Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2214/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin edilməsi” tələb inə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-1100/2021 nömrəli iş üzrə 16.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 noyabr 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı ildə Ermənistanın Spitak rayonu, Kursalı kəndində anadan olmuş. Ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasın təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdeh 30.06.2020-ci il tarixli **********7 nömrəli məktubla iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasın təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtin ası onunla əsaslandırlmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 03.01.2020-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, o 11.06.1984-cü ildən 01.06.2005-ci ilədək keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində müxtəlif vəzifələrdə, o cümlədən müxtəlif zərərli sahələrdə 09.01.1986-cı ildən 19.01.1988-ci ilədək 3 saylı futlyar sexində plastik kütlə (polistriol) qranullayıcısı və 17.08.1988-ci ildən 01.06.2005-ci ilədək zərgər-quraşdırıcı peşələrində işləmişdir. 10.06.2004-cü il tarixdən 03.10.2011-ci il tarixə qədər "xxxx" Azərbaycan MMC Bank kredit təşkilatında zərgər vəzifəsində işləmişdir. 2 il əsgəri xidmət +20 il 11 ay 20 gün zərgərlik zavodundan əmək stajı + 7 il 4 ay "xxxx" MMC-dəki əmək stajı = təxminən 30 il əmək stajı təşkil edir. "xxxx" MMC-nin 23 oktyabr 2019-cu il tarixli KŞ saylı arayışından görünür ki, İddiaçı 30 illik əmək stajının 17.08.1988-ci ildən 01.06.2005-ci ilə qədər işlədiyi dövrdə zərgər - quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanva r tarixli qərarına müvafiq olaraq ümumi peşələr (35 №-də) və həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” “Zərgər və bədii məmulatları qaralayanlar” zərərli sahədə işlədiyinə görə yaşa görə təqaüdə çıxa bilər. Yuxarıda qeyd edilən arayışdan görünür ki, onun ümumi 30 il əmək stajı vardır və 17.08.1988-ci ildən 01.06.2005-ci ilə qədər 16 il 9 ayını əmək şəraiti ağır olan işlərdə işləmişdir. Cavabdeh İdarə heç bir araşdırma aparmadan özünün 30.06.2020-ci il tarixli, **********7 saylı məktubu ilə ona ümumi iş stajı 25 ildən, güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmaması barədə rədd cavabı vermişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müra ciət edərək ona 57 yaşı tamam olduğu 03.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
5. Birinci instansiya məhkəməsinin 13.11.2021-ci il tarixli, 2-1(112)5467/2021 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşının tamam olduğu 03.01.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara almışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 38., 149-cu maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin 52., 58.7., 68.2., 73.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.11.2021-ci il tarixli, 2-1(112)-5467/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1100/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Həmid Həmidov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 13.11.2021-ci il tarixli, 2-1(112)-5467/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeqi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 05.11.2019-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin təqdim etdiyi 263 nömrəli arxiv arayışından da göründüyü kimi, İddiaçı Azərbaycan (əvvəllər Bakı) ’’Zərgərsənaye” İstehsalat Birliyinin 1 saylı sexində zərgər-quraşdırıcı vəzifəsində işləyərkən 1989-1994, 2000-2005-ci il dövrü üçün cədvəl üzrə əmək haqqı almışdır. İddiaçının təqdim etdiyi arxiv arayışdan da göründüyü kimi onun, 93 ay iş stajı var. Güzəştli iş stajını nəzərə alaraq, iddiaçı 17.08.1988-ci ildən Bakı Yuvelir zavodunda zərgər vəzifəsində işə başlamış və toplamda iddiaçının 97 ay (yəni 8 il 1 ay) güzəştli peşələrdə iş stajı vardır. Göstərilən səbəblərdən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının güzəştli iş st ajı 12 il 6 aydan az təşkil edir.
11. Eyni zamanda iddiaçının 11 və 12 qeydləri arasında da uyğunsuzluq var. Belə ki 01.06.2005-ci il tarixdə Azərbaycan (əvvəllər Bakı) ’’Zərgərsənaye” İstehsalat Birliyindən uzun müddət işə üzürlü səbəb olmadan çıxmadığı səbəbilə azad edilmişdir. 12- ci qeyd də isə görünür ki, iddiaçı 10.06.2004-cü il tarixdən “Finca-Azerbaijan” QBKT –nə işə qəbul edilmişdir.
12. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(103)-1100/2021 nömrəli nömrəli nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
13. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
15. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 13.... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.; Həmin maddəyə 13.06.1997-ci il tarixində edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahsı”nın XİV. Metal emalı bölməsində (2150700a—19553 kod) göstərilmiş «zərgər və bədii məmulatları qaralayanlar».
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 11.9-cu Bölməsinin «Qaynar üsulla metalın üzlənməsi Zərgər və bədii məmulatları qarala yanlar» peşəsi.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 05.11.2019-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin təqdim etdiyi 263 nömrəli arxiv arayışından da göründüyü kimi, İddiaçı Azərbaycan (əvvəllər Bakı) ’’Zərgərsənaye” İstehsalat Birliyinin 1 saylı sexind ə zərgər-quraşdırıcı vəzifəsində işləyərkən 1989-1994, 2000-2005-ci il dövrü üçün cədvəl üzrə əmək haqqı almışdır. İddiaçının təqdim etdiyi arxiv arayışdan da göründüyü kimi onun, 93 ay iş stajı var. Güzəştli iş stajını nəzərə alaraq, iddiaçı 17.08.1988-ci ildən Bakı Yuvelir zavodunda zərgər vəzifəsində işə başlamış və toplamda iddiaçının 97 ay (yəni 8 il 1 ay) güzəştli peşələrdə iş stajı vardır. Göstərilən səbəblərdən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır.
23. Belə ki, iş materiallarından olan iddiaçıya məxsus əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01. 10.1981-ci ildən 01.07.1982-ci ilə qədər Spitak Sovxozunda fəhlə işləmiş, 09.11.1979-cu ildən 17.11.1981-ci ilə qədər sovet ordusunda xidmət etmiş, 11.06.1984-cü ildən 01.06.2005-ci ilə qədər Azərbaycan SSR Bakı Zərgərlik Zavodunda (15.08.1985-ci il tarixli, 315 №-li SSRİ Cihaz ayırma Nazirliyinin Nazir müavininin əmrinə əsasən Bakı zərgərlik zavodunun dəyişdirildi Bakı İstehsalat Birliyi “Yuvelirprom”, 02.06.1992-ci il tarixli, 306 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Bakı İB “Yuvelirprom” adı dəyişdirilib Azərbaycan İB “Yuvelirprom” olub) mal yükləyən, plasmasdan məmulatların presləyicisinin yanında şagird, 3-cü dərəcəli plasmastların dənəvərləşdirmə maşinisti, zərgər-quraşdırıcı tələbəsi, 3-cü dərəcəli zərgər-quraşdırıcı, 04.06.2010-cu ildən 03.10.2011-ci i lə qədər “FİNCA-Azərbaijan” QBKT-də zərgər vəzifələrində işləmişdir.
24. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş 359 №-li, 25.10.2019cu il tarixli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 09.11.1979-cu il tarixdən 17.11.1981-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 25. "xxxx" MMC-nin KŞ №-li, 23.10.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 09.01.1986-cı ildən 19.01.1988-ci ilədək 3 saylı futiyar sexində plastik kütlə (polistirol) qranullayıcısı və 17.08.1988-ci ildən 01.06.2005-ci ilədək zərgərquraşdırıcı peşələrində, keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir.
26. Həmçinin, "xxxx" MMC-nin KŞ №-li, 23.10.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinə müvafiq olaraq əmək şəraiti fiziki, kimyavi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtında işləmişdir. İddiaçıya 6 təqvim günü əmək məzuniyyətinə əlavə və gündəlik südlə təmin edilmişdir. Odur ki, həmin peşələrdə işləyən şəxs əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququna malikdir.
27. Belə olan halda, tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının işlədiyi «plastik kütlə (polistriol) qranullayıcısı və zərgər-quraşdırıcı» peşələri Azərbaycan Respublikası Naz irlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 11.9-cu Bölməsinin «Qaynar üsulla metalın üzlənməsi Zərgər və bədii məmulatları qaralayanlar» peşəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahsı”nın XİV. Metal emalı bölməsində (2150700a—19553 kod) göstərilmiş zərgər və bədii məmulatları qaralayanlar peşasinə uyğun olmaqla 57 yaşının tamam olduğu 03.01.2017-ci il tarixə qədər 30 il 6 ay 27 gün ümumi və 18 il 9 ay 24 gün güzəştli iş stajı mövcuddur.
28. Cavabdehin başqa bir dəlili ondan ibarətdir ki, iddiaçının 11 və 12 qeydləri arasında da uyğunsuzluq var. Belə ki, 01.06.2005-ci il tarixdə Azərbaycan (əvvəllər Bakı) ’’Zərgərsənaye” İstehsalat Birliyindən uzun müddət işə üzürlü səbəb olmadan çıxmadığı səbəbilə azad edilmişdir. 12-ci qeyd də isə görünür ki, iddiaçı 10.06.2004-cü il tarixdən “Finca-Azerbaijan” QBKT –nə işə qəbul edilmişdir.
29. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan 14.06.2021-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin təqdim etdiyi 64/113 nömrəli arayışda(iş səhifə 120) görsənir ki, 2005-ci ilin əmək haqqı cədvəlində fevral, mart və iyul ayında iddiaçıya əmək haqqı hesablanıb.
30. Bundan başqa iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən (iş səhifə 9) iddiaçı eyni vaxtda iki yerdə işləyib. Hər bir halda həmin stajların yalnız biri qəbul olunur və 01.01.2006-cı il tarixədək iddiaçının lazim olan ümumi və xüsusi əmək stajı yaranır.
31. Beləliklə, məhkəmə kollegiyası iddiaçıya 57 yaşdan, yəni 03.01.2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1100/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.