Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2211/2020 08.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: İPM-in 13-cü maddəsinin pozuntusu; məhkəmənin yardım etmək vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış verilməsi” tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-842/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X1 iddiaçı ilə xx.xx.1955-ci il tarixində evlənmişlər və arvadı X familiyasını götürmüşdür.
2. Oktyabr rayon Xalq Deputatları Sovetinin xx.xx.1958-ci il tarixli 53 saylı protokolu ilə Ünvan1 ünvanında yaşayan X4 Ünvan2 yaşayış evinin tikintisi üçün sahəsi 300,0 m2 olan 938 saylı torpaq sahəsi ayrılmışdır.
3. Oktyabr rayon X7 xx.xx.1958-ci il tarixli 53 saylı qərarına əsasən X2 *** saylı torpaq sahəsində fərdi yaşayış evinin işi üzrə işlərin aparılması Bakı şəhər İcraiyyə Komitəsinin İnşaat və Memarlıq İşləri şöbəsi tərəfindən xx.xx.1959 -cu ildə 157 saylı icazə verilmişdir.
4. X9 xx.xx.1995-ci il tarixində ölmüşdür.
5. İddiaçı cavabdehə dəfələrlə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən evə dair onun adına müvafiq çıxarış verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir.
6. Cavabdeh iddiaçının müraciətlərini təmin etməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli imtinasını belə əsaslandırmışdır ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair təqdim edilən arxiv arayışına əsasən torpaq sahəsi 300,0 m2 göstərilib, lakin faktiki olaraq torpaq sahəsi yol hissəsindən genişləndirilərək 400,0 m2 təşkil edir və əlavə tikililər inşa edildiyindən, layihədə göstərilən tikililər faktiki ölçülərlə uyğunsuzluq təşk il edir. Bundan başqa fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, ünvan 3 ünvanına dair mərhum X3 adına mülkiyyət hüququ daşınmaz əmlak dövlət reyestrindən qeydiyyata alınmalıdır və həmin əmlak ilə bağlı vərəsəyə çıxarış verildikdən sonra qanunvericiliyə uyğun təqdim edilmiş sənədlər əsasında ərizəyə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X1 adına olan torpaq sahəsinin faktiki 400 m2, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 qeyd olunduğundan həyat yoldaşının adına olan sənədlərdə uyğunsuzluq və yaşadıqları evə çıxarış almaq üçün müvafiq qanunvericiliyə uyğun olaraq düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində inzibati icraata cəlb edilmişdir. 9. 1 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(81)1411/2019 saylı qərardadı ilə (hakim Ş.Süleymanova) İddiaçı mərhum həyat yoldaşı X1 adına olan torpaq sahəsinin faktiki 400 m2, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 qeyd olunduğundan həyat yoldaşının adına olan sənədlərdə uyğunsuzluq və yaşadıqları evə çıxarış almaq üçün müvafiq qanunvericiliyə uyğun olaraq düzəliş edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1566/2019 saylı qərardadı ilə (Hakimlər: A.Nuriyeva, V.Ağayev, C.Yusifov) 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1411/2019 saylı qərardadının ləğv edilərək işin təkr ar baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Sonradan iddiaçı xx.xx.2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanda yerləşən evin faktiki ölçülərinin 400 m2 texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 göstərildiyindən uyğunsuzluğu aradan qaldıraraq həqiqi ölçü göstərilməklə (400 m2) çıxarışın X3 adına mərhum həyat yoldaşının adına verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddiaçının ərizəsi icraata qəbul edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X8 xx.xx.1958-ci ildə Ünvan2 evə dair X7 Oktyabr (indiki Yasamal) rayonu ispolkomu ilə icarə müqaviləsi bağlamışdır. Mərhum həyat yoldaşı X8 xx.xx.1995-ci ildə rəhmətə getmişdir. ünvan 2 ünvanda yerləşən evə mərhum həyat yoldaşı X3 adına çıxarış almaq üçün o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə və 1 saylı Bakı Ərazi idarəsinə çıxarış verilməsi barədə göstəriş verilməsinə dəfələrlə sənədlərlə birlikdə müraciət etsə də sənədləri ondan qəbul etməyərək bildirmişlər ki, mərhum həyat yoldaşı X3 ölüm haqqında şahadətnaməsi ilə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportakı adam eyni adam deyil. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1411/2019 nömrəli qərarı ilə (hakim Ş.Süleymanova) iddia tələbinin qismən təmin edil məsi, ünvan 4 ünvanda yerləşən evin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna uyğun olaraq 300 m2 çıxarışı (arayışı) X3 adına verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, 300 m2 torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşının istifadəsinə qanuni əsaslarla ayrılmışdır. Lakin o, həmin əmlak üzərində qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etsə də, bu hüququ rəsmiləşdirmək üçün müraciət etməmişdir. Belə olan halda, iddiaçının mərhum həyat yoldaşının vəfat edənə qədər qanuni əsaslarla həmin ünvana mülkiyyət hüququ əldə etdiyindən, lakin həmi n hüququ təsdiq edən çıxarış almadan vəfat etdiyinidən, onun qanun üzrə vərəsəsi İddiaçı qanunvericiliyə əsasən həmin ev üzərində mülkiyyət hüququnun ölmüş şəxs X5 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ var. Buna görə də iddia 300 m2 torpaq sahəsinə dair hissədə əsaslıdır.
15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1411/2019 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 1411/2019 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-842/2020 nömrəli qərardadına əsasən, iddiaçının apellyasiya şikayətinin rədd edilməsi, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1411/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Ünvan2 ünvanda yerləşən evin faktiki ölçülərinin 400 m2 texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 göstərildiyindən uyğunsuzluğu aradan qaldıraraq həqiqi ölçü göstərilməklə (400 m2) mərhum həyat yoldaşı X3 adına dö vlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etsə də, qanunvericiliyin tələblərinə əsasən iddiaçı ilk öncə qeydiyyat orqanına arayış verilməsi üçün müraciət etməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına çıxarış verilməsi üçün müraciət etməlidir
19. Məhkəmə qərardadı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
20. İddiaçı həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)842/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi hazırkı işə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsini səhv tətbiq etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndini tətbiq etməli olduğu halda, bu işə aidiyyəti olmayan başqa qanunu tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxı ldığından tərəflərin izahatı dinlənilməmişdir.
24. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
25. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn öl müş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunm asında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
29. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.
30. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsind ə təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslana raq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın p redmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİ YA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən hazırkı qərarın 27-28-ci bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələblərini pozmuşdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Buna görə də, iddiaçı ilk öncə qeydiyyat orqanına arayış verilməsi üçün müraciət etməli, daha sonra həmin arayış əsasında hüquq vərəsəni n adına çxıarış verilməsi üçün müraciət etməlidir.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum ərinin daşınmaz əmlakla bağlı ilkin müraciəti olmuş, eyni məzmunda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sadəcə tələbi arayışın yox, çıxarışın verilməsi olmuşdur.
37. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarının təhlilindən aydın olur ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən isə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərinə mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
38. Lakin qanunvericilik hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın və hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsinə aid hüquqi əsasları fərqləndirməmiş, əksinə Qanunun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara dair vahid siyahı müəyyən etmişdir. Başqa sözlə, həm hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarış, həm də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış yalnız Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslara görə verilə bilər və istər çıxarışın, istərsə də arayışın verilmə sinə dair iddia tələblərinə qiymət verilməsi zamanı Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğu yoxlanılır.
39. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi isə iddia tələbini o əsasla mümkün saymamışdır ki, iddiaçı hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbi ilə deyil, çıxarışın verilməsi tələbi ilə müraciət etmişdir.
40. Halbuki, İPM-in 13-cü maddəsinin tələbi baxımından məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması nda proses iştirakçılarına yardım etməyə borcludur.
41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi İPM-in 13-cü maddəsinin tələblərini yerinə yetirmədən iddia tələbini mümkün saymamışdır.
42. Halbuki, iddia tələbinin bu formada dəyişdirilməsi apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı yolverilən idi.
43. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məl umatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesi n digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”.
44. Hazırkı iş üzrə isə iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnmədiyindən, faktiki olaraq eyni hüquqi əsaslara söykəndiyindən yolverilən olsa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinin tələblərinə zidd olaraq iddia mümkün sayılmamışdır.
45. Halbuki, Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəməni n mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”.
46. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
47. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və ya dəyişdirilməsi barədə ərizə verə biləcəyi təklif ediməli, yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-842/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.