Məhkəmə qərarları › İş №2-1(102)-221/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-221/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-221/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb e dilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3579 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2383/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********5124 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarı ilə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ 1215 ünvanında yerləşən obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəf indən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.

2. Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 002690 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nət icəsi haqqında” aktına əsasən keçirilmiş operativ yoxlama zamanı iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ 1215 ünvanında yerləşən Vətən restoranında 32 nəfər fiziki şəxs yoxlamaya cəlb edilmişdir. Cəlb edilmiş 32 nəfər fiziki şəxsdən 8 nəfər (X1, X12, X8, X18, X9, X13, X3, X14) fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir.

3. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3579 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlər in (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022ci il tarixli **********3579 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qərar qəbul edərkən yalnız akta istinad etməklə aktda adları çəkilən şəxslərin hər hansı izahatı alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırıl mamış, öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını hazırkı qərarın 1-4cü bəndlərində sadalanan işin halları ilə əsaslandırmış, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cu il tarixli 2-1(112)-11811/2022 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2193/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliy yətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3591 nömrəli Qərarı 6 nəfər fiziki şəxs üçün maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmuş 8 nəfər fiziki şəxsdən 4 nəfəri - X13, X9, X4, X7 "xxxx" MMC-nin işçiləri olmuş və onlar arasında əmək müqavilələri bağlanılmış və elektron informasiya sistemində əmək müqaviləsinin bağlanması ilə bağlı X2 qeydiyyata alınmışdır. Lakin, vergi orqanı operativ vergi nəzarəti zamanı bu halı, yəni 4 nəfər adları qeyd edilən işçilərin həmin vaxt "xxxx" MMC-nin işçiləri olmasını və onlarla əmək müqaviləsi bağladıqlarını, hə mçinin İddiaçı MMC ilə "xxxx" MMC arasında xidmət müqaviləsi bağlanıldığını nəzərə almamış və inzibati icraat həyata keçirilərkən ətraflı araşdırma aparmamışdır. "xxxx" MMC tərəfindən işə cəlb edilmiş şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil, qeyd edilən məsələlərlə bağlı məsuliyyətin iddiaçının üzərinə qoyulması yolverilməzdir. 2 nəfər fiziki şəxsə X18 və X5 münasibətdə məhkəmə qeyd etmişdir ki, X18 ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsi vergi nəzarətinin həyata keçirilməsindən sonra müvafiq sistemə daxil edilmiş və o, rəsmi olaraq əmək fəaliyyətinə başlamışdır. Digər fiziki şəxs X8 əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini məhkəmə iclasında verdiyi izahatlarında etiraf etmişdir. Belə ki, icraat materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna (VTN” MMC tərəfindən X10 elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması tarixi və saatına dair məlumatın təqdim edilməsi) cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində X18 ilə İddiaçı MMC arasında bağlanılmış müqavilə xx.xx.2022-ci il tarixdə saat 21:44:52 də sistemə daxil edilmişdir. Qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002690 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında akta əsasən operativ yoxlama nəzarətinin keçirilmə vaxtı xx.xx.2022-ci il, saat 17:10 olaraq qeyd edilmişdir. Bundan əlavə, digər 2 nəfər fiziki şəxsə X1 və X6 münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmədə verdikləri izahatlardan da müəyyən edilir ki, qeyd edilən şəxslər əmək fəaliyyətinə cəlblə bağlı olmayan səbəblərdən yoxlama aparılan zamanı iddiaçının sahiblik etdiyi obyektdə olmuşlar və həmin vaxt iddiaçının sahiblik etdiyi obyektlə uzaqdan-yaxından əlaqələri olmamış, iş elanı ilə bağlı olaraq qeyd edilən obyektdə olmuşlar. Bütün bunlar vergi orqanı tərəfindən aparılan yoxlama-nəzarətin doğru olmayan nəticəyə gəldiyini deməyə əsas verir. Həmçinin, cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli **********5129 saylı tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 (b ir) iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmişdir) və sənədlərin təqdim edilibedilməməsi barədə müvafiq akt tərtib etmədən, xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi olaraq birbaşa akt tərtib etmişdir. Halbuki, qanunverici vergi orqanı üçün sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Göstərilənlərə əsasən, cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, vergi yoxlaması zamanı cavabdeh tərəfindən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş və adları qeyd edilən şəxslər tərəfindən vergi orqanı tərəfindən tərtib edilmiş akt imzalanmamışdır. Yəni, cavabdeh öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir ki, bu d a “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir. Cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlsə də, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin tələblərinə əməl etməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2383/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2193/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmuş 8 nəfər fiziki şəxsdən 4 nəfər - X13, X9, X4 və X14 "xxxx" MMC-nin işçiləri olmuş və onlar arasında əmək müqavilələri bağlanılmış və elektron informasiya sistemində əmək müqaviləsinin bağlanması ilə bağlı X2 qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən işə cəlb edilmiş şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil, qeyd edilən məsələlərlə bağlı məsuliyyətin iddiaçının üzərinə qoyulması yolverilməzdir.

15. Məhkəmə kollegiyasının qeyd olunan mövqeyi məhkəmənin iş üzrə ətraflı araşdırma aparmaması və işdən tam xəbərdar olmaması ilə bağlıdır. Belə ki, işin faktiki hallarından və iş materiallarından və yoxlama aktından məlum olduğu kimi, operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə saat 17:10 da keçirilmişdir. Qeyd olunan hal məhkəmə icraatı zamanı işin mübahisəsiz halı olmuşdur.

16. Məhkəmə kollegiyasının qeyd etdiyi 4 nəfər fiziki şəxs yoxlama keçirilən zaman nə "xxxx" MMC-nin, nə də iddiaçının işçiləri olmuşdur. Uçot baza məluma tlarına əsasən işə götürən X2ni elektron informasiya sisteminə X13 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:26:44-də, X9 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:25:36-da, X4 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:27:50-də və X14 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:36:52-də daxil etmişdir.

17. Həmçinin, tələbnamədən də aydın olduğu kimi, sənədlərin 1 iş günü müddətində vergi orqanının operativ vergi nəzarəti keçirən şəxslərə və ya DVX-nın Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməli olmasına baxmayaraq, iddiaçı operativ vergi nəzarəti zamanı xidmətlərin göstərilməsi haqqında müqaviləni vergi orqanına təqdim etməmiş və qeyd olunan halı yoxlamanı keçirən şəxslərə bildirməmişdir. Eyni zamanda, İddiaçı MMC ilə "xxxx" MMC arasında xidmət müqaviləsinin mövcudluğu qeyd olunan dörd nə fər fiziki şəxsin "xxxx" MMC-nin işçisi olması anlamına gəlmir. Operativ vergi nəzarəti tədbiri zamanı işçi kimi aşkar olunan şəxslər kassir, aşpaz, ofisiant və xadimə vəzifəsində çalışan şəxslər olmuşlar. Lakin İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən isə qəlyan xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, sözügedən dörd nəfər fiziki şəxs məhz iddiaçının işçiləri olmuş və tərtib olunmuş aktdan da göründüyü kimi onların qəlyan xidməti göstərməsi müəyyən olunmamışdır.

18. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi qərarında 2 nəfər fiziki şəxs X1 və X6 münasibətdə qeyd etmişdir ki, qeyd edilən şəxslər əmək fəaliyyətinə cəlblə bağlı olmayan səbəblərdən yoxlama aparılan zamanı iddiaçının sahiblik etdiyi obyektdə olmuşlar və həmin vaxt iddiaç ının sahiblik etdiyi obyektlə uzaqdan-yaxından əlaqələri olmamış, iş elanı ilə bağlı olaraq qeyd edilən obyektdə olmuşlar. Halbuki, iddiaçı operativ vergi nəzarətindən sonra həmin şəxslərlə bağlı X2ni elektron informasiya sisteminə daxil etmiş və sonrakı saatlarda həmin bildirişləri ləğv etmişdir. Həmçinin, X1 və X12 iş elanı ilə bağlı sözügedən obyektdə olduqlarını qeyd etsələr də, iş materiallarında iddiaçının həmin vəzifələr üzrə iş elanını verməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Qeyd olunan hallar bir daha sübut edir ki, həmin fiziki şəxslər iddiaçı ilə faktiki olar əmək münasibətlərində olmuşlar.

19. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, vergi orqanı zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli ******* ***5129 saylı tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən və sənədlərin təqdim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, xx.xx.2022-ci il tarixdə də operativ vergi nəzarətinin nəticəsi olaraq birbaşa akt tərtib etmişdir. Məhkəmə kollegiyası iş üzrə həddən artıq formalizmi tətbiq edərək prosessual normaların formalist şərhini vermiş, 24 saat ərzində hansı sənədlərin təqdim ediləcəyi təqdirdə mövcud nəticənin baş verməsini istisna edəcək halla yekunlaşacağını təxmin etməmiş və təqdim olunacaq həmin sənədlər barədə heç bir məlumat verməmişdir.

20. Bundan əlavə, məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər. Hazırkı halda cavabdeh məhkəməyə iddiaçının əmək müqaviləsi olmadan 6 nəfər fiziki şəxsin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, eyni zamanda məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Halbuki, bütövlükdə səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinin təsərrüfat obyektində həyata keçirildiyindən, pozuntular (və ya vergidən yayınmalar) müəyyən edilərək, nəticələrinin rəsmiləşməsinə dair qanunla konkret müddəalar müəyyən edildiyindən, (VM-nin 49-cu və 50-ci maddələri) həmin yoxlama və nəzarət tədbirləri zamanı mütləq qaydada həm də ayrıca 41-ci maddə ilə müəyyən edilmiş baxışın keçirilməsi və nəticəsi üzrə protokolun tərtib edilməsi qanunvericiliyin tələbi kimi müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;... 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlə r barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başla dıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxt a məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm f aktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütlə q ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya b ilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıd ır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

30. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkə mə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.

32. Cavabdeh tərəfindən təqdim olunmuş materiallara əsasən, operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə saat 17:10 da keçirilmişdir. Qeyd olunan hal məhkəmə icraatı zamanı işin mübahisəsiz halı olmuşdur.

33. Uçot baza məlumatlarına əsasən işəgötürən "xxxx" MMC X2ni elektron informasiya sisteminə X13 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:26:44-də, X9 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:25:36-da, X4 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:27:50-də və X14 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:36:52- də daxil etmişdir.

34. Cavabdeh həmin sənədlərdəki məlumatlara istinadla haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi 4 nəfər fiziki şəxslərin yoxlama keçirilən zaman nə "xxxx" MMC, nə də iddiaçı hüquqi şəxs ilə qeydiyyatdan keçmiş əmək müqavilələri olmamışdır.

35. Həm də nəzərə alınmalıdır ki, burada, söhbət həmin şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə "xxxx" MMC-nin məsuliyyətinin iddiaçı hüquqi şəxsin üzərinə qoyulmasından deyil, operativ vergi nəzarəti tədbiri keçirilən zaman müəyyən edilmiş faktlarla bağlı tərəflərin irəli sürdükləri dəlillərinin yoxlanılmasından, işin həqiqi hallarının müəyyən edilməsindən gedir. 3

6. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, vergi yoxlaması zamanı cavabdeh tərəfindən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş və adları qeyd edilən şəxslər tərəfindən vergi orqanı tərəfindən tərtib edilmiş akt imzalanmamışdır. Yəni, cavabdeh öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir...”. Halbuki, apellyasiya instansiyası məhkəməsi qərarında operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəf indən işlərə cəlb edilmiş adları qeyd olunan fiziki şəxslərin izahat verməkdən imtina etdiklərini təsdiq etmiş, lakin bu imtinanın səbəblərini müəyyən etməmişdir.

37. Digər tərəfdən, cavabdeh haqlı olaraq qeyd edir ki, “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 10.8-ci bəndinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imti na etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir.

38. Apellyasiya instansiyası məhkəməsi qərarında “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 10.8-ci bəndini qeyd etsə də, həmin normanın dispozisiya şərtlərinə əməl olunub-olunmadığını yoxlamamış, bununla bağlı cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillərinə münasibət bildirməmişdir.

39. Nəzərə alınmalıdır ki, məhkəmə vergi yoxlaması zamanı cavabdeh tərəfindən hər hansı izahatların alınmadığını, vergi orqanı tərəfindən tərtib edilmiş sənədlərin vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tərəfindən imzalanmamasını qərarında sadəcə qeyd etməklə kifayətlənməməli, bunun baş ver mə səbəblərini araşdırmalı, icraatın iştirakçılarının bununla bağlı dəlillərini yoxlamalı, onlara münasibət bildirməlidir. Belə ki, işin hallarının araşdırılması prinsipinin tələblərinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

40. Cavabdeh apellyasiya şikayətində işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəliləri ilə bağlı araşdırma aparmamış, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır.

41. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş in hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tar ixli, 21(103)-2383/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar