Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2212/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilmədən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün vəzifəsinə görə aldığı əmək haqqının ödənilməsi tələbinə dair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 2-1(103)-1070/2024 nömrəli, 2 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının adına açılmış əmək kitabçasına əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq Ərazilərin Mühəndisi təminatı şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə və 59-cu maddəsinə uyğun olaraq Şəhərsalma nəzarəti şöbəsinin 2 saylı ərazi üzrə şəhərsalma nəzarəti sektorunun baş məsləhətçi vəzi fəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq öz arzusu ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-ci il tarixdə “X3” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin 3cü hissəsinə və 29.10-cu maddəsinə uyğun olaraq Şəhərsalma Nəzarəti Şöbəsinin 2 saylı ərazi dairəsi üzrə şəhərsalma nəzarəti sektorunda baş məsləhətçi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmiş və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olaraq “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. xx.xx.2015-ci ildə Komitə Aparatının təsdiq olunmuş yeni ştat cədvəlinə uyğun olaraq Dövlət Şəhərsalma Nəzarəti İdarəsinin Kameral nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixd ə Tikintilərin Dövlət reyestrinə təqdim edilən məlumatların Kameral yoxlama yolu ilə aparılması həvalə edilmiş, xx.xx.2016-cı il tarixdə “X3” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq Dövlət Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə “X3” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq qulluqda yüksəliş yolu ilə Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə aparılmış struktur dəyişikliyinə əsasən Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə “X3” Azərbaycan Respublikası Qanununun 16.2.5-ci və 17.3-cü maddələrinə əsasən inzibati vəzifələrin dördüncü təsnifatı üzrə “Dövlət qulluğunun kiçik müşaviri” nö vbəti ixtisas dərəcəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə “X3” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir.
2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsində çalışan İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.2016-cı il tarixli 95 nömrəli əmək müqaviləsinə 0.03.2023-cü il tarixindən xitam verilmişdir. Əmrin 2-ci bəndinə əsasən İnsan resursları şöbəsinə (E.Z.Səfərov) və Maliyyə və satınalmalar şöbəsinə (E.Ə.Əzizov) bu əmrdən irəli gələn məsələləri həll etməsi, İddiaçı ilə son haqq-hesabın aparılmasının təmin edilməsi göstərişi verilmişdir.
3. İ ddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılaraq bildirilmişdir ki, yazdığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən öz arzusu ilə xx.xx.2023-cü il tarixindən dövlət qulluğuna xitam verilmişdir. Diqqətinə çatdırılmışdır ki, belə hallarda dövlət qulluqçularının əvvəlki vəzifəsinə bərpa edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Komitənin Şəhərsalm a Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsindən azad olunmasına dair xx.xx.2023-cü il tarixli ərizə işəgötürən tərəfindən psixi zor işlədilərək, hədə-qorxu gəlinərək onun iradəsinin əleyhinə yazıldığından həmin ərizənin etibarsız hesab edilməsini, vəzifədən azad olunaraq dövlət qulluğuna xitam verilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/31-104/2023 saylı əmrinin ləğv edilməsini, əvvəlki işinə - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsinə bərpa olunmasını, xx.xx.2023-cü il tarixdən işə bərpa olunanadək olan müddət ərzində şöbə müdiri müavini vəzifəsinə görə aldığı əmək haqqının ona ödənilməsini, həmçinin xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilə dək olan 41 ay müddətində şöbə müdiri vəzifə maaşının yarısı qədər əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 40 ilə yaxın dövlət orqanlarında, müxtəlif qurumlarda ayrı-ayrı vəzifələrdə çalışmışdır. Əmək fəaliyyətinin son 16 ili isə dövlət qulluğu ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2014-cü il tarixli əmrinə əsasən həmin komitədə ərazilərin mühəndis təminatı şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2017-ci il tarixdə 49-k saylı əmrlə qulluqda yüksəliş yolu ilə Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Komitədə aparılan struktur dəyişiklikləri ilə bağlı olaraq xx.xx.2019-c u il tarixli 40-k saylı əmrlə Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsinə keçirilmiş, həmin müddətdə şöbəyə müdir təyin olunmadığından xx.xx.2019-cu il tarixdən işdən azad olunan günədək müdir vəzifəsi əmrlə ona həvalə olunmuş, müvafiq sənədləri imzalamışdır. Fəaliyyət göstərdiyi müddətdə xidmətləri nəzərə alınaraq, xx.xx.2020-ci il tarixli 52-k saylı əmrlə ona “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. Fəaliyyəti dövründə heç bir nöqsana, qanun pozuntusu halına yol verməmiş, vəzifəsini vicdanla və qüsursuz olaraq yerinə yetirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə oluna bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun raz ılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da, boş vəzifəyə yeni işçi götürülür. Lakin, Komitə tərəfindən bunlar edilməmiş, həmin Məcəllənin 61-ci maddəsinin 4-cü hissəsinin də, tələbləri pozulmuşdur. Belə ki, qanunda göstərilir ki, əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla, həmçinin belə boş vəzifəyə təyin oluna bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilir. Faktiki olaraq isə ona 6 ay müddətində müdirin vəzifə maaşının yar ısı qədər əmək haqqı ödənilmiş, digər aylar üzrə heç bir ödəniş edilməmişdir. xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək olan 41 ay müddətində müdirin vəzifə maaşının yarısı qədər əmək haqqı ona ödənilməlidir. Fəaliyyət göstərdiyi müddətdə xx.xx.2023-cü il tarixdə axşam saat 17-18 radələrində Komitənin sədri Anar Quliyev onu yanına dəvət edərək Gəncə şəhər İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixdə 5-1/2-03/454/2023 saylı məktubla daxil olmuş vətəndaş X1 məxsus, Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən, Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən xx.xx.2018ci il tarixli 24 sayla tikintisinə icazə verilmiş obyektin reyestrinin aparılmasında qanun pozuntusu hallarına yol verdiyini, burada korrupsiya halları olduğundan ya materialların Korrupsiya İdarəsinə göndərilməsini ya da öz arzusu ilə ərizə yazaraq işdən azad olunmasını tələb etmişdir. O, heç bir korrupsiya halına yol vermədiyini, sənədlərin poçt vasitəsilə daxil olduğunu, bundan əvvəllərdə də, bu xarakterli sənədlər daxil olduğunu, bu xarakterli müraciətləri aparat rəhbəri R.İsmayılovun təşəbbüsü ilə Hüquq Şöbəsi ilə aparılan birgə məsləhətləşmələr əsasında və qanuna uyğun həll edilərək obyektlərin reyestrlərinin aparıldığını izah etsə də, sədr Anar Quliyev ona hədə-qorxu gəlmiş, bundan sonra işləməsinin mümkün olmamasını bildirmiş, sənədləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərərsə onun üçün çox pis olacağını, oradan heç kimin qurtara bilməyəcəyini bildirmiş, psixi zor işlədib, hədə-qorxu gələrək ondan əmək müqaviləsinin ləğv edilməsinə d air ərizə verməsinə nail olmuşdur. Təkidlə heç bir qanunsuzluğa yol vermədiyini, ona düşünmək üçün möhlət verməsini bildirdikdə xx.xx.2023-cü il tarixdə onun məcburi qaydada ərizə alınmış onun üçün aydın olmayan, lakin onda haqlı şübhələr doğuran səbəblərdən xx.xx.2023-cü il tarixdə işdən azad olunmasına dair “X3” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə istinad olunmaqla öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi barədə əmr imzalanmışdır. “X3” Qanunun 34-cü maddəsində göstərilir ki, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstərilir ki, işəgötürən tərəfi ndən zor işlədilərək, hədə qorxu gələrək, yaxud hər hansı üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. X6 tərəfindən mənə psixi təzyiq olunmuş, Korrupsiya İdarəsi ilə hədə qorxu gəlinmiş, iradə ifadəsinin əleyhinə ərizə yazmağa məcbur edilmişdir. Onun artıq 61 yaşı var, pensiyaya çıxmasına 4 il qalmışdır, normal işi var, işinin öhdəsindən də layiqincə gəlir. Ona təzyiq olmasaydı göstərdiklərinin qarşısında o, nə üçün ərizə yazaraq işdən azad olunmasını bildirməli idi. Təbii ki, burada ona edilən psixi təsirlərin, fikirləşməyə, düşünməyə vaxt verilməməsinin də, təsiri olmuş, həmin vaxt rəhbər işçinin söylədiyi fikirlərin, hədələrin təsirindən fikirləşməyə imkan verilmədiyindən ərizə yazmağa məcbur edilmiş və ərizə yazmalı olmuşdur. Onun işdən azad olunması heç bir qanuna, məntiqə sığmır, hesab edir ki, yolverilməzdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9493/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilmiş, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Beləliklə, hazırki iş üzrə mübahisəli əmrin qanuni və əsaslı olması işin halları ilə sübuta yetirildiyindən, hüquqi müqəddəratı əmrin ləğv edilməsi ilə bağlı olan digər törəmə tələb (məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanıb ödənilməsi, işə bərpa) də, müzakirə olunmadan “ə mrin ləğv edilməsi tələbi” və “icra etdiyi vəzifənin əmək haqqısını alması” ilə birlikdə təmin edilməməlidir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1070/2024 nömrəli, 2 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, F.Talışinski və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv ed ilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası mübahisəsiz olan halları, təqdim edilən sübutları nəzərə almadan və araşdırmadan “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 3-35/3-1-10412023 nömrəli mübahisələndirilən əmrinə və X3” Azərbaycan Respublikası Qanununun 33.1 və 33.1.1-ci maddələrinə istinad edərək, “dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər” qənaətinə gəlmişdir.
13. Ancaq İddiaçı vəzifədən azad olunmasına dair xx.xx.2023-cü il tarixli 3-35/3-1104/2023 saylı əmr “X3” Azərbaycan Respublikas ı Qanunun 33.1.1-ci maddəsinə (dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi) istinad olunmaqla verilsə də, “X3” Qanunun 34-cü maddəsində göstərilir ki, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstərilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə qorxu gələrək, yaxud hər hansı üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
14. Həmçinin Həmin Məcəllənin 69-cu maddəsinə (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini da vam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı münasibətdə isə bu halların heç biri mövcud olmayıb və hədə-qorxu, psixoloji təzyiq olmadan onun dərhal işdən çıxması üçün ərizə yazmasının mümkünsüzlüyü bir daha təsdiqini tapır.
15. Bundan başqa İddiaçı apellyasiya instansiyasında verdiyi ifadəsində də qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 17-18 radələrində (qeyri-iş saatlarında) Komitənin sədri Anar Quliyev onu yanına dəvət edərək Gəncə şəhər İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixdə 5-1/2-03/454/2023 saylı məktubla daxil olmuş vət əndaş X1 məxsus, Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən, Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən xx.xx.2018ci il tarixli 24 saylı tikintisinə icazə verilmiş obyektin reyestrinin aparılmasında qanun pozuntusu hallarına yol verdiyini, burada korrupsiya halları olduğundan ya materialların Korrupsiya İdarəsinə göndərilməsini ya da öz arzusu ilə ərizə yazaraq işdən azad olunmasını tələb etmiş, o, heç bir korrupsiya halına yol vermədiyini, sənədlərin poçt vasitəsilə daxil olduğunu, bu xarakterli müraciətləri aparat rəhbəri R.İsmayılovun təşəbbüsü ilə Hüquq Şöbəsi ilə aparılan birgə məsləhətləşmələr əsasında və qanuna uyğun həll edilərək obyektlərin reyestrlərinin aparıldığını izah etsə də, sədr Anar Quliyev ona hədə-qor xu gəlmiş, bundan sonra işləməsinin mümkün olmayacağını bildirmiş, sənədləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərərsə, onun üçün çox pis olacağını və oradan heç kimin qurtara bilməyəcəyini bildirməklə, onun əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə verməsinə nail olmuşdur.
16. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddiasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68. (Əmək müqaviləsinə xitam verilməsinin əsasları)
1. Əmə k müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69. (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) əsasən:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhes abının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rə smi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsi ni geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 18. “X3” Azərbaycan Respublikası Qanunu: Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayəti nin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya l əğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 21(103)-1070/2024 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən belə hesab etmişdir ki, “cavabdehin mübahisələndirilən əmrinin ləğv edilməsi və onun doğurduğu nəticələrin aradan qaldırılması və ödənilməmiş vəsaitin verilməsi barədə iddia tələbinin təmin olunması üçün əsasların mövcudluğu sübuta yetirilmir. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin hallarına və maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir.”
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia əriz əsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kassasiya şikayətinin məğzi ondan ibarətdir ki, dövlət qulluğundakı işdən öz arzusu ilə azad edilməsi barədə ərizəni iddiaçı könüllü şəkildə yazmamış, cavabdehin rəhbərliyi onu bu ərizəni yazmaqla hədəqorxu gələrək məcbur etmişdir.
25. Bununla əlaqədar məhkəmə kollegiyası iddiaçının sözügedən ərizəsinin (iş səh. 95) nəzərdən keçirilməsini lazım bilir.
26. Azərbaycan Respubl ikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə iddiaçı tərəfindən yazılmış həmin ərizədə göstərilmişdir ki, “yazıb sizdən xahiş edirəm ki, xx.xx.2023-cü il tarixində öz arzumla dövlət qulluğuna xitam verəsiniz. İmza İddiaçı Tarix: xx.xx.2023-cü il.”
27. Göründüyü kimi, adıçəkilən ərizədə, nə onun formasında, nə də mahiyyətində heç bir qeyri-adilik yoxdur.
28. İddiaçının həmin ərizəsini əsas götürərək sözügedən komitənin sədri xx.xx.20223-cü il tarixli, 3-35/3-1-104/2023 saylı əmrlə, iddiaçını öz arzusu ilə tutduğu vəzifədən azad etmiş və cavabdehlə iddiaçı ilə bağlanılmış xx.xx.2016-cı il tarixli, 95 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
29. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının həmin ərizəsinin məcburiyyət və hə də-qorxu ilə yazılmasını təsdiq edən heç bir sübut (şahidlər, o cümlədən iş yoldaşlarının izahatları) ümumiyyətlə mövcud deyildir.
30. Belə olan halda iddiaçının sözügedən ərizənin təzyiq və təsir nəticəsində yazılması üçün qənaətə gəlməsi üçün əsas yoxdur.
31. Məlum olduğu kimi “X3” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilə bilər.
32. Bununla yanaşı “X3” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a” bəndinə əsasən tərəflərdən bi rinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
34. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
35. Beləliklə Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsində sadalanan hallardan başqa qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda da işçinin öz ərizəsində göstərdiyi gün işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı tərəfindən yazılmış işdən azad olunmağa dair xx.xx.2023-cü il tarixli ərizədə məhz qeyd olunur ki, xx.xx.2023-cü il tarixindən etibarən iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilsin.
36. Eyni zamanda iddiaçının əvvəlki işinə, yəni Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarət i Şöbəsinin müdir müavini vəzifəsinə bərpa olunması ilə bağlı bildirir ki, “X3” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən 1–5 kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinciyeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir.
37. Həmin Qanunun 29.3-cü maddəsinə 1–5-ci kateqoriya dövlət orqanlarında uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrd ə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir.
38. İddiaçının sözügedən vəzifəyə işə qəbul məsələsi də bu halda məhz qanunvericiliyin tələbinə uyğun olaraq müsahibə əsasında həyata keçirilməlidir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İddiaçının iddia tələblərindən biri də xx.xx.2023-cü il tarixindən işə bərpa olunanadək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsini icra etməyə görə almalı olduğu şöbə müdirinin vəzifə maaşının yarısı qədər əmək haqqının ona ödənilməsidir.
41. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Şəhərsalma nəzarəti şöbəsində iki şöbə müdirinin müavini ştat vahidi mövcuddur. Həmin ştat vahidi üzrə vəzifə təlimatına əsasən şöbə müdirinin müavini şöbə müdiri olmadığı halda, onun vəzifəsinin icra edilməsi tapşırıldığı halda, həmin vəzifəni icra etməlidir, iddiaçının iddia etdiyi kimi onun tərəfindən başqa işçinin əmək funksiyası icra edilməmiş, məhz öz vəzifə təlimatında göstərilən əmək funksiyalarından biri icra edilmişdir.
42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 2 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1070/2024 nömrəli, 2 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.