nəticəsi olmamışdır. Vergi orqanları Respublikada fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti ilə illik əmək haqqından gəlirlər üzrə əməkdaşlıq müqavilələri bağlayır. Bu müqavilələr üzrə hüquqi və fiziki şəxslərin illik əmək haqlarından vergilər üzrə dövlət büdcəsinə ödəmələri müəyyənləşdirir. Belə bir müqavilə də 2014-cü ilin əvvəlində firma ilə vergi orqanı arasında bağlanmışdır. Lakin firmanın iş həcmi olmadığından işçilərin ixtisarı getmiş və bu barədə vergi orqanına məlumat verilər ək öhdəliklərdə dəyişikliklərin olacağı bildirilmişdir. Bu barədə də cavabdehə 26 may 2015-ci il tarixli izahat məktubu təqdim edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2474/2015 saylı, 03 sentyabr 2015-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-419/16 saylı iş) 17 mart 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı firmanın 2015-ci il üzrə sifarişçilərlə müqaviləsi olmadığı üçün firmanın işçilərinin sayı və öhdəliklərində dəyişiklik olmuşdur. Bu hal iş materiallarında olan iddiaçının vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyan naməsi ilə də təsdiq olunur. Lakin buna baxmayaraq cavabdeh orqan iddiaçıya əlavə pul məbləği hesablamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçiMayılov Ülvi Arif oğlu və X6, 2-1(103)-1448/2016 saylı iş)09 avqust 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 08 sentyabr 2016-cı il tarixdə qərarın surətini almış, 06 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının cavabdehə olan məcburi dövlət sosial sığorta haqları üzrə borcu müəssisənin işçilərinə verdiyi əmək ha qqına nisbətdə hesablayıb ödəmədiyi məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcdur. “Sosial sığorta haqqında” və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbinə görə bu borcun ödənilməsi məcburidir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları Dövlət Sosial Müdafiə Fondunun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Bu qanunla vətəndaşlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğind ən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının müddəaları nəzərə alınmadan birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcun ləğv edilməsi barədə iddianın təmin edilməsi ilə bilavasitə iddiaçı firmada işləyən vətəndaşların pensiya və digər sosial müdafiə hüquqları pozulmuşdur. Bu hal həmin müəssisədə işləyən sığortaolunanların gələcəkdə pensiyaya çıxdığı zaman sosial sığorta ödənişlərinin pensiyaya əlavə edilməməsi haqlı narazılığa səbəb olacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə Vergilər Nazirliyi arasında məlumat mübadiləsinin aparılması barədə razılaşma var və bu məlumat mübadiləsi sığortaedənlər ( vergi ödəyiciləri) tərəfindən hər iki dövlət orqanına təqdim edilmiş hesabatlarda yaranmış uyğunsuzluqların aradan qaldırılmasına xidmət edir. Hər bir orqanın verdiyi məlumatı yalnız həmin orqan təkzib edə bilər. Vergi orqanından daxil olmuş 10.04.2015-ci il tarixli təsdiqedici sənəddə firmanın vergi orqanlarında 2014-cü il üçün muzdlu işlə əlaqədar gəlir məbləği 198.437,52 manat göstərilmişdir ki, bu da DSMF-yə təqdim olunmuş B1 formalı hesabatda göstərilən 126.091,14 manat əmək haqqı fondu ilə 72.346,38 manat fərq yaradır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etmə mişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdeh iddiaçıya vergi orqanlarına təqdim edilmiş sənədlərə əsasən 2014-cü il üçün muzdlu işlə əlaqədar gəlir məbləği 198.437,52 manat olmasına istinad etməklə əlavə məcburi dövlət sığorta haqqı hesablamışdır. İddiaçı isə 2014-cü il üçün muzdlu işlə əlaqədar gəlir məbləği nin 126.091,14 manat olduğunu bildirmişdir. İddiaçı vergi orqanlarına təqdim etdiyi mənfəət vergisi bəyannamələrində əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə xərclər qismində 2014-cü il vergi dövrü üçün 125.904,14 manat göstərmişdir. İddiaçı cavabdehə göndərdiyi 2014-cü ilin rüblük B1 və illik B3 formalı statistik hesabatında muzdlu işlə əlaqədar 126.091,14 manat göstərmişdir. Cavabdeh isə bəyan etmişdir ki, iddiaçı vergi orqanına təqdim etdiyi sənədlərdə 2014-cü il üçün muzdlu işlə əlaqədar gəlir məbləğini 198.437,52 manat qeyd etmişdir. Cavabdeh bu barədə məhkəmələrə hər hansı sənəd təqdim etməmişdir. İşdə iddiaçının vergi orqanına muzdlu işlə əlaqədar gəlir məbləğinin 2014-cü ildə 198.437,52 manat olmasına dair vergi bəyannaməsi təqdim etməsi təsdiq edilmir. “İnzibati icraat ha qqında” Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1-ci maddə). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (61.2-ci maddə). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (61.4-cü maddə). İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəru ri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları obyektiv araşdırmamış, gəldiyi nəticəni icraat zamanı tədqiq olunan sübutla əsaslandırmamış, işin faktiki halını təsdiq edən sübutu təqdim etməmişdir. Cavabdeh iddiaçının hazırkı qərarla tələbini istisna edən faktiki şərtlərin mövcudluğuna dair sübut təqdim edə bilməmişdir. “Sosial sığorta haqqında” Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığo rta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Qanunun 10-cu maddəsinə görə sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək sığorta edənlərin hüququ, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaçının vəzifəsidir. Qanunun 14-cü maddəsinə görə sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata k eçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra ha kimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir. İddiaçının qanunvericiliyin müddəalarına əməl etməməsi barədə cavabdehin dəlilləri məhkəmə kollegiyasının iclasında sübuta yetməmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi h issə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1448/2016 saylı, 09 avqust 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-221/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-221/2017
17.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver