Məhkəmə qərarları › İş №2-1(102)-2211/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2211/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2211/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1969, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2261/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxx 1969-cu il tarixdə anadan olmuş, 01 sentyabr 1984-cü ildən 24 iyun 1988-ci il tarixədək 84 nömrəli orta texniki peşə məktəbində təhsil almış, 10 noyabr 1988-ci il tarixdən 28 oktyabr 1991-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. Socar Baş ofisi Mərkəzi Arxivinin məktubuna əsasən SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanı lan arxiv sənədlərindən müəyyən olunur ki, iddiaçı 01 aprel 1992-ci il tarixdən 01 may 1997-ci il tarixədək “Azərneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı vəzifəsində işləmişdir.

3. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 20 may 1993-cü il tarixdən 16 may 2021-ci il tarixədək “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində dispetçer vəzifəsində işləmişdir. 4. "xxxx" QSC-nin 16 may 2021-ci il tarixli 115 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 20 may 1993-cü il tarixdən 15 may 2021-ci il tarixədək “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində Hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində, ən böyük intensivli və mürəkkəb bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li Siyahısı”nda təsdiq edilmiş XXİ “Nəqliyyat” bölməsinin 3-cü maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq hava hərəkəti idarəetmə dispetçeri vəzifəsində işləməsi üzrə iş stajı 27 il 11 ay 26 gün təşkil edir.

5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən təqdim olunmuş 13 oktyabr 2021-ci il tarixli ********** nömrəli imtina məktubunda “Əmək pensiyalar ı haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təyinatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə istinad edilərək qeyd olunmuşdur ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 22 gün (xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbi baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 01 aprel 1992-ci ildən 19 may 1993-cü ilə kimi olan iş stajı nəzərə alınmaqla, ona hüquq u yarandığı 52 yaşdan, yəni 16 may 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1992-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil və hərbi müddəti nəzərə alındıqda, onun iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda XXİ “Nəqliyyat” bölməsini n 3-cü bəndinin 12003000-17541 yarımbəndinə müvafiq olaraq “Hərəkəti idarəetmə dispetçeri” vəzifəsinə uyğundur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3507/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilərək iddiaçıya 52 yaşdan, yəni 16 may 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün ümumi iş stajının 20 ildən az olmasını əsas götürmüşdür.

10. Lakin sonradan cavabdeh tərəfindən məhkəmə icraatı zamanı təqdim ol unmuş məktubun surətindən görünür ki, cavabdeh iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 20 ildən çox olduğunu qəbul etmiş, iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olduğunu bildirmişdir. Cavabdeh bu halı onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1992- xx.xx.1997-ci il tarixləri arasındaki dövr ərzində “Azneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 7 №-li bölməsində atıcı işlədiyi və xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındaki dövrdə “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Aeronoviqasiya” müəssisəsində və "xxxx" “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində Hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində çalışdığı müddətlə üst-üstə düşdüyündən, xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındaki üst-üstə düşən dövrlərin güzəştli iş stajına ai d edilməsi mümkün olmamışdır. Bununla da iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olduğu qənaətinə gəlinmişdir.

11. İddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01 yanvar 2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir.

12. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı o lan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir.

13. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 01 sentyabr 1984-cü ildən 24 iyun 1988-ci il tarixədək 84 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. Göründüyü kimi, iddiaçının təhsil illəri 03 il 09 ay 24 gün təşkil edir. Məhkəmə “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələblərini rəhbər tutaraq, belə qənaə tə gəlmişdir ki, iddiaçının 03 il 09 ay 24 gün təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir.

14. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi Qaydaları”nın 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir.

15. Əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının ümumi iş stajının 19 il 04 ay 25 gün olması müəyyən olunur. Təkzib olunmaz haldır ki, sözügedən stajı nəzərə aldıqda iddiaçının ümumi iş stajı ilə bağlı şərt ödənilməmiş olur. Lakin nəzərə alınmalıdır ki, hazırkı iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun “Azərneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş əmək k itabçasında iddiaçının həmin Dəstədə işləməsi barədə məlumat əks olunmasa da, həmin dövr mövcud olan arxiv arayışında və əmək haqqı cədvəllərində öz əksini tapmışdır.

16. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş məktubda iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olduğu səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı göstərilsə də, cavabdehin göstərdiyi bu əsas hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Çünki iddiaçı hazırkı iddia tələbi ilə məhz 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsini tələb edir ki, onun pensiyasının təyini “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinin tələbləri əsasında həyata keçirilir ki, bu zaman şəxsin güzəştli iş stajının 10 il olması kifayətdir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2261/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, C.V.Hüseyn və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3507/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasında “Azneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 7 nömrəli bölməsində atıcı işlədiyi dövrlə xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasında “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Aeronoviqasİya” müəssisəsində və "xxxx" “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində Hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində işlədiyi dövrlər üst-üstə düşdüyündən qeyd edilən dövrlərin güzəştli iş stajına daxil edilməmişdir.

22. Beləliklə, mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 22 g ün (xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

23. Yuxarıda göstərilən hallar məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edili r. 26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD №li Qanunla edilmiş dəyişikliy ə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li Siyahısı”

28. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə süb utlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya insta nsiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmi n edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. Hazırkı iş üzrə qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01 yanvar 2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarix li, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş peşə və ya vəzifələrdə çalışmalıdır.

38. Cavabdeh orqan iddiaçının 01 yanvar 2006-cı ilə qədər cəmi 19 il 22 gün iş stajını, yəni 01 sentyabr 1984-cü ildən 24 iyun 1988-ci il tarixədək 84 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrü, 10 noyabr 1988-ci il tarixdən 28 oktyabr 1991-ci il tarixədək hərbi xidmət illərini, 20 may 1993-cü il tarixdən “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" QSC-nin “Azəraeronaviqasiya” Hava Hə rəkəti İdarəsində dispetçer vəzifəsində işlədiyi dövrləri qəbul etsə də, 01 yanvar 2006-cı ilə qədər 20 ildən çox ümumi iş stajının mövcudluğunu mübahisələndirmişdir.

39. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi hal iddiaçının dispetçer vəzifəsində işlədiyi müddətin atıcı vəzifəsində işlədiyi müddət ilə üst-üstə düşdüyü üçün iddiaçının güzəştli iş stajının müəyyən edilməsinin mümkün olmaması ilə bağlı, həmçinin “Azərneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı vəzifəsində işlədiyi dövrün ümumi iş stajı kimi nəzərə alınmaması ilə bağlı olmuşdur.

40. Əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçı 20 may 1993-cü il tarixdən 16 may 2021-ci il tarixədək “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində dispetçer vəzifəsində işləmişdir (01 yanvar 2006-cı il tarixədək 12 il 07 ay 12 gün).

41. Əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının ümumi iş stajının 19 il 04 ay 25 gün olması müəyyən olunur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Azərneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində işləməsi barədə məlumat əks olunmasa da, həmin dövr mövcud olan arxiv arayışı və əmək haqqı cədvəlləri ilə öz təsdiqini tapmışdır.

43. Beləliklə, aşağı instansiya məhkəmələri iddiaçının atıcı vəzifəsində çalışdığı dövrün 01 aprel 1992-ci ildən 20 may 1993-cü ilədək olan müddətini (01 il 01 ay 20 gün) ümumi iş stajı kimi nəzərə almaqda haqlı olmuşdur.

44. Belə olan halda, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajının (xx.xx.1984- xx.xx.1988; xx.xx.1988-xx.xx.1991; xx.xx.1992-xx.xx.2006= 20 il 06 ay 14 gün) mövcudluğu iş üzrə öz təsdiqini tapmışdır.

45. Eyni zamanda, iddiaçının “Azalvia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraromaviasiya” müəssisəsində və "xxxx" Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində işlədiyi dispetçer vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda XXİ “Nəqliyyat bölməsinin” 3-cü maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq “hərəkəti idarəetmə dispetçeri” vəzifəsinə uyğun olduğundan, həmçinin həmin dövr xx.xx.1993-xx.xx.2005-ci illəri əhatə etdiyindən, iddiaçını n 01 yanvar 2006-cı il tarixə qədər güzəştli iş stajının 10 ildən çox olması da iş üzrə öz təsdiqini tapmışdır.

46. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 25-28 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qəbul olunmuşdur, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdir ilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2261/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar