Məhkəmə qərarları › İş №2-1(102)-2211/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2211/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2211/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarı şın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-955/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail RİH başçısının 19 avqust 1994-cü il tarixli 2773 saylı sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 1 massiv ərazisində fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsi hazırkı İddiaçı ayrılmışdır.

2. İddiaçı həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.

3. Lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş və imti nasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyi göstərilən yerləşmə sxemi təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması və iddiaçının Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 19 avqust 1994-cü il tarixli, 2773 saylı sərəncamına əsasən Badamdar qəsəbəsi, 1 massiv ərazisində bağ evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı 1994-cü ildən həmin torpaq sahəsini hasara almış və sahə onun qanuni istifadə və sahibliyində olmuşdur. İddiaçı həmin torpaq sahəsinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 19 oktyabr 2021-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunduqdan sonra müraciətə müvafiq qaydada baxılacaqdır. 18 oktyabr 2021-ci il tarixli müraciətlə Bakı şəhəri Səbail RİH başçısının 19 avqust 1994-cü il tarixli sərəncamının notarial təsdiqlənmiş surəti, eləcə də sərəncamın Dövlət Arxivinin Bakı Filialı tərəfindən təsdiq olunmaqla verilmiş surəti təqdi m olunsa da, cavabdeh təşkilat “müraciətə sənədlərin əsli təqdim olunduqdan sonra baxılacaqdır” cavabını vermişdir. İddiaçı həmin məsələ ilə bağlı sifarişli məktubla 1 noyabr 2021-ci il tarixdə təkrarən müraciət etsə də (məktub 5 noyabr 2021-ci il tarixdə İdarəyə çatdırılmışdır), müraciətə cavab verilməmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyi göstərilən yerləşmə sxemi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya 19 oktyabr 2021-ci il və 15 noyabr 2021-ci il tarixli məktublar ünvanlanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7167/202 2 nömrəli, 2 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim R.L.Kərimli) iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız (qanunsuz) sayılsın, İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin əlavə sübut kimi təqdim etdiyi mütəxəssis rəyi də iddiaçının iddia etdiyi torpaq sahəsinin naturada göstəriciləri müəyyən edilmiş (Karvan küçəsi, ev 16) və həmin torpaq sahəsinin hər hansı hissə də qonşu sahələrlə kəsişməməsi, yəni başqa şəxslər tərəfindən mübahisələndirilməməsi (bu xüsusatı cavabdeh tərəf də bildirməmişdir) əksini tapır.

9. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Səbail RİH başçısının 29 avqust 1994-cü il tarixli 2773 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv ərazisində yerləşən 600 kv.m torpaq sahəsi «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən onun mülkiyyətinə keçmişdir və həmin sərəncam «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq, sözügedən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və idd ia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-955/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlillə ri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixilərində İdarəyə müraciət edilmişdir.

15. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair sənədlərin əsli və torpaq sahəsinin coğrafi mövqeyi göstərilən yerləşmə cizgisi təqdim edilməmişdir.

16. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.

17. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 21 avqust 2021-ci il tari xli, 563 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, İddiaçı torpaq ayrılması barədə Səbail rayon İH-in arxiv fondu üzrə 19 avqust 1994-cü il tarixli, 2773 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur, lakin sərəncama plancizgi sənədi əlavə edilməmişdir.

18. Yuxarıda sadalanan hallardan göründüyü kimi, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyest ri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 10.2.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü;

21. To rpaq islahatı haqqında» Qanun: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətl ə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınma z Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması və iddiaçının Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir

26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7167/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız (qanunsuz) sayılsın, İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılm ış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

27. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-955/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya məhkəməsi sözügedən nəticəyə gələrkən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlarla müəyyən edilən hallara və m addi hüquq normalarına uyğun olaraq iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir.

30. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli 563 №-li məktubuna və Səbail rayon İHB-nın 2773 nömrəli 19 avqust 1997-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətinə əsasən, həmin sərəncamla iddiaçıya Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən, yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi ayrılmışdır.

31. Eyni zamanda, iş materiallarından görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyi ilə sözügedən sərəncamla ayrılan 600 kv.m torp aq sahəsi naturaya və sərhədlərinə uyğun olduğu müəyyən olunmuş və torpağın yerləşmə cizgisi də hazırlanmış, koordinatları müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə həlledici və əsas məsələ ondan ibarətdir ki, səlahiyyətli dövlət orqanı tərəfindən sözügedən 600 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış və ayrılmış torpaq sahəsi naturaya və sərhədlərinə uyğun olduğu mütəxəssis rəyi ilə müəyyən edilmişdir, yəni həmin torpaq sahəsinə iddia edən yox, bu torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi mövcud deyildir, başqa sözlə torpaq sahəsinin iddiaçıya məxsus olması heç bir şübhə doğurmur.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, icra hakimiyyəti orqanını torpaqayırma qərarı və torpaq sahəsinin yerləşmə cizgisi qeydiyyatın aparılmasını zəruri etdiyi halda cavabdeh qanunla üzərinə düşən həmin öhdəliyini əsassız olaraq yerinə yetirməkdən imtina edərək iddiaçının qanunla qorunan hüquqlarını pozur.

34. Belə ki, Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

35. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü;

36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-955/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar