Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2215/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X1, X5 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçün cü şəxslər X1, X5 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 461 nömrəli sərəncamına əsasən 128 saylı Ləhiş BTK bağlar sahəsində ayrılmış 6138 a nömrəli, 0.12 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-229/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 461 nömrəli sərəncamına əsasən, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli 195 nömrəli qətnaməsinə əsasən vətəndaşlara bağ torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın 3.116-cı bəndində iddiaçının adının qarşısında “Ləhiş BTK 128 nömrəli bağ – 6138a” qeyd olunmuşdur.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 128 nömrəli BTK tərəfindən həmin bağ sahəsinə dair iddiaçının adına 116 nömrəli order verilmişdir.
3. İddiaçı ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla (bildi riş) imtina edərək bildirmişdir ki, 6138a nömrəsi qonşu bağların nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Həmçinin, torpaq sahəsinin böyük bir hissəsi avtomobil yolunun mühafizə zonasında yerləşir. Bundan əlavə, göstərilən əraziyə digər fiziki şəxs tərəfindən müraciət daxil olmuşdur. Eyni zamanda, texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 461 nömrəli sərəncamına əsasən 128 saylı Ləhiş BTK bağlar sahəsində ayrılmış 6138 a nömrəli bağın 0.12 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dö vlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini bu qərarın 1-3-cü bəndlərində sadalanan işin halları ilə əsaslandırmış və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 04 mart 2022-ci il tarixli 21(112)-4977/2022 nömrəli qərardadı ilə X1, X5 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Üçüncü şəxslər iddia tələbinə qarşı yazılı etiraz təqdim etməsələr də, X2 məhkəmə iclasında verdiyi izahatında, mülkiyyətində olan bağ torpaq sahəsinin qanuni əsa slarla ona ayrıldığını və həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətının olmadığını bildirmiş və qeyd olunanlar nəzərə alınmaqla, iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Digər üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasında qanunvericiliyin tələblərinə əsasən bağlar massivində, qəsəbə daxilində olan yollar ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolağına düşmədiyindən mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etmişdir.
10. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından müvafiq sərəncam və order əsasında iddiaçıya ayrılmış 6138a nömrəli bağ sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən kənardan təqdim olunan bağ sahəsi iki hissədən ibarət olmaqla, mişar daş hasar daxilindədir, hər iki hissənin ayrıca giriş-çıxış qapısı və torpaq sahəsinin üzərində köməkçi həyət tikilisi mövcuddur. İddia edilən bağ sahəsi yeni çəkilmiş yolun kənarında yerləşir. Şərti olaraq təqdim olunan torpaq sahəsi bölgü sxeminə əsasən 6138a nömrəli bağın yerinə uyğun gəlmir. Həmçinin, iddia olunan torpaq sahəsinin yanından keçən avtomobil yolu barədə məlumatlar (yolun dərəcəsi, hərəkət zolağının sayı, tökmənin hündürlüyü və ya qazmanın dərinliyi, yan ehtiyatı, torpaq yatağının yamacının mailliliyi və s.) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunduqdan so nra həmin yolun mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək olar.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 20 iyun 2023-cü il tarixli 21(112)-614/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin əsaslandırması: 12.1.Hazırkı işin halları üzrə iddiaçının mübahisəli bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli bağ torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmadığı, iş üzrə verilmiş ekspert rəyinə əsasən şərti olaraq təqdim olunan torpaq sahəsinin bölgü sxeminə əsasən 6138 a saylı bağın yerinə uyğun gəlmədiyi müəyyən edilmişdir. 12.2. Bundan əlavə, mübahisəli torpaq sahəsinin yerləşməsi iddia olunan ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından iddiaçıya Ləhiş bağlar sahəsində 128 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsində ayrılmış 6138 “a” nömrəli bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. İddiaçı tərəfindən kənardan təqdim olunan bağ sahəsinin iki hissədən ibarət olmaqla, mişar daş hasar daxilində olduğu, hər iki hissənin ayrıca giriş-çıxış qapısının (darvaza) mövcud olduğu və torpaq sahəsinin üzərində köməkçi həyət tikilisinin mövcudluğu müəyyən edilmişdir. 12.3. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunduğu kimi, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 18 aprel 2024-cü il tarixli, 2-1(103)-229/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
19. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarın 4-cü vərəqi, 5-ci abzasından başlayaraq həmin bağ sahəsinin faktiki olaraq konkret halda onun sahibliyində olmadığı qeyd olunur. Bağ sahəsinin onun istifadəsində olmaması ilk olaraq üçüncü şəxslər tərəfindən qanunsuz olaraq zəbt edilmə kimi qiymətləndirilmə əvəzinə, hesab edilmişdir ki, bu, iddianın rədd olunması üçün əsasdır. Qeyd olunan bağ sahəsinə hüquqmüəyyənedici sənəd ilk olaraq ona verilmişdir və halhazırda da qüvvədədir, eyni bağa sonradan verilmiş bütün hüquqmüəyyənedici sənədlər özü-özlüyündə etibarsızdır. Ümumi olaraq məhkəmə tərəfindən gəlinən nəticə budur ki, bağ sahəsinə dair üçüncü şəxslərlə bağlanmış müqavilələr qüvvədədir və bu səbəbdən də iddiaçının irəli sürdüyü tələbin təmin olunması mümkün deyildir. Ona bağ sahəsinə dair order 1994-cü ildə verildiyi və bu order qüvvədə olduğu halda, üçüncü şəxslərlə müqavilənin bağlanması artı q qanunsuz olmuşdur, hər bir halda onlarla müqavilə bağlansa belə, eyni bağa dair daha əvvəl verilmiş hüquqmüəyyənedici sənədin - orderin olması iddiaçının hüquqlarının reyestrdə qeydə alınması üçün əsasdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüqu qların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qan unun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya lə ğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kolleg iyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə məhkəmə kollegiyası iddianın hüquqi əsasına və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 461 nömrəli sərəncamına əsasən bir sıra vətəndaşlara, o cümlədən iddiaçıya 6138 a nömrəli bağ torpaq sahəsi ayrılmış və onun adına 116 n ömrəli order hazırlanmışdır ki, bu işin mübahisələndirilməyən halıdır. Belə ki, aşağı instansiya məhkəmələri də iddiaçıya ümumiyyətlə bağ sahəsinin ayrılmadığını qeyd etməmişlər.
29. İşin mübahisələndirilən halı odur ki, iddiaçının məhz ona ayrılan bağ sahəsi olduğunu iddia etdiyi torpaq sahəsinin məhkəmə araşdırması zamanı 6138a nömrəli bağ sahəsi olmaması və digər şəxslərin mülkiyyətində olması öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçının 6138a nömrəli bağ sahəsi adı ilə iddia etdiyi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz.
30. Həmçinin, iddia olunan ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından iddiaçıya Ləhiş bağlar sahəsində 128 nömrəli BTK nəzdində 0.12 hektar sahəsində ayrılmış 6138 “a” nömrəli bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təkrarlanan kassasiya dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(103)-229/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.