Məhkəmə qərarları › İş №2-1(102)-221/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-221/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-221/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanların icra sənədləri üzrə icraatla bağlı icra məmurunun qərar və hərəkətlərindən verilmiş iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğvi, i cra tədbirlərinin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 2-1(103)-2733/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2021-ci il 24 iyun tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyevin hərəkətlərinin qanunsuz hesab edilərək onun icraatında olan 2021-ci il 23 fevral tarixli “İcraata başlamaq haqqında” qərarın ləğv edilməsi, cavabdehin təqdimatı əsasında məhkəmə tərəfindən müəssisənin əmlakları üzərinə qoyulmuş hə bslərin aradan qaldırılmasına dair vəzifənin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 7 sentyabr tarixli, 2-1(112)-7833/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının şikayəti icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə şikayət verməmiş, ümumi məhkəmədə və inzibati məhkəmədə ayrıc a iddia qaldırmışdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 2-1(103)-2733/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 7 sentyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

8. Kass asiya şikayətində qeyd edilmişdir ki, iddia tələbi və apellyasiya şikayəti əsaslandırılarkən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın tələblərinə əsasən, vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Bununla belə vurğulanmalıdır ki, şəxsin vergi məsuliyyətinə cəlb edilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində məhkəmə və ya vergi orqanı həll etməlidir. Bu məqsədlə qanunverici adıçəkilən səlahiyyətlərin həcmini və həyata keçirilmə qaydalarını birbaşa Vergi Məcəlləsində müəyyən etmişdir. İddia tələbinə qoyulmuş tələb mübahisələndirmə haqqında iddia olmuş və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsinə yönəlmişdir. Məhkəməl ər tərəfindən gəlinmiş icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlərin (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməməsi barədə qənaəti əsassız olmuşdur. İcra məmurunun istər hərəkətləri, istərsə də qəbul etdiyi qərar şəxsin hüquq və vəzifələri ilə bağlı olmuşdur. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı m übahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. «İcra haqqında» Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Tələbin əmlaka yönəldilməsi ilə bağlı icra məmuru tərəfindən məhkəmə qərarı ilə deyil, müstəqil qərar verməsi əsassız bir qənaətdir. Belə qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məs ələləri tənzimlədiyindən iddia mümkün hesab edilməlidir. İPM-nin 35-ci maddəsinin tələbləri də bu cür iddiaların mümkün sayıldığı qeyd edilmişdir. Məhkəmələrin qənaətinə əsasən məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilməsi, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması inzibati icraata daxil olan iddialara münasibətdə tətbiq edilə bilməz. Hesab edilməlidir ki, bu əsaslandırma yanlışdır və iddia tələbi İPM-nin tələbləri qaydasında mümkün hesab edilərək baxılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən tətbiq edilən hüquq normalan - «İcra haqqında» Qanunun 14.1-ci maddəsi, 20.5-ci maddəsi, və istinad edilən MPM-in 228-232-ci maddələri düzgün tətbiq edilm əmişdir. Apellyasiya məhkəməsi tərəfindən tətbiq edilməli olan İPM-nin 2.2.1, 8, 32 və 35-ci və İcra Haqqında Qanunun 87-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. b. kassasiya şikayətinə dair mülahizənin dəlilləri

9. Cavabdeh kassasiya şikayətinə dair mülahizə təqdim etmişdir. Mülahizədə göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********605500 nömrəli, 2020-ci il 15 sentyabr tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC tərəfindən 26.173,24 əsas, 7.245,51 manat faiz, 120,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 33538,24 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 2021-ci il 23 fevral tarixdə daxil olmuş və həmin tarixdə “icraata başlamaq haqqınd a” qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün müvafiq orqana göndərilmişdir. İcra sənədi üzrə borclu tələbi könüllü müddət ərzində icra etməmiş və belə olan halda məcburi icra hərəkətləri həyata keçirilərək, “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən borclu "xxxx" MMC-nin adına ünvan 1 ünvanında yerləşən 173,10 kv.m və 57.40 kv.m qeyri-yaşayış sahələrindən ibarət ümumi sahəsi 0,6366 ha olan torpaq sahəsi aşkar edilmişdir. Nərimanov rayon məhkəməsinin 8(005)-227/2021 saylı, 2021-ci il 5 may tarixli qərardadına əsasən borclu "xxxx" MMCnin adına ünvan 2 ünvanında yerləşən 173,10 kv.m və 57.40 kv.m qeyri-yaşayış sahələrindən ibarət ümumi sahəsi 0,6366 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borclu "xxxx" MMC 2021-ci il 2 6 aprel tarixdə şöbəyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 173,10 kv.m qeyri-yaşayış sahəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********605500 nömrəli, 2020- ci il 15 sentyabr tarixli qərarının və Nərimanov rayon məhkəməsinin 8(005)-227/2021 saylı, 2021-ci il 5 may tarixli qərardadının ləğv edilməsi üçün borcluya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Bakı Apellyasiya Məhkəməsinin 8(103)-294/2021 saylı, 2021-ci il 21 iyun tarixli qərardadına əsasən borclu İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Nərimanov rayon məhkəməsinin 8(005)-227/2021 saylı, 2021-ci il 5 may tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7833/2021 saylı, 2021-ci il 7 sentyabr tarixli qərardadına əsasən borclu "xxxx" MMC-nin iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2733/2021 saylı, 2021-ci il 25 oktyabr tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7833/2021 saylı, 2021-ci il 7 sentyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməm işdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcə llədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktik i halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

12. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

14. İş materiallarından görünür ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7605500 nömrəli, 2020-ci 15 sentyabr tarixli icra sənədinə əsasən borclu İddiaçı MMC tərəfindən 26.173,24 əsas, 7.245.51 manat faiz, 120.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 33538.24 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

15. İcra sənədi cavabdeh şöbənin icraatına 2021-ci il 23 fevral tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün müvafiq orqana göndərilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hazırkı məzmunda iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi, həm də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

17. Apellyasiya instansiyası məhkəməsi həmin qənaətin əsası kimi, həmçinin qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 10 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında ” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.”

18. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, icra sənədinin bilavasitə məhkəmə tərəfindən verilmədiyi nəzərə alındıqda, icra qurumunun qərarının mübahisələndirilməsi üçün müvafiq məhkəmənin (icra qurumunun olduğu yer üzrə səlahiyyətli məhkəmənin) müəyyən edilməsi zamanı, ilk növbədə, mübahisənin xarakteri, onun publik və ya xüsusi hüquq münasibətlərindən irəli gəldiyi nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qə rarında ifadə olunmuş “məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə... şikayət edə bilərlər” məzmunda hüquqi mövqe nəzərə alındıqda, inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə inzibati məhkəmələrin qərarlarının icrası üzrə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhz həmin icra sənədini vermiş inzibati məhkəməyə şikayət vermək olar. Belə olan halda, digər orqanların verdikləri icra sənədləri üzrə də icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərin verilməli olduğu müvafiq səlahiyyətli məhkəmə həmin icra sənədlərinin publik və ya xüsusi hüquq sahəsinə aid məsələnin həlli ilə bağlı qəbul edilmiş qərarın icrası üçün ve rildiyi nəzərə alınmalıdır.

19. Hazırkı halda, icra sənədi vergi orqanının (inzibati orqanın) inzibati icraat qaydasında qəbul etdiyi “vergi ödəyicisinə vergi borcunun hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi barədə” qərarının (inzibati aktının) icrasının təmin olunması üçün verilmişdir. Buna görə də, həmin icra sənədi üzrə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə baxmaq səlahiyyəti inzibati məhkəməyə aid olduğundan, həmin mübahisəyə İPM ilə müəyyən edilmiş qaydada baxılmalıdır.

20. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını mübahisənin aidiyyəti və iddianın mümkünlük şərtləri baxımından tam və hərtərəfli araşdırmamış, onlara lazımi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyün ə da aiddir.

21. İPM-in 12.1, 35.1, 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, habelə irəli sürülən tələblərin aidiyyətlə bağlı mümkünlük şərtlərindən başqa həmin tələblərin hər birinin ayrılıqda digər mümkünlük şərtlərinin yoxlanılması da tələb olunduğundan şikayət iddianın mümkün hesab edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

23. Yuxarıd a göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 21(103)-2733/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar