Məhkəmə qərarları › İş №2-1(102)-2210/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2210/2021

14.12.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2210/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın əmrinin mübahisələndirilməsi, işə bərpa və əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin qismən ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-1(103)-604/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2015-ci il 8 dekabr tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının X2nin funksional vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsinə müvəqqəti təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2015-ci il 10 dekabr tarixli, 09/11-568 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1- ci hissəsinə əsasən İddiaçı 2015ci il 10 dekabr tarixdə əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının X2nin funksional vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsinə müvəqqəti təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il 9 avqust tarixli, **********3 saylı əmrinin 2.2-ci və 5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştatların ixtisar edilməsi ilə əlaqədar Nazirliyin Aparatının X2nin funksional vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 2018-ci il 9 avqust tarixdən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2018-ci il 10 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək müqaviləsinin xitam verilməsinə dair çıxarılmış 2018-ci il 9 avqust tarixli, **********3 nömrəli əmrin qismən (iddiaçıya aid olan hissədə) ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 2018-ci il 9 avqust tarixli, **********3 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2015-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2nin funksional vəzifələrinin icrasına nəzarət sektorunun məsləhətçisi vəzifəsində çalışmışdır. İddiaçı hesab etmişdir ki, qeyd olunan əmr tamamilə qanunsuz və əmək hüquqlarının kobud surətdə pozulması şəraitində çıxarıldığından iddiaçıya aid olan hissədə ləğv edilməli, iddiaçıya ödənilməli müavinət qanunamüvafiq qaydada ödənilməli və işə bərpa olunmalıdır. Belə ki, işəgötürənin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 2018-ci il 9 avqust tarixli, **********3 nömrəli əmri ilə iddiaçı tanış edilməmişdir. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə x itam verildiyi zaman, işçi əmrlə tanış edilməlidir. Daha sonra qeyd olunmalıdır ki, iddiaçının işdən çıxarılmağı ilə bağlı 2018-ci il 7 avqust tarixdə işəgötürən tərəfindən bildiriş təqdim olunmuş və bu bildirişlə razılaşmağı tövsiyə olunmuşdur. Lakin, iddiaçı bunun qanunsuz olmasını bildirərək bildirişə etirazını bildirmişdir. İşəgötürən tərəfindən 9 həftə əvvəl xəbərdar edilməli olduğu halda, 2018-ci il 7 avqust tarixdə, yəni əmrdən 2 gün əvvəl iddiaçı bu barədə xəbərdarlıq edilmişdir. Mübahisələndirilən əmrin verilməsinə əsas kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 2018-ci il 9 aprel tarixli, **********7 nömrəli əmr ilə təsdiq edilmiş Nazirliyinin Aparatının ştat cədvəlinə dəyişikliklər edilməsi haqqında Nazirliyinin 2018-ci il 8 avqust tarixli əmri və iddiaçının ərizəsi hesab olunmuşdur. Halbuki, iddiaçı ixtisar olunma barədə və ya digər bu tipli heç bir ərizə yazmamışdır. Belə ki, çıxarılan əmr mübahisələndirilən əmr əsası olmadan çıxarılmışdır. 2018-ci il 4 avqust tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə teleqram ünvanlayaraq 2018-ci il 10 may tarixdə X1 keçirdiyi müsahibəni uğurla keçməyi səbəbi ilə müvafiq vəzifəyə təyin olunmasını xahiş etdikdən bir neçə gün sonra iddiaçını işdən azad etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazlar təqdim etmişdir. Etirazlarda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasını n Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsi”nin 5.5.5-ci yarımbəndinə əsasən müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin sayı həddi daxilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinin səmərəliliyinin artırılması məqsədilə Nazirliyinin Aparatının ştat cədvəlinə 2018-ci il 8 avqust tarixli əmri ilə müvafiq dəyişiklik aparılmışdır. Strukturda aparılmış dəyişikliklə əlaqədar 2018-ci il 9 avqust tarixli, **********3 nömrəli əmr imzalanmışdır. Ştatların ixtisara düşməsi ilə əlaqədar 2015-ci il 10 dekabr tarixdən Nazirliyin Aparatının X2nin funksional vəzifələrin icrasına nəzarət sektorunda müddətli əmək müqaviləsi ilə çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edil mişdir. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçı işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajlarından asılı olaraq dörd təqdim həftəsi əvvəl xəbərdar edilməli və ya həmin xəbərdarlıq müddəti əvəzinə onun razılığı ilə orta aylıq əməkhaqqının 0,9 misli miqdarında əməkhaqqı birdəfəyə ödənilməli idi. Nazirlik qarşısında qoyulmuş cari və perspektiv planları operativ həyata keçirmək zərurətindən ştatların ləğvi üçün xəbərdarlıq müddəti gözləmək mümkün olmadığından iddiaçıya xəbərdarlıq müddəti əvəzi ödənilməsi təklif edilmişdir. Lakin iddia ərizəsində göstərildiyi kimi iddiaçı buna qəti etiraz etdiyi üçün ona ödənişlər aparılmamışdır. Bundan başqa, adı çəkilən əmr bir neçə işçiyə aid olduğundan əsas hissəsində q eyd edilmiş “ərizələri” sözü digər işçilərə şamil edilmişdir.

5. İddiaçının işə daxil olarkən yazdığı ərizəsindən və tərəflərin imzaladıqları əmək müqaviləsindən göründüyü kimi onunla bağlanmış müqavilənin müvəqqəti xarakterli olduğunu bilmiş, arzu etmiş, sərbəst iradə ifadəsi etmiş və ehtiyat kadr müddəti ərzində daimi dövlət qulluğuna qəbul olunması üçün müraciət etməmişdir. İddiaçı ilə 2015-ci il 10 dekabr tarixdə müddətli əmək müqaviləsi bağlanıldığından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli, 2-1(82)-2142/2018 nömrəli qərarını əsas götürərək hazırkı məhkəmə prosesində törəmə hüquq kimi istifadə edə bilməz. İddiaçı ərizəsində ümumi müsahibədən keçdiyini və nəticədə vəzifəyə təyin edilmədiyini göstərmişdir. Nazirlikdə dövlət qulluğuna qəbul “Dövlət qullu ğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə əsasən həyata keçirilir, müsahibə vasitəsi ilə inzibati vəzifənin tutulması həmin Qanunun 29-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli, 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydaları”na əsasən həyata keçirilməlidir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü ilə bağlı icraat 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 noyabr tarixli, 21(112)-1168/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 may tarixli, 2-1(103)-1169/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 noyabr tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli, 2-1(112)-1168/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş 2018-ci il 9 avqust tarixli, **********3 nömrəli əmr iddiaçıya aid hissədə ləğv edilmiş, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilmiş, iddiaçıya işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni 2018-ci il 9 avqust tarixdən 2020-ci il 23 sentyabr tarixədək məcb uri iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işdən azad olma barədə əmrin əsasında duran “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 2018-ci il 9 aprel tarixli, **********7 nömrəli əmrlə təsdiq edilmiş Nazirliyin Aparatının ştat cədvəlində dəyişikliklər edilməsi haqqında” 2018-ci il 8 avqust tarixli əmrdir. Cavabdeh inzibati orqan iddiaçının işdən azad edilməsi ilə bağlı əmri qəbul edərkən, ştat ixtisarına deyil, işçilərin ixtisarına əsaslanmışdır. Halbuki, iddiaçının əvvəl fəaliyyət göstərdiyi sektor və vəzifə ləğv olunmamış, yalnız şöbənin adı dəyişilərək üç sektora bölünmüş və nəticə olaraq həmin vəzifə saxlanılmışdır. Cavabdeh ümumiyyətlə iddiaçının bilik, bacarıqlarını, peşəkarlıq səviyyəsini yoxlamamış, həmçinin, dövlət qulluğu ilə bağlı imtahan nəticələrini nəzərə almamışdır. Halbuki, həm “Dövlət qulluğu haqqında” Qanunun, həm Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli, 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının, həm də Əmək Məcəlləsinin normalarına görə, ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmağa üstünlüyü müəyyən edən əsas meyar qismində yüksək ixtisaslı (peşə) və peşə karlıq səviyyəsi çıxış edir. Cavabdeh isə nə məhkəmə icraatı zamanı, nə də öz izahatlarında iddiaçının həmin meyarlara uyğun olub-olmamasını ilə bağlı araşdırmanın aparılmasını qeyd etməmiş və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh iddiaçını işdən azad edilməsi ilə bağlı yalnız 2018-ci il 7 avqust tarixdə xəbərdar etmiş, yəni əmrdən 2 gün əvvəl iddiaçı bu barədə xəbərdarlıq edilmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-1(103)-604/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 23 sentyabr tarix li qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, təqdim edilmiş ştat cədvəllərindən çıxarışdan göründüyü kimi iddiaçının çalışdığı X2 ləğv edilmiş və onun yerinə daha az ştat vahidindən ibarət Daxili nəzarət və audit şöbəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında" 2006-cı il 26 oktyabr tarixli, 472 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən icra hakimiyyəti orqanlarının rəhbərləri tapşırıqların yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar. İddiaçı ilə 2015-ci il 10 dekabr tarixdə müddətli əmək müqaviləsi bağlandığından onun əmək müqaviləsinə xitam verilməsi “Dövlət qulluğu haqqında” Qanun ilə deyil, Əmək Məcəlləsinə əsasən həyata keçirilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na istinad etməsi tamamilə əsassızdır, hazırkı iş üzrə düzgün tətbiq edilməmişdir.

16. İddiaçı daha öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müddətli müqavilə əsasında işlədiyi dövrün dövlət qulluğu hesab edilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli, 2-1(82)-2142/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bununla bağlı cavabdehin apellyasiya şikayəti 2018-ci il 4 sentyabr tarixli qərarla təmin edilməmiş, Nazirliyin kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 noyab r tarixli, 2-1(102)2447/2018 saylı qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, mübahisələndirilən əmr verilərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmamışdır və bu baxımdan Bakı İnzibati Məhkəmənin həmin qərara da istinad etməsi qanuni hesab edilməməlidir.

17. Həmçinin qərarda iddiaçının ümumi müsahibədən keçdiyini və nəticədə vəzifəyə təyin edilmədiyi vurğulanmışdır. Bildirilməlidir ki, cavabdehə dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Qanunun 28-ci və 29-cu maddələrinə əsasən həyata keçirilir, müsahibə vasitəsi ilə inzibati vəzifənin tutulması həmin Qanunun 29-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli, 1480 saylı müsahibə keçirilməsi Qaydaları”na əsasən həyata keçirilməlidir. “Dövlət qulluğu haqqında” Qanunun 29.3-cü maddəsinin 3-cü hissəsinə əsasən daxili müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlamaqla, müvafiq vəzifəyə yararlığı müəyyən edilir. Bu Qanunun 29.10-cu maddəsinə əsasən müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir. “Dövlət qulluğu haqqında" Qanunun 29-cu maddəsindən göründüyü k imi, inzibati vəzifənin ümumi müsahibə və ya daxili müsahibə vasitəsi ilə tutulması dövlət qulluqçuları, eləcə də dövlət qulluqçusu olmuş şəxslər üçün imtiyaz kimi nəzərdə tutulmuş, lakin işəgötürənlər üzərinə məcburi öhdəlik kimi qoyulmamışdır. Həmçinin eyni predmet ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 7 dekabr tarixli, 2-1(102)-857/2020 nömrəli qərarından qeyd edilmişdir ki, məhkəmə kollegiyası nəzərə alır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanının diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Göründüyü kimi, apellyasiya instan siyası məhkəməsinin “imtahan nəticələri nəzərə alınmamışdır” mövqeyi də əsassızdır. Həmçinin 2019-cu il 9 avqust tarixdə iddiaçının ştatı ixtisar olunarkən onun qüvvədə olan əmək müqaviləsi 2018-ci il 10 dekabr tarixədək nəzərdə tutulduğundan iddia ərizəsində yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi hissəsində haqlı deyildir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarından göründüyü kimi cavabdehin nümayəndəsinin əsaslı vəsatətinə, cavabdehin inzibati orqan olmasına, mübahisələndirilən əmrin inzibati akt olmasına əhəmiyyət verilməmişdir. Məhkəmə yalnız Əmək Məcəlləsinə əsaslanaraq iddianı bütünlükdə mümkün saymışdır. Göstərilən bu pozuntular isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbləri nə görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Həmçinin, məlumat üçün bildirilmişdir ki, işə məhkəmədə baxıldığı dövrdə iddiaçıya nazirlik sistemində iş təklif edilmiş, lakin iddiaçı tərəfindən təklifdən imtina edilmişdir. Həmçinin analoji əmr məhkəmə qaydasında mübahisələndirilmiş və Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il 22 yanvar tarixli, 2-1(102)-147/2020 nömrəli qərarı ilə iddia təmin edilməmiş, cavabdeh orqanın ştatların ləğvi ilə bağlı qəbul etdiyi əmr qanuni hesab edilmiş və iddiaçının əmrin ləğvi tələbi təmin edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, etirazda göstərilmişdir ki, nazir likdə işçilərin sayı və ya ştatı ixtisar olunmamış və iddiaçıya başqa iş təklif edilməmişdir. İddiaçının peşəkarlığı, ixtisası nəzərə alınmaqla onu müvafiq işə (vəzifəyə) keçirilmə imkanı hökmən araşdırılmalı olduğu halda, heç bir araşdırılma aparılmamışdır (halbuki şöbədə və nazirlikdə yetərincə vakansiya var). İddiaçının işgüzar keyfiyyətləri - iqtisadi və hüquqi təhsilinin olması, DİM-də müsahibədən uğurla keçməyi (2018-ci il 10 may tarixli X1 müsabiqəsindən uğurla keçməsi), uzun illər dövlət qulluğunda stajı və “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi nəzərə almamışdır. İddiaçının stajına uyğun olaraq rəsmi xəbərdarliq edilməmişdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla ış axtarmağa imkan yaradılması məqsədi ilə iddiaçıya azı 1 iş günü icazə verilməmiş, “etiraz edib” bəhanəsi ilə işdənçıxarma müavinəti verilməmişdir. Həmkarlar ittifaqı təşkilatı ilə qabaqcadan razılaşdırılmaqla əmək müqaviləsini ləğv edilməli olduğu halda razılıq alınmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:... 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;... Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:... 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; Maddə

34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət q ulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. 21. “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi” Qaydası (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmişdir):

1. Bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazı rlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir....

3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda aşağıdakı şəxslərə üstünlük verilir: 3.1. şəhid ailəsinin üzvlərinə; 3.2. müharibə iştirakçılarına; 3.3. 10 il və daha çox dövlət qul luğu stajı olanlara; 3.4. əsgər və zabitlərin arvadlarına (ərlərinə); 3.5. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara....

7. Dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı həyata keçirilərkən peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər işdə saxlanılır. Bu zaman şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda bu Qaydanın 3-cü hissəsində göstərilən şəxslərə üstünlük verilir.

8. Dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin ed ilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitin in şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;... Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə

77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötür ən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqaviləl ərinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doq quz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə

78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşə karlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apell yasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

27. İşin məhkəmələr tərəfdən müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadr və kadr hazırlığı şöbəsinin müdiri tərəfindən iddiaçıya ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 2018-ci il 9 aprel tarixli, **********7 nömrəli əmrlə təsdiq edilmiş Nazirliyin Aparatının ştat cədvəlində dəyişikliklər edilməsi haqqında” Nazirliyin 2018-ci il 9 avqust tarixli əmr inə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar işdən azad olunması üçün İddiaçı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,7 misli məbləğində işdənçıxarma müavinəti ödəniləcəyi bildirilmişdir. Həmin məktubu iddiaçı 2018-ci il 7 avqust tarixdə imzalayaraq, razı olmadığını, tam olaraq qanunsuz qərar olduğunu bildirmişdir.

28. Cavabdehin 2018-ci il 9 avqust tarixli, **********3 saylı əmrinin 2.2-ci və 5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştatların ixtisar edilməsi ilə əlaqədar Nazirliyinin Aparatının X2nin Funksional vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə 2018-ci il 9 avqust tarixdə xitam verilməsi, ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuş İddiaçı razılığı olmadığı üçün işdənçıxarma müavinətinin ödənişi aparılmaması əmr edilmişdir.

29. Məhkəmə sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il 9 aprel tarixli, **********7 nömrəli əmri ilə təsdiq edilmiş Nazirliyin Aparatının ştat cədvəlinə əsasən X2 31 ştat vahidindən ibarət olmuş və Nazirliyin 08 avqust 2018-ci il tarixli, **********2 nömrəli əmri ilə, 2018-ci il 9 aprel tarixli əmrə dəyişiklik edilərək 24 ştat vahidindən ibarət Daxili nəzarət və audit şöbəsi yaradılmışdır. Təqdim edilmiş ştat cədvəllərindən çıxarışdan göründüyü kimi, İdd iaçı çalışdığı X2 ləğv edilmiş və onun yerinə daha az ştat vahidindən ibarət Daxili Nəzarət və audit şöbəsi yaradılmışdır.

30. Məhkəmə kollegiyası cavabdehin mübahisələndirilən əmrinin, 2018-ci il 9 aprel və 2018-ci il 8 avqust tarixli ştat cədvəllərinin məzmununa və işin məhkəmələr tərəfindən araşdırılmış faktiki hallarına əsasən qeyd edir ki, hər iki ştat cədvəllərində Nazirliyin aparatında ümumilikdə 289 ştat vahidinin təsbit olunduğu nəzərə alındıqda, aparatda ştat ixtisarının aparılmadığı qənaətinə gəlmək olar. Lakin həmin ştat cədvəllərinə görə, iddiaçının işləmiş olduğu X2ndə və şöbənin funksional vəzifələrin icrasına nəzarət sektorunda ştatların ixtisarı aparılmışdır. Cavabdeh düzgün olaraq qeyd edir ki, 2018-ci il 9 aprel tarixli, **********7 nömrəli əmrlə təsdiq edilmiş ştat cədv əlinə əsasən X2 31 ştat vahidindən ibarət olmuş və 2018-ci il 8 avqust tarixli, **********2 nömrəli əmrlə 2018-ci il 9 aprel tarixli əmrə dəyişiklik edilərək 24 ştat vahidindən ibarət Daxili nəzarət və audit şöbəsi yaradılmışdır.

31. Şöbənin adının dəyişdirilməsindən və onun neçə sektora bölünməsindən asılı olmayaraq, iddiaçının işlədiyi “məsləhətçi” ştatı ümumilikdə şöbədə 9 vahid olmuşdur ki, bunlardan 8-i iddiaçının işlədiyi sektora aid olmuşdur. Sonrakı əmrlə həmin sektorda “məsləhətçi” ştatı ümumiyyətlə nəzərdə tutulmamış, şöbədə əvvəllər mövcud olmuş ümumilikdə 9 “məsləhətçi” ştat vahidinin 5-i ixtisar edilmiş, 3 ştat vahidi İcra və əmək intizamına nəzarət sektoruna, 1 ştat vahidi isə yeni yaradılmış Təftiş, monitorinq və təhlil sektoruna aid edilmişdir.

32. Bununla yanaşı, iddiaçını n işləmiş olduğu X2ndə və şöbənin funksional vəzifələrin icrasına nəzarət sektorunda ştatların ixtisarı aparıldığına baxmayaraq, yuxarıda qeyd olunan hər iki ştat cədvəllərində Nazirliyin aparatında ümumilikdə 289 ştat vahidinin təsbit olunduğu (yəni ştatların ümumi sayının dəyişmədiyi) nəzərə alındıqda, yeni ştat cədvəlinə görə Nazirliyin aparatında yeni vakant ştatların yarandığı qəbul edilməlidir. Buradan, “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsinin (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) və “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi” Qaydasının müddəalarının tətbiqi üçün əsaslar yaranmış olur.

33. Məhkəmə kollegiyası işin qeyd olunan hallarından çıxış edərək hesab edir ki, vakant vəzifəyə bir nəfərdən artıq şəxsin iddia etməsi inzibati orqana diskresion səlahiyyət əsasında qərar qəbul etmək, onun özünün qiymətləndirməsinə əsasən seçim etmək imkanı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinin 2-ci cümləsi).

34. Məhkəmə kollegiyası nəzərə alır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orq anın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

35. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

36. Cavabdeh hazırkı halda və iddiaçıya münasibətdə öz səlahiyyətlərini “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsinin (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) və “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi” Qaydasının yuxarıda qeyd olunan müddəalarının tələblərinə uyğun həyata keçirdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

37. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə əmək müq aviləsini ləğv edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində imperativ olaraq nəzərdə tutulmuş təminat tədbirləri ilə bağlı həmin normanın tələblərini təmin etməmişdir.

38. Beləliklə, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmədiyindən, iddiaçı əmrin ona aid hissədə ləğvini tələb etməkdə haqlı olmuşdur.

39. Şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı ilə 2015-ci il 10 dekabr tarixdə müddətli əmək müqaviləsi bağlandığından onun əmək müqaviləsinə xitam verilməsi “Dövlət qulluğu haqqında” Qanun ilə deyil, Əmək Məcəlləsinə əsasən həyata keçirilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2 011-ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na istinad etməsi tamamilə əsassızdır, hazırkı iş üzrə düzgün tətbiq edilməmişdir.

40. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, dövlət qulluğuna qəbul zamanı dövlət qulluqçusu ilə əmək müqaviləsinin bağlanılmasına dair müddəa “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinin müddəalarında (2015-ci ildə və hazırda qüvvədə olan redaksiyalarda) təsbit olunmuşdur. Digər tərəfdən, “D övlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinə uyğun olaraq həmin Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlərin Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimləndiyi nəzərə alındıqda, əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün Əmək Məcəlləsinə istinad dövlət qulluğunun mahiyyətinə təsir etmir. İddiaçı ilə bağlınmış əmək müqaviləsində də onun vəzifəsinin adı məşğulluq təsnifatı üzrə dövlət qulluqçusu-məsləhətçi göstərilmişdir.

41. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçının işləmiş olduğu ştat ixtisar olunarkən qüvvədə olan əmək müqaviləsi 2018-ci il 10 dekabr tarixədək nəzərdə tutulduğundan iddiaçı yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa e dilməsini tələb etməkdə haqlı deyildir.

42. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir.

43. İPM-in: - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qə rar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

44. Məhkəmə kollegiyası İPM-in qeyd olunan normalarının tələblərinə əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən əmri qanunsuz olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu işin materialları ilə təsdiq olunduğundan əmrin ləğvinə dair tələbi təmin etməkdə məhkəmələr haqlı olmuşlar.

45. Cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyi n qoyulmasına gəldikdə, bu tələbin əsasları, mübahisələndirmə haqqında iddia tələbindən fərqli olaraq, iş üzrə yekun məhkəmə qərarının qəbul edildiyi vaxtda qüvvədə (mövcud) olan hüquqi vəziyyətə görə qiymətləndirilməlidir.

46. İşdən göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, məhkəmədən iddiaçının 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu, yəni 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğuna qəbul edilməyi cavabdeh Nazirliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli, 2-1(81)-2142/2018 №-li qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu 2015-ci il 10 dekabr tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 sentyabr tarixli, 2-1(103)-1845/2018 №-li qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 noyabr tarixli, 2-1(102)2447/2018 №-li qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

47. Beləliklə, hazırkı iş üzrə tələbin təmin olunduğuna dair məhkəmə aktı qəbul olunarkən cavabdeh inzibati orqanın iddiaçını 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğuna qəbul etmək öhdəliyi qüvvədə olan məhkəmə qərarına əsasən mövcud olmuşdur. Bu səbəblə, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlandığına, müqavilənin müddətinin 2018-ci il 10 dekabr tarixdə bitməsinə istinad edə bilməz.

48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-1(103)-604/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar