Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2212/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı ASC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, vergi borcu ilə bağlı əmlakın siyahıya alınması ilə barədə qərarın ayrıca mübahisələndirilməsinin mümkün olmaması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ba kı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “qərar və protokolun ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)1995/2021 saylı, 7 sentyabr 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin əmlakının siyahıya alınması haqqında **********0 nömrəli 19.12.2019-cu il tarixli qərarı ilə iddiaçının əmlaklarının siyahıya alınması qərara alınmışdır.
2. Əmlaklarının siyahıya alınması haqqında 20 dekabr 2019-cu il tarixli protokola əsasən borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********0 nömrəli 19.12.2019-cu il tarixli qərara əsasən iddiaçının əmlakları siyahıya alınmışdır. Protokol iddiaçının nümayəndəsi X2 tərəfindən imzalanmışdır.
3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 20.12.2019-cu il tarixli aktla siyahıya alınmış əmlak iddiaçının nümayəndəsi X1 təhvil verilmiş və onun tərəfindən akt imzalanmışdır.
4. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə (iddiaçı məlumatlandırılmış) **********280900 saylı 29.12.2019-cu il xəbərdarlıq tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 7 yanvar 2021-ci il tarixdə cavabd ehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********0 nömrəli 19 dekabr 2019-cu il tarixli qərarı və həmin qərar əsasında tərtib edilmiş **********0 saylı 20 dekabr 2019-cu il tarixli protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X11 İdarəsi iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının 1 iyul 2017-ci il tarixə 23.793,20 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun İddiaçı ASC-nin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbu l olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-90/2019 nömrəli 25 yanvar 2019-cu il tarixli qərarı ilə qeyd olunan iddia təmin edilmişdir. Qərardan İddiaçı ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Həmin iş üzrə iddiaçı olan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X11 İdarəsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1000\2019 nömrəli 18 aprel 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1000/2019 nömrəli 20 iyun 2019-cu il tarixli qərardadı ilə İddiaçı ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-90/2019 nömrəli 25 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2732\2019 nömrəli 06 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1000/2019 nömrəli 20 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Vüqar Şahbazovun **********0 nömrəli 19 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçının (VÖEN: **********) əmlaklarının siyahıya alınması qərara alınmışdır. Daha sonra həmin qərar əsasında iddiaçının vergi ödəyicisi qismində 19 dekabr 2019 -cu il tarixə yaranan 18.447,64 manat borcuna görə 1.000.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20 dekabr 2019-cu il tarixli **********0 saylı protokol tərtib edilmişdir. Hazırda cavabdeh Bakı Kommersiya Məhkəməsinə iddiaçıya qarşı iddia ərizəsi ilə müraciət edərək, **********0 nömrəli 19 dekabr 2019-cu il tarixli qərarı və 20 dekabr 2019-cu il tarixli **********0 saylı protokola istinad edib iddiaçının 19 dekabr 2019-cu il tarixə vergi ödəyicisi qismində yaranan 18.447,64 manat borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.165,75 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 22.671,46 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 347,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.000.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisa slaşdırılmış açıq hərracda satılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Halbuki, qüvvədə olan mövcud qanunvericiliyinin tələblərinə əsasən, üzərinə həbs qoyulmalı olan əmlakın dəyəri cərimə əmsalları tətbiq edilmədən həmin ərazidə orta bazar qiymətləri ilə müəyyən edilir, həmçinin iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır. Ona görə də hesab edilir ki, iddiaçının vergi ödəyicisi qismində yaranan 18.447,64 manat borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.165,75 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 22.671,46 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 347,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçıya məxsus və dəyəri 1.000.000 manat məbləğində olan əmlakın hərracd an satılması barədə iddia tələbi qanuni hesab oluna bilməz, çünki iddiaçının onsuz da çətin olan maddi vəziyyəti daha kritik şəkildə pisləşəcəkdir. Cavabdeh tərəfindən icra sənədinin icrasını həyata keçirən səlahiyyətli qurum kimi iddiaçıya yaranmış borcun hissə-hissə ödənilməsi üçün də imkan yaradıla bilərdi, lakin iddiaçı ASC-yə belə bir imkan yaradılmadan müvafiq xəbərdarlıqların göndərilməsi rəsmilləşdirilərək iddiaçıya məxsus əmlakın siyahıya alınması barədə qərara alınmış və həmin əmlakın hərracdan satılması barədə iddia ilə məhkəməyə müraciət olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)- 3388/2021 saylı iş) 25 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisələndirmə növündə iddia üzrə iddia m üddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona təqdim olunduğu müddətdən 10 (on) aydan çox vaxt keçdikdən sonra, yəni 07.01.2021-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə mübahisələndirilən 20 dekabr 2019-cu il tarixli protokol hissəsində isə qeyd etmişdir ki, protokol inzibati akt hesab edilə bilməz.
9. İddiaçı qərardaddan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3 - məruzə çi, X5 və X10, 2-1(103)1995/2021 saylı iş) 7 iyul 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 25 may 2021-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
11. İddiaçı 23 sentyabr 2021-ci il tarixdə qərardadın surətini almiş, 1 oktyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
12. Kasasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş (bax bu qərarın 6-cı bəndinə) əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının hüquqlarının əsaslı şəkildə pozulması və iş üzrə təqdim olunmuş materiallara düzg ün qiymət verilməməsi ilə çıxarılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsinin qərardadında iddiaçının əmlaklarının siyahıya alınması haqqında 19 dekabr 2019-cu il tarixli qərar və həmin qərar əsasında tərtib olunan 20 dekabr 2019-cu il tarixli protokolun iddiaçının səlahiyyətli nümayəndəsinə təqdim olunmamasına dair sübutetmə vəzifəsinin sadəcə iddiaçının üzərinə düşdüyü qeyd olunmuşdur.
14. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilm əz. 15. **********0 nömrəli bildiriş səlahiyyətli şəxsin imzası olmadan, imza yeri boş buraxılaraq göndərilmişdir. Bu halda bildiriş cavabdehin qeyd etdiyi tarixdə əldə edilmiş olsa belə, ödənişin tələb olunması qeyri-hüquqi hesab olunur.
16. Şikayətin maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 3.11, 49.5, 70.2, 89.14.5, 89.9-cu maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya h ərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzər də tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növlər i üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbi iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş 19 dekabr 2019-cu il tarixli qərarın və həmin qərar əsasında tərtib edilmiş 20 dekabr 2019-cu il tarixli protokolun ləğvi barədədir.
24. Əmlakının siyahıya alınması haqqında cavabdehin 19.12.2019-cu il tarixli qərarı ilə iddiaçının əmlaklarının siyahıya alınması qərara alınmışdır.
25. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməs i haqqında 20.12.2019-cu il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak iddiaçının nümayəndəsi A.Ə.Əliyevə təhvil verilmiş və onun tərəfindən akt imzalanmışdır.
26. Cavabdeh 19 dekabr 2019-cu il tarixli qərarında Vergi Məcəlləsinin 89-cu maddəsinə istinad olunaraq əmlakın siyahıya alınmalı olması və qərarın icrasının konkret dövlət vergi müfəttişlərinə həvalə edilməsi göstərilmişdir.
27. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə (iddiaçı 29.12.2019-cu il xəbərdarlıq tərtib edilmişdir. Xəbərdarlıq məktubunda da 19 dekabr 2019-cu il tarixli qərara istinad edilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, əml akın siyahıya alınması barədə cavabdehin 19 dekabr 2019-cu il tarixli qərarı və həmin qərar əsasında mübahisələndirilən 20 dekabr 2019-cu il tarixli protokol inzibati akt hesab edilə və inzibati məhkəmə icraatı qaydasında ayrıca mübahisələndirilə bilməz.
29. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. 30. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsinin əlamətlərinə görə inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; həmin şəxs lər üçün müəyyən hüquqi nəticələr yaratmalı; qərar, sərəncam və ya digər formada ifadə olunmalı; mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır (2.0.2-ci maddə). 31. 19 dekabr 2019-cu il tarixli qərar və 20 dekabr 2019-cu il tarixli əmlakın siyahıya alınmasına dair protokol yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən inzibati orqan tərəfindən tərtib olunan akt, yəni səyyar vergi yoxlaması haqqında akt iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır.
32. Cavabdeh tərəfindən tərtib olunmuş 19 dekabr 2019-cu il tarixli qərarı və 20 dekabr 2019-cu il tarixli əmlakın siyahıya alınması haqqında protokol inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən qərarın və protokolun ləğvi barədə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.
33. Məhkəmə kollegiyası İPM-in 96.7-ci maddəsinə istinad edərək vurğulayır ki, apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan iddiaçının şikayəti təmin edilə bilməz.
34. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasi ya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1995/2021 saylı 7 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.