Məhkəmə qərarları › İş №2-1(102)-2211/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2211/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2211/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 55+2 yaş, 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri peşələri giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbayc an Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1360/2021 saylı, 11 iyun 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxxxx-cı il tarixdə doğulmuşdur, əmək kitabçasına əsasən 25.02.1980-ci ildə “Azrezintexnika” X2 X7 zavodunda fəhlə kimi başlamış və enerji sexinin növbətçi yarımstansiyasının elektrik təmir i sahəsində zərərli iş şəraitində işləməklə 2-ci dərəcəli elektrik montyoru qəbul edilmişdir. 09.01.1981-ci il tarixdə iddiaçıya 3-cü dərəcəli elektrik montyoru dərəcəsi verilmiş və 07.08.1981-ci il tarixdən 3-cü dərəcə ilə həmin sexə işıqlandırma təmiri elektrik montyoru keçirilmişdir. 29.09.1981-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 31.10.1981-ci ildə Mingəçevir Tekstil kombinatında elektrik montyoru kimi işə qəbul edilərək 22.12.1985-ci ilə kimi işləmişdir. 23.04.1986-cı il tarixdən 01.07.1990-cı il tarixədək "xxxx"-nin Elektrik sexinin, “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 4-cü dərəcəli elektrik çilingəri v əzifəsinə qəbul edilmişdir. 01.07.1990-cı il tarixdən 15.01.1997ci il tarixədək həmin sexdə blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad olunmuşdur. 13.08.1997-ci il tarixdən 01.07.2010-cu il tarixədək "xxxx"-nin elektrik sexinin blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir. 01.07.2010-cu il tarixdən hal hazıradək həmin briqadada, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 6-cı dərəcəli elektrik çiling əri vəzifəsində işləmişdir. İddiaçı 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən bu günə kimi tam iş günü ərzində enerji bloklarında Qazan Turbin sexində Mazut təsərrüfatında, Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini aparmışdır. İş şəraitinin ağır və zərərli olduğuna görə iddiaçıya aylıq məvacibinin 8%-i məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq 6 təqvim günü əlavə edilmişdir. 2. “X11” ASC-nin 02.12.2019-cu il tarixli arayışına əsasən iddiaçı 25.02.1980-ci il tarixdə Enerji sexinin növbətçi yarımstansiyasının elektrik təmiri sahəsinə zərərli iş şəraitində işləməklə 2-ci dərəcə ilə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 09.01.1981ci il tarixdən 3-cü dərəcə elektrik montyoru vəzifəsinə keçiri lmiş, 07.08.1981-ci il tarixdən 3-cüdərəcə ilə həmin sexə işıqlandırma təmiri üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, 29.09.1981-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 26.12.2001-ci il tarixli, 303 nömrəli Sərəncamına əsasən “Azrezintexnika” İstehsalat Birliyinin bazası əsasında və hüquqi varisi olaraq “X11” ASC yaradılmışdır. 3. "xxxx" ASC Mingəçevir SES silsiləsi MMC tərəfindən verilmiş 02.12.2019-cu il tarixli arayışına əsasən iddiaçı 12.02.1997-ci il tarixində 15/KŞ saylı əmrlə “X12 Stansiyaları Silsiləsi” MMC-nin Elektro-Maşın sahəsinə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul olunmuş və 16.06.1997-ci il tarixdə 57/KŞ saylı əmrlə Azərbaycan Respublik ası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir.

4. Azərbaycan Respublikasının Dövlət X4 03.12.2019-cu il tarixli saylı arxiv arayışına əsasən filialda mühafizə olunan arxiv fondu X1 işçisi iddiaçının şəxsi vərəqəsində qeyd edilmişdir: 06 noyabr 1981-ci il tarixli, 595/k saylı əmrinə əsasən 31.10.1981-ci il tarixdən 3-cü dərəcəli elektrik montyoru qəbul edilmişdir; 14 iyun 1982-ci il tarixli, 260/k saylı əmrinə əsasən 07.06.1982-ci il tarixdən 4-cü dərəcə verilmişdir; 10 yanvar 1983-cü il tarixli, 8/k saylı əmrinə əsasən 22.12.1982- ci il tarixdən 5-ci dərəcə verilmişdir; 31 oktyabr 1985-ci il tarixli, 424/k saylı əmrinə əsasən 22.10.1985-ci il tarixdən işdən azad edilmişdir.

5. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya göndərdiyi 20 fevral 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının 23.04.1986-15.01.1997-ci illərdə və 13.08.1997-ci il tarixdən bu günədək "xxxx" MMC-də işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında" nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İddiaçının qeyd edilən illərdə işlədiyi peşələr vəzifələr qeyd olunan vəzifəyə uyğun deyil, onun güzəştli iş stajı 12 il 6 aydan azdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 14 avqust 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.04.1986-15.01.1997-ci illər arasındakı dövr ərzində və 13.08.1997-ci il tarixdən bu günədək "xxxx" MMC-də elektrik çilingəri vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ aranandan bu günə kimi ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən öt rü sənədlərini cavabdehə təqdim etmiş, cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir.

8. Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin 22 yanvar 2021-ci il tarixli “işin xarakteri haqqında” arayışına əsasən 23.04.1986-cı il tarixdən 01.07.1990-cı il tarixədək "xxxx"-nin Elektrik sexinin, “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. (Əmr 315, 23.04.1986) 01.07.1990-cı il tarixdən 15.01.1997-ci il tarixədək həmin sexdə (Əmr 96/K, 09.07.1990) “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briq adada paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. 15.01.1997-ci il tarixdən Azərbaycan Respublikası ƏQM- nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (Əmr 08,1501.1997), 13.08.1997ci il tarixdən 01.07.2010-cu il tarixədək "xxxx"-nin Elektrik sexinin, Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir.(Əmr 181/k, 04.08.1997) 01.07.2010-cu il tarixdən halhazıradək həmin briqadada paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləyir. İddiaçı 23.04.1986-cı il tarixdən 15.0 1.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən hal-hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Mazut təsərrüfatında 330/500 kVluq APQ sahəsində, Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işləri ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İddiaçı işlədiyi müddət ərzində 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.07.1997-ci il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəlilik, havanın hərəkət surəti, iş yerində havanın temperaturu nisbi rütubət, titrəmə, səs-küy faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 8%-i məbləğind ə əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. “Azərenerji“ ASC-nin 05.01.2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində tutduğu elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təm iri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X15 qızı, 2-1(112)-1402/2021 saylı iş) 3 fevral 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya 1 iyul 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 20 il 10 ay 20 gün (23.04.1986-15.01.1997; 13.08.199701.01.2006 elektrik çilingər kimi) iş stajına malik olmuşdur. İddiaçının 01.01.2006-cı il tarixə ümumilikdə 25 il 04 ay 21 gün iş stajı vardır.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5məruzəçi, X6 və X10, 2-1(103)-1360/2021 saylı iş) 11 iyun 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 3 fevral 2020ci il tarixli qərarı iddia təmin olunmuş hissədə ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçın ın çalışdığı 4cü dərəcəli, 5-ci dərəcəli, və blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri peşələri ilə müvafiq Siyahıda uyğunlaşdırılmış “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan)” peşəsi ilə eynilik təşkil etmir. Həmçinin qeyd edir ki, iş materiallarında olan güzəştli arayışlar arasında ziddiyyətlər mövcuddur. Birinci instansiya məhkəməsi qərarında 31 may 2019-cu il tarixli arayışa münasibət bildirməmişdir. Ziddiyyətli arayışlar üzrə iddiaçının 110-330 kv –gərginlikdə və 330/550 kv gərginlikdə işlədiyi dövrlər üst-üstə düşür.

14. İddiaçı 26 avqust 2021-ci il tarixdə həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri 15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: a) kişilər 55 yaşına çatdıqda ən azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayım həmin işlərdə çalışarsa: b) qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə pensiya hüququna malikdirlər.

16. İddiaçı hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası qanunun 13-cii maddəsinin “b” bəndinin ona aid edilməsi və nəzərə alınaraq güzəştli şərtlərlə pensiya edilməsi mümkündür.

17. İddiaçının kasasiya şikayətinə əlavə edilmiş iş fəaliyyəti haqqında arayışda qeyd edilmişdir ki, iddiaçı 23.04.1986-cı ildən 15.01.1997 -ci ilədək və 13.08.1997 - ci ildən halhazıradək "xxxx" MMC-nin Elektrik sexində Paylayıcı qurğular, o cümlədən də 330/500 kv - luq X8 təmirçi çilingər vəzifəsində çalışaraq sahənin elektrik avadanlıqlarına bilavasitə yerində xidmət və təmir işləri ilə məşğul olmuşdur. İş vaxtı və iş prosesində o, sahə gərginliyinin təsiri faktoruna məruz qalır və müvafiq qaydada zərər li işə görə əlavə əmək haqqı alır. İş şəraitinin ağır və zərərli olduğuna görə iddiaçıya 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 8% həcmində əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

5. Pensiya seçmək hüququ (-). Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilm əsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iy ul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pens iyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respubl ikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 21. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilə rin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

23. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsi nə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) d əyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasi ya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

27. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

28. İddiaçı 1 iyul xxxxx-cı ildə doğulmuş, xxxx yaşı tamam olmuşdur. Zərərli sahədə elektrik çilingəri peşəsində işlədiyini, işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

29. Cavabdehin dəlillərinə görə iddiaçı 1 yanvar 2006-cı il tarixə qədər güzəştli iş stajını toplamadığından, yəni işlədiyi elektrik çilingəri peşəsi Sahə üzrə 2 nömrəli Siyahıda nəzərdə tutulmadığından güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

30. İddiaçının kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya tə minatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

32. İddiaçının əmək kitabçasından və iş yeri üzrə verilən arayışlardan görünür ki, 25 fevral 1980-ci il tarixdə Enerji sexin növbətçi yarımstansiyasının elektrik təmiri sahəsinə 2-ci dərəcə ilə elektrik montyoru qəbul edilmiş, 09.01.1981-ci il tarixdə 3-cü dərəcə elektrik montyoru vəzifəsinə keçirilmiş, 07.08.1981-ci il tarixdə 3-cü dərəcə ilə həmin sahə işıqlandırma təmiri üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş və 29.09.1981-ci il tarixdə öz x ahişi ilə işdən azad edilmiş; 31.10.1981-ci il tarixdə X3 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 07.06.1982-ci il tarixdə ona 4-cü dərəcə verilmiş, 22.12.1982-ci il tarixdə ona 5-ci dərəcə verilmiş və 22.10.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 23.04.1986-cı il tarixdə "xxxx"də 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, 01.07.1990-cı il tarixdə həmin sexdə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş və 15.01.1997-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 12.02.1997-ci il tarixdən 16.06.1997-ci il tarixədək Mingəçevir SES EMS-yə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş; 13.08.1997-ci il tarixdə "xxxx"-nin Elektrik sexinin, “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir ed ən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə keçirilmiş, 01.07.2010-cu il tarixdə paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində 6-cı dərəcə verilmiş, 11.02.2013-cu il tarixində həmin sexin “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğunun avadanlıqlarına xidmət və təmir edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifə üzrə işləyir.

33. Həmin sənədlər təsdiq edir ki, 1 yanvar 2006-cı il tarixədək iddiaçının 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək şərait i zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 13-cü bölməsindən (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) görünür ki, 2140000a-19923 kodu ilə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir.

35. İddiaçı 23.04.1986-cı il tarixdə 4-cü dərəcəli elektrik çilingəri vəzifəsində, 01.07.1990-cı il tarixdə “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadada paylayıcı qurğ uların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri, 12.02.1997-ci il tarixdən 16.06.1997-ci il tarixədək 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində, 13.08.1997-ci il tarixdə “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifələrində çalışmışdır.

36. Birinci instansiya məhkəməsinə təqdim edilən "xxxx" MMC tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli işin xarakteri haqqında arayışda qeyd edilmişdir ki, iddiaçı 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən halhazıradək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, qazan-turbin sexində, mazut təsərrüfatında 330/550 k v-luq APQ sahəsində, kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işləri ağır və zərərli iş şəraitində yerinə yetirmişdir.

37. Bununla belə iddiaçının hələ məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə təqdim etdiyi 31 may 2019-cu il tarixli arayışda iddiaçının işlədiyi müddət ərzində 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən halhazıradək 110-330 kv–gərginlikli girimlərin izolyasiyalarının və kipləmələrinin tam və ya qismən dəyişdirilməsi ilə təmiri, 110 kv gərginliyə qədər bütün yükdə güc transformatorlarının əsaslı təmiri ilə məşğul olduğu göstərilmişdir.

38. Apelyasiya instansiyası məhkəməsi arayışda iddiaçının vəzifə funksiyaları arasında ziddiyyət olduğunu bildirib iddianı təmin etməmişdir. Lakin apelyasiya məhkəməsi ziddiyyət hes ab etdiyi halları araşdırmaq əvəzinə düzgün olmayaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

39. İddiaçı kasasiya şikayətinə iş fəaliyyəti haqqında yeni arayış əlavə etmişdir.

40. İddiaçının şikayətə əlavə etdiyi arayışda onun 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən hal-hazıradək Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin elektrik sexində paylayıcı qurğular, o cümlədən 330/550 kvluq X8 təmirçi çilingər vəzifəsində çalışdığı, zərərli işə görə əlavə əmək haqqı aldığı, zərərli iş şəraitində işlədiyinə görə əlavə məzuniyyət verildiyi qeyd edilmişdir.

41. Göründüyü kimi, iddiaçının iş yerindən verilmiş sonuncu arayışda da onun 330/550 kv-luq X8 işlədiyi bildirilmişdir.

42. İddiaçının çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetini n 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 13-cü bölməsindən (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) görünür ki, 2140000a-19923 kodu ilə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasında olmuşdur.

43. Həmin arayış nəzərə alınaraq iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə iş stajı azı 12 il 6 ay təşkil edir.

44. Beləliklə məhkəmə k ollegiyası hesab edir ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı olduğundan və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşəyə aid olduğundan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarına görə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşdur.

45. Odur ki, kasasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia əsaslı olduğundan təmin olunmalıdır. 46. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayın a bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

47. İddiaçının əvvəlki dövr üzrə hesablanmalı pensiyanın ümumi məbləği birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli, bu hissədə iddia qismən təmin olunmalıdır.

48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1360/2021 saylı, 11 iyun 2021-ci tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı 1 iyul 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ötən dövr üçün hesablanan pensiyanı n ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia və kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar