Məhkəmə qərarları › İş №2-1(102)-2216/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2216/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2216/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlı q və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2024-cü il tarixli 2-1(103)-1445/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tikintiyə icazənin ləğv olunmasını xahiş etmişlər.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 06 noyabr 2023-cü il tarixli, 21(112)-10166/20233 nömrəli qərardadı ilə hazırki iş üzrə icraat, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3336/2023 nömrəli inzibati işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə vəsatət vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və A.P.Oruczadə) 20 fevral 2024-cü il tarixli, 2-1(103)-1445/2024 nömrəli qərardadı ilə iddiaçıların prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır.

4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 26 fevral 2024-cü il tarixli məktubla proses iştirakçılara göndərilmiş, iddiaçı (həm də digər İddia çı2 nümayəndəsi) İddiaçı1 xx.xx.2024-cü il tarixdə qərardadın surətini qəbzə imza etməklə, şəxsən almışdır.

5. İddiaçılar 05 mart 2024-cü il tarixdə dövlət hesabına vəkillə təmin olunmaları barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və A.P.Oruczadə) 12 mart 2024-cü il tarixli, 2-1(103)-1445/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçıların vəkillə təmin edilməsi Vəkillər Kollegiyasına həvalə edilmişdir.

6. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil 24 aprel 2024-cü il tarixdə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək, iddiaçıların vəkili təyin edildiyini bildirmiş və orderin (29 mart 2024-cü il tarixli) işə əlav ə olunmasını xahiş etmişdir.

7. İddiaçıların vəkili 24 may 2024-cü il tarixdə kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə apelyasiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddiaçıların dövlət hesabına vəkillə təmin edilməsi barədə qərardad icra olunanadək 10 günlük şikayət müddəti üzrlü səbəbdən ötürülmüşdür. Ona görə də buraxılmış müddətin bərpa edilməsini və işin kassasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.

1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin əri zəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3 Kassas iya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.

10. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.

11. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barəd ə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin, bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

12. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

13. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 26 fevral 2024-cü il tarixli məktubla proses iştirakçılara göndərilmiş, iddiaçı (həm də digər iddiaçının nümayəndəsi) İddiaçı1 xx.xx.2024-cü il tarixdə qərardadın surə tini imza etməklə, şəxsən qəbul etmişdir. Daha sonra, iddiaçılar 05 mart 2024-cü il tarixdə dövlət hesabına vəkillə təmin olunmaları barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(103)1445/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçıların vəkillə təmin edilməsi Vəkillər Kollegiyasına həvalə edilmişdir.

14. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil 24 aprel 2024-cü il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək iddiaçıların vəkili təyin edildiyini bildirmiş və orderin (29 mart 2024-cü il tarixli) işə əlavə olunmasını xahiş etmişdir. Kassasiya şikayəti isə 24 may 2024-cü il tarixdə təqdim edilmişdir.

15. Göründüyü kimi, apellyasiya instansiyası məhkə məsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 gün müddətin iddiaçılar tərəfindən ötürüldüyü mübahisəsizdir. İddiaçıların vəkili də apellyasiya məhkəməsinə ünvanlanmış ərizəsində bunu etiraf edir.

16. İddiaçıların vəkili ərizəsində dövlət hesabına vəkillə təmin olunma barədə qərardad icra olunanadək 10 gün şikayət müddətinin ötürüldüyünü bildirsə də, qeyd olunmalıdır ki, iddiaçılarla dövlət hesabına təyin olunmuş vəkil arasında 29 mart 2024-cü il tarixdə müqavilə bağlanmasına baxmayaraq (vəkil orderi 29 mart 2024-cü il tarixlidir) həmin order 24 aprel 2024-cü il tarixdə (1 aya yaxın vaxt keçdikdən sonra) apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, 24 may 2024-cü il tarixdə də k assasiya şikayəti vermişdir. Göründüyü kimi, iddiaçıların dövlət hesabına vəkillə təmin olunması ilə bağlı prosedurlar 29 mart 2024-cü il tarixdə yekunlaşmasına baxmayaraq, kassasiya şikayəti 2 aya yaxın müddət keçdikdən sonra verilmişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin iddiaçıların təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Müddət bərpası barədə ərizədə də vəkil orderi təqdim edildikdən sonra kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddətin üzrlü səbəblərdən ötürülməsinə dair heç bir dəlil irəli sürülməmiş, ərizə əsaslandırılmamışdır. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməmə li, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 21(103)-1445/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar