Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2210/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-702/2024 nömr əli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmuş və 05 iyul 2019-cu il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməklə, Müdafiə nazirinin 16 sentyabr 2019cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən ikinci dərəcəli əlillik təyin edilmiş və cav abdeh inzibati orqan tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunduğu, üçün, Dövlət Sığorta Şirkəti tərəfindən hərbi qulluqçu kimi ona 6600 manat məbləğində sığorta haqqı ödənilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə sığorta müqaviləsi bağladıqlarına görə, dəymiş maddi ziyan olaraq 46284 manat məbləğinin ödənilməsinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığor talanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu Qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində isə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişd ir, Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, son ra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü yarımbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqalarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin Qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan 11000 manat məbləğində sığo rta edilir. Bundan əlavə, ərizədə qeyd olunan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatının 60 faizi miqdarında sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLAR İ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektinin hərbi qulluqçusu kimi həyatı və sağlamlığı qanunla təsbit olunmuş 5 illik pul təminatı məbləğində sığorta edilmədiyinə görə 46284 (qırx altı min iki yüz səksən dörd) manat məbləğində dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabitidir və ikinci dərəcəli müharibə əlilidir. Belə ki, 04 avqust 2001-ci il tarixindən 28 sentyabr 2019-cu il t arixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixədək Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyətinin” hərbi qulluqçusu olaraq 11 (on bir) il xüsusi təyinatlı hərbi hissədə xidmət keçmişdir. Son nəticədə Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli, 0699 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən, kəşfiyyat subyektinin əməkdaşı olaraq ordu sıralarından tərxis olunmuşdur. Hazırda isə Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli Qərarı ilə ikinci dərəcəli müharibə əlilidir və kəşfiyyat subyektinin əməkdaşı kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının “Kəşfiyyat və Əks-kəşfiyyat Fəa liyyəti” haqqında Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilirlər. Bütün bunlara baxmayaraq, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən 11000 manat məbləğində sığorta olunduğu üçün, Dövlət Sığorta Şirkəti tərəfindən digər hərbi qulluqçular kimi ona, cəmisi 6600 manat məbləğində sığorta haqqı ödənilmişdir. Əslində isə kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı idi. Sığorta hadisəsi kimi də ikinci dərəcəli əlillik qazandığına görə, 5 illik pul təminatının 60 faizi miqdarında sığorta ödənişi ödənilməli idi. Belə ki, Müdafiə Nazirliyinin maliyyə və büdcə ida rəsində kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu olmağı barəsində dəqiq məlumatların olmasına baxmayaraq, o, digər hərbi qulluqçular kimi 11000 manat miqdarında sığorta edilmişdir. Bu da ‘'Kəşfiyyat və Əkskəşfiyyat Fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə tamamilə ziddir. Nəticə etibarı ilə Müdafiə Nazirliyi tərəfindən 5 illik pul təminatı məbləğində (aylıq pul təminatı 1469 manat x 60 ay = 88140 manat) 88140 manat miqdarında sığorta olunmadığı və yekun mərhələdə isə sığorta hadisəsi olaraq 2-ci qrup müharibə əlilliyi qazanılan zaman dövlət sığorta şirkəti tərəfindən ona 5 illik pul təminatının 60 faizi miqdarında, 6600 manat aldığı sığorta pulu çıxılmaqla (88140 manat x 60 faiz/100 = 52884 manat - 6600 manat) 46284 manat sığorta ödənişi ödənilməmişdir. Bu d a Azərbaycan Respublikası Qanunvericiliyindən irəli gələn hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu günə kimi də dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir ödəniş olunmamışdır.
7. Cavabdeh iddiaya qarşı etiraz, sonradan etiraza əlavə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ nömrəli Qanunu xx.xx.1997-ci il tarixdə qəbul edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 711- İİQ nömrəli Qanunu xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 3 dekabr 2021-ci il tarixli 418-VİQD nömrəli Qanun qəbul edilmişdir. 3 dekabr 2021-ci il tarixli Qanunda göstərilmişdir: 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.3-cü yanmbənd: "sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əkskəşfiyyat subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər"; Maddə 4: Sığorta məbləğinin və sığorta haqqının miqdarı: Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyə n edilir. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular, o cümlədən kəşfiyyat və əks - kəşfiyyat subyektlərinin əməkdaşları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarına sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. Qeyd edilən qurumlar tərəfindən sığorta hadisəsinə görə İddiaçı 6600 (11000 x 60%=6600) manat məbləğində sığorta pulu ödənilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun tələblərinə uyğun olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Müdafiə Nazirliyi arasında hər il müqavilələr bağlanmış və bu qurumlara hərbi qulluqçuların (kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşları daxil olmaqla) ümumi sayına uyğun olaraq sığorta haqqı köçürülmüşdür və hal-hazırda köçürülür. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində i sə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qey d edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt, eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, İddiaçı münasibətdə "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respubli kasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanunu tətbiq edilə bilməzdi. Belə ki, sözügedən Qanun 2004-cü ildə qəbul olunsa da, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 418- VİQD nömrəli Qanun 3 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik yeni (sonra) qəbul olunduğundan daha üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, AR Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çı xmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçı ona maddi zərərin vurulmasını sübut edə bilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli 2-1(112)-10959/2023 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı olduğu halda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunması nəticəsində cavabdeh inzibati orqan tərəfindən ona vurulmuş 46284 (88140 manat x 60 faiz/100 = 52884 manat - 6600 manat) manat maddi ziyanın ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.2-ci maddəsinə əsasən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı qanunla ona verilən bu hüquqdan istifadə etməmiş, "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə “Sığortalı” Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” 01 yanvar 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən Dövlət Sığorta Şirkəti tərəfindən yuxarıda qeyd olunan əsaslarla hərbi qulluqçu kimi ona ödənilən 6600 manat məbləğində sığo rta haqqını qəbul etməklə, qeyd olunan müqavilə şərtləri ilə razı olduğunu göstərmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-702/2024 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 884.2, 897.2-ci maddələrinə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1, 4.1, 5, 11-ci və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 6.1, 20.1, 20.2, 20.11-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.11-ci maddəsinə istinad edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c. 31 oktyabr 2024-cü il tarixində keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən tərəflərin çıxışları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil kassasiya şikayətini müdafiə edərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.P.Əfrasiyabova şikayətin dəlillərini qəbul etməyərək apellyasiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişd ir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun: Maddə 2.Əsas anlayışlar 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyət i subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; 2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığor taolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği; 2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait; 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; 2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir. Maddə
4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Maddə
5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:... ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə:... - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; 21. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Qanun: 6.1. Kəşfiyy at və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və ə ks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məh kəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı t am olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Hazırda iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı olduğu halda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunması nəticəsində cavabdeh inzibati orqan tərəfindən ona vurulmuş 46284 (88140 manat x 60 faiz/100 = 52884 manat - 6600 manat) manat maddi ziyanın ona ödənilməsini tələb edir.
28. İddia ərizəsindən də görünür ki, iddiaçı 5 illik pul təminatını tam deyil, yalnız 60 faizini tələb edir. 5 illik pul təminatının 60 faizinin tələb edilməsi isə şəxsin İİ qrup əlil olması ilə bağlıdır.
29. Hər iki qanunun, yəni həm “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun, həm də “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına diqqət yetirildikdə aydın görünür ki, sığorta olunan məbləğin 60 faizin tələb edilməsi məsələsi yalnız “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində öz əksini tapmışdır.
30. Belə ki, həmin qanunun sığorta hadisələri və ödənişlərindən bəhs edən 5-ci maddəsinin “ç” bəndində qeyd edilir ki, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç)... xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edild ikdə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz. 31. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində isə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir.
32. Həmçinin, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatının 60 faizi miqdarında sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər.
34. Məhkəmə kollegiyası vurğulayır ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin həyata keçirilməsi mexanizmi hər hansı bir normativ hüquqi aktla müəyyən edilməmişdir.
35. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2019-cu ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən, kəşfiyyat subyektinin əməkdaşı olaraq ordu sıralarından təxris edildiyi, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən ikinci dərəcəli əlillik təyin olunduğu və cavabdeh inzibati orqan tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunduğu, üçün, Dövlət Sığorta Şirkəti tərəfindən hərbi qulluqçu kimi ona 6600 manat məbləğində sığorta haqqı ödənilmişdir.
36. İşin hallarından da görünür ki, ödənilmiş 6600 manat məbləğində sığorta haqqı Müdafiə Nazirliyi ilə sığorta Şirkəti arasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun olaraq bağlanmış müqavilə əsasında ödənilmişdir.
37. Qeyd edilənlərdən göründüyü kimi, Müdafiə Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğ un olaraq iddiaçının hüquqları pozulmamış və o 11.000 manat məbləğində sığortalanmışdır.
38. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdə olan hazırkı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1609/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında olan hüquqi mövqeyə görə “hazırkı halda sığorta etdirən qismində çıxış edən müvafiq icra hakimiyyəti orqanı və cavabdeh arasında sığorta müqaviləsinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan həddə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun bağlanması iddiaçının cavabdehdən sığorta ödənişini birinci qanuna uyğun tələb etmək imkanının qarşısını alır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq sığorta, o cümlədən icbari sığorta münasibətləri müqaviləyə əsaslanır və müvafiq müqavilə mövcud olmadığı halda, sığortaçıdan sığorta ödənişinin tələb olunmasının əsası da mövcud olmur. Hazırkı işdən müəyyən olunur ki, Müdafiə Nazirliyi ilə cavabdeh Şirkət arasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun sığorta müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra edərək, iddiaçıya sığorta ödənişini vermişdir.”
39. Beləliklə iddiaçıya ödənilən sığorta ödənişi digər kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına ödənilən sığorta ödənişinin qayda və prinsiplərinə uyğun həyata keçirilmişdir.
40. Beləliklə cavabdehin hər hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması sübut olunmadığından, iddiaçının tələbi təmin olunmaması barədə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişdirlər.
41. Odur ki, iddiaçının kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(103)-702/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.