Məhkəmə qərarları › İş №2-1(102)-2215/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2215/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2215/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC-nin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC-nin iştirakı ilə) qаrşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-875/2021 nömrəli iş üzrə 23.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 24 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar X1 və digərləri Cavabdehnə qarşı “əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdirlər.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4148/2020 saylı, 02.11.2020-ci il tarixli qərardadı ilə iddia bir icraatın müstəqil işlər üzrə icraata ayrılması qərara alınmışdır. 3. “İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ünvan 1 ünvanda yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən 105.600 (yüz beş min altı yüz) AZN (manat) vəsaitin Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsi” tələbi üzrə iş 2-1(112)- 4148/2020 nömrəli işdən yeni nömrə ilə ayrılmışdır.

4. Bakı İnzibat i Məhkəməsinin 2-1(112)-7614/2020 saylı, 10.11.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edildiyindən və Qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış binasının tərkib hissəsi olan, ümumi stifadədə olan binanın, dəhlizi, pilləkənları, lift, su anbarı, balkonlar, işıq transformatoru və otağı, həyətyanı sahə və sair sahələrin kompensasiyası ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

6. Birinci instansiya məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)7 614/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərardadı iddianın mümkün sayılmaması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.3, 246.4, 246.4.3, 246.5, 247.1.1, 324, 389, 390.3, 390.5-ci maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, İPM-in 35.1-ci maddəsinə istinad edərək, belə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-7614/2020 nömrəli qərardadının l əğv edilməsini, inzibati işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 23.07.2021-ci il tarixli, 2-1(103)-875/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Afaq Nuriyeva) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-7614/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarını t ətbiq etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçılar Mənzil Tikinti Kooperativinin üzvü olaraq MTK tərəfindən inşa edilmiş və sökülməyə məruz qalmış mənzillərinin vəsaitlərini almışlar. Lakin yaşayış binasının digər sahələrinə (ümumi istifadədə və faktiki mülkiyyətdə olmuş; Dövlət tərəfindən ayrılmış meydança sahəsi, su anbarı, transformator otağı, binan dəhliz və digər sahələri.) kompensasiya ödənilmədiyi sübuta yetirilir. Mübahisə predmetinə çevirilmiş və iddia tələbində göstərilən sahələrin bundan öncə ödənilmiş kompensasiya məbləğinə (mənzillərə ödənilmiş kv.m sahələr) heç bir aidiyyatı yoxdur. İddia ərizəsində tələb edilən sahələrə görə kompensasiyanın ödənilmədiyi tərəflərin izahatlarından və iş materiallarından tam sübuta yetirilir. İş materiallarında olan DNK-da bağlanmış alqı-satqı müqavilələrindən də göründüyü kimi iddiaçılara əmlak kompensasiyası olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20%-nin ödənilməsinə və çətinliyə görə kompensasiya məbləğlərinin ödənilməsinə dair məlumat mövcud deyildir. İddia tələblərinin dəlillərini təkzib edən heç bir sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi iddia tələbi ödənilməyən hissələrin ödənilməsinə yönəldilən hüquqi atdımlardan ibarətdir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verildiyi halda mümkündür. Lakin məhkəmə tərəfindən iddia tələblərində göstərilmiş dəlillər araşdırılmadan əsassız qərar qəbul edilən zaman iddiaçıların mülkiyyət, ədalətli kompensasiya almaq, ədalətli mühakimə olunmaq hüquqları pozulmuşdur. Mövcud vəziyyətdə alıcı vahid və dövlət ehtiyacları üçün olduğundan, alınan əlmlak söküldüyündən onun yaşayış binasının bütün komponentləri, o cümlədən torpağın dəyərinin əvəzi tam olaraq ödənilməlidir. Məhkəmənin bu yanaşması iddiaçıları istər mülkiyyət hüququndan, istərsə də məhkəməyə mü raciət etmək hüququndan məhrum edir.

12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(103)-875/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehin kassasiya şikayətinə qarşı verilmiş etirazda qeyd etmişdir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının və İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış mənzilə dair alqı-satqı müqaviləsi qüvvədə olduğu zaman iddiaçının əmlakının alıcısına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq üçün subyekiv hüququ yoxdur. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə ə məl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

15. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda n əzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallardan görünür ki, mübahisəli ərazidə torpaqları dövlət ehtiyacları üçün alan orqan – hazırkı cavabdeh Yasamal İcra Hakimiyyəti ilə iddiaçı arasında notarial qaydada bağlanmış 26.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı 26.04.2017-ci il tarixdə Xəzri MTK tərəfindən verilmiş qeydə alma nömrəsi 574 nömrəli arayışa əsasən ünvan 2 ünvanında yerləşən 23 saylı mənzilini qanunvericilikdə nə zərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış 489400 manat məbləğində kompensasiya məbləği almaqla Cavabdeh xeyrinə imtina etmişdir.

19. Həmçinin iş materiallarında olan mübahisəli ərazidə torpaqları dövlət ehtiyacları üçün alan orqan – hazırkı cavabdeh Yasamal İcra Hakimiyyəti ilə iddiaçı arasında, notarial qaydada bağlanmış 23.05.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı 15.03.2013-cü il tarixdə Xəzri MTK tərəfindən verilmiş müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış 39000 manat məbləğində kompensasiya məbləği almaqla Cavabdeh xeyrinə imtina etmişdir.

20. Cavabdeh 1065/d saylı 04.08.2020-ci il tarixli məktubuna əlavə olunmuş Azərbaycan Res publikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın yaşayış və qeyri-yaşayış sahələrinə dair “Qiymətləndirmə cədvəli”ndə göstərilmişdir ki, iddiaçıya məxsus olan mənzilə görə əlavə xərclər də nəzərə alınmaqla 489.400 manat, qeyri-yaşayış sahəsinə görə 39.000 manat məbləğində kompensasiya hesablanmışdır.

21. Belə olan halda tərəflər arasında bağlanmış müqavilə nəzərə alındıqda, iddiaçının mülkiyyət hüququ üzrə ona məxsus mənzil s ahəsindən cavabdehin xeyrinə imtina etməsi ilə eyni zamanda çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı da müqavilə üzrə mənzil sahəsini əldə edənə, hazırkı halda, cavabdehə keçmişdir. Beləliklə, iddiaçının iddia etdiyi, istinad edilən müqavilənin bağlanmasınadək ona məxsus olmuş mənzil sahəsinə xidmət edən sahə və obyektlərə münasibətdə hazırkı məzmunda tələb hüququ yoxdur.

22. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaqda subyektiv hüququnun olmadığı üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir. (qərarı n 14cü bəndi)

23. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən öncə iddia tələbi ilə bağlı müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə ərizə təqdim etsə də, həmin kollektiv müraciətin cavabdehə çatmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən məhkəməyə göndərilmiş 09 aprel 2021-ci il tarixli məktubda iddiaçı tərəfindən hər hansı bir müraciətin olunmadığı bildirilmişdir.

24. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 23.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 6 8, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.07.2021-ci il tarixli, 2-1(103)-875/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar