Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2216/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; çoxuşaqlı anaya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əyani təhsil müddətinin sosail sığorta stajına daxil edilməsi GİRİŞ HİSSƏ Hakimlər: 15.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X2 ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Cavabdehnə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 01.09.1975-ci ildən 27.02.1978-ci ilədək X3 və 01.09.1978-ci ildən 22.06.1985-ci ilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə, 51 yaşının tamam olduğ u 19.04.2009-cu il tarixdən 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarı ilə (hakim V.Qasımov; iş No 2-1(84)-135/2019) iddianın qismən təmin edilməsi; iddiaçının 51 yaşının tamam olduğu 19.04.2009-cu il tarixdən 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilərək 22.06.2015-ci il tarixdən birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması; iddianın 19.04.2009-cu ildən 22.06.2015-ci ilədək olan müddətə aid hissədə təmin edilməməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov; iş № 21(107)-225/2019) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlm iş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. 1980, 1982 və 1988-ci il təvəllüdlü 3 uşaq anasıdır. O, 01.09.1975 - 27.02.1978-ci illərdə X3; 01.09.1978 - 22.06.1985-ci illərdə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil almışdır. İşin materiallarında olan iddiaçının ИТ seriyalı ** ***** nömrəli əmək kitabçasına görə, O, 01.08.1985 - 01.08.1986-cı illərdə Şəki Mərkəzi rayon Xəstəxanasında İnternaturada olmuş; 01.08.1986 - 25.12.1986-cı illərdə Şəki rayon Zəyzid kənd xəstəxanasında həkim; 25.12.1986 - 17.04.1999-cu illərdə X5 Kompleksində həkim akuşer-ginekoloq; 17.04.1999 - 18.02.2010-cu illərdə X5 X1 müdiri işləmişdir; 01.03.2010-cu ildən hal-hazıradək isə Şəki şəhər MRX-nin X4 Məsləhətxanasının müdiri vəzifəsində işləyir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq iddiaçı, ona çoxuşaqlı ana kimi, 51 yaşından, yəni 19.04.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqan iddiaçıya ünvanladığı 19.12.2018-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, hazırki iddia tələbi 2 hissədən ibarətdir; 51 yaşının tamam olduğu 19.04.2009-cu il tarixdən 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın həmin tarixdən birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Bununla bağlı, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin hazırda qüvvədə olan mətninə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 01.01.2010-cu ilədək qüvvədə olan redaksiyasında isə deyilirdi ki, üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “"Əmək pensiyaları haqqında" Azərbayca n Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 1.3-cü bəndinə görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göründüyü kimi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin hazırda qüvvədə olan mətni qadınların pensiya yaşının azaldılmasının şərti kimi beş uşağın olmasını nəzərdə tuturdusa, həmin maddənin iddiaçı 51 yaşına çatdığı zaman qüvvədə olan mətni 51 yaşdan əlavə, qadının üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsini və azı 5 il sığorta stajına malik olmasını kif ayət hesab edirdi. İş üzrə müəyyən edilir ki, cavabdeh şöbə iddiaçının işin materiallarında olan əmək kitabçasında qeyd olunmuş əmək fəaliyyəti müddətlərinin iddiaçının sosial sığorta stajına daxil edilməsinə etiraz etməmiş və birinci instansiya məhkəməsinə ünvanladığı 04.02.2019-cu il tarixli 80/2-130 nömrəli məktubunda iddiaçının 01.01.2016-cı il tarixədək 20 il 5 ay sığorta stajının olmasını qəbul etmişdir. Göründüyü kimi, iddiaçı 19.04.2009-cu ildə 51 yaşına çatmış, bundan başqa, həmin tarixə onun 5 ildən artıq sosial sığorta stajı var və üç uşaq doğub onları 8 yaşınadək tərbiyə etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, belə olan halda, onun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin 01.01.2010-cu ilədək qüvvədə olmuş re daksiyasına uyğun olaraq, 19.04.2009-cu ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh inzibati orqanı ona pensiya təmin etməməkdə haqlı olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya münasibətdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “"Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 2.1-ci maddəsinin tətbiq edilməli olması barədə dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, istinad olunan Qaydalar 11.12.2017-ci ildə ləğv edilmişdir və artıq həmin tarixdən etibarən ""Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təy in edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" qüvvədədir. Yeni Qaydaların yuxarıda istinad edilən 1.3-cü bəndi isə (2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanununun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.) iddiaçının xeyrinə çıxış edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İşin materiallarında olana cavabdeh şöbənin 25.09.2018-ci il tarixl i 80/3-506 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının 22.06.2018-ci il tarixdə 2546 reyestr nömrəsi ilə qeydiyyata alınmış ərizəsi araşdırmadan sonra əsassız olduğu üçün geri qaytarılır. Göründüyü kimi, iddiaçı cavabdeh şöbəyə ən geci 22.06.2018-ci il tarixdə müraciət etmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçıya təyin edilmiş əmək pensiyasını həmin tarixdən üç il əvvəl, yəni 22.06.2015-ci il tarixdən təyin edilərək birdəfəlik ödənilməsini qərara almaqda və iddianı 19.04.2009-cu ildən 22.06.2015-ci ilədək olan müddətə aid hissədə təmin etməməkdə haqlı olmuşdur. İddiaçıya verilmiş 25.09.2018-ci il tarixli 80/3- 506 saylı imtina məktubundan görünür ki, inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçini n də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qismən əsassız və qanunsuz olmuşdur, iddiaçının iddia tələbi isə qismən əsaslı və qanuni olduğundan 1-ci instansiya məhkəməsi həmin tələbi düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq ol araq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edil məsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2216/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2216/2019
15.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver