Məhkəmə qərarları › İş №2-1(102)-2217/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2217/2020

09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2217/2020 09.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subyektiv hüququ olmadığına görə iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx x xxxxx 2020-ci il tarixli 2-1(105)-135/2020 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt Bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən Sumqayıt şəhəri Corat bağlar ərazisində 0.0355 ha torpaq sahəsi Mahmudova Göyərçin Novruz qızına satılmış və həmin torpaq sahəsi üzərində Mahmudova Göyərçin Novruz qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə qeydiyyata alınaraq, bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı 2 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Mahmudova Göyərçin Novruz qızının mülkiyyətinə bağ torpaq sahəsinin ayrılması haqqında Sumqayıt Bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 06 saylı iclasının 48-ci qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 3.1. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 bələdiyyənin hesabına 5.400.000 (beş milyon dörd yüz min) manat pul köçürmüşdür və xx xxx 2005-ci il tarixdən Corat Bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı1 istifadəsində və sahibliyindədir. 3.2. Digər İddiaçı2 İddiaçı1 baldızı qızıdır. İddiaçı2 xx.xx.2012-ci ildə X8 ilə rəsmi nikaha girməklə ailə qurmuş, nikahdan bir övladı - xx.xx.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Onlar ev ləndikdən sonra bir müddət yataqxanada qalmışlar, lakin sonra dayısı Alıyev Saday öz həyat yoldaşı İddiaçı1 məxsus olan Sumqayıt şəhəri Corat Bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsinin 0.03 ha hissəsində İddiaçı2 ev tikmiş və onlar köçüb həmin evdə yaşamağa başlamışlar. 3.3. İddiaçı2 2017-ci ilin əvvəllərində əri X8 ilə münasibətləri pozulmuş, Ramil yaşadığı evdən çıxıb getmiş və anası ilə Sumqayıt şəhərində yaşayırlar. Aybəniz azyaşlı övladı ilə Corat bağlar massivində dayısıgilə məxsus torpaq sahəsində tikilmiş evdə yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onların nikahı ləğv edilmiş, övladları X4 onun himayəsində saxlanması müəyyən edilmişdir. 2018-ci ilin noyabr ayında Sumqayıt şəhər Məhkəməsindən İddiaçı2 bildiriş gəlmiş və ona məlum olmuşdu r ki, keçmiş əri X5 anası, hazırki iddia üzrə üçüncü şəxs Mahmudova Göyərçin Novruz qızı Sumqayıt şəhər Məhkəməsində ona qarşı mənzildən çıxarma tələbinə dair iddia qaldırmış və onun ünvan 1 ünvanında yerləşən evdən əmlakı ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədlərlə tanış olarkən ona məlum olmuşdur ki, Mahmudova Göyərçin Novruz qızı onun yaşadığı Sumqayıt şəhəri Corat bağlar ərazisində İddiaçı1 qanuni istifadəsində və sahibliyində olan 0.12 ha bağ sahəsinin 0.0355 ha hissəsinə və bağ sahəsində yerləşən evə saxta sənədlər düzəldərək çıxarış almışdır və ona DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli çxarış verilmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə vəkil sorğusu ilə müraciət olunmuş və sorğunun cavabında məlum olmuşdur ki, İddiaçı1 qanuni istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri Corat bağlar ərazisi ünvanında yerləşən 0.12 ha bağ sahəsi 2544E nömrəsi ilə Sumqayıt Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 01 nömrəli qərarı əsasında mülkiyyət hüquqlarının qeydiyyata alıınması üçün DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunmuş və DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Bələdiyyəsi torpaq sahəsinə dair mülkiyyət hüququ barədə çıxarış aldıqdan sonra Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun təsdiq etdiyi xx.xx.2018-ci il tarixli, 4Ə-1153 nömrəli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini Mahmudova G öyərçin Novruz qızına satmışdır. Göyərçin Mahmudova torpaq sahəsini mülkiyyətinə keçirdikdən sonra İddiaçı2 yaşadığı evin eskiz layihəsini çəkdirmiş, 2544E nömrəli bağ evi kimi DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət etmiş və ona 0.0355 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən onun yaşadığı 116.8 kv metr sahəsi olan fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır.

4. Cavabdeh iddia tələbinə qarşı birinci instansiya məhkəməsində yazılı etiraz təqdim edərək iddiaçıların torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, iddia qaldırmalarının əsassız olduğunu bildirmişdir. Etirazda daha sonra göstərilmişdir ki, Göyərçin Mahmudova bələdiyyəyə ərizə ilə müraciət edərək, faktiki olaraq yaşadığı evin yerləşdiyi torpaq sahəsini n ona satılmasını xahiş etmişdir. Evin qonşuluğunda yaşayan X2, X10 və X5 imzaladıqları akt da ərizəyə əlavə olunmuşdur. Qanunla nəzərdə tutulmuş araşdırma aparılmış, DƏDRX-nin müayinə aktı və zəruri rəy alındıqdan sonra torpağın satılması barədə qərar çıxarılmış, alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı1 xx xxx 2005-ci ildə bələdiyyəyə təyinatı bilinməyən 1080 manat pul ödənişinin torpaq sahəsi üzərində hüququn yaranması kimi qəbul edilməsi əsassızdır.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)505/2019 saylı qərarı ilə (hakim İ.Quliyev) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bələdiyyələr özünün mülkiyyətində olan torpaq sahəsini bu və ya başqa şəxsin mülkiyyətinə verilməsində qanunvericilik çərçivəsində diskresion səlahiyyətə malikdir.

7. İddiaçılar həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-135/2020 nömrəli qərardadı ilə (hakimlər H.Babayeva (sədrlik edən və məruzəçi), Z.Fərmayıl və Z.Məmmədov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(085)-505/2019 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

10. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardad ın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 11.1. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisəli sahə və ev 300 kv.metr yox, 0.12 ha torpaq sahəsinin içərisində olub. İddiaçı2, İddiaçı1 baldızı qızı olduğuna, Ramil Mahmudov da yaxın qohumları olduğuna görə faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsini onlara ev tikmək üçün vermişdir və onlar da ev tikib həmin torpaqda yaşamışlar. 11.2. Bunları iş üzrə izahatları alınmış şahidlər də birinci instansiya məhkəməsində təsdiq etmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində şahid kimi dindirilmiş X2 G.Mahmudovanın təqdim etdiyi akta imza etmədiyini bildirmişdir. Digər şa hid X1 isə bildirmişdir ki, Aybənizin qaldığı torpaq Mehparənin atası Şəmsəddinin olub. O da qızlarına verib. Mehparənin torpağından həyat yoldaşı Aybənizə torpaq vermişdir. Ev 2012-2013-cü illərdə tikilib. 11.3. İddiaçının vəkili apelyasiya məhkəməsində aktda adı qeyd olunan qonşuların imzalarının həqiqiliyini müəyyən etmək üçün xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət qaldırmışdır. Lakin Sumqayıt Apelyasiya Məhkəməsi əsassız olaraq vəsatəti təmin etməmişdir. Bu da işin hərtərəfli, obyektiv və tam araşdırılması prinsipinin pozulması ilə nəticələnmişdir. 11.4. Sumqayıt Apelyasiya Məhkəməsi qeyd edir ki, abonent kartlarından görünür ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi tərəflər xx.xx.2012-ci ildə ailə qurmamışdan öncə tikilib başa çatdırılmış, evə verilən elektrik enerjisinə dair aylıq sərfiyyat 2011-ci ilin oktyabr ayından etibarən Ramil Mahmudovun adına olmaqla qeydə alınmaqla bağlamış, eləcə də 2012-ci ilin sentyabr ayında təbii qazdan və sudan istifadə ilə bağlı müqavilələr Ramil Mahmudovun adına bağlanmışdır. Belə olan halda İddiaçı2 mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı iddia qaldırmaqda subyektiv hüququ olmamış, çünki sözü gedən torpaq sahəsinin ayrılması zamanı prosedur hərəkətlərlə bağlı qanunla müəyyən edilmiş qaydada hər hansı hüququ mövcud olmamışdır. Beləliklə heç bir araşdırma aparmadan mübahisəli torpaq sahəsinin Mahmudova Göyərçin Novruz qızının istifadəsində olub-olmadığını, onun və oğlunun həqiqətən də həmin evdə yaşayıb yaşamadığını müəyyən etmədən, iddiaçıların orda yaşadıqları halda, üçüncü şəxsin yalan məlumatlar ına əsasən qanunsuz olaraq torpaq sahəsinin Mahmudova Göyərçinə satılması üçün Sumqayıt Bələdiyyəsinin adına çıxarış almış və G.Mahmudovaya satılması barədə qərar qəbul etmişdir. 11.5. Məhkəmə kollegiyasının abonent kartlarına istinadla İddiaçı2 R.Mahmudovla evlənəndən əvvəl tikildiyi və buna görə də İddiaçı2 mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı iddia qaldırmaqda subyektiv hüququ olmadığı barədə nəticə əsassızdır. 11.6. Məhkəmə kollegiyası sübutları təhrif etmişdir. İddiaçı2 2010-cu ildə Ramil Mahmudovla nişanlanmış və bundan sonra dayısı İddiaçı2 torpaq vermişdir. Bundan sonra Ramil Mahmudov 2011-ci ildə evin inşası ilə məşğul olmuş və evin elektrik, qaz və su xətlərinin kodlarını özünün adına açdırmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qar şı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları 13.1. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 13.2. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X3 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə ba ğlı əlavə tədbirlər barədə” 2020-ci il 8 dekabr tarixli Qərarını habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin: Azərbaycan Respublikasının məhkəmələri üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: (- )... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin. 13.3 Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümükünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri tək lif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir. 13.4. Proses iştirakçıları işə şifahi məhkəmə baxışında və ya şifahi dinləmələr keçirilmədən yazılı icraat qaydasında baxılmasına münasibət bildirməmişdir. 13.6. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Torpaq Məcəlləsi Maddə

48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Madd ə

50. Torpaq sahəsi üzərində istifadə hüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Maddə

51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qər arı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 6.2 Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarları və tərəflər arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icra sı haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə iddiaçılar apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütöv lükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarı ləğv etmək tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçıların hüququ publik hüquqdan irəli gəlmiş olsun. Hazırki iş üzrə isə torpaq sahəsinin bələdiyyə tərəfindən İddiaçı1 satılması ilə bağlı qərar mövcud olmamış, bələdiyyə ilə aralarında həmin torpaq sahəsi ilə bağlı qanunvericiliyə uyğun alqı-satqı olmamışdır.

21. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

22. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sah əsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

23. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallar a da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).

24. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

25. Subye ktiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

26. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən ya lnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçıların torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayı lmaması üçün əsaslardan biridir.

28. Apelyasiya instansiyası məhkəməsi İddiaçı1 münasibətdə iddianın mümkünlüyü məsələsini həll edərkən, onun mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edən sübut kimi təqdim etdiyi xx xxx 2005-ci il tarixdə bələdiyyəyə 5.400.000 manat pul ödəməsi barədə kassa mədaxil orderinin qəbzinə də qiymət vermişdir.

29. Məhkəmə bildirmişdir ki, mədaxil qəbzində ödənilmiş məbləğin miqdarı, ödəyicinin kimliyi və hansı hesaba ödənilməsi barədə məlumatlar öz əksini tapır. Həmin qəbzdən bundan başqa informasiya almaq mümkün deyil. Belə qəbz tərəflər arasında aparılmış hər hansı əməliyyatın həqiqiliyini sübuta yetirir. Lakin tərəflər arasında hansı münasibətlərin yaranması və rəsmiləşməsi müqavilə ilə tənzimlənir.

30. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, həmin d övrdə qüvvədə olan "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarları və tərəflər arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 1-ci bəndində də təsbit edilmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Hazırki iş üzrə isə torpaq sahəsinin bələdiyyə tərəfindən İddiaçı1 satılması ilə bağlı qərar mövcud olmamış, bələdiyyə ilə aralarında həmin torpaq sahəsi ilə bağlı qanunvericiliyə uyğun alğı-satqı olmamışdır. İddiaçı1 təqdim etdiyi ksero surət olan qəbzdə harada yerləşən və hansı ölçüdə olan torpaq sahəsindən bəhs edildiyi anlaşılmır. Belə olduğu halda həmin qəbzi hazırki iş üzrə mübahisəli ərazinin də daxilində olduğu torpaq sahəsinin İddiaçı1 satılması üzrə sübut kimi qəbul etmək doğru olmazdı.

31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, İddiaçı1 həmin torpaq sahəsinin onun qanuni istifadəsində olmasını sübut edə bilməmiş, sonuncunun torpaq üzərində mülki hüquqları məhkəmə tərəfindən tanınmamışdır. Belə ki, iş materiallarına əlavə edilən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2(105)-1688/2014 saylı qərardadından görünür ki, ərizəçilər X6 və İddiaçı1 “Corat bağları” adlandırılan ərazidə yerləşən 0.08 ha torpa q sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsi ilə X6 və İddiaçı1 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində ərizəçilərin mülkiyyət hüquqlarının yaranması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamədən maraqlı şəxs DƏDRX-in 2 saylı Ərazi İdarəsi apelyasiya şikayəti vermiş, qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2(105)1688/2014 saylı qərardadı ilə hüquq haqqında mübahisə olduğundan ləğv edilmiş, ərizəçilər X6 və İddiaçı1 “Corat bağları” adlandırılan ərazidə yerləşən 0.08 ha torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsi ilə X6 və İddiaçı1 arasında alqı-satqı müqaviləs inin bağlanmış hesab edilməsi barədə ərizəsi baxılmamış saxlanlmışdır.

32. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin İddiaçı1 tərəfindən təqdim edilmiş xx xxx 2005-ci il tarixli qəbzlə bağlı bu hüquqi təhlillə və gəlinən nəticə ilə razılaşır.

33. Bundan başqa apelyasiya instansiyası digər İddiaçı2 münasibətdə qeyd etmişdir ki, İddiaçı2 mübahisələndirilən torpaq sahəsinə hüququnun mövcudluğunu iki halla əsaslandırmışdır:

1. Torpaq sahəsi İddiaçı1 məxsus olmuşdur;

2. Həmin torpaq sahəsində onun vəsaiti hesabına ev tikilmişdir. Torpaq sahəsinin İddiaçı1 məxsus olması aparılan dəyərləndirmə ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən də İddiaçı2 da bu əsasla torpaq sahəsi üzərində hüququnun mövcudluğu istisna edilmiş olur. İddiaçı2 ikinci dəlilinə münasibətdə, yəni iddiaçının ailə qurduqdan bir müddət sonra dayısı arvadı tərəfindən ona verilən 0.03 ha torpaq sahəsində fərdi yaşayış evi tikməsi, həmin evin ona məxsus olması, üçüncü şəxslərin iddiaçının tikdiyi evə onun razılığı ilə köçüb yaşaması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, üçüncü şəxs Ramil Mahmudov tərəfindən məhkəməyə təqdim edilən ətraflı abonent kartlarından görünür ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi tərəflər xx.xx.2012-ci ildə ailə qurmamışdan öncə tikilib başa çatdırılmış, evə verilən elektirk enerjisinə dair aylıq sərfiyyat 2011-ci ilin oktyabr ayından etibarən Ramil Mahmudovun adına olmaqla qeydə alınmağa başlamış, eləcə də 2012-ci ilin sentyabr ayında təbii qazdan və sudan istifadə ilə bağlı müqavilələr Ramil Mahmudovun adına bağlanmışdır.

34. Məhkə mə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşır. İddiaçı2 bu iddia üzrə subyektiv hüququnun olmaması hətta onun özü tərəfindən işin faktik halları kimi irəli sürdüyü dəlillərlə təsdiq olunur.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçıların kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-135/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar