Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2214/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 may tarixli 2-1(107)-292/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə mür aciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş və 2015-ci il 29 iyun tarixdən 2018-ci il 29 iyun tarixədək ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 yanvar tarixli 2-1(84)-123/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş və 2015-ci il 29 iyun tarixdən 2018-ci il 29 iyun tarixədək ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2019-cu il 10 may tarixli 2-1(107)-292/2019 nömrəli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Məhkəmənin qərardadı cavabdehə 2019-cu il 16 may tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardaddan 2019-cu il 23 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və şikayət üzrə apellyasiyanın mümkün sayılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 yanvar tarixli 2-1(84)-123/2019 nömrəli qərarını almamışdır. Belə ki, “R.Ağayev” adında şəxs həmin şöbədə işləmir. Məhkəmə aktı şöbənin müdirinə təqdim olunmalı idi. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərda rlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İPM-in 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı cavabdehə sifarişli-xəbərnaməli məktubla 2019-cu il 31 yanvar tarixdə göndərilmiş, qərar 2019-cu il 4 fevral tarixdə “R.Ağcayeva” adlı şəxs tərəfindən xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti 2019-cu il 5 aprel tarixdə poçt rabitəsi şöbəsinə təqdim edilmişdir. Beləliklə, prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür. Şikayətin dəlillərindən biri ondan ibarətdir ki, “R.Ağayev” adında şəxs həmin şöbədə işləmir. Məhkəmə aktı şöbənin müdirinə təqdim olunmalı idi. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, əvvəla, poçt göndərişini qəbu l edən şəxs “R.Ağayev” deyil, “R.Ağcayeva” olmuş, poçt sənədində və apellyasiya instansiyası məhkəməsinin qərardadında da məhz həmin ad göstərilmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın ünvanına göndərilmiş məhkəmə bildirişini də həmin şöbənin adından məhz “Ağcayeva” qəbul etmiş, cavabdeh də öz növbəsində, həmin bildirişdə apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmənin məlumatına yazılı münasibətini məhkəməyə göndərmişdir. Poçt göndərişinin şöbənin işçisinə deyil, bilavasitə müdirinə təqdim olunmalı olduğuna dair dəlilə gəldikdə, inzibati orqanda kargüzarlıq, həmçinin sənədlərin (o cümlədən poçt göndərişlərinin) qəbulu və hərəkəti ilə bağlı qaydalara riayət edilməsini təmin etmək vəz ifəsi inzibati orqanın üzərinə düşür. İnzibati orqan öz işçilərinin hərəkətinin (hərəkətsizliyinin) nəticələri üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası cavabdehin dinlənilmə hüququnun apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığına dair dəlilini əsassız hesab edir. Belə ki, cavabdehə təqdim olunmuş məhkəmə bildirişində onun (nümayəndəsinin) iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 2019-cu il 10 may tarixli 2-1(107)-292/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov X.S.Məmmədov Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2214/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2214/2019
03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver