Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2216/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-884/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 15 avqust 1961-cı il tarixdə anadan olmuşdur.
2. O, 4 sentyabr 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, 21 iyun 1986-cı il tarixdə əmək fəaliyyətini “Şirvanneft” NQÇİ-də Neftin kompleks hazırlanması sexində 2-ci dərəcəli təmir çi-çilingər peşəsində davam etdirmişdir. 1 fevral 1996-cı il tarixdən 1 dekabr 2000-ci il tarixədək "xxxx" Müştərək Müəssisəsində NKVS-də 5-ci dərəcəli təmirçi-çilingər işləmiş, sonuncu tarixdən isə "xxxx" Əməliyyat Şirkətində Neftin kompleks hazırlanması və nəqli sexində 6-cı dərəcəli təmirçi-çilingər işinə qəbul olunmuşdur.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh 03 fevral 2020-ci il tarixli, **********5 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən müraciətin təmin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsind əki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona hüququnun yarandığı, yəni 15 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 avqust 1961-ci ildə doğulmuşdur. 4 sentyabr 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 4 may 1980-ci il tarixdən 7 may 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 21 iyun 1982-ci il tarixdən “Şirvanneft” NQİnin Neftin kompleks hazırlanması sexində 2-ci dərəcəli təmirçi-çilingər peşəsinə, 1 fevral 1996-cı il tarixdən isə "xxxx" Müştərək Müəssisəsində NKVS-nə 5-ci dərəcəli tə mirçiçilingər vəzifəsinə işə qəbul edilmişdir. 1 dekabr 2000-ci il tarixdən "xxxx" Əməliyyat Şirkətində Neftin kompleks hazırlanması və nəqli sexinə 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. Sonrakı illərdə qeyd edilən şirkətdə neft-qaz hasilatı üzrə operator, nasos qurğusunun maşinisti və əmtəə operatoru vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında öz əksini tapmışdır. «Əmək pensiya ları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, cavabdeh əsassız olaraq müraciətin təmin olunmasından imtina etmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi peşələr ona güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olmadığından iddia rədd edilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4328/2020 sa ylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 15 avqust 2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən yaranmış fərq məbləğinin müvafiq qaydada ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid olduğundan, eləcə də iddiaçının həmin işlərdə iş stajı 12 il 6 aydan çox olduğundan cavabdehin imtinası əsassız olmuşdur.
10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-884/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4328/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir.
12. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmədiyindən onun iddia tələbi əsaslı sayıla bilməz.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbu l olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının 01.01.2006-cı ilə qədər 25 il artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajı var. Lakin buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi iş üzrə heç bir araşdırma aparmadan onun işlədiyi peşələrin, icra etdiyi işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin 2 nömrəli Siyahısı”na uyğun olub-olmaması barədə işlədiyi müəssisə yə heç bir sorğu göndərmədən düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə mü vafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya lə ğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsasızdır. Bu, aşağıd akı səbəblərdən irəli gəlir.
23. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin etsə də, apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmədiyindən iddia əsaslı sayıla bilməz.
25. İddiaçı apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermiş və bildirmişdir ki, işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid olmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi əsassız olaraq iddianı təmin etməmişdir.
26. Məhkəmə tərkibi iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, İş materiallarından görünür ki, iddiaçı 15 avqust 1961-ci il təvəllüdlü olmaqla 57 yaşını 15 avqust 2018-ci il tarixdə tamamlamışdır. Belə olan halda, onun 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 01.01.2006-cı ilə qədər azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını tamamlaması tələb edilir.
27. Hazırkı işin mübahisəli halı iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının mövcud olub-olmaması ilə bağlıdır. ƏPQ-nun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 01.01.2006-cı il tarixədək 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
28. İş materiallarında olan, “X1” tərəfindən təqdim edilmiş 1 7 dekabr 2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışda iddiaçının işləmiş olduğu peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında 23 yanvar 2007-ci il 12 saylı qərarın 10-cu bölməsinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) 10.2-ci bəndində öz əksini tapdığı qeyd edilsə də, həmin arayışda iddiaçının 01.12.2000-ci il tarixdən güzəştli peşədə işlədiyi qeyd edilmişdir. Əgər həmin arayışa əsasən iddiaçının güzəştli peşədə çalışması şərti olaraq qəbul edilsə belə, ona münasibətdə 01.01.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajı şərti ödənilmir.
29. Beləliklə, apelyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, iş baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-884/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.