Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2217/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması nəticəsində əlil olmuş şəxsə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, pensiya məbləğinin inzibati orqana müraciətdən əvvəlki üç illik müddət üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xxxna qarşı “əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin bird əfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2024-cü il tarixli, 2-1(103)-100/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş, bununla əlaqədar onun Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcə əlilliyi müəyyən edilmiş və xx.xx.1991-ci il tarixdən ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. Xətai rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli arayışa əsasən, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək ÇAES-də baş vermiş qəzanın aradan qaldırılması zamanı 8611,51 rubl əməkhaqqı almışdır.
3. İddiaçı cavabdehə müraciət edərək əmək pensiyası məbləğinin yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə əmək pensiyası təqdim etdiyi əməkhaqqı və digər sənədlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticəl ərini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 577 nömrəli qərarına əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 8611,51 rublun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. xx.xx.1991-ci il tarixdən ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, lakin pensiya məbləği hesablanarkən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ona ödənilmiş 8611,51 rublun 4 qat məbləği nəzərə alınmamışdır. İddiaçı pensiyanın yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina edilmişdir. Qanunvericilikdə pensiyanın orta aylıq əməkhaqqından faiz nisbəti ilə hesablanması müəyyən edilmişdir. Orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan ödənclərə sığorta haqları hesablanan bütün gəlirlər aid edilmişdir. Bu səbəbdən, cavabdehin imtinası əsassız hesab olunmalıdır.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixəd ək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və bununla əlaqədar onun Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcə əlilliyi müəyyən edilmiş və ona əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1993-cü il tarixli məktubunda ifadə olunduğu kimi, əmək pensiyasının dörd qat əməkhaqqı məb ləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyri-mümkündür və bu səlahiyyət “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. İddiaçının Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyəti dövründə almış olduğu mükafatın pensiya hesablanarkən hansı şəkildə nəzərə alınmasını müəyyən etmək üçün aşağıdakı xüsusatlara nəzər yetirmək lazımdır: pensiya hesablanarkən nəzərə alınan əməkhaqqı məbləği, pensiya təyin edilərkən nəzərə alınan dövrlər və pensiya hesablanarkən hansı məbləğdə əməkhaqqının nəzərə alınmasını müəyyən etmək üçün sözügedən Qanunun 80 və 83-cü maddələri birlikdə ş ərh olunaraq hazırkı işə tətbiq edilməlidir. Pensiya təyin edilərkən əməkhaqqı nəzərə alınan dövrlərin müəyyən edilməsi isə sözügedən Qanunun 71 və 83.1-ci maddələrinin tələbləri qaydasında həyata keçirilir. Sözügedən Qanunun 71-ci maddəsinə əsasən, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əməkhaqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əməkhaqqından hesablanır. Həmin Qanunun 83.1-ci maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əməkhaqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əməkhaqqından h esablanır. Qeyd olunanlardan aydın olduğu kimi, iddiaçının iddia etdiyi əməkhaqqının 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası qanunvericilikdə müəyyən olunmamışdır. Bu səbəbdən, iddia tamamilə əsassızdır.
8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunan zaman 4 qat məbləğ nəzərə alınmamışdır. Həmçinin iddiaçıya əlilliyə görə təyin olunmuş əmək pensiyası yenidən hesablanmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-4597/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onun la əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi məbləğin 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilərək, onun Çernobıl AES-dəki işə görə alınan, əsas iş yerində saxlanılan əməkhaqqı ilə birləşdirilməklə və ödənilmiş 4 qat məbləği (3396,93 rubl) nəzərə alınaraq pensiyasının yenidən hesablanaraq xx.xx.2008-ci il tarixdən bugünədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhd əliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1042/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Çernobıl AES qəzasının nəticələrini aradan qaldırmaq üçün çalışanlara Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 577 nömrəli qərarına əsasən əməkhaqqının 4 qat məbləğində mükafat ödənilmişdir. Həmin əməkhaqqından pensiya hesablanması qaydası qeyd olunan Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda, ödənilmiş dörd qat məbləğ Çernobil AES-də ol duğu günlərin sayına bölünüb 25,4 vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əməkhaqqını təşkil edir. İddiaçının Çernobil AES-in 30 km-lik zonasında 166 gün çalışaraq aldığı (8611,51 rubl) maaşın həmin günlərə görə əsas iş yerində saxlanılan (2474,80 rubl) maaşla birləşdirilməsindən alınan (1696 rubl) orta aylıq əməkhaqqının üzərinə Azərbaycan SSR Nazirlər Sovetinin 577 nömrəli qərarına əsasən, həm də əsas iş yerində iddiaçıya verilən bir ayın 4 qat məbləğində (3396,99 rubl) olan mükafat da əlavə edilməklə onun pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik olaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yenidən araşdırılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xah iş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(102)-296/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İPM-in 54-cü maddəsinin tələbindən göründüyü kimi, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və ya zılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, lakin məhkəmə tərəfindən həmin ərizəyə hər hansı münasibət bildirilməmişdir.
18. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsində Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2597/2021 nömrəli qərarının ləğv edildiyi, iş üzrə yeni qərar qəbul olunduğu və iddianın təmin edildiyi qe yd olunsa da, hansı məzmunda iddianın təmin edildiyi, cavabdehin üzərinə hansı məzmunda öhdəlik qoyulduğu göstərilməmişdir. Başqa sözlə, iddiaçının ilkin və sonrakı tələbləri mahiyyəti üzrə həll edilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verilmiş və son olaraq, onun xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və onun pensiyasının yenidən hesablanması üçün cavabdehə m üraciət etdiyi xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2024-cü il tarixli, 2-1(103)-100/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəqiqləşdirilmiş tələbini nəzərə almaqla, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
80. Pensiya almaq hüququ olan şəxslər İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcbu ri tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslə r (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Maddə 83 (Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli, 1090 nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyada). Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əm ək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tar ixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə da ir işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia qismən təmin olunmalıdır.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın qismən təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
33. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və bununla bağlı ona 8611,51 rubl əməkhaqqı ödənilmişdir. Həmçinin iddiaçının Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcə əlilliyi müəyyən edilmiş və xx.xx.1991-ci il tarixdən ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunan zaman Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakla bağlı ona ödənilmiş əməkhaqqının 4 qat məbləği nəzərə alınmamışdır.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanmasına və bu barədə cavabdehə müraciət etdiyi xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir.
35. Cavabdeh iddiaya qarşı etirazında iddiaçının tələb etdiyi qaydada xx.xx.2008-ci il tarixdən onun əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığını qeyd etmiş və bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1993-cü il tarixli məktubuna istinad edərək bildirmişdir ki, əmək pensiyasının dörd q at əməkhaqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyri-mümkündür və bu səlahiyyət “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi də iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni iddiaçının iddia etdiyi şəkildə əmək pensiyası məbləğinin yenidən hesablanması qaydasının qanunvericilikdə nəzərdə tutulmaması ilə əsaslandırmışdır.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı mübahisəyə dair işdə iddiaçının hüquqi marağı yalnız əmək pensiyasının yenidən hesablanmasına deyil, həm də y enidən hesablama tarixindən yaranmış fərqin bu barədə cavabdehə müraciət edilən xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsinə yönəlmişdir.
38. İddia tələbinin əmək pensiyasının xx.xx.2008-ci il tarixdən yenidən hesablanması hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarı ilə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsi nəzərdə tutulmuşdur.
39. İddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında həmin hesablama qaydasının tətbiqini istisna edən hər hansı məh dudiyyət nəzərdə tutulmamışdır. Bu baxımdan, normativ qaydada nəzərdə tutulmayan məhdudiyyətin cavabdehin istinad etdiyi məktubla müəyyən edilməsi hüquqi dövlət prinsipi və normativ hüquqi aktlar haqqında qanunvericilik baxımından yolverilməzdir.
40. Cavabdehin digər dəlili ilə bağlı isə qeyd edilməlidir ki, pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən və pensiya təminatı hazırda yalnız həmin orqan tərəfindən həyata keçirildiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur. Bu zaman həm də icra hakimiyyətinin vahidliyi prinsipi də nəzər alınmalıdır.
41. Qeyd edilən hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda ifadə olunmuş hü quqi mövqeyə və bununla bağlı formalaşmış məhkəmə təcrübəsinə də uyğundur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1261/2020 nömrəli, xx.xx.2021-ci il tarixli 2-1(102)-1684/2021 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-1478/2022 nömrəli qərarları).
42. İddia tələbinin əmək pensiyasının yenidən hesablaması tarixindən yaranmış fərqin bu barədə cavabdehə müraciət edilən xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə xx.xx.2017-ci il tarixdə müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Eyni zamanda, bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. B unun əksinə, iş materiallarından iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə xx.xx.2020-ci il tarixdə müraciət etdiyi müəyyən edilir. Belə olan halda, iddiaçıya əmək pensiyasının yenidən hesablaması tarixindən yaranmış fərq xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməlidir.
43. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış və hazırkı mübahisəyə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qər ar qəbul edilərək iddia qismən təmin edilməli, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2024-cü il tarixli, 21 (103)-100/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia qismən təmin edilir. İddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərar qətidir.