Məhkəmə qərarları › İş №2-1(102)-2215/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2215/2019

30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2215/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Torpaq sahəsinin planı və ölçüsünün ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı X2 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X24 və X13, bundan sonra üçüncü şəxslər) “üçüncü şəxsin adına tərtib olunmuş A seriyalı 264949 nömrəli torpaq sahəsinin planı və ölçüsünün və RX seriyalı ******* nömrəli çıxarışın verilməsi üçün əsas olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-183/2019 saylı, 9 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxs X12 verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Zaqatala Rayon Aq rar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarı ilə iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1200 kv.m torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş A seriyalı 279146 nömrəli torpaq sahəsinin planı və ölçüsü X27 kitabında 20 avqust 2010-cu il tarixdə 4784 nömrə ilə uçota alınmışdır. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarı ilə üçüncü şəxs X4 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1200 kv.m torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş A seriyalı 264949 nömrəli torpaq sahəsinin planı və ölçüsü X27 kitabında 28 aprel 2010-cu il tarixdə 4784 nömrə ilə uçota alınmışdır. Həmin torpaq sahəsi üzərində X24, X13 və X5 ümumi birgə mülkiyyət hüquqları da şınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli 13.07.2016-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. İnzibati ərazilər üzrə torpaqların elektron uçotu, müvafiq dürüstləşdirmə və çöl-ölçmə işləri yekunlaşdıqdan sonra 2018-ci ilin sentyabr ayında təqdim edilmiş yeni elektron kadastr xəritəsində Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarı ilə üçüncü şəxs X18 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1200 kv.m torpaq sahəsi üzərində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilsə də, Zaqatala Rayon Aqrar İslahat Komiss iyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1200 kv.m torpaq sahəsi yeni elektron kadastr xəritəsində yer (parsel) nömrəsi 934 olmaqla Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13.04.2018-ci il tarixli 62 nömrəli siyahı və Əliabad qəsəbəsi keçmiş “Qələbə” və “Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahısının 934-cü cərgəsində X8, X9, X6, X7, X10 və X1 adları qeyd olunmuşdur. İddiaçı üçüncü şəxs X12 adına tərtib olunmuş A seriyalı 264949 nömrəli torpaq sahəsinin planı və ölçüsünün və RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi üçün cavabdehə müra ciət etmişdir. Cavabdehin 6 avqust 2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, həmin tələbə baxılması idarənin səlahiyyətləri daxilində deyil. İddiaçı cavabdehə qarşı 27 avqust 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxsin adına tərtib olunmuş A seriyalı 264949 nömrəli torpaq sahəsinin planı və ölçüsünün və RX seriyalı ******* nömrəli çıxarışın verilməsi üçün əsas olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, aqrar islahatla bağlı vətəndaşların adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərinə dair keçmiş DT və XK tərəfindən cavabdehə təqdim olunmuş müvafiq məlumatlarda həmin torpaq sahəsi ilə bağlı iddiaçının adına plan-ölçü tərtib edilmişdir, X12 adına tərtib olunmuş A seriyalı 264949 nömrəli torpaq sahəsinin planı və ölçüsü ümumiyyətlə mövcud olmamışdır. Cavabdeh etirazında bildirmişdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarı ilə X4 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1200 kv.m torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi i ilə bağlı tərtib edilmiş A seriyalı 264949 nömrəli torpaq sahəsinin planı və ölçüsü X27 kitabında 28.04.2010-cu il tarixdə 4784 nömrə ilə uçota alınmışdır. Həmin torpaq sahəsi üzərində X24, X13 və X5 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* n ömrəli 13.07.2016cı il tarixli çıxarış verilmişdir.Bundan başqa, Zaqatala Rayon Məhkəməsinin 8 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər X18 və Azərbaycan Respublikası ƏMDK yanında Cavabdehnə qarşı torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X12 adına tərtib edilmiş A seriyalı, 264949 nömrəli torpaq sahəsinin olanı və ölçüsü sənədinin etibarsız sayılması və RX seriyalı. ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2018-ci il tarixli qərardadı ilə X12 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan X2 verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məh kəməsinin (hakim Qasımov Vidadi oğlu, 2-1(84)-1499/18 saylı iş) 27 avqust 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək üçüncü şəxsin adına tərtib olunmuş A seriyalı 264949 nömrəli torpaq sahəsinin planı və ölçüsünün və RX seriyalı ******* nömrəli çıxarışın verilməsi üçün əsas olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin, yeni elektron xəritədə qanuni istifadəçisi X24, X13 və X11 yox, X8, X9, X6, X7, X10 və X3r. Bundan başqa, cavabdeh iddiaya etirazında qeyd etdiyi məhkəmə aktları ilə iddiaçıya göstərilən tələblə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Ş əki İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X14-məruzəçi, X22 və X23, 2-1(107)-183/2019 saylı iş) 9 aprel 2019-ci il tarixli qərarla üçüncü şəxsin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Üçüncü şəxs X24 27 aprel 2019-cu il tarixdə qərarın surətini almış, 27 may 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Hər iki torpaq sahəsinin bütün koordinatları üst-üstə düşür, iki müxtəlif ailə üzvü olan şəxsin eyni torpaq sahəsi üzərində mülkiyyət hüququnu reallaşdırmaq, yəni həmin torp aq sahəsindən sahiblik, istifadəsi və sərəncamı mümkün olmadığından torpaq sahəsinin eyni tarixli aqrar islahat komissiyasının qərarı əsasında torpaq sahəsinin planı və ölçüsü sənədinin düzgün verilməməsi mübahisəli torpaq sahəsinin naturada mülkiyyətçilərə təhkim edilməməsi ilə bağlı olmuşdur. Bu halda qeyd edilən plan və ölçülərin hansının əvvəl verilməsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Onlar hər ikisi aqrar islahat komissiyasının qərarına əsaslanmışdır. Qeyd edilən hallarla, həmçinin digər bu kimi nöqsanlarla bağlı müvafiq sərəncam əsasında inzibati ərazilər üzrə torpaqların elektron uçotu, müvafiq dürüstləşdirmə və çölölçmə işləri yekunlaşdırılmış yeni elektron kadastr xəritəsi tərtib edilmiş və həmin xəritədə mübahisələndirilən 1200 kv.m torpaq sahəsinin yer (parsel) nömrəsi 93 4 olmaqla iddiaçıya aid edilməsi müəyyən edilmişdir. Belə vəziyyətdə cavabdeh inzibati orqan, həmçinin digər dövlət orqanları hazırkı mübahisə kimi olan digər mübahisələrin aradan qaldırılması üçün qeyd edilən tədbirləri həyata keçirmişlər. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilməsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı mübahisədə hər iki mübahisə edən vətəndaş olan şəxslərin eyni ölçüdə və koordinatlarda olan torpaq sahəsinə dair sənədləri vardır, burada uyğunsuzluq yalnız kağız sənədlərdədir. Elektron sənədin tərtib edilməsinə əsas həmin kağız daşıyıcıda olan uyğunsuzluqların aradan qaldırılmasına xidmət edir. Ona görə də apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Şikayətin hüquqi ə sası kimi “Torpaq islahatı haqqında” Qanunun 12, 13, 14, 21-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3, 2.4-cü maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxsin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşin hallarından görünür ki, X27 kitabında 28.04.2010-cu il tarixdə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə üçüncü şəxs B.Nurovova 1200 kv.m torpaq sahəsi ayrılması barədə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərar qəbul etmişdir. 13.07.2016-cı il tarixdə üçüncü şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin iddiaçı İ.Şahmaliyevin adına 20 avqust 2010-cu il tarixdə X27 kitabında uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə 1200 kv.m torpaq sahəsinin Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir. Eyni torpaq sahəsinə görə həm iddiaçılara, həm də üçüncü şəxslərə torpaq sahəsinin planı və ölçüsü verilmiş, habelə plan və ölçülər X27 kitabında uçota alınmışdır. Hər iki torpaq sahəsinin planı və ölçüsündə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarına istinad edilmişdir. Zaqatala rayonun Əliabad qəsəbəsi keçmiş “Qələbə” və “Əliabad” təsərrüfatlarınd a torpaq islahatı ilə əlaqədar görülmüş işlər haqqında Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13.04.2018-ci il tarixli 62 nömrəli sərəncamında qeyd edilir ki, Əliabad qəsəbəsi keçmiş “Qələbə” və “Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahıları təsdiq edilsin. Ərazidə aparılmış torpaqların elektron uçotu işləri əsasında hazırlanmış layihə təsdiq edilsin. Sərəncamın məzmunundan görünür ki, onun verilməsinə səbəb ərazidə faktiki olaraq 20 ildən artıq olan müddətdə istifadə edilən torpaq sahələrinin bəzi hallarda başqa vətəndaşların adlarına sənədləşdirilməsi, bir sıra hallarda isə faktiki olaraq naturada vətəndaşların pay torpaq sahəsi olduğu halda yerquruluşu layihə sənədlərində əks olunmaması olmuşdur. İnzibati ərazilər üzrə torpaqların elektr on uçotu, müvafiq dürüstləşdirmə və çöl-ölçmə işləri yekunlaşdıqdan sonra 2018-ci ilin sentyabr ayında təqdim edilmiş yeni elektron kadastr xəritəsində Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarı ilə üçüncü şəxslərə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1200 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilsə də, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarı ilə iddiaçılara kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1200 kv.m torpaq sahəsi yeni elektron kadastr xəritəsində yer (parsel) nömrəsi 934 olmaqla Zaqatala RİH başçısının 13.04.2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə təsdiq edilmiş Əliabad qəsəbəsi keçmiş “Qələbə” və “Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahısının 934-cü cərgəsində iddiaçı və ailə üzvlərinin adları qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 16 noyabr 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində 1996-cı ildə aparılmış islahatların nəticələri ləğv olunmuş və torpaq mülkiyyətçilərinə verilmiş dövlət aktları geri yığılmışdır...Torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı aşkar edilmişdir ki, torpaq sahələrində və eyni zamanda o dövrdə idarəmizə xidməti istifadə üçün təqdim olunmuş elektron kadastr xəritələrində qeyd olunan torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyəti ilə vətəndaşlar tərəfindən faktiki istifadə olunan torpaq sahələrinin yerləşmə vəziyyəti arasında uyğunsuzluq vardır...Ərazi idarəsinə 2018-ci ilin sentyabr ayında təqdim edilmiş yeni elektron kadastr xəritəsində mübahisələndirilən 1200 kv.m torpaq sahəsinin yer (parsel) nömrəsi 934 olmaqla Zaqatala RİH başçısının 13.04.2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə təsdiq edilmiş Əliabad qəsəbəsi keçmiş “Qələbə” və “Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahısının 934-cü cərgəsində iddiaçı və ailə üzvlərinin adları qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində mövcud olmuş “Qələbə” kolxozunda adambaşına düşən torpaq payı norması 0,40 hektar olmaqla üçüncü şəxslər ə (cəmi 3 nəfər) 1,20 ha pay torpağı verilmiş, həmin torpaq sahəsinin 0,97 ha əkin, 0,23 ha isə bağ sahəsi olmuşdur. İddiaçının ailə üzvləri (6 nəfər) ilə birlikdə 2,40 ha pay torpağı verilmiş, həmin torpaq sahəsinin 0,16 ha bağ və 2,26 ha əkin torpaq sahəsi olmuşdur. Eyni zamanda, torpaq payı alan subyektlərin adlarına qeyd edilən torpaq sahələrinə dair sənədləşmə başa çatdırılmamışdır. Bundan başqa, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13.04.2018-ci il tarixli 62 nömrəli sərəncamı və Əliabad qəsəbəsi keçmiş “Qələbə” və “Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahısında və təqdim edilmiş xəritədən çıxarışlarda üçüncü şəxsin 924F nömrə ilə 0,97 ha torpaq sahəsi, həmçinin 924 A nömrəli 0,23 ha torpaq sahəsi ona aid edilmişdir. Siyahıda iddiaçıy a 934 nömrə ilə 0,15 ha, 934 E nömrəli 2,12 ha torpaq sahəsi, həmçinin mübahisə predmeti olan 0,12 ha torpaq sahəsi aid edilmişdir. Bu faktlar həmçinin Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarı ilə təsdiq edilmiş Əliabad qəsəbəsi “Qəbələ” təsərrüfatında torpaq islahatında yol verilmiş pozuntuların aradan qaldırılması ilə bağlı əlavə edilmiş siyahıda torpaq payı alacaq subyektlərin siyahısından çıxarışda qeyd edilən faktlar öz təsdiqini tapır. Qeyd edilən sənədlər üzrə aparılmış dürüstləşmə nəticəsində, həmçinin B.Nurovovun məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, üçüncü şəxs B.Nurovova və onun ailə üzvlərinə verilmiş 1,20 ha pay torpaq sahəsi mövcuddur və özlərinin istifadəsindədir. Lakin iddiaçılara verilmiş mübahisə predmeti olan 0,12 ha torpaq sahəsi ilə birlikdə cəmi 2,40 ha pay torpaq sahəsi verilmiş olur. Əliabad Bələdiyyəsinin verdiyi məlumatda 0,12 ha torpaq sahəsinin hazırda iddiaçının faktiki istifadəsində olması təsdiq edilir. Eyni zamanda, üçüncü şəxs təsdiq edir ki, mübahisə predmeti olan torpaqdan 1997-ci il tarixdən istifadə etmirlər, həmin torpaqdan iddiaçı istifadə edir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən araşdırması kassasiya şikayətinin dəlillərini təkzib edir. Üçüncü şəxslərin kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qərarında şikayətin dəlillərinə ətraflı qiymət verərək həmin dəlillərlə razılaşmamasını hüquqi cəhətdən əsaslandırmışdır. Məhkəmə düzgün nəticəyə gəldiyindən kassasiya şikayətin in dəlilləri də əsaslı sayılmır. “Torpaq islahatı haqqında” Qanunun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (a ilənin) xüsusi mülkiyyətinə verilir. Həmin Qanunun 21-ci maddəsinin məzmununa görə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquql arının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşıb sadalanan hüquq normalarını hazırkı mübahisənin faktiki hallarına tətbiq edərək hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin və ölçüsünün naturada dəqiqləşdiril məməsi, həmin torpaq sahələrinin konkret mülkiyyətçilərinə real olaraq təhvil verilməməsi nəticəsində müvafiq olaraq qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərində uyğunsuzluq yaranmış və əvvəllər mövcud olmuş inzibati orqanların səhvi nəticəsində 0,12 ha olan eyni ölçülü və koordinatları uyğun olan torpaq sahəsi iki müxtəlif fiziki şəxsə pay torpağı olaraq verilmişdir, sonradan həmin uyğunsuzluqlar dövlət orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dəqiqləşdirmə (dürüstləşdirmə) aparılmış, torpaqların sərhədlərinin naturada ölçülməsi həyata keçirilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya ş ikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-183/2019 saylı, 9 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar