Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2216/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin elektrik təchizat şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “fərdi yaşayış evinin elektrik təchizat şəbəkəsinə qoşulması və texniki şərti n verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 21(107)-264/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0.12 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir və bununla bağlı, iddiaçıya Seriya RX 128873 nömrəli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir.
2. İddiaçı Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdehin 28 iyun 2020-ci il tarixli AXM-20/0954 nömrəli cavab məktubunda qeyd olu nmuşdur ki, iddiaçıya məxsus tikinti obyektinin elektrik enerjisi ilə təchiz edilməsi, həmin ərazidə cavabdehə məxsus 0.4 kV-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 saylı qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0.4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 1.2.6 bəndinə əsasən). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, bələdiyyələr bələdiyyə ərazisində ərazi planlaşdırılmasını təşkil etməli, həmin ərazilərin sosial, mühəndis-kommunikasiya təminatı sisteminin və inf rastrukturun yaradılmasında və inkişafında iştirak etməli, tələb olunan maliyyə vəsaitlərini müəyyən etməli və ayırmalıdır. Odur ki, bələdiyyələr torpaq sahələrini ayırarkən, həmin ərazilərdə məskunlaşacaq sakinlərin normal həyat şəraitinin yaradılmasını təmin etmək üçün mühəndis-kommunikasiya xətlərinin təminatına dair layihə və tikintisi üzrə texniki-normativ sənədlərin hazırlanmasını təmin etməlidir. Fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məqsədi ilə yuxarıda göstərilən Qaydaların 1.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013cü il tarixli 234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olaraq orta g ərginlik şəbəkəsindən enerji təchizatı şəbəkəsinə qoşulmanı təmin etmək üçün 10 iş günü müddətində texniki şərt veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin elektrik təchizat şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin X1 qoşulması üçün xx.xx.2020-ci il tarixində ASAN Kommunal xidməti vasitəsi ilə cavabd ehə müraciət etmiş, müraciəti qeydiyyata alınaraq bu barədə ona bildiriş verilmişdir. Həmin bildirişdə məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə (0.4 kV-luq şəbəkədən 1 fazalı 5 kVt gücündə) 24 gün müddətində qoşulması məbləğinə uyğun olaraq 160 manat, yük hesabatının hazırlanması üçün 7,50 manat, ümumilikdə 167,50 manat rüsum hesablanmışdır. Daha sonra cavabdeh tərəfindən yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən iddiaçıya AXM20/0954 saylı cavab məktubu ünvanlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 saylı qərarının 1.2.6-cı bəndinə istinad olunmaqla, həmin ərazidə cavabdehə məxsus 0.4 kV-luq şəbəkənin olmama sı əsas gətirilərək elektrik enerjisi təchizatının mümkünsüzlüyü bildirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 6-cı maddəsinin tələblərinə istinad edilmişdir. Eyni zamanda, şifahi şəkildə iddiaçının yaşayış evinin 0.4 kV-luq 235 saylı transformatordan 750 metr, sonuncu işıq dirəyindən isə 500 metr məsafədə yerləşməsi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 saylı qərarının 1.3-cü və xx.xx.2013-cü il tarixli 234 saylı qərarının 1.6-cı bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, həmin bəndlərdə hər bir sifarişçinin X1 (ETŞ-yə) qoşulma hüququnun olması göstərilmişdir. Cavabdehin istinad etdiyi 326 saylı qəra rın 1.2.6-cı bəndində qeyd edilən 400 metr məsafə mövcud 0.4 kV-luq şəbəkənin olduğu yerdir, qoşulma nöqtəsi deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 326 saylı qərarının 1.2.12 və 3.2-ci, 234 nömrəli qərarının 2.26.1 və 2.27.3-cü bəndlərində qoşulma nöqtəsi kimi yarımstansiya, transformator, paylayıcı lövhə və elektrik xətləri göstərilmişdir. Buna görə də yalnız transformator yaşayış evinə qoşulma nöqtəsi kimi qəbul edilə bilməz. İddiaçının yaşayış evinə ən yaxın məsafədə (500 metr) elektrik xətti, ən uzaq məsafədə isə (750 metr) transformator yerləşir. Buna görə də qoşulma nöqtəsi kimi ən yaxın məsafə elektrik xətti qəbul edilməlidir. Texniki şərtlərin tələbləri ilə razılaşmadıqda Nazirlər Kabinetinin 326 saylı qərarının 1.6-cı bəndinə əsasən, məsələyə məhkəmə qaydasında bax ılması qeyd edilmişdir. İddiaçının yaşadığı ərazidə 60-a yaxın yaşayış evi elektrik enerjisi təchizatı ilə təmin edilməmişdir. Bununla bağlı dəfərlərlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 9 iyun 2021-ci il tarixli, 2-1(112)-1321/2021 nömrəli qərarı (hakim P.A.Hüseynov) ilə iddia rədd edilmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2289/2021 nömrəli qərardadı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) ilə idd iaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 9 iyun 2021-ci il tarixli, 2-1(112)-1321/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat
9. Cavabdeh iddiaya dair etiraz təqdim etmişdir. Cavabdehin etirazı onunla əsaslandırmışdır ki, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu və bu Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 187 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 158 nömrəli qərarına əsasən, yeni salınmış yaşayış massivlərinin kommunikasiya xətləri, o cümlədən elektrik enerjisi ilə təchizat ının təmin edilməsi üçün 10-0,4 kV-luq şəbəkənin quraşdırılması yerli bələdiyyə və icra strukturları tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, bələdiyyələr bələdiyyə ərazisində ərazi planlaşdırılmasını təşkil etməli, həmin ərazilərin sosial, mühəndiskommunikasiya sisteminin yaradılmasında və inkişafında iştirak etməli, tələb olunan maliyyə vəsaitlərini müəyyən etməli və ayırmalıdır. Odur ki, bələdiyyələr torpaq sahələrini ayırarkən, həmin ərazilərdə məskunlaşacaq sakinlərin normal həyat şəraitinin yaradılmasını təmin etmək üçün mühəndis-kommunikasiya xətlərinin təminatına dair layihə və tikintisi üzrə texniki-normativ sənədlərin hazırlanmasını təmin etməlidir. “Elektrik enerjisindən istifadə Qayda ları”nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 234 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na uyğun olaraq, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi və sayğacın quraşdırılması üçün Texniki Şərt alınması məqsədilə müvafiq sənədlərlə iddiaçı tərəfindən 6 saylı ASAN Xidmət mərkəzinə ATS**********9490 saylı, xx.xx.2020-ci il tarixli müraciət edilmişdir. Müraciət əsasında X2 nümayəndəsi tərəfindən həmin əraziyə baxış keçirilmiş və baxış zamanı iddiaçıya məxsus fərdi yaşayış evi ilə X2 balansında olan ******* kodlu 250 kVA gücündə 10/0,4 kVluq KTM a rasındakı məsafənin 733 metr olması müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 326 saylı qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün Texniki Şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 1.2.6-cı saylı bəndinə (mövcud 0,4 kV-luq şəbəkə - tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir) əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) almas ı üçün Texniki Şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nı rəhbər tutaraq, cavabdehin “ASAN Xidmətlə İş və Elektron İdarəetmə Departamenti Elektron Xidmətlər İdarəsi tərəfindən iddiaçıya AXM- 20/0954 saylı, xx.xx.2020-cı il tarixli rəsmi cavab verilmişdir. Cavabdeh tərəfindən regionlarda aparılan yenidənqurma işləri istiqamətində görülən işlər çərçivəsində Oğuz rayonunun yaşayış məntəqələrinin 10-0,4 kV-luq şəbəkəsinin yenidən qurulması (istismara yararsız dayaqların yeni dəmir-beton dayaqlarla əvəz olunması, dayaqların həyətyanı sahələrdən çölə çıxarılması, 0,4 kV-luq elektrik veriliş xətlərinin yeni ÖİN tipli kabellərlə əvəz olunması, yeni güc transformator məntəqələrinin quraşdırılması, sayğacların “SMART-Kart” tipli sayğaclarla əvəz olunması və s.) istiqaməti ndə 2015-2021ci illərdə xeyli işlər görülmüşdür. Bu görülən işlər çərçivəsində Oğuz rayonu Baş Daşağıl kəndini elektrik enerjisi ilə təchiz edən 35/10 kV-luq “Oğuz” Y/st-dan çıxan Baş Daşağıl hava xətti 2018-ci ildə layihə əsasında yenidən qurulmuşdur.
10. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-458/2022 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya məxsus olan Oğuz rayonu Baş Daşağıl kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin elektrik təchizat şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi öhdəliyi qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0.12 ha torpaq sahəsinin mülkiyyətçisidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x x.xx.2013-cü il tarixli, 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələbləri baxımından sifarişçidir. İddiaçı yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş evinin elektrik təchizat şəbəkəsinə qoşulmasını və texniki şərtin verilməsini tələb etməkdə haqlıdır. Cavabdeh iddia tələbinə etirazında iddiaçının müraciətinin təmin edilməsinin mümkünsüzlüyünü əsaslandırmamış, fərdi yaşayış evi ilə X2 balansında olan ******* kodlu 250 kVA gücündə 10/0,4 kV-luq KTM arasındakı məsafənin 733 metr olmasını və həmin ərazidə cavabdehə məxsus 0.4 kV-luq şəbəkənin olmamasını bildirilməklə kifayətlənmişdir. Lakin, qeyd edilən əsasların heç biri texniki şə rtin verilməsindən və sifarişçinin elektrik təchizat şəbəkəsinə qoşulmasından imtinanın əsası kimi qiymətləndirilə bilməz. İstinad olunan Qaydaların 1.6-cı maddəsində qeyd edilmişdir ki, bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin enerji təchizat şəbəkəsinə qoşulma hüququ vardır. Odur ki, yalnız bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda) və təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda texniki şərtin verilməsindən imtina verilə bilər. Hazırkı işdə isə Qaydaların 2.16-cı bəndində nəzərdə tutulmuş imtina əsaslarının heç biri mövcud deyil.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. d) apellyasi ya instansiyası məhkəməsində ikinci icraat
13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(107)-264/2022 nömrəli qərarı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və M.A.Əsədli) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-458/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlill əri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh hesab edir ki, iddiaçıya məxsus tikinti obyektinə yaxın enerji mənbəyi enerji-təchizatı müəssisəsi tərəfindən müəyyən edilməsi qeyri-mümkün olduğundan texniki şərtin verilməsindən tam əsaslı olaraq imtina edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”: 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təch iz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) – xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs;... 1.2.4. sifarişçi – ETM-in ETŞ–yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı;... 1.2.6. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğular;... 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. 1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz.... 1.11. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ–yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ–yə 3 (üç) iş günü ərzində qoşulur.... 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisə sinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.... 2.6. Tikintisinə icazə tələb olunmayan, həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri üçün texniki şərt sifarişçinin bilavasitə müraciəti əsasında tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən ETM tərəfindən verilir. 2.7. ETM tikintiyə icazə verən orqanın (qurumun) sorğusunu və bu Qaydaların 2.6cı bəndində nəzərdə tutulmuş sifarişçinin ərizəsini, habelə tikintiyə icazə verən orqan (qurum) sifarişçinin ərizəsini qəbul etməkdən imtina edə bilməz.... 2.10. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin təqdim etdiyi ərizədə aşağıdakı məlumatlar göstərilir: 2.10.1. fiziki şəxsin – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar; 2.10.2. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı; 2.10.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri.... 2.16. Texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda); 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”: 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsd ir; 1.2.3. sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir; 1.2.4. məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır; 1.2.5. qoşulma haqqı – ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞnin gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın 1.10-cu bəndinə uyğun olaraq müəyyən etdiyi vahid məbləğdir; 1.2.6. mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir;... 1.6. Sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda, inzibati və məhkəmə qaydasında şikayət verə bilər. 1.7. Texniki şərtlərin hazırlanması üçün haqq ödənilmir.... 2.1. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə (bundan sonra - ETM-in nümayəndəsi) müraciət edir. 2.2. Sifarişçi bu Qaydanın 2.1-ci bəndinə əsasən texniki şərtlərin və layihə sənə dlərinin alınması üçün müraciət edərkən, ETM-in bank hesabına tələb etdiyi elektrik enerjisinin gücünə uyğun olaraq qoşulma haqqı ödəyir. 2.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, ETM-in nümayəndəsi sifarişçinin mərkəzlər vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etməli və qeydiyyata almalıdır. 2.4. Ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir: 2.4.1. sifarişçinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer); 2.4.2. sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı olduqda); 2.4.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstə riciləri. 2.5. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. 2.6. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tə rəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, h əmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrəkassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdırara q hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Apellyasiya məhkəməsi tərəfindən haz ırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
27. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat iddiaçıya məxsus tikinti obyektinə yaxın enerji mənbəyinin enerji-təchizatı müəssisəsi tərəfindən müəyyən edilməsinin qeyri-mümkün olmasıdır. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, baxış zamanı iddiaçıya məxsus fərdi yaşayış evi ilə X2 balansında olan ******* kodlu 250 kVA gücündə 10/0,4 kVlu q KTM arasındakı məsafənin 733 metr olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 326 saylı qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün Texniki Şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 1.2.6-cı bəndində isə həmin məsafənin 400 metrdən çox olmaması qeyd edilmişdir.
28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün Texniki Şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habe lə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 1.2.6-cı bəndində qeyd edilən 400 metr məsafə sifarişçinin elektrik enerjisi (gücü) alması üçün nəzərdə tutulan maksimum məsafə anlayışını ehtiva etmir. Belə ki, həmin Qaydaların 1.2.6-cı bəndi “mövcud 0,4 kV-luq şəbəkə” anlayışının hansı məna ifadə etdiyini göstərir.
29. Nəzərə almaq lazımdır ki, tikinti-quraşdırma işlərinin aparılması və enerji təchizat şəbəkəsinə fiziki qoşulma qeyd edilən Qaydaların 3-cü hissəsi əsasında həyata keçirilir. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) enerji təchizat şəbəkəsinə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə t utulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir (3.1-ci bənd). Qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır (3.2-ci bənd).
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətinin dəlillərini əsaslandırmaq üçün istinad etdiyi Qaydaların özündə belə məsafə ilə hər hansı məhdudlaşdırıcı norma müəyyən edilməmiş, enerji təchizat şəbəkəsinə qoşulma aparılması zamanı “ən yaxın məsafə” anlayışından istifadə edilmişdir.
31. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası iddiaçının enerji təchizatı şəbəkəsinə qoşulma hüququnun pozulmasına səbəb olmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti rədd edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(107)-264/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.