Məhkəmə qərarları › İş №2-1(102)-2214/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2214/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2214/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “50000 manat mənəvi ziyanın onun xeyrinə cavabdehdən tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(103)-1868/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə (üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi) qarşı vəsaitin ödəniş təyinatına uyğun olaraq məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 21(112)-5479/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 say lı Nəsimi rayon filialı vasitəsi ilə cavabdehin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq iddiaçının (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-1187/2021 nömrəli qərarı ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərarın qəbul edilərək iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının 1512.2021-ci il tarixli, 2-1(102)- 2372/2021 nömrəli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)1187/2021 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qərar tam icra olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 50000 manat mənəvi ziyanın onun xeyrinə cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində baş mühəndis vəzifəsində işlədiyi 2006-2014-cü illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilməli vəsaitlərin DSMF-yə köçürülüb-köçürülməməsini müəyyən etmək üç ün xx.xx.2015-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2015-ci il tarixli məktubla bildirmişdir ki, 20062013-cü illərdə Nəsimi MKTB tərəfindən Departamentə daxil olan vəsaitlər 25%-dən az təşkil etmişdir və təqdim edilən B3 hesabatlarında əmək haqqına nisbətdə ödənilən vəsaitlər şəxsi hesabına işlənmişdir. 2014-cü il üçün işlədiyi müəssisə tərəfindən təqdim edilən B3 hesabatında uyğunsuzluq olduğu üçün həmin ilin məlumatlar bazaya işlənməmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, 20062014-cü illər üzrə əmək haqqından tutulmuş sosial sığorta haqları üzrə vəsaitin tələb edilərək şəxsi hesabına tam daxil olmasının təmin edilməsini xahiş etmişdir. B3 hesabatında da qeyd edilən illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilən gə lirin cəmi 10663,82 manat təşkil etdiyi göstərilmişdir. Bundan sonra Birlik tərəfindən 22 nömrəli xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə 10663,82 manat vəsait "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə həmin dövrdə Birliyin uçotda olduğu DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürülmüşdür. Ödəniş tapşırığının Dİ. bölməsində göstərilmişdir ki, ödənişin təyinatı və əsas iddiaçının ödənilməmiş sığorta haqqı 25% ödənilir SSN **********0513, ödənilən 10663,82 manat vəsaitin pensiya kapitalında əks edilib-edilməməsi ilə bağı verdiyi ərizəyə Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli xx/xx-2272 saylı məktubda göstərilmişdir ki, 2006-2014-cü illərə dair məcburi dövlət sosial sığorta haqqı üzrə müvafiq məlumatların ona aid fərdi şəxsi hesabda öz əksini tapması təmin edilmişdir. Bundan sonra iddiaçı arxayın olmuşdur ki, 10663,82 manat vəsait fərdi şəxsi hesabına mədaxil etmişdir. Pensiya kapitalı barədə məlumat əldə etmək üçün 2019-cu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemi olan e- sosial.az saytına daxil oldmuş və müəyyən etmişdir ki, 2006-2014-cü illər üzrə əvvəllər ödənilməyən 10663,82 manat borcu qalır, xx.xx.2015-ci il tarixdə ödənilmiş vəsait isə fərdi şəxsi hesabında əksini tapmamışdır. xx.xx.2019-cu il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək məsələnin araşdırılmasını xahiş etmiş, xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubla göstərilmişdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nəsimi rayon MKTB tərəfindən 2015-ci il üzrə təqdim etdi yi B3 formasında adları qeyd edilmiş sığortaolunanların fərdi şəxsi hesablarında proporsional qaydada bölüşdürülmüşdür. Cavabdeh tərəfindən Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə verilmiş **********4 nömrəli xx.xx.2020-ci il tarixli məktubda isə bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmadığı üçün, ödənilmiş vəsait proporsional qaydada bölüşdürülmüşdür. Cavabdehin məktublarında göstərilənlər qanunsuz olmuşdur. Çünki pul vəsaiti ödəyənin ödəniş təyinatında göstərdiyi qaydada, təyinatı göstərilmədiyi halda isə ödəmə ardıcıllığına əsasən bölüşdürülür. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-5479/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 nömrəli xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsi ilə cavabdehin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq iddiaçının (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1187/2021 nömrəli qərarı ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərarın qəbul edilərək iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi nin qərarından verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının 1512.2021-ci il tarixli, 2-1(102)- 2372/2021 nömrəli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(103)-1187/2021 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir.

4. Mənəvi iztirablar çəkməyinə dəlalət edən məqam həmçinin ondan ibarətdir ki, cavabdehin xx.xx.2015-ci il tarixli xx/xx-2272 nömrəli məktubunda etiraf edildiyi kimi köçürülmüş 10663,82 manat pul vəsait təyinatına uyğun olaraq onun pensiya kapitalında əks edilmiş, sonradan ona məlum olmayan səbəbdən və məlum olmayan tarixdə pensiya kapitalından çıxarılaraq proporsional qaydada bölüşdürülmüşdür. Hansı səbəbdən cavabdeh bu hərəkəti etməsini izah edə bilməmişdir. Cavabdehin ona qarşı et diyi haqsızlıqlar, mənəvi iztirablar bununla bitməmiş, sonrakı mərhələdə də davam etmişdir. Belə ki, Ali Məhkəmə qəti qərarını verdikdən sonra qərar Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün cavabdehə məktub göndərilmişdir. Uzun müddət ərzində cavabdeh qərarın icrasını müxtəlif bəhanələr gətirməklə icra etməmiş, yayınmışdır. Cavabdehin inzibati binasına dəfələrlə getməyi, telefonla danışmağı nəticə verməmiş, ona bildirilmişdir ki, guya qərarın icra edilməsi üçün DSMF icazə verməlidir. Məcburiyyət qarşısında qalıb, bundan sonra cavabdehə yazılı müraciət etdi və uzun illər ərzində hüquqlarını pozmaları ilə əlaqədar qanunsuz, hərəkətləri nəticəsində mənəvi iztirablar keçirməyi, bütün əsəblərini itirməyi, müxtəlif xəstəliklərə düçar olmaqla bağlı mənəvi z ərəri kimi 50000 manat vəsaitin ona ödənilməsini xahiş etdi. Ərizəsinə verilmiş xx.xx.2022-ci il tarixli cavabda göstərilmişdir ki, qərarın icrası Filialın səlahiyyəti xaricində olduğundan bununla bağlı xx.xx.2022-ci il tarixdə təkrar olaraq Fonda müraciət edilmişdir və qərarın icrası ilə bağlı tədbirlər görülməkdədir. Cavabdeh tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli məktubda nəhayət ki, qərarın 5 aydan sonra (qəbul edildikdən 7 ay sonra) icra olunduğu göstərilmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində çoxsaylı sarsıntılar keçirmiş, eyni zamanda şəkər xəstəliyinə düçar olmuşdur. Belə ki, X2 X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli diabetik testin cavabı, Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli cavabı bu faktı təsdiq edir və daimi müalicə qəbul edir. O, heç zam an xəstə olmamış, xəstəliyi məhz cavabdehin ona qarşı etdiyi qanunsuzluqlardan sonra baş vermişdir.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 2-1(112)-5479/2020 nömrəli məktubla Filiala müraciət edilərək Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı qanuni qüvvəsini aldığından məhkəmə qərarının icra edilərək icrası barədə qısa müddət ərzində məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Ali Məhkəmənin Qərarının icrasının təmin edilməsi məqsədilə texniki düzəlişlərin edilməsi Filialın səlahiyyətləri xaricində olduğundan Filialın 14 mart 2022-ci il tarixli **********2 nömrəli məktubu ilə müvafiq düzəlişlərin edilməsi üçün aidiyyəti üzrə Fonda müraciət edilmişdir. Fond 19 may 2022-ci il tar ixli **********8 nömrəli məktubu ilə Nazirliyin tabeliyində “DOST X1" MMC-yə müraciət edərək Ali Məhkəmənin Qərarının qəti olmasını nəzərə alaraq, Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a (Forma B3) əsasən fərdi şəxsi hesablarına məcburi dövlət sosial sığorta haqları bölüşdürülmüş və əmək pensiyası təyin edilməmiş sığortaolunanların fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqının azaldılaraq sığortaolunan iddiaçının əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq bölüşdürülməsi və fərdi şəxsi hesabında əks olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. "xxxx" MMC Fonda xx.xx.2022-ci il tarixli **********9 nömrəl i məktub ünvanlayaraq bildirmişdir ki, Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən, təqdim olunan siyahı üzrə sığortaolunanların fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqı azaldılmışdır. Həmin məbləğ sığortaolunan İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq fərdi şəxsi hesabına bərkidilməsi təmin edilmişdir. Fond tərəfindən Filiala xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla bildirilmişdir ki, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)-2372/2021 nömrəli Qərarı əsasında Birlik tərəfindən sığortaolunan İddiaçı xeyrinə ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı sığortaed ən tərəfindən təqdim edilmiş 2015-ci il üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) fərdi şəxsi hesablarına məcburi dövlət sosial sığorta haqları bölüşdürülmüş və əmək pensiyası təyin edilməmiş sığortaolunanların fərdi şəxsi hesablarından azaldılaraq İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq MEİS-in “Sığorta” (Hesabat) altsistemində **********513 nömrəli fərdi şəxsi hesabına bərkidilməsi təmin olunmuşdur. Filial Bakı İnzibati Məhkəməsinə və Birliyə xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)- 2372/2021 nömrəli Qərarı tam icra edilmişdir. Göründüyü kimi, Nizamnamədə MEİS- in “Sığorta” (Hesabat) altsistemində sığortaolunanların fərdi şəxsi hesabına texniki düzəlişlərin edilməsi "xxxx" MMC-nin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Bu səbəbdən Ali Məhkəmənin Qərarının icra edilməsi üçün cavabdeh tərəfindən Fonda müraciət edilmişdir. Fond tərəfindən isə aidiyyəti üzrə "xxxx" MMC-yə müraciət edildikdən sonra Qərar icra edilmişdir.

6. Əlavə olaraq iddiaçı Filiala xx.xx.2022-ci il tarixdə müraciət edərək Ali Məhkəmənin Qərarının icra edilməsini xahiş etmişdir. Filial tərəfindən 15 mart 2022-ci il tarixli **********6 nömrəli məktubla bildirilmişdir ki, Qərarın icrası ilə bağlı Fonda müraciət edilmişdir. İddiaçı Filiala xx.xx.2022- ci il tarixdə təkrar eyni məzmunlu müraciət etmiş, Filialın xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə bildirilmişdi r ki, Qərarın icrası ilə bağlı Fonda təkrar müraciət edilmişdir. Filial iddiaçının hüququnun pozulması ilə nəticələnən qanunsuz inzibati akt qəbul etməmiş, hərəkət və ya hərəkətsizlik etməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11156/2022 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının f iziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1868/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11156/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.1, 89.2, Mülki Məcəllənin 21.1, 21.2, 23 və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinad etmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin də lilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən vəsatəti təmin edilməyərək ekspertiza təyin edilməmiş, cavabdehin qanunsuz hərəkətləri nəticəsində xəstəliyə düçar olması müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdehin kassasiya şikayətinə etirazının dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə mü əyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. M addə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsi n hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

20. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqı nda” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarı: Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. İlk öncə məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə iclasında baxılması barədə iddiaçının vəsatətinə münasibətdə qeyd edir ki, vəsatət əsassızdır, iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.4-cü maddəsinə əsasən kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.

25. Hazırki iş üzrə iddiaçı vəsatətində işə məhkəmə iclasında baxılmasının əsası kimi, ancaq iş üzrə bir çox mürəkkəb məqamların olduğunu bildirmişdir.

26. Halbuki iddianın mahiyyəti və iddiaçının hüquqi marağı iş materialları ilə tam müəyyən olunur. Eyni zamanda mənəvi zərərin ödənilməsi ilə əlaqədar vahid məhkəmə təcrübəsi il ə bağlı istər Konstitusiya Məhkəməsi Plenumunun, istərsə də Ali Məhkəmə Plenumunun qərarları mövcuddur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işə şifahi məhkəmə iclasında baxılması üçün heç bir əsas və səbəb yoxdur.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdehin qanunsuz hərəkətləri və məhkəmə qərarının gec icra edilməsi nəticəsində ona mənəvi zərərin ödənilməsindən ibarətdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış halları ilə iddiaçıya cavabdehin hərəkətləri nəticəsində hər hansı bir ziyanın vurulması müəyyən olunmur və və iş materiallarında olan 07.2022-ci il tarixli məktubdan göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5479/2020 nömrəli qərarı tam icra olunmuşdur. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarından da göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağ lı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

31. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında da qeyd olunduğu kimi, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki iş üzrə cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə yoxdur.

32. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mən əvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Lakin, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etmir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

34. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlə rə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1868/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar