Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2214/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)2453/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iş ə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, 2300/404ş nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunması, xx.xx.2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əməkhaqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin gömrük xidməti illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir İŞ ÜZ RƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 12 yanvar 2024-cü il tarixli, 2-1(112)-582/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 2300/404ş nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilmiş, iddiaçının əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunması, xx.xx.2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əməkhaqqının tam həcmdə ödənilməsi və məcburi işburaxma müddətinin gömrük xidməti illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğ v edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
4. İş üzrə apellyasiya icraatı zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə təqdim edilmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət ötürülmüşdür. Buna səbəb isə hazırkı məhkəmə işinin icrası həvalə edilmiş və müvafiq işin bütün mərhələlərində iştirak etmiş, iş materiallarından tam məlumatlı yeganə şəxs olan cavabdeh təşkilatın Hüquqi təminat şöbəsinin rəisi X1 üzrlü səbəblərdən e-məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə nəzarət funksiyasının mümkünsüz olması ilə bağlı olmuşdur. Belə ki, Elçin İsmay ılovun atası uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir, müvafiq müddət ərzində isə atasının səhhətində ciddi ağırlaşmalar olduğundan, ev şəraitində xüsusi qulluğa ehtiyac yarandığından Elçin İsmayılov ailə vəziyyəti ilə əlaqədar atasının hər hansı formada xəstəxana şəraitində stasionar müalicəsi mümkün olmadığından və həmin halda tək buraxılması mümkünsüz olduğundan ona baxmaq məcburiyyətində qaldığı üçün cavabdeh təşkilatın rəhbərliyinə müraciət edərək 2 (iki) ay müddətinə ona şərait yaradılmasını – icazə verilməsini xahiş etmişdir. Elektron məhkəmə sisteminin portalına daxil olmaq üçün “ASAN İMZA” mobil nömrəsi və istifadəçi kodu cavabdeh təşkilatın Maliyyə və mühasibat uçotu şöbəsinin xidməti istifadəsində olmuşdur. Bu səbəbdən müvafiq müddət ərzində cavabdeh təşkilatın inziba ti binasında olmadığından işin icrası həvalə olunmuş Elçin İsmayılovun istənilən vaxt elektron məhkəmə portalına daxil olması və həmin işin elektron portal vasitəsilə izlənməsi qeyri-mümkün olmuşdur. Həmçinin şöbə rəisi vəzifəsində olan Elçin İsmayılovun əvəz edilməsi mümkün olmamış, həmin şöbədə fəaliyyət göstərən digər əməkdaşlar isə 2024-cü ilin yanvar ayında təyin olunduğundan bu işlə bağlı məlumatlı olmamışlar. Bundan əlavə, sözügedən məhkəmə prosesi müddətində cavabdehə ünvanlanan istənilən sənədlər həm e-məhkəmə sistemi vasitəsilə, həm də poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq, ən əsas zəruri sənəd olan birinci instansiya məhkəməsinin qərarı yalnız elektron kabinetə yerləşdirilmiş, poçt vasitəsilə “hard copy” versiyası cavabdehə təqdim edilməmişdir. Bu səbəbdən də, müvafiq qərarın kağız daşıyıcıda poçt vasitəsilə cavabdehə göndərilməməsi cavabdeh təşkilatın rəhbərliyi və digər əməkdaşları tərəfindən vaxtında reaksiya verilməsini imkansız etmişdir. Müvafiq hal barədə məlumatlandırılan cavabdeh işin ciddiyyətini nəzərə almaqla xx.xx.2024-cü il tarixində apellyasiya məhkəməsində baş tutacaq iclasda cavabdehin hüquqlarını müdafiə etmək üçün xüsusi olaraq vəkilə müraciət etmiş, nəticədə cavabdehlə “Mirzəyev və partnyorları” Vəkil Bürosu və Vəkil2 arasında hüquqi yardımın göstərilməsi üçün müqavilə bağlanmışdır. Məhkəmə iclasında mütləq iştirak üçün dərhal vəkilin cəlb edilməsi bir daha sübut edir ki, cavabdeh tərəfindən müvafiq halların aradan qaldırılması üçün bütün zəruri tədbirlərin icrasına cəhd edilmişdir. Həmçinin, məhkəmə tərəfindən buraxılmış prosessual m üddətin bərpası məsələsinə baxılarkən xüsusi nəzərə alınmalıdır ki, prosessual müddətin bərpası məhz cavabdehin apellyasiya şikayəti vermək hüququnun təminatçısı qismində rol oynamaqla müvafiq hüququn realizəsinə imkan yaradacaq və müvafiq məsələ ilə bağlı obyektivliyin təminatçısı kimi çıxış edəcək. Prosessual müddətin bərpası məsələsinə baxılarkən həmçinin nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın əməkdaşı İsmayılov Elçinin sözügedən üzrlü səbəblərdən iş üzrə müddəti nəzərdə saxlamaması müvafiq iclas zamanı müddət bərpa olunmayacağı təqdirdə Dövlət Gömrük Komitəsinin tabeliyində olan müvafiq qurumun daxili nəzarət şöbəsi tərəfindən birbaşa onun barəsində intizam tənbeh tədbirinin görülməsi üçün prosesin başlanması ilə nəticələnəcəkdir. Müvafiq prosessual müddətin bərpasının məhkəmə və i ddiaçı üçün hər hansı bir risk və ya problem yaratmadığı, bunun əksinin isə cavabdehin apellyasiya şikayəti hüququnun realizəsinə maneçilik törədəcəyi, üzrlü səbəblər olmasına baxmayaraq müvafiq əməkdaş barəsində daxili qaydalar əsasında ciddi tədbirlər görüləcəyi, bu səbəblərdən cavabdeh və onun əməkdaşı üçün çox böyük önəm kəsb etdiyi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mehriban Qarayeva /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Pərviz Hüseynov) 16 may 2024-cü il tarixli, 2-1(103)-2453/2024 nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə cavabdehin ərizəsi təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbul olunmasından imtina edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı cavabdehin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, qeyd olunan qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin son günü xx.xx.2024-cü il tarixi (növbəti iş günü) olmuş, apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni 30 günlük şikayət vermə müddəti ötürülməklə Bakı İnzibati Məhkəməsi vasitəsilə deyil, birbaşa Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş, Ba kı Apellyasiya Məhkəməsi tərəfindən İPM-in 85-86-cı maddələrinə əməl edilərək şikayət xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə qaytarılmış, daha sonra Bakı İnzibati Məhkəməsi tərəfindən həmin şikayət işlə birlikdə məhkəməyə göndərilərək xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
8. Şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmiş və cavabdehə göndərilmiş bildirişlə məhkəmə kollegiyası İPM-in 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək, İPM-in 13cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, ona apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin mü ddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir.
9. Prosessual müddətin bərpası barədə cavabdeh tərəfindən ərizə təqdim edilərək buraxılmış müddətin üzrlü hesab edilməsi xahiş edilmişdir. Ərizədə qeyd edilmişdir ki, müddətin ötürülməsi məhkəmə işinin icrası həvalə edilmiş və müvafiq işin bütün mərhələlərində iştirak etmiş, iş materiallarından tam məlumatlı yeganə şəxs olan cavabdeh təşkilatın Hüquqi təminat şöbəsinin rəisi X1 üzrlü səbəblərdən e-məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə nəzarət funksiyasının mümkünsüz olması ilə bağlı olmuşdur. Bu səbəbdən buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması xahiş edilmişdir.
10. Prosessual müddətin bərpası barədə ərizəsində cavabdehin göstərdiyi dəlillərə məhkəmə kollegiyası qiymət verərək hesab edi r ki, həmin dəlillər formal və əsassızdır. İnzibati prosessual qanunvericiliyin normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyü, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, cavabdeh həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərard adın ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə v ə qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra ve rilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi M addə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təq dimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.6. Buraxılmış prosessual müdd ətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün m üddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi nin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərardadının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizənin rədd olunması üçün əsasların və bunun üzərindən apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, işin bununla bağlı halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri il ə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
21. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
22. Bu qayda eynilə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəm ə apellyasiya şikayətinin mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. Apellyasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi apellyasiyanın mümkünlüyü əsaslarına aiddir.
24. Hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, apellyasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
25. İş üzrə materiallardan görünür ki, birinci instansiya məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilib xx.xx.2024-cü il tarixdə AZEMİS-də ona məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə cavabdehə rəsm i qaydada təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim olunmuşdur.
26. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
27. Cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində müddətin ötürülməsi məhkəmə işinin icrası həvalə edilmiş və müvafiq işin bütün mərhələlərində iştirak etmiş, iş materiallarından tam məlumatlı yeganə şəxs kimi cavabdehin Hüquqi təminat şöbəsinin rəisi X1 həmin ərizədə qeyd edilən səbəblərdən e-məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə nəzarət funksiyasının mümkünsüz olması ilə əlaqələndirilmişdir.
28. Cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini təmin etməyən apellyasiya instansiyası məhkəməsi isə cavabdehin ərizəsində göstərdiyi dəlillərə səthi yanaşaraq, həmin dəlillərin formal və əsassız olduğunu qeyd etməklə kifayətlənmiş, bununla bağlı öz mövqeyini yetərli və şübhələri susduracaq şəkildə əsaslandırmamışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi cavabdehin ərizəsində göstərdiyi halların müəyyən olunub-olunmaması istiqamətində lazımi araşdırma aparmalı, təsdiqini tapdığı təqdirdə isə müddətin buraxılmasının cavabdehin təqsirli davranışına bağlı olub-olmaması baxımından həmin h allara hüquqi qiymət verməli idi.
29. Beləliklə, hazırkı mübahisəyə münasibətdə kassasiya şikayəti qismən, yəni məhkəmə qərardadının ləğvinin tələb olunduğu hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, müddətin bərpası barədə ərizənin və bunun üzərindən apellyasiyanın mümkünlüyü şərtlərinin yoxlanılması üzrə müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş təkrar apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
30. İşə baxacaq apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün v ə əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.
31. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin edilə bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-2453/2024 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.