Məhkəmə qərarları › İş №2-1(102)-221/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-221/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-221/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmaqla bağlı öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli protokolunun ona dair bəndindən verdiyi şikayət üzrə Azərbaycan Respublikası Vəkillər X1 4 noyabr 2021-ci il tarixli qərarını ləğv edib cavabdehin üzərinə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmağla bağlı öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-286/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əvvəllər vəkil olmuş şəxs kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsindən azad olunduğunu nəzərə alaraq şifahi müsabiqədə iştirak etmək məqsədilə Vəkillər Kollegiyasının Rəyasət Heyət i tərəfindən müəyyən olunmuş sənədlərinin qəbul edilməsini və ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmağını xahiş etmiş və 21 sentyabr 2021-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmışdır.

2. Qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olduğu üçün 19 oktyabr 2021-ci il tarixli 27 saylı iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddiaçının cavablarını “qeyri-məqbul” qiymətləndirdiyindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (https://barassociation.az/news/753) dərc edilmiş şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısında yer almamış, iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir.

3. Bundan sonra iddiaçı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət verərək, Vəkillərin İxtisas Komissiyasının onun şifahi müsahibədə verdiyi cavabın qeyri-kafi qiymətləndirilməsinə dair qərarının qanunsuz, əsassız və qərəzli olduğundan ləğv edilməsini, onun cavabının məqbul qiymətləndirilməsinə dair qərar qəbul edilməsini və onun and içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbulu ilə bağlı göstəriş verilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli, 15 saylı iclas protokolundan çıxarışa əsasən, iddiaçının müraciəti əsaslı olmadığından təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində i craat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının 19 oktyabr 2021-ci il tarixli protokolunun ona dair bəndindən verdiyi şikayət üzrə Vəkillər X1 04 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün andiçməyə çağırılmağının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vəkillər X1 xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçının vəkillik fəaliyyətinə xitam verilmişdir. İddiaçı vəkillik fəaliyyətinin bərpa edilməsi ilə bağlı sənədlərini təkrarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim e dərək şifahi müsahibə mərhələsinə buraxılmasını xahiş etmiş və 2021-ci ilin sentyabrında İxtisas Komissiyasına çağırılmışdır. O, komissiya üzvlərinin verdiyi 5 sualın 5-ni də müvəffəqiyyətlə cavablandırsa da, adı İxtisas Komissiyasının şifahi müsahibəsindən keçmiş namizədlər siyahısına daxil edilməmişdir. İmtahandan keçməməsi ilə bağlı qərardan verdiyi şikayət Vəkillər X1 04 noyabr 2021-ci il tarixli qərarı ilə rədd edilmiş, lakin qərar ona təqdim edilməmişdir. Müraciətindən sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti sədrinin müavini Pərviz Ələkbərov ona 11 noyabr 2021-ci il tarixli, 1267 saylı məktub göndərərək ərizəsinin təmin edilmədiyini bildirmişdir. İddiaçı cavabdeh tərəfindən ona qarşı qərəzli davranıldığına istinadən (siyasi səbəblərdən təqib olunanları müdafiə etdiyi üçün) idd ia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, ixtisas imtahanının şifahi müsahibə mərhələsində onun barəsində müsbət rəy verilmədiyi üçün iddiaçının belə tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Qanunvericiliyin müddəalarına əsasən, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi və bu barədə müvafiq rəyin mövcudluğu tələb olunur. Qeyd olunan şərtlər ödənildikdən sonra və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin İ və İİ hissəsindən irəli gələn vəkil statusunun əldə edilməsini istisna edən hallar mövcud olmadıqda namizəd Vəkillər Kollegiyasına üzv qəbul edilir. Odur ki, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə verməsi və müvafiq rəy faktiki olaraq mövcud olmadığı halda, üzvlüyə qəbul edilmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edilə bilməz. Hazırkı iş üzrə araşdırma predmetini yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi təşkil edə bilər. Belə ki, Vəkillərin İxtisas Komissiyasının imtahan qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları məhkəmə təftişinin predmeti ola bilər. Lakin hazırkı halda iddiaçı mümkünlük şərtlərinə cavab verməyən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-496/2022 nömrəli, 24 iyun 2022-ci il tar ixli (hakim V.Ə.Musayev) qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla, peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsindən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, məhkəmənin yoxlama predmetinə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı inzibati orqanın hərəkətinin qanuni əsası nın şərtlərinin yoxlanılması aiddir. Məhkəmə araşdırması zamanı Vəkillərin İxtisas Komissiyasının mübahisələndirilən qərarının “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Bundan əlavə, imtahanın gedişatı zamanı digər namizədlərlə müqayisədə iddiaçıya imtahan verilməsi üçün ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yaradıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə iddiaçıya münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı hal müəyyən edilmədiyindən, iddiaçının “cavabdehin ona qarşı qərəzli mövqedə olması” ilə bağlı dəlilləri əsassızdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərar ın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-286/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikay ətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətində işin halları sadalanmış və şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır... Maddə

11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti İİİ. Vəkillər Kollegiyasının Rəyasət Heyəti:... Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı sə lahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır;... Maddə

13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.... İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim e dir.... Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (...) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. 17. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”: 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilir. 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komi ssiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək a parılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. 18. “İnzibati icraat haqqında” Qanun Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətləri ni qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə

22. İşə baxılmasında qərəzsizlik 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 22.2. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, verilmiş şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı ).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

26. Hazırkı iş üzrə iddiaçı “Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının 19 oktyabr 2021-ci il tarixli protokolunun iddiaçıya dair bəndindən verdiyi şikayət üzrə Vəkillər X1 04 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və Azərbay can Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün andiçməyə çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələb irəli sürmüşdür.

27. İddiaçının tələbinin birinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 19 oktyabr 2021-ci il tarixli 27 saylı iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddiaçının cavablarını “qeyri-məqbul” qiymətləndirdiyindən, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (https://barassociation.az/news/753) dərc edilmiş şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısında iddiaçı yer almamış, ona Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir. İddiaçı imtahanın nəticəsindən narazı olduğu üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət vermiş, həmin şikayətin əsasında qəbul edilmiş mübahisələndirilən Vəkillər X1 04 noyabr 2021-ci il tarixli qərarı ilə onun vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticəsi ilə bağlı müraciəti əsaslı olmadığından təmin edilməmişdir.

28. Vəkillər X1 7 iyul 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının 6.5-ci bəndinə əsasən, müsahibənin nəticələrinə dair Komissiyanın qərarından narazı olan namizədlər qərarın elan olunduğu gündən 5 (beş) gün müddətində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət verə bilərlər. Həmin şikayətə Rəyasət Heyətinin iclasında baxılır və bu barədə müvafiq cavab verilir.

29. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərar (Vəkillər X1 04 noyabr 2021-ci il tarixli qərarı) yuxarı inzibati orqanın qərarıdır.

30. İPM-nin 32.2.2-ci maddəsinə əsasən, barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

31. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərar ilə barəsində şikayət verilən inzibati akt dəyişdirilmədiyindən, əslində iddia tələbi onun barəsində müsbət rəy verilməməsinə dair akt ilə bağlı olmalı idi.

32. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırıla n iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

33. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə müvafiq yardım edilməklə iddia tələbi dəqiqləşdirilməsə də, bu pozuntu apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsas deyil. Belə ki, iddiaçının tələbinin ikinci hissəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün andiçməyə çağırılması ilə bağlı öhdəlik qoyulması tələbi mahiy yətcə iddiaçı tərəfindən müsbət rəy verilməməsi ilə bağlı aktın qanuniliyinin qiymətləndirilməsini tələb edir. Belə ki, yalnız barəsində müsbət rəy verilmiş və icbari təlimi müvəffəqiyyətlə başa vurmuş namizədlər and içməyə buraxılırlar.

34. Məhkəmə kollegiyası iddiaçının and içməyə çağırılması ilə bağlı iddia tələbi ilə əlaqədar isə aşağıdakıları qeyd edir.

35. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və yuxarıda qeyd olunan hallarına əsasən, şifahi müsahibədə iştirak etmiş iddiaçının cavabları “qeyriməqbul” qiymətləndirilmişdir. İddiaçı imtahanın nəticələrini mübahisələndirərkən siyasi səbəblərdən təqib olunan şəxsləri və təşkilatları müdafiə etdiyi üçün ayrı-seçkiliyə məruz qaldığına istinad etsə də, digər namizədlərlə müqayisədə fərqli imtahan şəraiti yaradılması (məsələn, suallara cavab verməsi üçün daha az vaxt verilməsi, daha çox sual və ya imtahan proqramından kənar suallar verilməsi, suallara cavab verməsi üçün şərait yaradılmaması və sair) ilə bağlı hər hansı dəlillər irəli sürməmişdir. Başqa sözlə, iddiaçı Vəkillər Kollegiyasının İxtisas Komissiyasının şifahi müsahibə mərhələsinin keçirilməsi qaydalarını mübahisələndirməmiş, imtahan zamanı ona ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yaradıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə ona münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı dəlilə istinad etməmişdir. İddiaçının başlıca dəlili, komissiya üzvlərinin verdiyi beş sualın beşini də müvəffəqiyyətlə cavablandırmasına baxmayaraq, cavabdeh tərəfindən ona qarşı qərəzli davranılma sı barədədir.

36. Bununla bağlı qeyd edilməlidir ki, ayrı-seçkilik, şəxslər yalnız müəyyən qrup insanlara və ya müəyyən kateqoriya insanlara məxsus olduqları və ya aid edildiklərindən başqaları ilə müqayisədə onlara qarşı mənfi rəftar olduqda baş verir. İnsanlar ayrı-seçkiliyə öz yaşına, əlillik vəziyyətinə, etnik mənsubiyyətinə, mənşəyinə, siyasi inanclarına, irqi, dini və cinsi mənsubiyyətinə, dilinə, mədəniyyətinə görə və digər səbəblər üzündən məruz qala bilərlər.

37. Bərabərlik və ayrı-seçkililiyin olmaması prinsipləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsində müəyyən edilmişdir: “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar” (Maddə 1). Ləyaqət və hüquq bərəbərliyi anlayışı müasir demokratiyaya daxildir və beləliklə, dövlətlər müxtəlif azlıqları və hə ssas qrupları bərabər olmayan rəftardan qorumağa məcburdurlar. Bu Bəyannamənin 2-ci maddəsi ayrıseçkilikdən azadlığı təmin edir: “Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.”.

38. Avropa Şurasının üzv dövlətləri də həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 14-cü maddəsinə əsasən ayrı-seçkilik etməməyə borcludurlar. Bu maddə yalnız Konvensiyada göstərilən digər hüquqlardan istifadə etməkdə ayrıseçkilikdən qorunmanı təmin edir. AİHK-nin 12 saylı Protokolu bərabərlik hüququna və ümumi olaraq ayrı-seçkiliyin qadağan edilməsinə dair daha güclü azadlıq hüququ təmin etmək üçün hazırlanmışdır: “Qanunla nəzərdə tutulmuş istənilən hüquqdan istifadə hər hansı digər əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.” (İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 12 saylı Protokolu).

39. Ayrıseçkilik edildiyinə istinad edən iddiaçı, bunu siyasi səbəblərdən təqib olunan şəxsləri və təşkilatları müdafiə etməsi ilə əlaqələndirsə də, Vəkillər Kollegiyası tərəfindən aparılan imtahan zamanı prosesin gedişində ona öz mövqeyini ifadə etmək, namizəd kimi hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaradılmadığını təsdiq edən nəinki hər hansı sübut təqdim etməmiş, belə bir halın baş verməsi barədə heç bir fikir (dəlil) bildirməmişdir. Bu isə öz növbəsində iddiaçının ona qarşı ayrı-seçkilik təəssüratı yaratmağa çalışdığını təs diq edir. Odur ki, məhkəmə kollegiyası iş üzrə iddiaçının ayrı-seçkiliklə əlaqədar dəlilini əsassız hesab edir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından, şikayətin təmin olunması üçün əsaslar yoxdur. Odur ki, barəsində şikayət verilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-286/2022 nömrəli, 6 oktyabr 2 022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar