Məhkəmə qərarları › İş №2-1(102)-221/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-221/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-221/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1348/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 16.08.1998-ci il tarixdə RF Dərbənd şəhərində yerləşən «Yujdağ» Beynəlxalq Universitetinin tibb fakültəsinə daxil olmuş, 01.09.2001-ci il tarixdə isə həmin təhsil müəssisəsindən Həştərxan Dövlət Tibb Akademiyasına köçürülərək, 17.06.2004-cü il tarixdə adıçəkilən Akademiyanın «mamalıq və ginekologiya» fakültəsini bitirmişdir. 01.08.2004-cü il tarixdən 30.06.2005-ci il tarixədək Həştərxan şəhəri 2 nömrəli Şəhər Kliniki Doğum Evində internatura keçmişdir. Dövlət Attestasiya Komissiyasının 17.06.2004-cü il tarixli qərarı ilə ona XXX **** nömrəli diplom verilmişdir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2960/2017 saylı iş üzrə 27 dekabr 2017-ci il tarixli Qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Iddiaçı Həştərxan Dövlət Tibb Akademiyası tərəfindən verilmiş 17.06.2004-cü il tarixdə XXX **** nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirli yinin üzərinə qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2960/2017 saylı iş üzrə 27 dekabr 2017-ci il tarixli Qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1348/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2960/2017 saylı iş üzrə 27 dekabr 2017-ci il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının 13.05.2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» t əsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirilməkdə haqlı olmamışdır. Belə ki, AR NK-nın 13.05.2003-cü il tarixli, 13 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin III hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1348/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının Həştərxan Dövlət Tibb Akademiyasına köçürülmək üçün əsas olmuş akademik arayış «Yujdağ» Universitetinin nəzdində fəaliyyət göstərən Həştərxan Dövlət Tibb Akademiyasının Dərbənd Filialı tərəfindən verilsə də, sənədə həmin Filialın möhürü vurulmamışdır. Bundan başqa, Rusiya Federasiyasının Təhsil Nazirliyinin qanuni fəaliyyət göstərən ali məktəblərinin siyahısında Həştərxan Dövlət Tibb Akademiyasının adı aşkarlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq standartlarına qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi, Rusiya Federasiyasının yuxarıda adıçəkilən dövlət təşkila tı həmin Filialın mövcudluğunu təsdiq etmir. Eyni zamanda, qeyd olunan Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi olmalıdır. Lakin Filialın mövcudluğu təsdiq edilmədiyi halda, orada verilən təhsilin məzmunu barədə müsbət rəy verilə bilməz. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Kassator İPM-nin 90, 94-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1348/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izah atları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1348/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Iddiaçı 16.08.1998-ci il tarixdə RF Dərbənd şəhərində yerləşən «Yujdağ» Beynəlxalq Universitetinin tibb fakültəsinə daxil olmuş, 01.09.2001-c i il tarixdə isə həmin təhsil müəssisəsindən Həştərxan Dövlət Tibb Akademiyasına köçürülərək, 17.06.2004-cü il tarixdə adıçəkilən Akademiyanın «mamalıq və ginekologiya» fakültəsini bitirmişdir. 01.08.2004-cü il tarixdən 30.06.2005-ci il tarixədək Həştərxan şəhəri 2 nömrəli Şəhər Kliniki Doğum Evində internatura keçmişdir. Dövlət Attestasiya Komissiyasının 17.06.2004-cü il tarixli qərarı ilə ona XXX **** nömrəli diplom verilmişdir. 08.05.1998-ci il tarixdə «Yujdağ» Beynəlxalq Universiteti ilə Həştərxan Dövlət Tibb Akademiyası arasında bağlanmış müqaviləyə və «Yujdağ» Beynəlxalq Universitetinin bazasında Həştərxan Dövlət Tibb Akademiyasının müalicə fakültəsinin yaradılması barədə «Əsasnamə»yə əsasən, tibb fakültəsinin 1-ci kursuna qəbul və 3-cü kursun sonunadək təhsil «Yujdağ» Beynəlxalq Uni versitetində aparılır, dərslər Dərbənd şəhərində keçirilir. Tələbələr 3-cü kursdan sonra Həştərxan Dövlət Tibb Akademiyasına köçürülür, tibb ixtisası üzrə təhsillərini həmin Akademiyada davam etdirib başa vururlar. Rusiya Federasiyası Həştərxan Dövlət Tibb Akademiyası tərəfindən verilmiş 04.09.2015-ci il tarixli «Arxiv arayışı» ilə təsdiq olunur ki, iddiaçı R.P.İsayeva 16.08.1998-ci il tarixdə RF Dərbənd şəhərində yerləşən «Yujdağ» Beynəlxalq Universitetinin tibb fakültəsinə daxil olmuş, 01.09.2001-ci il tarixdə isə həmin təhsil müəssisəsindən Həştərxan Dövlət Tibb Akademiyasına köçürülərək, 17.06.2004-cü il tarixdə adıçəkilən Akademiyanı bitirmişdir. İddiaçının adına verilmiş XXX **** nömrəli diplomla təsdiq olunur ki iddiaçı 2004-cü ildə Həştərxan Dövlət Tibb Akademiyasını əyani bitirmiş, 26.06.2004-cü il tarixdə Akademiyada həkim andı içmiş və Dövlət Attestasiya Komissiyasının 17.06.2004-cü il tarixli qərarı ilə ona 10.02.2006-cı ildə 126 qeydiyyat nömrəsi olan diplom verilmiş və Həştərxan Dövlət Tibb Akademiyası tərəfindən iddiaçıya verilmiş XXX **** nömrəli diplom Rusiya Federasiyasında aidiyyəti qurum tərəfindən apostil olunmuşdur. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Azərbaycan Respublikası və Rusiya Federasiyası istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməs i öhdəliyini götürmüşlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərə findən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 1.6-cı maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, xarici dövlət tərəfindən verilm iş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İxtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydaların II hissəsində, ixtisasların ekvivale ntliyinin müəyyənləşdirilməsi isə Qaydaların III hissəsində nizamlanmışdır. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Qeyd edilmiş Sazişin: - 1-ci bəndinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur; - 2-ci bəndinə əsasən, bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusi ya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur. Bu iki müddəaların mənasından bəlli olur ki, Rusiya Federasiyasında verilmiş diplom aşağıdakı şərtlərin mövcudluğu halında təhsinin davam etdirilməsi üçün tanına və ixtisas dərəcəsinə əsasən işə qəbul olunma hüququnu verə bilər: ali təhsil müəssisəsi Rusiya Federasiyasında dövlət qeydiyyatından keçməli; - diplom Azərbaycan Respublikasında verilən diplomların təhsil müddətinə və təhsilin məzmununa uyğun gəlməlidir. Beləliklə, istər beynəlxalq Konvensiyanın tələblərinin icrası ilə bağlı, istərsə də iki dövlət arasında bağlanmış Sazişin müddəalarına görə, diplomun tanınması və ixtisas dərəcəsinin müəyyən edilməsi üçün müvafiq prosedur qaydalarına riayət edilməsi zəruri olmuş və bu prosedur yuxarıda istinad edilmiş Qaydalara əsasən həyata keçirilməlidir. İstinad edilmiş Konvensiya, Saziş və Qaydalara uyğun olaraq mübahisənin həlli ilə bağlı aşağı instnasiya məhkəmələrin apardığı araşdırma ilə cavabdehin bildirişinin əsasının düzgün olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb diplomunun tanınması ilə bağlı olmuşdur. Diplomun tanınması ilə bağlı Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edil məsi (nostrifikasiya)" Qaydalarının 3.6-cı maddəsinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafıq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Halbuki iddiaçıya mənfi rəy verilməsi Qaydaların 3.6-cı bəndinə uyğun olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bi ldirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməm əli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1348/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar